Özündən 15 yaş kiçik oğlanla evlənən, Londonda yaşayan Xalq artistimiz

  Рет қаралды 180,646

1000 Production

1000 Production

Жыл бұрын

#1000production #trend #birivar
Videoda Renat Majidov yutub kanalındakı videomaterillardan ( • Nesibe Abdullayeva - F... ) istifadə edilmişdir.
Videoda Ramil Bayramov yutub kanalındakı videomaterillardan ( • Video ) istifadə edilmişdir.
Videoda Mahnilar Qovusanda yutub kanalındakı videomaterillardan ( • Nesibe Abdullayeva - F... ) istifadə edilmişdir.
Videoda Sevda Esgerova yutub kanalındakı videomaterillardan ( • Nəsibə Abdullayeva. Sə... ) istifadə edilmişdir.
Bir müddət əvvəl onun mahnısından məşhur ayaqqabı brendi Fendi istifadə etmişdi. Biri var, Son illər epizodik də olsa, olduqca baxımlı işlərlə gündəmə gələn Xalq artistimiz Nəsibə Abdullayeva...
Foto
Nəsibə Məlik qızı Yarməhəmmədova 11 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.
Nəsibə sadə fəhlə ailəsində böyüyüb. Çoxuşaqlı ailədə doğulan Nəsibə evin sonbeşiyi, səkkizinci uşağıdır.
Onun tərcümeyi-halı lap əvvəldən musiqi ilə bağlıdır. Yaxşı musiqi duyumu olan atası bir neçə musiqi alətində gözəl ifa edib. Musiqiyə olan həvəs ondan qızına keçir. Abdullayevlərin evində tez-tez mahnılar səslənir, musiqili saatlar keçirilir.
Nəsibə orta məktəblə yanaşı həm də musiqi məktəbində qarmon sinfinə gedir. Atası qızını musiqi məktəbinə apara bilmək üçün pul yığıb motosiklet alır. Hər gün qızını dərsə aparır, sonra isə onun dərsdən çıxmasını gözləyib evə gətirir.
1980-ci illərdə onun mahnıları yazılmış maqnitofon kasetləri bütün Azərbaycanda məşhur idi. Oxuduğu nəğmələr insanların könlünü oxşayır, məlahətli səsi ürəkləri fəth edirdi. 1986-cı ildə AZ TV-də efirə getmiş konserti isə onu bir gecədə məşhurlaşdıraraq, həmişəlik azərbaycanlıların yaddaşına yazdı.
1987-ci ildə 31 yaşında Nəsibə Özbəkistanın əməkdar artisti adının sahibi olur. Ali təhsil alan vokalçı 1989-cu ildə Özbəkistan Dövlət Filarmoniyasında işə düzəlir.
Müğənni iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi 1979-cu ildə 18 yaşında əslən Gəncədən olan gitara ifaçısı Eldar Abdullayevlə olur. 1981-ci ildə onların Ənvər, 6 ildən sonra isə ikinci oğlu Əkbər dünyaya gəlir.
20 ildən sonra müğənninin ailəsində problemlər yaranmağa başlayır. 2000-2002-ci illərdə o, hətta səhnə fəaliyyətinə fasilə verir. Həyat yoldaşı ilə yollarını ayıran müğənni bir müddət tək yaşasa da, ikinci dəfə özündən on beş yaş kiçik olan şəxslə ailə qurur. Müsahibələrində bu barədə deyir:
“Mənim birinci həyat yoldaşım da azərbaycanlı idi. Onun ailəsi Azərbaycanda yaşayırdı. İki oğlumuz oldu, amma bəzi səbəblərə görə ailəmiz uzunömürlü olmadı. Ondan bir neçə il sonra ikinci dəfə ailə həyatı qurdum. Artıq xeyli vaxtdır ki, məni çox sevən bir şəxslə həm kəbin, həm də rəsmi nikahla ailə qurmuşam. O da azərbaycanlıdır. Atası Gədəbəydən, anası Səmərqənddən olan azərbaycanlılardandır. Həyat yoldaşım məndən on beş yaş kiçikdir. Elmi işlə məşğuldur. Əvvəl Cenevrədə, indi isə mənim oğlanlarımla birlikdə Londonda yaşayır. Böyük oğlumun 27, kiçik oğlumun isə 21 yaşı var. İki-üç ay Özbəkistanda qalıram, qalan vaxtı mən də Londonda oluram”.
