Orkhan Zeynalli ft. Çinarə Məlikzadə - Böyük Ümidlər/Xatirədir

  Рет қаралды 683,678

Orkhan Zeynalli

Orkhan Zeynalli

Жыл бұрын

Orkhan Zeynalli-nın “Böyük Ümidlər/Xatirədir” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya KZbin-da abunə ol: mikpro.az/ozeynalliyt
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozeynallifb
Instagram: mikpro.az/ozeynalliig
Genius: mikpro.az/ozeynallign
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozeynallidinle
Sözlər:
[Bənd 1]
Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
Bir gün qabaq yox idin, bu gün isə həyatın var
Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum, qorxma bir azdan bitəcək səslər
Küsmə taleyindən o heç nəyi etmir qəsdən
Azalacaq səslər, azalacaq səslər
Valideyn sayı azaldıqca azalacaq səslər, hey
[Nəqərat]
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
[Bənd 2]
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
Kimsə son anda abort etməyən tək anayla
Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
Analar var - qalıb baş-başa yadigar başdaşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey
[Nəqərat]
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Qalanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Qalanı xatirədir
İçimdən səs gəlir
Orkhan Zeynalli tərəfindən ifa olunan “Böyük Ümidlər/Xatirədir” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2023
Etiketlər:
#OrkhanZeynalli #BöyükÜmidlər #mikpro

Пікірлер: 655
@guldaneqafar
@guldaneqafar Жыл бұрын
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə,nəticə göz önündədir🖤
@xyallddinqz9670
@xyallddinqz9670 Жыл бұрын
Çox təəssüfki bu bir gerçəkdi. Və çox təəssüfki övladlarmızı da bu ağrıdan bu yaralardan qoruya bilmirik...
@guldaneqafar
@guldaneqafar Жыл бұрын
@@xyallddinqz9670 öz yaralarımızı sarayaq kı sonra övladlarımızda bizim keçmişimizi yaşamasınlar....
@ilahag
@ilahag Жыл бұрын
💔
@guldaneqafar
@guldaneqafar Жыл бұрын
@@ilahag 😐
@xyallddinqz9670
@xyallddinqz9670 11 ай бұрын
@@guldaneqafar Heç istəməzdim övladlarım mənim yaralarmı yaşasın və tək əlimdən gəlıni deyil gücüm çatdığından qat qat artığını edirəm bunun üçün. Amma bəzən neynəsən də olmur çünki ailənin iki sütunu var atalar da anlar qədər qorumalıdı övladları bu yaralardan.... Bizim yaralarmızın sağalmağısa bir ömür yaşadığımız insana bağlıdı.
@aartchaos
@aartchaos Жыл бұрын
Konsertdə gözü dolaraq canlı dinləyənlər...🤍
@stillwithyou_
@stillwithyou_ Жыл бұрын
Konsertə gedə bilmədiyinə görə gözü dolanlar🥺
@NIko9394
@NIko9394 Жыл бұрын
Konserte getdiyini bildirmedin heç.
@aartchaos
@aartchaos Жыл бұрын
@@NIko9394 Məncə mahnını dinləyin, commentləri o qədər də ürəyinizə salmayın.
@humel90
@humel90 Жыл бұрын
Konsertin olduğundan heç xəbərim yox idi 🤷 gəncliyim bu qrupun mahnıları ilə keçib, heyif, illər sonra canlı izləmək qismət olmadı ☹️
@ceyhunaaliyeva8101
@ceyhunaaliyeva8101 Жыл бұрын
1:0 öndəyikk💙
@ayskeyserovskaya
@ayskeyserovskaya 11 ай бұрын
"Çətin idi özgəsindən qayğı tələb etmək"
@alberteinstein07n
@alberteinstein07n Ай бұрын
Replə muğam birləşəndə hər zaman möhtəşəm bir şey ortaya çıxır. Tək sözlə möhtəşəmm)))
@Vahid_Axundlu
@Vahid_Axundlu Жыл бұрын
"Adam qayıdıb keçmişə yenidən böyümək istiyir"...
@gulnarquliyeva3213
@gulnarquliyeva3213 11 ай бұрын
Özü də necə qayıtmaq istəyir, kaş qaytarmaq olardı keçmişi yenidən böyümək üçün kaş ki elə bir zaman maşını olardı, kaş ki ....
@MelahetMelahet-zd5uj
@MelahetMelahet-zd5uj Ай бұрын
Boyumemek😢
@SadiqaSalahova
@SadiqaSalahova Жыл бұрын
Zaman heçnəyi sağaltmır. Sadəcə insan zamanla hərşeyə öyrəşir..🎭
@nabizadavugarofficial
@nabizadavugarofficial Жыл бұрын
👏 haqqlisiz
@nilerkan1269
@nilerkan1269 11 ай бұрын
Belki o bile mümkün değil. Her an benimle olacak
@Bakinskiy77
@Bakinskiy77 11 ай бұрын
Супер создер
@xeyalalmemmedov8660
@xeyalalmemmedov8660 11 ай бұрын
Beli dogrudur🥺
@metinquluzade1336
@metinquluzade1336 5 ай бұрын
👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@fuad9481
@fuad9481 Жыл бұрын
Bir insan necə bir həyat yaşasın ki bu qədər möhtəşəm bir track bəstələsin. Xüsusilə bu bənd.... Ölkəmdəki minlərlə gəncin demək istəyibdə deyə bilmədiyi cümlələr... Həqiqətən çətin idi, çox çətin.. Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq
@omarali9665
@omarali9665 11 ай бұрын
Həqiqətəndə mükəmməl 👍👍
@xyallddinqz9670
@xyallddinqz9670 9 ай бұрын
Eynən xüsulilə də qeyd etdiyiniz bənd😔
@Moren2012
@Moren2012 3 ай бұрын
Bir sözle möhtesem ❤❤❤❤
@raxidaa
@raxidaa Жыл бұрын
2:46 Bütün inşalardan 5 alırdım . Yeganə inşa idi ki həmin gün 2 almışdım. Hardan başlıyım nə yazım bilmirdim. Xoşbəxt başlanğıcları ayrılıqlı sonla tamamlamag istəmirdim. Bütün sinifin həvəslə yazdığı inşada mənim sakit qalmağım ədalətsizlik deyil ? İndi evə gedirəm , anamın hazırladığı yeməkdən yeyib , atamla günümün necə keçməsini müzakirə edəcəm. Hər şey düzəlib amma hələdə bir mahnının bir misrası bəs edir mənə xatırlamağa :) Övladlarınızın yaddaşında onlara travma qalmayacag həyat yaşadın. Sizdən geriyə böyük ümidlər bəslədiyiniz uşaglarınızda sadəcə xatirəniz qalacag .
