Orkhan Zeynalli ft. Röya Miri - Bir Də Gəlsəm (Rəsmi Musiqi Videosu)

  Рет қаралды 609,396

Orkhan Zeynalli

Orkhan Zeynalli

Ай бұрын

Orxan Zeynallının Röya Miri ilə birgə ifa etdiyi “Bir Də Gəlsəm” treki artıq onlayndır. Bu musiqi videosu "Azercell" və Azərbaycan Cüdo Federasiyasının #DoğruYolBudur kampaniyası çərçivəsində hazırlanmışdır. Gənclərin narkotik vasitələrdən yayınması üçün ən yaxşı üsullardan biri məhz idmandır. İnsanın həm özünə, həm də ətrafına fayda verməsini təmsil edən cüdo idman növü buna yaxşı misaldır.
Bu kampaniya ilə hər kəsi pis vərdişlərdən uzaq qalmağa, sağlam vərdişlərə yiyələnməyə çağırırıq. Çünki narkomaniya həyatınızı məhv edə, cüdo isə onu müsbətə doğru dəyişə bilər.
Odur ki vaxtında doğru yolu seçin, çünki yalnız bu zaman getdiyiniz yol sizi uçuruma aparmayacaq.
Orkhan Zeynalli-ya "KZbin"da abunə ol: mikpro.az/ozeynalliyt
Musiqi: Clavis
Söz: Orxan Zeynallı
Prodüser: Clavis
Miks və masterinq: Shamkhal Novruzlu
Agentlik: @EndorphinBaku
Prodakşn: @artfilmbaku
Rejissor: Emil Quliyev
Operator: Məhəmməd Osman
Quruluşçu rəssam: Aytən Şirzad
Prodüser: Kənan Nadirli
Geyim rəssamı: Ləman Süleymanlı
Qrim: Sevochka Zeynalova
İşıqçı: Samsor Manqal
İsmayıl Nəsibov
İkinci rejissorlar: Nicat Muxtarov, Nicat Qulam
Fokus-puller: Asif Shiraliyev
İl: 2024
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozeynallifb
Instagram: mikpro.az/ozeynalliig
Genius: mikpro.az/ozeynallign
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozeynallidinle
Sözlər:
[Bənd 1]
Dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun
İstəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun
Pis vərdişlər gəlir zəif insanın iyinə hər an
Bir də ayılırsan ki, ailən olub iynə, dərman
İki dostun xəyalları, o yaş belə idi
Mən də doğru yolları onun kimi kaş biləydim
İlk öpüş qədər şirin ilk dəfə dadına baxmaq
Səhv yolun cazibəsi əyə bilər daş biləyi də
Çox heyif...
Dostumda özümü görürdüm, qızlar mənə baxmırdı
Mən baxıb gözümü döyürdüm
Dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar
Mən isə iradəsizlik medalıyla özümü döyürdüm
Yumruq sıxmaq belə bu gün çətin gəlir mənə
Azıb qalmışam haramın yollarında
Bədənim yalvarır ruhuma ondan əl çəkim deyə
Son dəfə yuxuya getmək anamın qollarında
(Haradasan?)
[Nəqərat]
Mən bir də gəlsəm dünyaya
Saf gözlərinə doymaram
Səhvim oldu, denən, harada?
Gəlim bir də, qalım orada
Gəl doğru yoldan boylanaq
[Bənd 2]
Gözümün içinə bax, ana, çəkinmə məndən
Bilirəm, solub üzüm, azalıb çəkim bədəndə
Sən məni belə böyütməmişdin, üzülmə, nə olar
Çalış, görə biləsən oğlunu üzümdə, nə olar
Yadına gəlir, iki körpə dost qalırdıq evdə?