Müğənni qeyd edib ki, Azərbaycan mahnılarını oxuyandan sonra azərbaycanlı həmkarları tərəfindən ona qısqanclıq olub:
“Azərbaycan müğənnilərinin mənə olan qısqanclıqlarını qəbul edə bilmirəm. Amma hansısa bir azərbaycanlı müğənninin özbək mahnısını oxuması bizim üçün çox sevindirici olur. Bütün bunlara baxmayaraq, yenə də həmin mahnıları oxuyacağam. Əslində, belə münasibət mənə stimul verir. Mənə ən pis təsir edən isə Nisə Qasımovanın fikirləri oldu. Onun da bir mahnısına müraciət etmişdim. Çünki mənim maşınımda bu xanımın diskləri həmişə olub, o xanıma həmişə qulaq asıram və böyük hörmətim var. Amma özümə qarşı ondan belə münasibəti gözləmirdim”.
Dünyanın ən məşhur "Fendi" brendinin reklam çarxında Nəsibə Abdullayevanın "Bir gün mənə rəhmin gələcək” mahnısı səsləndirilib. Bu barədə xəbərsiz olan müğənni mətbuata açıqlama verərək belə deyib:
“Çarxda səsləndirilən "Bir gün mənə rəhmin gələcək” mahnısı mənə aiddir. Özü də bu mahnı 35 il öncə yazılıb. Şübhəsiz, mahnılarımın dünya səviyyəsində sevilməsi və istifadə olunması yalnız xoş hisslər yaradır. Lakin bu ifamı məndən icazəsiz işlədiblər. Ümumiyyətlə, biz "Fendi" ilə əlaqə yaradacağıq. Maraqlıdır ki, nə üçün bizimlə əlaqə saxlamayıblar? Üstəlik, mahnının ifaçısı mən olduğum halda nəyə görə adım orada yazılmayıb? Hələlik qarşı tərəfin reaksiyasını gözləyəcəyik. Yalnız bundan sonra məhkəmə barədə düşünə bilərik".
Nəsibə Abdullayeva 30 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib. Xalq

Пікірлер: 255
@komisarmirzeyev5278
@komisarmirzeyev5278 Жыл бұрын
Çox sevdiyim bir ifaçıdır Gəncliy illərimizin nostaljisidir ..100 yaşasın...
@xatimeirshadova4191
@xatimeirshadova4191 Жыл бұрын
Bəli cox dəyərli xanımdır . Alah özünü , balalarını , ailəsini qorusun . Amin
@tofiaslanov4899
@tofiaslanov4899 Жыл бұрын
Nəsibə xanım Abdullayevanı Azərbaycan Respublikasının fəxri Xalq artisti adı ilə təltif edilməsi münasibəti ilə təbrik edirəm və gələcək yaradıcılığında yeni uğurlar arzu edirəm.🇦🇿❤❤❤
@kerametaliyev5720
@kerametaliyev5720 Жыл бұрын
Cox sevindim Nəsibə xanımın fəxri ad almaģına!!! Bizim mahnıları həmişə sevə- sevə oxuyur!!!🙏🙏🙏
@saraorucova5367
@saraorucova5367 Жыл бұрын
Sağ ol Muğlan balam Nəsibə xanim çox istedadli sənətçidir onu çox sevirik.
@sevdaagamoglanova4228
@sevdaagamoglanova4228 Жыл бұрын
NESİBE XANİMİ ÇOX ÇOX SEVİRİK ,VE İFASİNDA MAHNİLAR DİNLEMEY BİZE ÇOX XOSDUR ,ALLAH HER ZAMANİNDA QORUSUN ,SESİNE QÜVVET VERSİN AMİN İNSALLAH 🙌 💥❤️💗💞🥰😍🤗👍👌💞💥✨
@sevdaagamoglanova4228
@sevdaagamoglanova4228 Жыл бұрын
BEYENEN ELLER VAR OLSUN 🙏 NESİBE XANİM QELBLERDE ,UREKLERDE DAİMA SEVİLSİN ,SAGLİK ,ŞANS HER ZAMANİNDA NESİBİ OLSUN AMİN 🤲 😘❤️👌👍 ❤️🇦🇿❤️
@leyleabdulova9585
@leyleabdulova9585 Жыл бұрын
Ugurlar Nesibe Abbullayeva cox gozel sesiniz var paxillar qoy catlasin
@sehlahesenova2001
@sehlahesenova2001 Жыл бұрын
Allahın Salamı Rəhməti Bərəkəti Həm Bu Verilişi Hazirlayıb Əziyyət Cəkən Bu Oglumuza Həmdə dinləyən Dinləyicilərin Uzərinə Olsun Cooxxx Sag Ol Oglum Bizi Əvvəlki İllərə Qaytarırsız Həmişə Bu Xanımın Haqda Maraqlanırdıq AllahbSizlərdən Razı Olsun Bizim dildə Cox Səlist Oxuyur Gozəl Xanımdı Allah Omur Versin 🤲🤲🤲🌷🌷🌷
@hokumeehmedova
@hokumeehmedova 11 ай бұрын
Qara gōz boy boy mahnısı superdi ah uşaqlığım😢
@billurmeherremova4434
@billurmeherremova4434 Жыл бұрын
Səndən nigaranam mahnısının ən gözəl ifaçısıdır bu xanım.özünəməxsus səsi ilə adamı ovsunlayır.