@Dark49238
@Dark49238 10 ай бұрын
🥀
@ayss332
@ayss332 10 ай бұрын
Ailədən alınan travmalar unudulmur hecvaxt...
@Oyun_dunyasi_013
@Oyun_dunyasi_013 3 ай бұрын
Çox gözəl yazmısınız
@Myarkhe
@Myarkhe Жыл бұрын
İçimdə nə illər əvvəl ki insan, nə də illər sonra olmaq istədiyim insan var.
@barisnovruzov2790
@barisnovruzov2790 11 ай бұрын
👏👍
@JalaAslanova
@JalaAslanova Жыл бұрын
Bu sunileşmiş dünyada sizin ifalarınız bize gerçəkləri xatırladır . Yaxşı ki sizlər kimi ifaçılar sənətçilər var .
@user-br1kf3fk8u
@user-br1kf3fk8u 6 ай бұрын
👍👍👍
@Kanansworld
@Kanansworld Жыл бұрын
Çinarə Məlikzadəni ilk dəfə idi dinləyirdim, dünya səviyyəli canlı performans göstərdi. Konsertdən ən çox yadımda qalan bu ifa idi.
@mamedoff.18
@mamedoff.18 Жыл бұрын
"Uşaqlar var Valideyin əvəzi böyüyüb qardaşıyla"😶‍🌫️
@mmmdova1981
@mmmdova1981 Жыл бұрын
👍
@user-br1kf3fk8u
@user-br1kf3fk8u 6 ай бұрын
👍
@smrqurbanova6974
@smrqurbanova6974 11 ай бұрын
Bu qədər şərhin içindən inanmıram mənim şərhim qarşına çıxa,oxuyasan amma beynimdəki səslər susmur, sənin eşqin dinmir İlkin.Alınmır olmur,bir insan hər şeydən mi əksik qalar?Ailədən,eşqdən,dostdan əksik qalarmı insan? Qalarmış... Bəzən insan öz uçurumda tək qalarmış özünü həyata bağlamaq üçün özü tutunarmış heç kimdən kömək almadan,heç kimə bağlanmadan tutunarmış.Bəzən ailədən görmədiyi sevgisini başqa birində axtararmış və dünyanın ən xoşbəxti sanarmış özünü,11 ay əvvələ qədər belə sanırdım.1 ilə az qalıb bax,indi tam anlamıyla həyatımda əksiklik hiss edirəm.Sən yoxsan,biz yoxuq İlkin.Sənin üçün çox darıxıram.Bir insanın yoxluğu həyatımda nə qədər dəyişiklik edərmiş? Niyə çıxdıq yola biz?Əgər yarı yolda buraxacaqdınsa niyə çıxdıq?Çox yalnız hiss edirəm özümü,kaş yanımda olardın etdiyin hər şeyə rəğmən yanımda olardın,İlkin.Olmadı.Alınmadı,Bacarmadıq biz...
@nazrynhadjizade
@nazrynhadjizade 11 ай бұрын
Küsme taleyindən o heçneyi etmir qesden
@zeilansss
@zeilansss 4 ай бұрын
🥹❤️‍🩹
@aytnbaxsaliyeva5668
@aytnbaxsaliyeva5668 4 ай бұрын
Hardasa eyni hisləri 11 il yaşamiş biri var və hələdə bu əzabla yaşamağa davam edir..!
@Deniz_Murad
@Deniz_Murad 3 ай бұрын
Allah bəndəsinə kifayətdir! Allah tapan insanın heç bir insana ehtiyacı olmur.Allah üçün bir insan sevgisini tərk etmədikcə , insan üçün Allah sevgisini tərk etmisən deməkdir.
@S.A-fo8vk
@S.A-fo8vk 2 ай бұрын
Ümid edirəm indi çox yaxşısınız,Əsmər
@elsadhuseynov1295
@elsadhuseynov1295 Жыл бұрын
Gözlərimiz Önündə Yaşlanan Sənətkar Orxan Zeynallı❤
@tbrizdadasovxacmaz7531
@tbrizdadasovxacmaz7531 Жыл бұрын
Kirpiyə döndüm.. Bu nə səs, bu nə sözlər,bu nə keyfiyyət...Möhtəşəm!..
@durudesigner6874
@durudesigner6874 8 ай бұрын
🤣
@turancelilsoy7583
@turancelilsoy7583 7 ай бұрын
Əzizlərim, bu nə idi dinlədim ? Sizin kimi soydaşlarım olduğu üçün qürur duydum. İkiniz də möh tə şəm siniz ! VAR OLUN !
