Özündən 11 yaş kiçik oğlanla evləndi - O, doğuş zamanı niyə ölümlə üz-üzə gəldi?

  Рет қаралды 9,625

1000 Production

1000 Production

Күн бұрын

O səhnəmizin qaynanası, gülüş kraliçası idi. Həyatı keçməkeşli olsa da, filmləriylə üzümüzdə gülüş qoyub getdi.
Biri var idi.. sevilən aktrisa Nəsibə Zeynalova
Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. Nəsibə xanım valideynlərinin evliliyindən düz 12 il sonra dünyaya gəlib. Cahangir Zeynalov İranda səfərdə olarkən imam Rzanın məzarını ziyarət edib və əhd edib ki, qızım olsun adını onun yoldaşının şərəfinə Nəsibə qoyacaq. Belə də olur. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə xəstəliyə tutulan Cahangir Zeynalov qısa müddət sonra rəhmətə gedib. Atası dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub.
Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırıb. Bəhanə gətirib ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar.
İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub.
Atası dünyasını dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyətində deyib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Nəsibəni oxut, cahil olmasın.
Atası dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayıb. Aktrisa özü müsahibələrinin birində deyir: “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”.
Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işləməyə başlayır. Bir müddət sonra isə o, anasını da itirir. Həyatının dönüş nöqtəsi isə Şəmsi Bədəlbəyliylə təsadüfən rastlaşmasıdır. O, Nəsibə xanımın istedadını görüb Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.
Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı ikinci dünya müharibəsndə həlak olur. O, ikinci dəfə 38 yaşında özündən 11 yaş kiçik şəxslə ailə qurur. Əvvəlcə aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir, lakin, sonradan bu izdivac baş tutur.
Nəsibə xanım doğulanda 5,5 kq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilərik deyiblər. Amma xoşbəxtlikdən hər ikisi sağ qalıb.
Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam.
Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.
Xasiyyəti ağır, çox tələbkar insan imiş. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar imiş.
Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyir və Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik orada Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur.
Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxdığını deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım".
Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənir.
Aktrisa “Qaynana” filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş.
Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.
Beləcə ağrılı həyatı olsa da üzümüzdə gülüş yaradan teatrımızın əfsanəsj 2004-cü il martın 10-da məhz Milli Teatr Günündə dünyasını dəyişdi.

Пікірлер: 19
@МиланаМилана-й2э
@МиланаМилана-й2э 10 ай бұрын
Dunyaya bir de bele artist glmez NESIBE XANIM ❤
@NargizShabanova
@NargizShabanova 10 ай бұрын
Allah rehmet elesin mekani cennet olsun Amin 🤲🤲😢
@qarabagazrbaycandr3185
@qarabagazrbaycandr3185 10 ай бұрын
Həqiqətən özünenəxsus môhür qoyub bu sənətə
@bakuazer3285
@bakuazer3285 10 ай бұрын
Allah rəhmət eləsin
@qabilimanov7550
@qabilimanov7550 10 ай бұрын
JERIN CENNET MEKAH OLSUN amin
@qarabagazrbaycandr3185
@qarabagazrbaycandr3185 10 ай бұрын
Məkanın cənnət olsun.
@sevahacieva6119
@sevahacieva6119 10 ай бұрын
Allah rəhmət etsin!!!
@jasminsehleb5748
@jasminsehleb5748 10 ай бұрын
ALLAH REHMET ELESIN
@gokhangokcen4050
@gokhangokcen4050 Ай бұрын
Allah sizden razi olsun , yaxwi ki bizim gorkemli aktirisa ,aktiyorlarimiz haqqinda bele gozel ,etrafli melumat verirsiz .Bizim bu aktirisa, aktyorlarmizin yeri her an ,her deqiqe bilinir
@МиланаМилана-й2э
@МиланаМилана-й2э 10 ай бұрын
Cox HEYIF SENETKAR NESIBE XANIM sizin kimi Artist Duntaya Gelmez yerin Cennet olsun ❤
@minacetgulmetova1707
@minacetgulmetova1707 7 ай бұрын
Allah rəhmət eləsin,
@Huseynov.Rashad
@Huseynov.Rashad 7 ай бұрын
Allah Nəsibə xqnımı qəni-qəni rəhmət eləsin.
@vatanseven9231
@vatanseven9231 10 ай бұрын
Evez olunmaz senetkar Nesibe xanim Allah size qeni qeni rehmet eylesin bu insani heqiqi menada cox sevirdim heyif bele aktuyorlarimizdan indiki aktiyorlar hec biri bunlari evez etmek nedi hec getdiyi yolarinada yaxin gele bilmezler heyif sizlerden gozel senetkarlar 😔😔😭😭😭
@perimovsumova9167
@perimovsumova9167 10 ай бұрын
Mekani ce nnet olsu n. Dayi bele olar!
@qabilimanov7550
@qabilimanov7550 10 ай бұрын
❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 10 ай бұрын
ƏƏSTN YİN MƏSIƏHƏTÇİ BALƏMMƏDOVA ÖZÜNƏN11 YAŞ KİÇİK OĞLANLA TURAL29 ƏRİ ÖZÜ 41 YAŞ QAYNANASI DÜNYAXANIM 53 YAŞINDA😂😢
@ДжафарХасаев
@ДжафарХасаев 10 ай бұрын
Nèsibè xanim 2 dèfè yox, 4 dèfè èrè gedib, Mùtèllim onun 4-cù èridir
@Bilginize
@Bilginize 10 ай бұрын
Allah rəhmət eləsin
@aygunagabayova-fs7fc
@aygunagabayova-fs7fc 10 ай бұрын
Allah rehmet etsin
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 101 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
İçi  Doldurulmuş Yaşıl Bibər Turşusu | Qışa Hazırlıq
15:03
Elmira Gadirova
Рет қаралды 7 М.
13 Yaşlı qızın qaçmağında ananın əli var
19:50
Seni Axtariram TV / Səni Axtarıram TV
Рет қаралды 3,8 М.