@sebnemmahmudlu8401
@sebnemmahmudlu8401 Жыл бұрын
Senden nigaranam mahnisini Azerbaycanda Nesibe xanim kimi oxuyan yoxdur ❤
@user-cx2oe9bc8x
@user-cx2oe9bc8x Жыл бұрын
Ygyrlàŕ.
@s.e.e.4604
@s.e.e.4604 Жыл бұрын
100%👍
@elmirausubova2440
@elmirausubova2440 Жыл бұрын
Bəli Nəsibə bu mahnıya pecatını vurub. Səndən nigaranam. baxan kimi. o mahnı yadıma düşdü
@Ali-Savalan
@Ali-Savalan Жыл бұрын
@@elmirausubova2440 Salam əleykum . Elmira xanım xahiş edirəm sizdən o mahnını videosunu qöndərin . Əvvəlcədən təşəkkür edirəm! Allah sizi və ailənizi qorusun!
@user-bt9me8wx4i
@user-bt9me8wx4i Жыл бұрын
Manda hey fikirlasirdim na vaxt Azerbaycanin faxri adini alacaq, demali artiq alibmis. Cox gozal. Layiqdi.
@qlmanbabayev5201
@qlmanbabayev5201 Жыл бұрын
Nəsibə xanımı Xalq artisti adı almağı münasibətilə təbrik edirəm.Cox qəlbə yatan, şirin səsi var.Və onun mahnılarıni dinləyərkən qürur hissi keçırirəm. Ona allah can sağlığı versin.Azərbaycan mahnılarını yaşatdığına görə öz dərin minnətdarlığımı bildirir ve alqışlayıram.
@elsnquliyev8366
@elsnquliyev8366 Жыл бұрын
Çox gözəl sesi var , başqa kimsəyə məxsus deyil bu səs , insanı heyran edir !
@oktay8751
@oktay8751 Жыл бұрын
Gozel sesi ve oxumaqi var, paxilliq edenler partlasin
@vuqarmirzeyev4450
@vuqarmirzeyev4450 Жыл бұрын
Öncə Nəsibə xanıma uğurlar arzu edirəm. Dəqiq hesablanma aparılsa, 1961ci ildə anadan olan sənətçi, fəxri ad alanda-1987 ci ildə 31 yox, 26 yaşında olub. Övladlarının isə, əgər burda deyildiyi tarixdə doğulubsa, 21-27 deyil, 35-41 yaşları var.
@sjsj3707
@sjsj3707 Жыл бұрын
mən də məəttəl qaldım. Bu nə danışır?
@kerametaliyev5720
@kerametaliyev5720 Жыл бұрын
@@sjsj3707 Nəsibə xanım 1961- ci ildə doģulub!!!
@faytonchu
@faytonchu Жыл бұрын
Bizə bu məlumatlar lazımdı,Vüqar?!
@vuqarmirzeyev4450
@vuqarmirzeyev4450 Жыл бұрын
@@faytonchu Hər halda informasiya düzgün verilməlidir. Deyilənlər üst-üstə düşməlidir.
@qartal228
@qartal228 Жыл бұрын
En cox sevdiyim senetkarlardandi. ,Senden nigaranam , mahnisi sadece bir mocuzedi . Allah xoşbəxt etsin.
@redmi-ek8wd
@redmi-ek8wd Жыл бұрын
Nisə Qasımovani başa düşürəm. Çünki Nəsibə Abdullayevanin səsi qısqanilacaq qədər gözəldi, məlahətlidi. Elə ona görədir ki, bütün Azərbaycan xalqı onu sevir. Allah ona can sağlığı versin inşaallah ❤️. Uğurları bol olsun.
@xaliq2926
@xaliq2926 Жыл бұрын
Nisə hara Nəsibə hara. Hər ikisinin özünəməxsus yeri var
@kapitannemo8446
@kapitannemo8446 Жыл бұрын
Musiqidən xəbəriniz yoxdur deyəsən...Nisə Qasımova ,sənətkarlıq baxımından bir baş üstündür!!Müqayisəyə gəlməyəcək dərəcədə!!