@lovechuuya.
@lovechuuya. 10 ай бұрын
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir. Ağrılar qalsa da keçmişdə,nəticə göz önündədir:)
@coshqunharunov7406
@coshqunharunov7406 Жыл бұрын
İnsan zamanla hər çərçivəyə sığan varlıqdır 🕯
@hobbim6447
@hobbim6447 Жыл бұрын
😢
@dilgamseyidzada2076
@dilgamseyidzada2076 Жыл бұрын
Necə gözəl sözdür. 😢
@emilismayilov9207
@emilismayilov9207 11 ай бұрын
🚬🚬🚬
@xyallddinqz9670
@xyallddinqz9670 10 ай бұрын
Kaş bu musuqidəki hər sözü hər kəlməni sümüklərmizə qədər sızlayaraq hiss etməyəydik...
@My.LiFe.My.Rules.25
@My.LiFe.My.Rules.25 11 ай бұрын
Elə bir yaşa catmişiq ki, ne valideynlər,nə müəllimlər buraxdığımız səhvləri bizə başa salır.Artiq səhvlərimizə görə həyat bizi cəzalandırır...
@ewanwictor
@ewanwictor Жыл бұрын
İmkanım olsa konserlerini kaçırmam. Çok kaliteli bir sanatçısın.
@orkhanmammadov7175
@orkhanmammadov7175 Жыл бұрын
Yenə qulaqdan yox damardan qəbul edirik)
@zibasahkrimova278
@zibasahkrimova278 Жыл бұрын
Küsmə taleyindən o heç nəyi etmir qəsdən.....🍂
@elfidaaa1
@elfidaaa1 Жыл бұрын
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır.
@leoking9771
@leoking9771 2 ай бұрын
👌👍
@Refiqe_MHR
@Refiqe_MHR Ай бұрын
Bu parçanı hər dəfə kiməsə tövsiyə edəndə özüm də gəlib bir daha dinləyirəm... Şedevr, ah əziz xatirələrim.💜
@eltonzaki1566
@eltonzaki1566 Жыл бұрын
Oysa ki, "böyük ümidlər" yaşamağa həvəs yaradırdı.. amma onlar indi nə yaşayır nə də ümidləri var..🥀
@cefer0vh_
@cefer0vh_ 11 ай бұрын
Bu sözləri gözünüzü bağlayıb təsəvvür edin ciddən gözümüzün önünə gəldikcə göz damlasının axması imkansızdı... Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri
@elfidaaa1
@elfidaaa1 11 ай бұрын
*Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq..* *14.06.2023.* *16:58*
@suleymanaliyev2588
@suleymanaliyev2588 Жыл бұрын
Əzizim Orxan, bu mesajı oxuyarsansa bilməni istərəm ki, uşaqlığımın potensial təməlini və mövzuya, dünyaya baxış bucağımı dəyişdirən ilklərdənsən. Səni və dəyərlimiz Elxanı hər zaman düşüncəmdə və xatirəmdə ruhuma əmanət tək qoruyub saxlayacam. Bir vaxt track'lərində deyərdin mən böyümüşəm.. indi mən böyümüşəm, sən yaşlanmısan gənc adam! ❤
@fairy7378
@fairy7378 11 ай бұрын
Heçnə üçün yox bir gün valdeyinlərimi itirəcəyim ağlıma gələndə həyatım qaralır😞
@whoseinizs
@whoseinizs 10 ай бұрын
"Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik"
@Mirmehemmedd
@Mirmehemmedd Жыл бұрын
bu nəydi ala Çinarenin sesi çoxxxxxxx zorduda cingildiyire❤ Orxan Zeynallida Boss❤
@iammuju
@iammuju 9 ай бұрын
Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə talehindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayi azaldıqca azalacaq səslər Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gələcək nəsillərə böyük nifrət bəsləyir
@light2838
@light2838 9 ай бұрын
Orxan Salam, sən biz Azərbaycan gəncliyinə bəxş edilmiş bir nemətsən.
@ismayiladiyevv
@ismayiladiyevv 11 ай бұрын
Orxan bəyin mənalı, düşündürücü sözləri və Çinarə xanımın gözəl səsi, xatirədir mahnısı ilə ..bir sözlə möhtəşəm
@gunay-wt6pc
@gunay-wt6pc 9 ай бұрын
Çinarə xanıma gözəl layihələr lazımdır
@S.A-fo8vk
@S.A-fo8vk 3 ай бұрын
Küsmə taleyindən o heç nəyi etmir qəsdən🦋💙
@lailamustafa6105
@lailamustafa6105 4 күн бұрын
Bədənim biz-biz, qəlbimdə sancı, gözlərimdə yaş dinlədim
@seyfullahqeybullayev3452
@seyfullahqeybullayev3452 11 ай бұрын
Zaman heçnəyi gizlətmir, zaman heçnəyi sağaltmır ) gizlətdiyin acılar bir gün mütləq ortaya çıxar 1:12
@ulkerquliyeva3332
@ulkerquliyeva3332 11 ай бұрын
Qaranlığa çəkilib.Otağın bir küncündə Çarəsiz yerə çöküb dizimi qucaqlayib ağladım....😔😔😔
@ulviyyeyusifli
@ulviyyeyusifli 11 ай бұрын
Bu tracki belə dərindən anlamaq istəməzdim.🖤
@orxanbayramli1934
@orxanbayramli1934 10 ай бұрын
Kiçik yaşda yaşadıglarımız boyudukcə canımızdan min əziyyətlə çıxır.yaşa doldugca daha agrılı olur...