‘’Böyüyəndə kim olacaqsan?’’ sualına dalırdıq hərdən
Yenidən doğuluram deyib boğuldum öz qanımda
Hamı sevsin, istəyirdim, indi sevmir öz anam da
Əlimdən tut, bax, həmin o balaca uşağam
Qaranlıqda səni qorumaq üçün yanacaq o şamam
‘’İnanıram sənə’’ deyib sığallamağın idi qızıl anım
Mənsə inamını satıb oğurladım qızılların
Halbuki bu səhv yolu seçəndə axı özümdə idim
‘’Gözəl övladım’’ deyirdin, bəlkə, gözün dəydi
Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb
‘’Bağışla, ana’’ deməyə belə artıq üzüm gəlmir
[Nəqərat]
Mən bir də gəlsəm dünyaya
Saf gözlərinə doymaram
Səhvim oldu, denən, harada?
Gəlim bir də, qalım orada
Gəl doğru yoldan boylanaq
Mən bir də gəlsəm dünyaya
Saf gözlərinə doymaram
Səhvim oldu, denən, harada?
Gəlim bir də, qalım orada
Gəl doğru yoldan boylanaq
Orkhan Zeynalli tərəfindən Röya Mirinin iştirakı ilə ifa olunan “Bir Də Gəlsəm” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#OrkhanZeynalli #BirDəGəlsəm #mikpro

Пікірлер: 1 800
@orkhanzeynalli
@orkhanzeynalli Ай бұрын
Bu asılılıqdan əziyyət çəkib özünü və ətrafındakıları incidənlərə qarşı aqressiv ya neqativ yanaşmanın faydasız olduğunu hesab edirik. Bu klipdə çalışdıq ki, hələ yol ayrıcında olan ya artıq yanlış istiqamətdə addımlayanlara göstərək ki, ən doğma insanlar necə əziyyət çəkə bilir. Emil klassik filmə çox dəqiq göndərməyə öz dəsti xəttinə uyğun detallar da əlavə edib. Aktyorlarımıza isə möhtəşəm performansa görə təşəkkür edirəm! Təəssüf ki, bu cür səhnələr real evlərdə, real insanların həyatında baş verir. Özümüzü və doğmalarımızı qoruyaq, biganə qalmayaq ki, “bir də gəlsəm” deməyə ehtiyac qalmasın🙏🏻❤️
@repfudbol4950
@repfudbol4950 Ай бұрын
Yaxşıki varsan
@ALIYEV-700
@ALIYEV-700 Ай бұрын
Qardaşsan❤
@soyuqqal
@soyuqqal Ай бұрын
ugurlar. sozler superdi
@CeyhunTahirov0542
@CeyhunTahirov0542 Ай бұрын
❤❤❤❤herdayim bu quvetde ol inşallah
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@user3ekitabxana
@user3ekitabxana Ай бұрын
Atam narkotikə qurşananda və ailəmiz dağılanda 11 yaşım var idi. Uşaq vaxtı kimi ən çox istəyirsən sualına içdən içə "atamı" deyib, anası pis olmasın deyə "hər ikinizi" deyən uşaq idim. 15 il boyunca sevgi, nifrət və vicdan üçbucağı arasında qalan bir gəncə döndüm. Mənim atam heç vaxt doğru yolda olmadı, doğru yoldan dəfələrlə dönüb hərşeyini itirdi, biz də onunla birlikdə itirdik. Atam gözümün qarşısında xəstə oldu, əzildi, kiçildi sonra yox oldu. Onu sevən qız uşağı böyüyüb, ama hər belə mahnıda boğazı düyünlənir, yarası təzələnir.
@cahoaliyev1033
@cahoaliyev1033 Ай бұрын
Son cumlen....
@AideZeynalova
@AideZeynalova Ай бұрын
😢can,Allah gələcək ailənizi gözəl eləsin
@adalatbayramov7810
@adalatbayramov7810 Ай бұрын
Allah her bir halda ataniza rehmet etsin. Insan valideyinlerini seche bilmir. Gelecek heyatiniz gozel olsun
@AliSalmanov-yq6cy
@AliSalmanov-yq6cy Ай бұрын
tək deyilsən...