@heqimelikzade2291
@heqimelikzade2291 Жыл бұрын
Nisə Qasımovanın səsi məgər pisdir ki? Nisə xanım çox dəyərli sənətkarımızdır, heç kimə yaltaqlanan, televiziyalara çıxmaqçün heç kimin qılıncının altından keçən biri deyilldir, yoxsa bütün günü efirlərdə olardı
@redmi-ek8wd
@redmi-ek8wd Жыл бұрын
@@heqimelikzade2291 yox , mən Nisə xanımın səsinə pis demədim. Sadəcə Nəsibə xanımın səsi qısqanilacaq qədər gözəldi dedim. Belə deyək də, tutaq ki biri səndən daha gözəldi amma o yenə sənin gözəlliyini qısqanır. Məncə belələri kifayət qədər çoxdu.
@xaliq2926
@xaliq2926 Жыл бұрын
@@heqimelikzade2291 Allah Nisə xanıma mənim və bizim canımıza əzizimizə sohrətimizə gözəl insana can saqliqi versin mənim yerimə qurban olum torpaqima
@zehramehdizade3869
@zehramehdizade3869 Жыл бұрын
Oxumalıdı çünkü AZƏRBAYCANIN Xalq artisdidi çoxda gözəl xanımdı səsidə superdi.🌷🌹⚘🇦🇿🇹🇷🇺🇿
@psixozzzfanka7108
@psixozzzfanka7108 Жыл бұрын
Ağır illərimdə Nəsibə Xanımın mahnıların dinləyirdim bu1984- 1986 cı illər idi. Azərbaycanda onu hamı sevir. Səsi və özü gözəl olan bu xanıma uzun ömür, can sağlığı arzu edirəm.
@azerbaijan_az
@azerbaijan_az Жыл бұрын
Çox gözəl,təmiz nəfəsi var, qeyri-adi səsdir, çünki bütün mahnılara səsi düşür. Hansı dildə oxuyur oxusun,sanki o millətin müğənnisidir. 🌹🌹🌹🌹🌹🌹🇦🇿🇦🇿🇦🇿🇦🇿
@adamcelovk.
@adamcelovk. Жыл бұрын
QARA GÖZ BOY NESIBE OXUYUR ?
@azerbaijan_az
@azerbaijan_az Жыл бұрын
@@adamcelovk. Bəli hələ 80 ci illərdə o mahnını ilk dəfə bu oxumuşdu. Tacik rəqqasəsi Məleykə Kələntərova da həmin mahnı ilə rəqs edir di. 🌹
@yasemenhesenova7096
@yasemenhesenova7096 Жыл бұрын
GOZEL XANIM HORMET ETDIYIM XANIMLAR XANIMI ALLAH SIZI SAG ELESIN OMRUVUZU UZUN ELESIN❤😙
@efqanesgerzade3957
@efqanesgerzade3957 Жыл бұрын
İndi Nəisə normal görü nür.Bakıda onun konsertində olmuşam.O zamanlar çox yaraşıqsız idi.Plastika onu dəyişdi.
@qqqttt8189
@qqqttt8189 Жыл бұрын
n
@user-qy9pw4el2z
@user-qy9pw4el2z Жыл бұрын
@@efqanesgerzade3957 АЗЕРИ МАХНЫЛАРЫЙНАН ШОХРЕТ ГАЗАНЫБ!1982-ДЕН ТАНЫЙЫРАМ!АЛЛАХ БУНДАН ДА УЖА ЭТСИН!АМА ДЕМЕСИН КИ,ФАРС МОЛЛАБАШАМ!☝
@s.e.e.4604
@s.e.e.4604 Жыл бұрын
@@user-qy9pw4el2z Tacik və fars qızıdır amma mollabaş deyil😃😊
@azadazepbaycan2163
@azadazepbaycan2163 Жыл бұрын
@@s.e.e.4604 менче онун атасы иран азербайчанындандыр. Озбекистанда ону Азербайчанлы кими таныйырлар.
@firdovsiorucov8107
@firdovsiorucov8107 Жыл бұрын
Azərbaycanın xalq artisti Nəsibə Abdullayevaya uzun ömür və can sağlığı arzulayırıq 🇦🇿🇦🇿🇹🇷🇹🇷
@instagramstore4554
@instagramstore4554 Жыл бұрын
Atasi Iranli , anasi Tacik olan bir nsan nece Azerbaycanli ola biler?
@lihuseynqurbanzad9031
@lihuseynqurbanzad9031 Жыл бұрын
Mənədə çox maraqlıdır?
