Рет қаралды 33,750
Bir çoxumuz qışda yarpaq dolması hazırlamaq üçün yaydan yarpaq tədarükü edirik. Qışa yarpaq tədarükünün bir çox qaydası var. Böyük əksəriyyət duzla və ya duzlu su ilə yarpaq tədarük edir.Duz və duzlu məhlul bir çox qida məhsulunun tədarükündə istifadə olunsa da, yarpaq tədarükündə istifadəsi məcburi deyil. Belə ki, yarpaq duzsuz da çox gözəl, hətta daha gözəl saxlanıla bilir. Önəmli olan steril bankada və havasız bağlamaq və qaranlıq yerdə saxlamaqdır.
Duzlu yarpaq dolma hazırlanarkən nə qədər yuyulsa və pörtülsə də, canına hopdurduğu duzu saxlayır və dolmanın dadını dəyişə, hətta korlaya bilir.
Bu reseptlə tədarük edəcəyiniz duzsuz yarpaq isə ilk günkü dadını və ətrini qoruyub saxlayacaq və dolma yayda hazırladığınız dolma kimi ləzzətli alınacaq.
Bu cür videoların davamı üçün resepti bəyənməyi, kanala abunə olmağı unutmayın.
Facebook - / elmiraclekit. .
Instagram - / elmiracleki. .
Twitter - / elmiraclekitchen