@Muslim01233
@Muslim01233 Ай бұрын
İlk dəfədi bir yoruma bu qədər pis oldum🥲bir də heçnəyə görə pis olma yaxşı insanlar ulduzlar kimidir,uzaqda olsa da parıldayırlar sənin parıltını görürəm mən😊
@ElnurAhmet-ix7ry
@ElnurAhmet-ix7ry 25 күн бұрын
Men de bir vaxt bu zibilden eziyet çekmişem...tamamen ehatemdeki insanlar meni bu yola çekmişdi.Men bir gecede tövbe ettim ve her şeyi atdım.Bedenim ağrıdı canım ağrıdı çox pis şeyler ve ağrılar yaşadım ancaq heç kim bilmedi bunu.Tek başıma çektim bunları yaşadım ve bitti.Bir dene de olsa müalicevi nese almadım.Ve o günden beri namaz qılıram.Allah meni uçurumdan qurtardı güc verdi mene.9 ildi artıq içki bele içmirem.Bu her adama nesib olmur..Allah her kese bu qurtuluşu nesib etsin
@elnuraaliyeva6183
@elnuraaliyeva6183 9 күн бұрын
Kullerinden dogulmaq, ÖZ-ə dönmək.. Əlhəmdulillah☹️🙏🏻
@ElnurAhmet-ix7ry
@ElnurAhmet-ix7ry 9 күн бұрын
@@elnuraaliyeva6183 Allah sevdiyi quluna doğru yolu gösterir hemişe sadece görmek ve deyerlendirmek lazımdı
@hacercinar6856
@hacercinar6856 Күн бұрын
Halal olsun sene
@emilguliev
@emilguliev Ай бұрын
Şərhləri oxuyub belə qərara gəldim ki, bu bəla, gördüyümüzdən daha böyükdür.
@CH3ST3R94
@CH3ST3R94 Ай бұрын
Belii…
@CH3ST3R94
@CH3ST3R94 Ай бұрын
Gor nece blyukdukii men bakida bacarmadim hindii kemerdeee bawqa olledee eziyyet cekib suxoyy cixiram adawim
@CH3ST3R94
@CH3ST3R94 Ай бұрын
Bacarmadim ordaa….bacarmadimm…((;
@afganhasan4521
@afganhasan4521 Ай бұрын
Emil, belə gözəl işlərə görə Sizə minnətdaram. Uşaqlarımızı bayağı filmlərdən uzaq tutmaq yolunda çəkdiyiniz zəhmətlər əvəzsizdir.
@nihadehedov7051
@nihadehedov7051 Ай бұрын
Göz yaşı içində izlədim. Allah heç bir valideyni belə sınaqla üz üzə qoymasın. Allah bütün övladları bu yola düşməkdən qorusun.
@liyevElnur-dp5pp
@liyevElnur-dp5pp Ай бұрын
Amin
@elsnmanafov6882
@elsnmanafov6882 Ай бұрын
Amin insheAllah
@IntheFootstepsofHistory-All
@IntheFootstepsofHistory-All Ай бұрын
Kişi adam ağlamaz deyərlər…ağlama…bədənim yerə doğru dartınır…ruhum göyə doğru…qocalıram desəm nə xeyri…yaşayıram ilk gün kimi….birgün son günüm olacağını bilə-bilə…
@filmizleaz
@filmizleaz Ай бұрын
Amin
@user-xx6mx3mj2g
@user-xx6mx3mj2g 27 күн бұрын
AMİN
@nopicture2740
@nopicture2740 Ай бұрын
Orxanın və Elxanın cəmiyyəti uçurama aparan mövzulara toxunmaları alqışa layiqdir. Hər birinə #respect
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@xuramanaliyeva3415
@xuramanaliyeva3415 Ай бұрын
👏👏👏👏👏👏👏👏👏
@ulviabbasov8523
@ulviabbasov8523 3 күн бұрын
Eynən! 👍🏻 Qaraqan - "Bəyaz duman" // Eyni mövzuya fərqli şəkildə toxunulub // AiD & Qaraqan // hər ikisi də respect! 👑
@Javid1
@Javid1 Ай бұрын
Hər şey bir yana, klip çox təsirlidi. Təkcə narkotik yox, bütün bağımlılıqlar həyatımızı məhv edir. Geriyə yalnız vaxt itkisi və özümüzdən verdiklərimiz qalır.