@fikret7241
@fikret7241 Жыл бұрын
COX GÖZƏL TƏBRİK EDİRİK.NƏSİBƏ XANIMI. QARDAŞ ÖZBƏKİSTANA AZƏRBAYCANIN HÖRMƏTİ.... PAXILLIQ ETMİRİK. HEC KƏSƏ..DÜZÜNÜ SÖYLƏMƏK LAZIM.. BƏS UŞAQLIĞINI ,GƏNCLIYİYİNİ, ORTA YAŞLILIĞINI, HƏTTA CANSAĞLIĞIINI AZƏRBAYCAN SƏHNƏSİNƏ FƏDA EYLƏYƏN KƏMALƏ XANIM RƏHİMLİYƏ NİYƏ DÖVLƏT HEC BİR DİQQƏT, QAYĞI GÖSTƏRMİR. AXI BU İNSAN AZƏRBAYCANDA XİDMƏT GÖSTƏRİB. XARİCDƏ YOX. ARXA DAYAĞI YOXDUR ONA GÖRƏ ? TƏMİZ QADINDIR,BİR ƏRDƏ OLUB ONA GÖRƏ ? KİŞİLƏR GƏZMƏYİB ONA GÖRƏ. HƏƏƏ . BU ADAM ÖMRÜNÜ XALQA MƏNƏVİ QİDA VERMƏYƏ SƏRF EDİB.. HAQQ VAR,. ƏDALƏT VAR. HAQSIZLIQ OLDUĞUNA GÖRƏ AZƏRBAYCAN ELƏ BƏDTƏR GÜNDƏDİR. OLACAQ DA. HƏLƏ COX ŞEYLƏR OLACAQ.KƏMALƏ XANIMIN HAQQINI YEMƏK OLMAZ..CÜNKİ, O TƏMİZ YOLLA BU SƏNƏTDƏ XİDMƏT GÖSTƏRİB.CİRKİNLİKLƏ YOX.☝ DÜZDÜR BU SÖZLƏR BU PAYLAŞIMA AİD OLMASA DA YENƏ YAZDIM Kİ, ONU SEVƏNLƏR DƏ BİLSİN.
@magerrammirzoev2868
@magerrammirzoev2868 Жыл бұрын
Ugurlar size Nəsibə xanim!...
@ruhengizsixmemmedova425
@ruhengizsixmemmedova425 Жыл бұрын
Cox sevirik bu xanimi.Ömrü uzun ugurlari bol olsun inşAllah🙌🙌❤😘😘🌹
@user-jm1wy6tm4x
@user-jm1wy6tm4x Жыл бұрын
👍👍👍hалал олсун Насиба ханума.
@arzuefendiyeva9774
@arzuefendiyeva9774 Жыл бұрын
Cox sevdiyim və hörmət edtiyim müğənnidir.
@ulduz_xalilova
@ulduz_xalilova Жыл бұрын
Uşaqligmin xoş xatirəlıri. ALLAH can sagligi uzun ömur versin. Nasibə xanima. 😍😍😍😍
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 Жыл бұрын
İki dəfə evlenib ikisi də azərbaycanlı olub bu qızın ruhunda azərbaycanlılık var
@nezakatkerimova2020
@nezakatkerimova2020 Жыл бұрын
👍👍👍👍 -25yaw da ola biler teki qarwiliqli temiz sevgi olsa
@sukursalmanov2545
@sukursalmanov2545 Жыл бұрын
Çox gözəl səsə malik bir xanımdır.Allah can sağlığı versin.Nəsibə Abdullayeva.
@lalebabayeva9170
@lalebabayeva9170 Жыл бұрын
Аллаh saxlasin hemmise sesli,mahnili olsun,70,80 ci illerde cox ugurlu cixislarla Azerbaycan xalginin yaddasindadir. BIZ ONU hemmise Azerbaycanli kimi tanimisig ifalarini severek izlemisik,sevmisik
@kenans184
@kenans184 Жыл бұрын
Nəsibəni çox sevirəm.Səsi məlahətli di.
@bestiqurbanova3103
@bestiqurbanova3103 Жыл бұрын
4Nesibenin çox gözel üreye yatımlı sesi var .biz onu çox sevirk .Azərbaycandan sənə atəşi salamlar
@kerimlielmir8896
@kerimlielmir8896 Жыл бұрын
Allah uzun òmur can sagligi versin Nesibe xanima
@bakircbraylov8716
@bakircbraylov8716 Жыл бұрын
Biz onu özbək qızı kimi tanıyırdıq. İlk dəfə, ,, qara göz boy-boy,, mahnısıynan efirlərdə görmüşdük. Bu mahnı, toylarda çox sevildi. Nəsibə xanıma can sağlığı arzulayıram!
@rozanuriyeva2509
@rozanuriyeva2509 Жыл бұрын
FƏXRI AD ALDIGINA GÖRƏ NƏSIBƏ.XANIMA TƏBRIKLƏR!!!LAYIGDIR.!!!GÖZƏL SƏSI VAR..AZƏRBAYCAN MAHNILARINI MUGAMI GÖZƏL OXUYUR !!!!ALLAH GORUSUN!!!!