@pedaqoqnusabesahverdiyeva4836
@pedaqoqnusabesahverdiyeva4836 2 ай бұрын
Bütün konsertlərin may ayında olması…🩵
@Aliyevsway
@Aliyevsway 7 ай бұрын
Haradandır ən ümidsiz vəziyyətdə bu qədər enerji? “Ən böyük ümidlər ən böyük ümidsizliklərdən doğur”
@esmerisayeva3017
@esmerisayeva3017 17 күн бұрын
Nece menali yazir . Yaralarimiz cox derindi 😢
@ilduzemammadli8768
@ilduzemammadli8768 Жыл бұрын
Bütün keçmiş geleceyi sizin mahnılarda tapmaq💙
@mahir.02
@mahir.02 Жыл бұрын
Mahnilardan çixmaq lazim həyata davam elemek lazimdi...
@ilduzemammadli8768
@ilduzemammadli8768 Жыл бұрын
@@mahir.02 siz demesez bilmirdim:) təşəkkürlər
@mahir.02
@mahir.02 Жыл бұрын
@@ilduzemammadli8768 xosdur gözel insan
@nese7193
@nese7193 8 ай бұрын
Bir Azerbaycan Türk'ü tanıdım. Ve bu benim için bir ayrıcalık gibi 🤍
@sakinazadeh
@sakinazadeh 11 ай бұрын
Valideyn davaları dəriyə hopmuş yara kimidir....
@vusalqurbanov5824
@vusalqurbanov5824 11 ай бұрын
Xatirədir Alim Qasımovun oxuduğu kimi hec kim oxuya bilməz😢
@xyallddinqz9670
@xyallddinqz9670 11 ай бұрын
Dinləndiyində yaşatdığı duyğular sözlə ifdə olunmayacaq qədər mükəmməldir. Bu qədər süniliyin ucuzlaşmış (sənətlərin) və dünyanın başına dayanmadan dövrə vuran yalanların içində nə yaxşı ki gerçəksiz nə yaxşı ki varsız hər zaman var olun!❤️
@raee0109
@raee0109 5 ай бұрын
Bilmirəm sözə haradan başlayım, necə başlayım.. Hər şey o qədər qəribədir ki. İnsanlar 'uşaq' desə də, mən bu 18 il müddətində yaşadıqlarımı bəlkə də çox insan bu qədər qısa vaxtda yaşamayıb. Həyatda həmişə pis hadisələr olmur, düzdü. Amma yaxşı anlarım o qədər azdır ki, heç yadıma belə gəlmirlər. Bilirəm, mənim yaşadıqlarım heç kimin vecinə deyil, amma içimi sadəcə bura tökə bilirəm.. Bu dünyaya göz açandan bəri, ailə problemləri ilə yaşamışam. Çoxları üçün bu normal gələ bilər, amma mənim üçün elə deyildi. Bu hər zaman olanlardan çox, çox fərqli idi. Mən də istəyərdim ailəm məni çox sevsin, qayğı göstərsin. Hər kəs kariyerası üçün çalışıb oxuyarkən, mən ən çox bu evdən qurtulmaq üçün çalışdım. Və buna nail oldum. Hər gün dərsə getmək üçün evdən çıxanda, hər zaman ilk bu mahnıya qulaq asırdım. Həmişə mənimlə eyni yoldan keçən ata və qızı olurdu. Nə vaxt onları görsəm üzlərində bir gülüş var idi. Qızın adətən gözləri parlayırdı atasına baxanda. Həmişə yolda belə valideyn və uşağını gördükdə həsət aparırdım. Mənim atam niyə belə deyildi? Mən nə günah işlədim ki, atamla aramızda bu cür bağımız olmadı? Və neçə-neçə buna bənzər suallar.. Amma heç vaxt buna görə özümü günahlandırmadım. Həmişə atamla vaxt keçirməyə çalışdım. Amma alınmadı. Həqiqətən valideyn yaraları dəriyə hopmuş yaralar kimidir. Sevdiyim bir oğlan var idi, ilk dəfə sevgini onunla yaşamışdım. Atamda görmədiyim sevgini onda gördüm. Ona sığındım. Ad günüm olan gün əsgərliyə gedəndə necə ağladığımı bir mən bilirəm.. Amma onunla da atama görə əlaqəmi kəsdim.. Hələ də unutmamışam, unuda bilmərəm. Ondan sonra heç kimlə danışmadım. Bu ay qayıdacaq, çox istəyirəm onu görüm. O qədər darıxmışam ki. Qoxusu, gülüşü, gözləri üçün.. Evdə hər gün dava-dalaş, qab qırılma səsləri.. Bu səslərdən uzaq olmaq üçün səhər tezdən dərsə gedirdim, 2 dərsim olsa da mən 3 cü dərsdə boş otururdum, kitab oxuyurdum. Sırf evə gec getmək üçün. Dizimi qucaqlayıb, gözümü bağlayıb dinləyirdim o səsləri. Yolda, metroda, avtobusda gözlərim dolanda özümü saxlayırdım. Hamıya güclü görünməyə çalışırdım, həmişə gülərüz idim, amma nə fayda? Çox duyğusal idim, bircə kəlməyə belə ağlayırdım. Bir neçə dəfə int!har etmək fikrinə düşdüm. Amma anam var idi. Taleyimə küsmədim, bu da bir imtahandır deyib səbr elədim. Amma son zamanlar çox yorğun hissedirəm. Artıq ağlaya bilmirəm, duyğularım sönüb sanki. Həmişə hər yerdə parlayan, zarafatları ilə insanları güldürən o qız yoxdu daha. Bəzi insanlar indiki zamandan bezib uşaq olmaq istəyir. Mənim uşaqlığım belə yaxşı keçməyib. Ona görə də indi çalışıb içimdəki uşağı öldürməməyə çalışıram. Çox şey istəməmişdim. Sevgi istəmişdim. Sadəcə sevgi, qayğı. Amma "çətin idi özgələrdən qayğı tələb etmək."