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@SefaIsgenderli
@SefaIsgenderli 26 күн бұрын
Ele bizi bu hala getiren bağlılığıarımızdı belkə əl çəksək yaxşı olar.Bəlkələri əkiblər bitməyib 🥲
@elxanelekberli4907
@elxanelekberli4907 17 күн бұрын
o qeder gozel mentiqli metn yazmisanki tekve narkotik yox butun yersiz baqimliqlar heyatimizi mehv edir
@MusaRehmov
@MusaRehmov Ай бұрын
O qapı səhnəsi çox aqir çəkilib Allah heç bir valideyni öz övladı ilə sınaqa cekmesin😔
@ReshoZal
@ReshoZal Ай бұрын
bu ƏSƏR orta məktəb və ali təhsil müəssisələrində məcburən dinlədilməlidir.. 6-7 dəqiqəyə bu boyda böyük iş sığışdırmısız. Əvəzsiz bir layihədir. Əməyi küçən hərkəsin önündə baş əyirəm!!!
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@tabriz0234
@tabriz0234 Ай бұрын
Helede menasız kitablıqlar derc olunur hey ele
@ursulolito
@ursulolito 17 күн бұрын
Bu gün məktəbimizə polislər gəldi,bizlə danışdılar bu mövzu haqda. Sonra isə buna baxdıq.
@HafizVali
@HafizVali Ай бұрын
İllərlə böyüdüyümüz dostların narkotikin qurbanı olmasının necə bir hiss olduğunu bizim nəsil çox yaxşı başa düşür. Təsirlidir. Çox sağol, Orxan.
@xylbabaev
@xylbabaev Ай бұрын
möhtəşəmm !
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@baloglanazimov3403
@baloglanazimov3403 Ай бұрын
👍
@qadimaabbasova4441
@qadimaabbasova4441 4 күн бұрын
Həyatın acı reallığı... Allah cavanlarımızı qorusun. Bu və digəq illətdən əziyyət çəkənləri Allah hifs və islah etsin. Amin.
@jalacalalova
@jalacalalova Ай бұрын
“Son dəfə yuxuya getmək anamın qollarında” 🍂🍃
@orxanmextiev7181
@orxanmextiev7181 Ай бұрын
🥺🥺
@Neyelazimdi
@Neyelazimdi Ай бұрын
Kişilər bəlkədə Analarina göre yaşayirlar
@iamasimaskeroff
@iamasimaskeroff Ай бұрын
Orxan Zeynallı (AİD) və Elxan Zeynallı (Qaraqan) hələ də eyni ünvana gedirlər, ancaq fərqli yollarla. əhsən 👏
@hes5nl184
@hes5nl184 Ай бұрын
Həqiqətən fərqli yollarla ehh
@My_art_is_my_life
@My_art_is_my_life Ай бұрын
Orxan daha sentimental yanaşır problemlərə, Elxan sərt. Amma eyni ünvana.🖤🤍
@iamasimaskeroff
@iamasimaskeroff Ай бұрын
@@My_art_is_my_life ümid edirəm bir gün Azərbaycan elə bir yer olar ki, ikisinin də yazmağa mövzusu qalmaz 🙏
@erlikcrazyiceberg04
@erlikcrazyiceberg04 Ай бұрын
Fərq Orxan Zeynallı hələdə Rap edir Qaraqan nağıl danışır qayıdannan sonra və QQ nın elədiyi Rap deyil.