@user-jz1tk9be7o
@user-jz1tk9be7o Жыл бұрын
Насиба Абдулаева манилари билан биз буйидик бу хонимини гузал укимоги ила маданияти утириши туриши сахна маданияти ва табий гузаллиги ила фарклиди.Оллох сиза жон соглиги версин....
@mobiltelov6697
@mobiltelov6697 Жыл бұрын
Yaza bilmirsən, yazma, nə məcburdu?
@mobiltelov6697
@mobiltelov6697 Жыл бұрын
@KENAN ola bilsin öz dilində tərifləyib, amma məni (utipişi tupişi) sözləri qıcıq etdi!!!
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Жыл бұрын
Qencliyimizin muqennisi
@renamamedova5366
@renamamedova5366 Жыл бұрын
Nesibenin, çoh gözel sesi var. ♥️💕♥️👍
@sarasevinc4464
@sarasevinc4464 Жыл бұрын
Özünü fars sayan, azərbaycanlı oğlanlarla evlənib, Azərbaycan mahnilariyla məhşur olan xanimi təbrik edirəm.
@user-om8xb4dp7l
@user-om8xb4dp7l Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@hqiqtorucova4613
@hqiqtorucova4613 Жыл бұрын
AZƏRBSYCANDAN NƏSİBƏ ABDULLAYEVAYA U ZUN ÖMÜR CAN SAĞLIĞI ARZULAYIRIQ.
@mirbesirmirmehdi5903
@mirbesirmirmehdi5903 Жыл бұрын
Qarabağ Azərbaycandır
@seadetzulfuqarova1855
@seadetzulfuqarova1855 Жыл бұрын
Semerqende iranlilar çoxdur.iran azerbaycanlilarida var.yeqin ona göre azerbaycanli sayir özün.
@esiyyetzenbiyeva377
@esiyyetzenbiyeva377 Жыл бұрын
Ugurlar. Wiriltili su axir elebil Sesi gelbi cox rahat edir. Bu neSesdir Allahim Var olun Nesibe Abdullayeva.
@veteneliyev5659
@veteneliyev5659 Жыл бұрын
Nəsibə xanım Allah sizi qorusun, həyahınızın hər sahəsində sizə uğur diləyirəm.
@elsadhasansoy3502
@elsadhasansoy3502 6 ай бұрын
Çox sevilən sənətçimizdir
@user-ph3ub2ui7x
@user-ph3ub2ui7x Жыл бұрын
Меним бу ханыма бойук hорметим вар . Чох гузел 👍
@nuredinbagrov3805
@nuredinbagrov3805 Жыл бұрын
Men de uşaqlıqdan elə bilirem Nesibe xanım azerbaycanlıdır
@musayeva.n5084
@musayeva.n5084 Жыл бұрын
Mende indi bildim.
@malikmamedov7808
@malikmamedov7808 Жыл бұрын
Nəsibə xanima Azərbaycanin Xalq artistin adi halaldır. Əsil xalqin artistidir. Geyimi davranişina siz ola bilməz .Yoxsa bizim indiki xaliq artistləri kimi. Məsələn Aygün,Röya kimilər .Bunlar xalq artisti adına layiq deyirlər.
@gulnarresulova885
@gulnarresulova885 10 ай бұрын
Nəsibə Abdullayeva çox gözəl qız idi ,sadə təbii ,mmədəni ağıllı qıız idi .Sizlərə təşəkkür edirik ,bu verilişiniz üçün ,çox gğzəl ,səsi var idi .👍❤️
@kifayetqubadova3252
@kifayetqubadova3252 10 ай бұрын
Nəsibə xanım biz sizi çox sevirik.Siz əsil Azərbaycan xalq artistisiniz, ifanız çox gözəl, çox fərqlidir.Nisə xanım da kaski sızın haqqınızda gözəl fikirlər soyləyəydi, siz tarifə layiqsiniz.❤
@nofelsuleymanov6571
@nofelsuleymanov6571 Жыл бұрын
ÖMÜR deyir qocalmışam, ÜRƏK deyir yaşa hələ. Ürəyi cavandır həyat eşqi var, xoşbəxtlik arzulayıram.
@lalezeynalli2133
@lalezeynalli2133 Жыл бұрын
Gözəl sənətkar olmaqla bərabər,dilimizi belə sərbəst bilməsi təqdirə layiqdir(Azərbaycanda yaşamadıgı halda)
@cavidsgrov4263
@cavidsgrov4263 11 ай бұрын
Mən də uşaqliqdan Nəsibənin mahnilarina qulaq asmaği xoşuma gəlib.