@dnizsahil4872
@dnizsahil4872 3 ай бұрын
Sevdiyiniz oglan əsgərlikdən gəldi? Əgər oda sizi sevirsə çalışın heç kimə görə sevdiyinizdən ayrılmayın .Hələdə atanıza gorə heç ayrılmayın .Çox istərdimki uşaqlıgınızda yaşaya bilmədiyiniz xoşbəxtliyi sevdiyinizlə gələcəkdə uşaqlarınızla yaşayasınız
@raee0109
@raee0109 3 ай бұрын
​@@dnizsahil4872 Aha gəlib, yanvarın 10'da. Ad günümdə yazdı, nə üçün ayrıldığımı dedim, barışdıq. Görüşdük, inanırsınız o qədər darıxmışdım ki.. Çox xoşbəxtəm🥺 Diqqətiniz üçün təşəkkür edirəm 💕
@raee0109
@raee0109 3 ай бұрын
​@@dnizsahil4872 Aha, yanvarın 10-u gəldi. Ad günümdə yazdı, olanları danışdım anlayışla qarşıladı. Barışdıq, görüşdük. İnanırsınız o qədər darıxmışdım ki..🥺 indi çox xoşbəxtəm. Diqqətiniz üçün təşəkkür edirəm 💗
@aysu5317
@aysu5317 Жыл бұрын
6 iyun, 2022. Keçən il tam da bu gün, bu tarixdə ona olan hisslərimi açmışdım. Qarşılıqlı olduğu anlar, mənim ona ifadə etdiyim cümlələrin ikiqatı qədər gözəl cümlələri eşitməyim, aylardır danışırkən, bir-birimizdən gizlətdiyimiz hisslərimizin məgərsə qarşılıqlı olduğunu bilməyimiz.. Aylarla, bir adamla fərqli pəncərələrdə eyni havanın açılmasını izləmək.. Gülüşün, səsin, hüzurun, yorğun olduğun halda belə məni unutmamağın, uzaqda ikən belə yanımda olmağın, düşməyimə icazə verməməyin, hər nə olursa olsun məni yarğılamaq əvəzinə səbrlə başa salıb yol göstərməyin, ən əsası məni ən çox güldürməyi bacaran adam. Bir il oldu. Mən isə hər gün yenidən aşiq oluram sənə. Bu nəyin ümididir belə? Heçmi peşman olmaz bir insan aşiq olduğu üçün? heçmi azalmaz zamanla hisslər? Eşq gələr, gedər. Nəyinə aşiq oldum bu qədər? Heç vaxt baxa bilmədiyim gözlərinəmi? duymadığım, içimə çəkmədiyim qoxunamı? tuta bilmədiyim əlinəmi? toxuna bilmədiyim saqqalınamı? Bilirsən? Tanrı mənə səni yuxularda hədiyyə edir. Hə, bax elə məhz bugün sübhə doğru gördüyüm yuxumda. Hər zaman yatmadan öncə, səni yuxumda görməyi diləyib yatardım amma, ya kölgə qədər baxardın üzümə, ya da sadəcə səsini eşidərdim. Hərçənd, ilk dəfədir bu qədər yaxından gördüm və qoxunu içimə çəkdim. İkimiz də başdan sona qədər qara geyinmişdik, səni qarşımda görüb çox təəccübləndim. Danışmırdın. Gözlərində dərin bir yorğunluq var idi.. İkimiz də yerə oturduq və başını öptüm. Sol əlimlə başını o qədər möhkəm qucaqlamışdım ki, sağ əlimin barmaqları saqqalında itərkən göz bəbəklərinin qarasına qədər baxıb öpə bildim səni.. Bir ildən çoxdur həsrətində kül olduğum qaşını-kirpiyini, üzünü, gözünü, bığını-saqqalını öpdüm doyana qədər. Sonra oyandım.. Səni birinci dəfə yuxuda gördüyüm günü heç unutmayacam. 21 Mart, 2022. yanıma gəldin və "hər zaman yanındayam" deyib yoxa çıxdın. Oyandığımda nə baş verdiyini anlamadan səni düşünməyə başladım. Halbuki mən Universitetə hazırlaşdığım üçün on beş-iyirmi gündür danışmırdıq həmin günlər. Səndən nigaran qalaraq yazmaq qərarı aldım və yazdığımda, "nə əcəb səndən?)" sualından sonra zarafat ilə yuxumda gördüyümü dedim. Sən isə, "demək ki keçən siqaret çəkəndə nahaq yerə düşməmisən yadıma))" yazdın.. Mövzunu dəyişsəm də o an anladım yuxuların boşuna olmadığını. Həyat yolu çox əziyyətlidir. Bu yol çox uzun yoldur. Böyük ümidlərimlə birlikdə yıxılmadan addımlamağa çalışdığım bu yolda, daha nələrlə qarşılaşacağım bəlli deyil. Niyə bu yola çıxmışam bilmirəm, bu yolun sonu səninlə bitəcəkmi ya yox onu da bilmirəm. Ancaq bildiyim tək şey var ki, eşqi səndə tapdığım üçün hər zaman razı qalacam həyatdan. Fərqi yoxdur. Sən məni sevmədən yaşasan da, ya da həyat mənim yolumu başqası ilə birləşdirsə də, mən sənə qovuşa bilsəm də bilməsəm də, ən azından doğru insanı sevdim deyə hər keçən il şanslı hiss edəcəm. Sən məni çox gözəl sevdin. Dəyərli hiss etdirdin, yeri gəldi əsl qadın kimi, yeri gəldi ən sevimli balaca qız uşağı kimi hiss etdirdin. Uşaq kimi davrandığım an, bezmək yerinə "körpəm" dedin, balaca şirin qız'ın imiş kimi güldürüb, əzizlədin. Bilirsən Hüseyn, bu həyat elə bir şeydir ki, bilmək olmur sabah anidən başımıza nə gələcək.. Bəlkə bir qəza olar mən ölərəm, o zaman bil ki, sənin başqa birini sevib xoşbəxt olmaq haqqın da var. Buna görə ruhum inciməz heç vaxt. Əksinə, səni xoşbəxt görmək məni şad edər. Çünki sən sevilməyə layiq adamsan. Səni məndən çox sevən birini sevmə. Səni mənim kimi sevən birini sev. Sən "həmin adamsan", "o adam".