@exdeots
@exdeots Ай бұрын
Hər nədi əsas odur ki edir.​@@erlikcrazyiceberg04
@resadmehdiyev2043
@resadmehdiyev2043 Ай бұрын
Orxan senin kimi insanlara Azerbaycan xalqinin etiyyaci var.
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@Samayiia
@Samayiia Ай бұрын
Belə kliplər çəkilməli, mahnılar yazılmalıdır ki, hər kəs maariflənsin. İki dost, iki fərqli dünya... Təşəkkürlər.🖤
@hacercinar6856
@hacercinar6856 Күн бұрын
Rebbim bütün Narkotike qurşanallarin yardımcısı olsun iradelerini güçlü etsin ki uzaqlaşa bilsinler Amin
@Sheenaizz
@Sheenaizz Ай бұрын
Ümid edirəm, həmin gənclərin duyğuları yerindədir bu mesajı hiss etmək üçün..
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@1adamliq
@1adamliq Ай бұрын
"Sənin ağzının üstündən bir dənə qoyaram" dedikdən sonra dostunu qucaqlaması❤
@amz9251
@amz9251 Ай бұрын
İki qardaş olduğun düşünmüşdüm
@ulvikerem7796
@ulvikerem7796 Ай бұрын
Ne dostudur ne qardaşı özünün keçmişi
@muradsdv
@muradsdv 26 күн бұрын
Mence videoda ozunun muxtelif yaslardaki versiyalari
@rashadmammadov2820
@rashadmammadov2820 22 күн бұрын
Bakıdan çıxıb rayona indi çatıram 311 km.-lik məsafə. Bəlkə 50 dəfə dinləmişəm yol boyu. Klipə baxdıqca, narkomaniyadan əziyyət çəkən, hazırda həbsdə olan bibim oğlunu, onun xəstə valideynlərini düşünüb kövrəlmişəm. Heç bir övladın bu yola düşməsini, heç bir valideynin əzab çəkməsini arzulamıram. Belə möhtəşəm əsər ortaya çıxardığınız üçün hər birinizə təşəkkür edirəm. Möhtəşəmsiz uşaqlar!
@aliverdysabina
@aliverdysabina Ай бұрын
Qaraqanın "Bəyaz duman" trekindən sonra AİD'in "Bir də gəlsəm" treki...Qəlbləri uzaqlarda da olsa vətən, millət üçün yanan iki əmioğlu...Bu millətin sizə çox ehtiyacı var❤
@m.senyorita594
@m.senyorita594 Ай бұрын
Ananın çarəsizliyi çox tesr etdi. Hemin kadrda ağladım. 😢
@damlanezerli2876
@damlanezerli2876 Ай бұрын
Var olun ,Allah analarimizi bu beladan qorusun.Analar aglamasin
@user-hu1di3bf6c
@user-hu1di3bf6c 22 күн бұрын
Hələ məni demirsən Sumqayıtdan 20yanvara gələndə menide eynək arxasında bərk doluxsulanmaq tutdu gizlincə ağladım
@ofeliaazimzadeh7622
@ofeliaazimzadeh7622 20 күн бұрын
Məndəəə😭😭😭
@user-hu1di3bf6c
@user-hu1di3bf6c 20 күн бұрын
@@ofeliaazimzadeh7622 səndə sumqayıtda qalırsan?