@trino001
@trino001 Жыл бұрын
Allah qüvvət versin
@retro_771
@retro_771 Жыл бұрын
Ən yaxşı KZbin kanalı 👏🏼👏🏼👏🏼
@restemrustemov2130
@restemrustemov2130 Жыл бұрын
Can saqlığı gözəl xanım Nəsibə xanım bizim qara göz mahnını ifa edən
@retro_771
@retro_771 Жыл бұрын
Nəsibə Abdullayeva 💖
@sarasevinc4464
@sarasevinc4464 Жыл бұрын
Fendi reklamında Fəridə mahnısında oxuduğu mugamdan bir hisse işlədilib.
@nmzaaqayev1423
@nmzaaqayev1423 Жыл бұрын
Она лайигдир. Тебриклер. И 🇦🇿🇦🇿🇦🇿🇦🇿
@agdamlqaqa7070
@agdamlqaqa7070 Жыл бұрын
Salam qaqa.Həm deyirsən "1961 ci ildə anadan olub həmdə deyirsən 1987 ci ildə 31 yaşında" bu hansı hesablamadı? Mənə belə riyaziyyat öyrətməyiblər kaş onuda biləydim.3,32 ci saniyə
@user-zs7nq6lf4h
@user-zs7nq6lf4h Жыл бұрын
Çox sağolun.
@sevdababayeva2747
@sevdababayeva2747 Жыл бұрын
Gözel insan gözel de müğennidi onu çox sevirem öpürem bağrıma basıram
@yasarcabbarov383
@yasarcabbarov383 Жыл бұрын
Fəxrimizsiz xanım 🎉
@tagiyevanurengiz9311
@tagiyevanurengiz9311 Жыл бұрын
SƏNDƏN NGARANAM MAHNISINI TELFONUMA ZƏNG ETMƏK ÜÇÜN KÖÇÜRMÜŞDÜM HƏTTA.HƏM GÖZƏL HƏM DƏ GÖZƏL İFA EDİR. ALLAH ÖMÜR VƏ BİR DAHA UĞURLAR ARZULAYIRAM.
@memmedeliyev5467
@memmedeliyev5467 Жыл бұрын
Ay qsrdaş Nəsibə xanımın 1987 ci ildə 26 yaşı olur 31 yaş yox Hesablayanda düz hesablayın
@reyhanmehdiyeva376
@reyhanmehdiyeva376 Жыл бұрын
👍 Nəsibə Abdullayeva ❤️
@gulnaraliyeva3997
@gulnaraliyeva3997 Жыл бұрын
Atası Melik Yarmehemmedov yəqinki Azerbaycandandir Farslarda belə soyad olmur daglilar, tatların da balaxanlilar da etnik farsdir.elə ona görə 2defe azərbaycanlı ilə ailə qurub
@nubarmustafayeva2251
@nubarmustafayeva2251 Жыл бұрын
🤲❤🥰🥰
@bayramsirinov2539
@bayramsirinov2539 Жыл бұрын
❤️🌹🇦🇿🇹🇷🇺🇿
@zalikeshirinova8896
@zalikeshirinova8896 Жыл бұрын
😘💐
@alibabayev1148
@alibabayev1148 Жыл бұрын
Аллах Рехмет Елесин
@efqanesgerzade3957
@efqanesgerzade3957 10 ай бұрын
Nisə Qasımovanı hamı sevir.Bütün Azərbaycan xalqı da.
@senansenan8134
@senansenan8134 Жыл бұрын
SƏSİNİ SƏNƏTİNİ SEVDİYİM SƏNƏTKARDIR.ALLAH QORUSUN.BALALARININ XOŞBƏXTLİYİNİ GÖRSÜN.AMİN.
@Cema-cu1nk
@Cema-cu1nk Жыл бұрын
🙌🙏🤲
@user-tu3nq1do6r
@user-tu3nq1do6r 11 ай бұрын
Чох Гозал Охуйур ,Ода Миллатимизин Бир Гариб Балсыдыр ,Аллах Горусун Миллатимизи Бутун Дунаяда,АМИНЬ.
@mehmanmaharramov306
@mehmanmaharramov306 4 ай бұрын
🙏🙏🙏🌹🌹🌹💖
@refiqememmedova7047
@refiqememmedova7047 Жыл бұрын
Allah kömeyin olsun közel insan
@nusabbaxsyeva4291
@nusabbaxsyeva4291 11 ай бұрын
80 82 illərdə qaragöz mahnısı yaddaşımızda həkk olub.
@malahatyagubova8267
@malahatyagubova8267 Жыл бұрын
Əslində bu xanım azərbaycanlı yox fars sayılır. Niyə ona azərbaycanlı deyirsiniz. Sadəcə yaxşı oxuyur. Olduğu kimi deyin.
@mahbubaaliyeva3693
@mahbubaaliyeva3693 Жыл бұрын
Vaxtilə "Qaragöz boy boy" mahnisini oxuyan da bu müğənni idi?