@Ayan_vlog11
@Ayan_vlog11 Жыл бұрын
Ayy siz burdada tapdim . Getme mahnisinin yorumlarinda gördüm sizi çox gözel sözler yazmisdiz sildiz?
@smaqhrmanzad7842
@smaqhrmanzad7842 Жыл бұрын
Hekayənizin heç vaxt bitməməyi,sevginizin daim alovlanması diləyi ilə❤ Tanrı sizi qorusun
@aysu5317
@aysu5317 Жыл бұрын
​@@Ayan_vlog11 Aha, Jeyhun Samedov'un "Getmə" mahnısında hekayəmizi yazmışdım. Xeyr silməmişəm, sadəcə çox adamın sualına yanıt yazdığım üçün rəyim KZbin tərəfindən avtomatik sp*ma düşdü. Ona görə rəy görsənmir. Təkcə özüm görürəm. Bir ildən sonra sp*mdan çıxsa bəlkə o zaman hamı görə biləcək yenidən. Çox sağolun🤍
@Zaurkubinka18_28
@Zaurkubinka18_28 7 күн бұрын
Valideynle birge kecen muqeddes anlar
@nuray7712
@nuray7712 4 ай бұрын
Həqiqi mənada o qədər gözəl bir ifadır ki, sözlərdə elə balaca mesajlar var ki.. Çox gözəl və duyğu yüklü olan bir mahnıdır. Orkhan Zeynallının mahnıları mükəmməldir.
@umidsizarzular151
@umidsizarzular151 6 ай бұрын
Cetin idi menim ailem movzusunda insa yazmaq😔
@Okeanemlak
@Okeanemlak 11 ай бұрын
Mukemmel insanlari arasdirsaniz en cetinlerin icinden cixib Cetinliklerden qorxmayin Sevin o gunleri severek yasayin cunki duzgun aldiginiz dersler sizi MUKEMMEL EDECEK!
@Sevda884
@Sevda884 Жыл бұрын
İşdə qulaq asmaq və hamıdan göz yaşlarını gizlətməyə çalışmaq…😢
@xyallddinqz9670
@xyallddinqz9670 9 ай бұрын
Eynən...
@Pranga1
@Pranga1 7 ай бұрын
Bir vaxt gələcək bu şərhlərimizin üstündə 4 il öncə 5 il öncə 10 il öncə yazılacaq..
@nazimmamedov9189
@nazimmamedov9189 2 ай бұрын
Cox gozel, Orkhan Zeynalli gozel senetkardir!
@cografiya_steam230
@cografiya_steam230 2 ай бұрын
Bu il ilk Atasız Bayram keçirdəcəm ....Hər yanı bir xatirədir....
@anarsam
@anarsam 5 ай бұрын
Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla hansi seviyye dili mukemmel bilesen, heyati derk edesen, dunyani hiss edesen, insan olasan ki bele track yaradasan Sehid analari yadima dusdu, Sehid usaqlari... 🙁
@serxanmusa1926
@serxanmusa1926 11 ай бұрын
və yenə də anladığımızı zənn edərək dinlədiyimiz amma illər sonra tamam fərqli anlayışla dinləyəcəyimiz bir musiqi daha girdi həyatımıza.
@elmira.n30
@elmira.n30 9 ай бұрын
tam olarag qeyd etmək istediyim fikri söylediniz..
@familmustafayev6316
@familmustafayev6316 Ай бұрын
Filmi də möhtəşəm filmdir. Böyük ümidlər. Musiqisi isə həqiqətən şedvr musiqidir. Adamın ruhunu dinləndirir.
@user-xt1wy8be7z
@user-xt1wy8be7z 8 ай бұрын
Mənim ailəm haqqında inşa yazmaq yarımçıq ailələrdə, atasız evlərdə böyüyən usaqlarçün çox çətindi...
@aytacisgenderkiyat5891
@aytacisgenderkiyat5891 9 ай бұрын
Zaman keçdikcəmi dərdlər çoxalır, ya yanlış seçimlərdənmi bilmirəm...Bildiyim tək şey var ki, dərdim boyumu keçib, boğuluram, əlimi uzatdığım bütün budaqlar çoxdan quruyubmuş, əlimdə qalır. Ümidim varmı? Tunelim sonundakı işığı görmürəm.