@person-mm6nw
@person-mm6nw Ай бұрын
Əməyi keçən hər kəsə təşəkkürlər. Mən inanıram ki Orxan Və Qaraqanın gələcək nəsilin düzgün formalaşmasında böyük rolu olacaq❤
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@parviz4110
@parviz4110 27 күн бұрын
Qaraqan ve orxan elecede old Scholl rep dinleyen her kes düzgün sade ve ağıllı bir toplumdur Ne vorzakonluq edirler ne de ki Aue deyib avaraliq edirler gorduylerim budur rep dinleyen etraf cevremden Bu yolda olanı gormemişem , o yolda olan insanlara da sual verende ki Qaraqan kimdir, orxan kimidir paster kimdir Heç birini tanimirlar trecklerini dinlederken ise Bu ne deyir ne menasizdir deyirler çünki sozlerini anlamirlar o qədər savadsizdilar ki))
@FarganaSamadova
@FarganaSamadova 15 күн бұрын
Amin
@isgndrova_a8798
@isgndrova_a8798 Ай бұрын
“Etiraf edilməmiş hər duyğu qəlbə yükdür, Üzləşilməmiş hər şey ruhu çürüdür, Gedilməmiş hər yer gözəl gəlir, Çıxılmamış hər səfərdə ağlı qalar kapitanın, Yarım qalan yuxu hər zaman zehnində yer tutur və Deyilməmiş hər söz insanı yaşlandırır… Hər şey vaxtında yaşanmalıdı”💜
@dansuulu2774
@dansuulu2774 Ай бұрын
Dostunu vurmaq yerinə qucaqlayanda kövrəldim.
@orkhanakhundoff7426
@orkhanakhundoff7426 16 күн бұрын
Dostu deyil özüdü (keçmişi)
@My_art_is_my_life
@My_art_is_my_life Ай бұрын
"The basketball diaries"dən kadr mükəmməl idi😢❤
@ekremmelikov8972
@ekremmelikov8972 Ай бұрын
çox gözel ve mariflendirici bir mahnı idi.. Kaş xalqımızda narkotik maddələrə qarşı daha çox mübarizə aparılaydı..
@magomedmamedov4813
@magomedmamedov4813 Ай бұрын
İndiyə qədər gördüyüm ən gözəl,ən mənalı,ən təsiredici klipdir...
@ravanrustamov4704
@ravanrustamov4704 Ай бұрын
Analoji mənzərəni məndə yaşamışam. Uşaq vaxtı mən idmanla məşğul olanda yaxın dostum qurşandı bu yola. 2-3 il öncə peredozdan cavan yaşında öldü. Çox təsirli lahiyədir. Əməyi keçən hər kəsə minnətdaram.
@elshanaxmedov6776
@elshanaxmedov6776 Ай бұрын
Narkotikdən heç vaxt istifadə etməmişəm amma bu videçarx məni çox duyğulandırdı. Ey gənclər gələcəyinizi düşünün tanrı gənclərimizi bu bəladan xilas etsin əlimizdən başqa heçnə gəlmir yazmağdan başqa ...
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@sehhetgojayev
@sehhetgojayev Ай бұрын
Əməyi keçən hərkəsə təşəkkürlər!
@turanememmedova7231
@turanememmedova7231 Ай бұрын
👍
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@esmiraldaglecvmi5291
@esmiraldaglecvmi5291 15 күн бұрын
Klipə baxırıma və göz yaşlarımı tuta bilmirəm. Oyuncular o qədər möhtəşəm oynuyurlar ki çox təsirləndim, halaldı bir sözlə🙏🏻🤍
@505privvv
@505privvv 4 күн бұрын
_-Birde gəlsəm bu dünyaya saf gözlərinə inanmaram.. 🫠🫠_
@agaevraimov
@agaevraimov Ай бұрын
"Azıb qalmışam haramın yollarında.." 🪴
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@poladmakhsud925
@poladmakhsud925 12 күн бұрын
Halal haram yoxdu azı çoxu artığı var
@fahrimediagroup
@fahrimediagroup Ай бұрын
Dinləyib özümdən asılı olmayaraq kövrəldim. Allah bu vəziyyətdə olanlara güclü iradə nəsib etsin. 🙏
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@faqansafarov6837
@faqansafarov6837 Ай бұрын
Çox hörmət etdiyim insan Orxan. 90ları uşaqları hələdə sənin dərinliyində üzürlər...
@fuadqulambyli9749
@fuadqulambyli9749 Ай бұрын
Bu bir əsərdir.hər dəfə izləyəndə eyni emosiyalar yaşanır.sadəcə möhtəşəm.Allah heç kəsin ağlını əlindən almasın.
