Mən örtülü bazarı heç xoşlamıram Insanları için-için yeyən dərdi Azarı heç xoşlamıram Xoşlamıram müəmmalı baxışları Xoşlamıram yalan dolu Uydurulan naxışları Xəbis-xəbis gülümsəyib Min bir tərif vuranları Söz gəzdirib ara vurub İnsanların ürəyini qıranları... Gülə gülə, zarafatla Gözlərinə baxa baxa sənə Tələ quranları .. Göz qaş edib insanların evlərini yıxanları... Hər günahı işləyəndən sonra təmiz çıxanları... Susanları xoşlamıram Gizli gizli asanları... Kəsənləri xoşlamıram Şübhəsini, sevgisini, nifrətini Eyhamlarla anlatmağa çalışanı Ürəyində küsüb sonra Ürəyində barışanı Işarətlə danışanı Lal baxışla səndən Cavab soruşanı Allahsızın imanını Imansızın gümanını Xoşlamıram.