@Lala-mu6ep
@Lala-mu6ep 9 ай бұрын
Qarşıma hər hansı bir qəza, ölüm və ya şiddətlə bağlı məlumat və ya videolar çıxdığında özümdən asılı olmadan özümü o hadisənin içərisində tapıram. O anı yaşadığımı təsəvvür edərkən tapıram özümü.. Çox qəribədir.. O an, o insanın orada hansı hiss və düşüncələrlə qarşılaşdığını bilmək, nə hiss etdiyini anlamaq istəyirəm.. Həmin anlarda, ölümü hiss edirəm.. Əslində sadəcə bir nəfəs uzaq olduğunu dərk edirəm və bu çox ağır gəlir bəzən. İlk baxışdan sadə bir empatiya kimi görünsə belə, insanı psixoloji olaraq çox yoran bir haldır. Çox yox, sadəcə 5-10 dəqiqə əvvəl bir ölüm xəbəri ilə daha qarşılaşdım. 23 yaşında, motosikletlə qəza keçirib və vəfat etmiş biri.. Ölümündən saatlar əvvəl paylaşım edib, rəyləri cavablayıb, gülüb, əylənib.. 1 gün öncəsində bir paylaşımı daha var.. Hansı ki, o videonu çəkərkən xəbərsiz idi son gününü yaşadığından.. Bu hiss.. Bu hiss çox ağır və qəribədir. Sadəcə təsəvvür edin, bəlkə də bu gün sizin də son gününüzdür Mən deyəsən bunu heç vaxt dərk edə bilməyəcəm..
@remages557
@remages557 5 ай бұрын
Ok
@melekmuradli5215
@melekmuradli5215 Жыл бұрын
Biz axı göylərin sevən qəlblərə hədiyəsiydik🥺❤️
@isgenderlisabit
@isgenderlisabit Жыл бұрын
İmkan ver paylaşılsın da😂
@melekmuradli5215
@melekmuradli5215 Жыл бұрын
@@isgenderlisabit ömrümdə ilk dəfədir ki hansısa comentdə ilk oluram. Dayan da bir 😂
@zhrammmdova2894
@zhrammmdova2894 11 ай бұрын
Mükəmməl performans..Çinarənin ifası möhtəşəmm🥺.Halal olsun sənə dağlı qızı❤
@lemancavadva
@lemancavadva Жыл бұрын
"Əsl Orkhan Zeynallı fanatı gündə 1 dəfə yaraşır dinləməlidir" demişdi,sayın hesabın itirmişəm..
@soyubmadatov9986
@soyubmadatov9986 Жыл бұрын
👍
@mahir.02
@mahir.02 Жыл бұрын
Qaraqanın mahnilarinda ölmuş olariq o zaman)...
@Zeynebliyeva11
@Zeynebliyeva11 Жыл бұрын
Eh/
@mahir.02
@mahir.02 Жыл бұрын
@@Zeynebliyeva11 can❤️‍🩹
@Y_T_Huseynzade
@Y_T_Huseynzade Жыл бұрын
Hər zaman ki, kimi anılarımızı sizinlə anırıq. Mükəmməl ötəsi❤
@lovechuuya.
@lovechuuya. 10 ай бұрын
Bəzən yastıqlar o səsləri gizlədə bilmir.Ömrümün sonuna qədər beynimin içində həmin anlar səslənəcək.Yastıqlar gizlədə bilsəydi,hər şey daha yaxşı olardı?Bəlkə də
@Iconiic777
@Iconiic777 11 ай бұрын
Çinarəon səsi sanki acılar içində çırpınan bir dəryanın dalğaları, Orxanın sözləri bu dalğalarda çırpınan bir qayıqdı sanki....
@user-ti4ft5cj8v
@user-ti4ft5cj8v Жыл бұрын
Valideyn itirdikcə uşaqlıq bitirmiş...səslər xatirələrdə,şəkillər dumanlar içində qalırmış...😔
@yusifovazabite9869
@yusifovazabite9869 3 ай бұрын
Dinlemekden doymadiqim bir ifadi .sadece mohtesem
@Klassikabituriyent
@Klassikabituriyent 2 ай бұрын
Milyonlarin dinlemesi gerekdi! 🔥
@user-ov7gl1rm9f
@user-ov7gl1rm9f 11 ай бұрын
Bu cur senetcilere destek olun ey azad insanlar ey azadliqda olanlar ) 10 ilin mehbusundan bir tovsiye qardash yana 🤗❤️
@shabnamcafarova5242
@shabnamcafarova5242 Жыл бұрын
Sözlər sadəcə bir dəryadır, acı həyatın gözardı etdiyimiz gerçəkləri var kəlmələrdə😢
@bahadurkerimov5059
@bahadurkerimov5059 8 күн бұрын
Tək kəlməylə möhtəşəm.. var olasınız..
@farida8912
@farida8912 25 күн бұрын
Zaman hec neyi gizletmir, zaman hec neyi saxlamir....