@AZELiSA701
@AZELiSA701 Жыл бұрын
He odur
@jonnkadi5288
@jonnkadi5288 7 ай бұрын
Nəsibə Abdhllayeva çox gözəl müğənidir.Mən bələ orta məktəbdə oxuyarkən onun kasetlərini alırdım.Təhslimi Rusiyada olub və Özbəkstandanda tələbə yoldaşlarım ,mənə onun yeni mahnıladını vətirirdilər.Allah qorusun.
@user-xh7mc8lw3y
@user-xh7mc8lw3y 4 ай бұрын
БРАВО НАСИБА ХАНУМ.БУДЬ ВСЕГДА ТАКОЙ СЛОВАМИ НЕ ОПИСАТЬ ПРОСТО БУДЬ ВСЕГДА ЗДОРОВА.
@valehmuradov6583
@valehmuradov6583 Жыл бұрын
Uca ALLAH kömək olsun
@user-hu1el7di5i
@user-hu1el7di5i Жыл бұрын
Nesibe xanımı Azerbaycanın xalq artisti adı almağı münasibeti ile tebrik edirem.Azerbaycan gözel🇺🇿🇦🇿🇹🇷🔥😘👍
@goshgarmammadov1522
@goshgarmammadov1522 Жыл бұрын
Atasını Fars hesab edir yoxsa həqiqətəndə Farsdır.Bəs onda Azərbaycan mahnıları sevgisi hardandır .Anasında deyirsiz Tacikdir.
@azadazepbaycan2163
@azadazepbaycan2163 Жыл бұрын
Анасы тачикдир атасы исе ирандан озбекистана келмиш Азербайчанлыдыр. Озбекистан каналларында насибени азербайчанлы кими тегдим едиблер хемише.
@elgulemirzoyeva1256
@elgulemirzoyeva1256 Жыл бұрын
Почему такое отношение Нисы гасымовой к певице?ведь пусть вспомнить себя одно время шовкят ханым ее игнорировала так по моему нельзя Ниса ханым вы ведь понатуре не такая желаю вам Ниса ханым долгих лет жизни а абдулаевой счастья и любвы
@etibaraslanov6875
@etibaraslanov6875 Жыл бұрын
Bəzi üzdən iraq , 2 dəfə yox, 72 dəfə rəsmi, və ya qeyri- rəsmi ərə gedən "xalq artist"lərinin əlindən bezib detdi.
@feqanhuseynov3651
@feqanhuseynov3651 Жыл бұрын
Uqurlar.
@nerminnesibova3406
@nerminnesibova3406 Жыл бұрын
Cox yaxsi edib.Xosbexd olsun.
@cavahirabasova5564
@cavahirabasova5564 Жыл бұрын
Bu qız özünü fars hesab edirsə ,niyə deyirsiz ki bizim qız
@abbrashad1857
@abbrashad1857 Жыл бұрын
Verlish👍🇦🇿🧿🙏
@sahibqurbanli3778
@sahibqurbanli3778 Жыл бұрын
Nəsibə xanımı hər zaman sevə sevə dinləmişəm.
@surayyaabbasova3370
@surayyaabbasova3370 Жыл бұрын
1981ci və 1987ci ildə doğulan oğlanların necə 27-21 yaşı ola bilər? 41- 35 yaşları olmalıdır
@user-dy9mm5tf1z
@user-dy9mm5tf1z Жыл бұрын
Браво Насиба🌹🌹🌹
@elekberovaarzu8386
@elekberovaarzu8386 Жыл бұрын
👍👍👍👍👍👋
@sebuhixelilov4636
@sebuhixelilov4636 10 ай бұрын
Təbrik edirik
@inkognito935
@inkognito935 Жыл бұрын
Еле данышырлар. Хеч баш ишлетмирлер ки, 1961-чи илде анадан оланын 1987-чи илде нече 31 йашы ола билер?
@kemaleismayilova5735
@kemaleismayilova5735 Жыл бұрын
Yəqin məlumatlar köhnə reportajlardan götürülüb çünki deyilən tarixlərlə yaşlar üst üstə düşmür
@asifbabazade7613
@asifbabazade7613 Жыл бұрын
Düzdü
@user-bn7mz7ej4w
@user-bn7mz7ej4w Жыл бұрын
❤️❤️❤️❤️❤️🌹🇦🇿🙏
@fuadhamishayev2096
@fuadhamishayev2096 Жыл бұрын
Xoshuma gelmir .
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 12 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН
Şahbaz Quliyev Şuşa türməsinə getdi
8:18
Milli TV
Рет қаралды 91 М.
Rövşən Abdullayevlə bağlı yeni faktlar üzə çıxdı...
23:15
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН