Рет қаралды 47,950
Təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Leylanın anası Nazilə ilə Buzovna qəsəbəsində dönərxanalardan birində işləyərkən tanış olub: “Təxminən 5 il olar ki, Nazilə və onun azyaşlı qızı Leyla ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışam. Aramızda hər hansı münaqişə olmayıb.
2022-ci ilin mayından Nazilə məni nə qədər yaşadığı evə dəvət etsə də, mənim imkanım olmadığına və yolun uzunluğuna görə həmin evə getməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il mayın 23-də mobil telefonuna zəng gəldiyini görüb: “Telefona cavab verdikdə zəng edənin Nazilənin qızı Leyla olduğunu bildim. Leyla mənə anası Nazilənin dərmanlar içərək hamama girdiyini, cavab vermədiyini dedi. Mən də evimdə olan 95 manat pulu götürüb Naziləgilin yaşadığı evə getdim.
Daha sonra zəng edəndə Leyla telefonu anasına verdi. Nazilə qızı Leylanın ac olduğunu, məktəbə getmək üçün pulu olmadığını dedi. Mən də 45 manatlıq ərzaq alaraq, Naziləgilin evinə yollandım. Yemək yedikdən sonra gecəni həmin evdə keçirdim”.
Davamı ilə TV11-in "11-ci teleşöbə" verilişində tanış ola bilərsiniz.