@nurlanahesimova2395
@nurlanahesimova2395 11 ай бұрын
Musiqi, tar, ifacılar hamısı möhtəşəm ifa ediblər 👍Afərin
@muradmemmedov4125
@muradmemmedov4125 8 ай бұрын
5 deqiqelik ifa bütün heyativi oxuyur sanki.... Halal olsun dəyərli insan. Sadəcə mükəmməl 👍
@omarnazarzada
@omarnazarzada Жыл бұрын
Səsinizin verdiyi o gözəl hisləri ifadə etmək mümkün deyil, gözəl insan. Sizintək insanlar, bu dünyaya vergidir, həqiqətən. Səsinizin, ritminizin cana bəxş etdiyi rahadcılığ var, bunun üçün əbədi zirvədəsiniz siz. Dahada böyük yerlərə, Orxan Əmi. 🖤👑
@aydanletifli2800
@aydanletifli2800 10 ай бұрын
Hər gün qulaq asmasam bu mahnıya olmur
@madinasadig
@madinasadig Жыл бұрын
Biz axi göylərin sevən qəlblərə hədiyyəsi idik 🤍
@mahir.02
@mahir.02 Жыл бұрын
Geleceyə bax)...
@shahinmirzelizade6156
@shahinmirzelizade6156 Жыл бұрын
Bu adam əfsanə 💜💜
@Seferoffa_24
@Seferoffa_24 Жыл бұрын
Möhtəşəmsiniz, Orxan Zeynallı və Çinarə Məlikzadə❤
@guligarayeva
@guligarayeva Жыл бұрын
15 mayda canlı dinləyəndə kaş ki bu versiyası da yayımlansın demişdim çox möhtəşəmdir!!!! ❤‍🩹
@ekremmelikov8972
@ekremmelikov8972 Жыл бұрын
Evimdə belə gözlərim dola-dola dinlədim..
@sebinenagiyeva9000
@sebinenagiyeva9000 Жыл бұрын
Çinarə Məlikzadəəə , əlasızz...
@huseynquliyev2898
@huseynquliyev2898 10 ай бұрын
En cox tesir eden bu soz oldu """ Gözümü bagladim,dinledim o sessleri"""" Cox sagolki bunu xatirlatdin helede sessleri dinleyirem😢😢😢
@Aliyeva_321
@Aliyeva_321 9 ай бұрын
Onların yerinə bütün xoşbəxtliklərə "hə"deyəsi idik.......)))
@sevilehmedova4412
@sevilehmedova4412 6 ай бұрын
Atami itirdiyim 17gundu hem illerle yaslanmisam hem illerle usaqlasib balaca yetim qiz olmusam. Kas olardi yene valdeyn dsvalaro kas yene deyinb danisardim atam ama sesi gelerdi nefesi gelerdi addimlarini esiderdim kas. Atamla birlikde neleri itirdim ilahi gucum qalmadi hec 😢
@user-nm4wc5oq8h
@user-nm4wc5oq8h 9 ай бұрын
Мелодия из фильма Большие надежды! Но очень круто Орхан!
@mohsunismaylov3453
@mohsunismaylov3453 7 ай бұрын
Bir Çinarə keyfiyyəti. Orxan qardaşımız da möhtəşəm.
@lamanabbas
@lamanabbas 11 ай бұрын
Ağrılar qalsa da keçmişdə nəticə göz önündədir.
@elxanbodurov2333
@elxanbodurov2333 11 ай бұрын
Möhtəşəm
@lam1aa
@lam1aa Жыл бұрын
Orxan... bu qədər kütlənin hisslərinə xitab etməyi çox qəşəy bacarırsan axı...
@ogtayshixmammadov7043
@ogtayshixmammadov7043 3 ай бұрын
Möhtəşəm, çox möhtəşəmdir... 😢😢
@sahileyusif3896
@sahileyusif3896 Жыл бұрын
Canlı dinləmişdim bunu konsertdə və ağlamışdım….😞
@semedovtebriz
@semedovtebriz 9 ай бұрын
Çox qəşəydi axıı🔥
Orkhan Zeynalli - Məni Xatırla (Live)
4:16
Orkhan Zeynalli
Рет қаралды 199 М.
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 43 МЛН
Why? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 47 МЛН
She’s Giving Birth in Class…?
00:21
Alan Chikin Chow
Рет қаралды 4,6 МЛН
Miro - Son populyar mahnıları ( part 3 )
14:56
Miro_Mirqan
Рет қаралды 4,8 М.
MadTeen x Rəssam - Odlu Silah (Rəsmi Musiqi Videosu)
3:53
MOOD RECORDS
Рет қаралды 1 МЛН
Orkhan Zeynalli ft. Ayni Khalid - İllər Sonra (Rəsmi Musiqi Videosu)
3:20
Orkhan Zeynalli ft. Röya Miri - 40-cı Paralel
4:11
Orkhan Zeynalli
Рет қаралды 5 МЛН
Elçin Cəfərov & Çinarə Məlikzadə   Popurri Canlı ifa
13:03
Gəl Gedək (Live)
4:34
Orkhan Zeynalli
Рет қаралды 1,5 МЛН
Orkhan Zeynalli ft. AISEL - Səma (Rəsmi Musiqi Videosu)
3:39
Orkhan Zeynalli
Рет қаралды 342 М.
Diana Ismail - Kezdeser (Official Music Video)
4:01
Diana Ismail
Рет қаралды 874 М.
JONY - Реки вели (mood/lyric video)
2:37
JONY
Рет қаралды 1,1 МЛН
Artur - Erekshesyn (mood video)
2:16
Artur Davletyarov
Рет қаралды 222 М.
Максим ФАДЕЕВ - SALTA (Премьера 2024)
3:33
Kalifarniya - Hello [official MV]
2:54
Kalifarniya
Рет қаралды 3,7 МЛН
Eminem - Houdini [Official Music Video]
4:57
EminemVEVO
Рет қаралды 25 МЛН
BABYMONSTER - 'LIKE THAT' EXCLUSIVE PERFORMANCE VIDEO
2:58
BABYMONSTER
Рет қаралды 14 МЛН