@turanememmedova7231
@turanememmedova7231 Ай бұрын
Birdə gəlsəm dünyaya..... Bu sualı özümə o qədər verirəm ki.
@user-lb4xx5bs7x
@user-lb4xx5bs7x Ай бұрын
İndi ver
@abbaselekberov9033
@abbaselekberov9033 Ай бұрын
Kövrələrək baxanlar?(
@AzeUsa92
@AzeUsa92 Ай бұрын
😢
@farruxmovsumov2346
@farruxmovsumov2346 Ай бұрын
Yadimnan 4ixib uje ne4enci defedi qulag asiram..kovrelmirem, agliyiram
@Saleh_karimli
@Saleh_karimli Ай бұрын
Anası ağlayanda kövrəldim😢
@Narmin04
@Narmin04 Ай бұрын
Ağladım😭
@CeyhunAhmed
@CeyhunAhmed Ай бұрын
😢
@aysuhesimova1538
@aysuhesimova1538 15 күн бұрын
Ana əlimi tut,sepi boğazından açdı..həqiqətən çox təsirli və çox acizcə halddır.Allah heç bir anaya bunu yaşatmasın🤲🥺
@qurbanqurbanli2538
@qurbanqurbanli2538 Ай бұрын
Orxan Zeynalli başda olmaqla, əməui keçən hər kəsə təşəkkürlər
@ar2102
@ar2102 Ай бұрын
Bu insanın beynində nələr baş verirki belə gözəl əsərlər yazır❤
@nurlanmmd
@nurlanmmd Ай бұрын
Çox maraqlıdı mənədə bu)
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@Narminhasanova__
@Narminhasanova__ Ай бұрын
Allah bütün səhv yolun cazibəsinə aldananlara kömək olsun.
@leylanerimanli6240
@leylanerimanli6240 Күн бұрын
Bu mahnını ilk dinləyəndə hönkür-hönkür ağladım. İndi də çox az dinləyirəm, çox zaman yarıda dayandırıram çünki ruhum əzilir sanki. Çox heyf bəzi gənclərə…
@afganhasan4521
@afganhasan4521 Ай бұрын
Oy daaaaaaa... O iki qardaşın dirəşməsi nə idi?! Gözlərim doldu. Klipin ərsəyə gəlməsində zəhməti keçən hər bir kəsə təşəkkür edirəm.
@LiliRemmi
@LiliRemmi Ай бұрын
Yəqin, ancaq oxşar hadisələri şəxsən yaşamış insanlar klipin necə güzgü kimi olduğunu bütün dərinliyi ilə hiss edəcəklər... Bütün ruhum sancdı... 😔
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@KuceGorusu
@KuceGorusu Ай бұрын
*Emil Quliyevin rejissorluğu, Orxan Zeynallının qələmi* Aktyorların oyunu bu işi daha da dərindən bizə hiss etdirib. Röya Miri'nin səsinə də zatən heyranam. Nəqarəti onun ifa etməsi hər zamanki kimi doğru seçimdir. Klipin hazırlanmasında əməyi keçən hər kəsin əlinə-qoluna, qələminə, ürəyinə sağlıq🤝✨🙏🏻 . . P.S: Nicat Muxtarov detayı gözümdən qaçmadı😉
@AytacQuliyeva-uo8wt
@AytacQuliyeva-uo8wt Күн бұрын
Bu zibile gore emim nece defe hebse grb gozmu qabaxinda ailem cokurdu ne hallara qaldi ALLAH hec bir valdeyni ovladi ile sinaga cekmesin ve ALLAH heckesin agln elinden almasin:)🤲
@Jeyhun_Mammadov
@Jeyhun_Mammadov Ай бұрын
Emin Quliyev 3:20 o nə kadr idi elə qurban sənə məhv etdin bizi bu ölkə üçün çox underrated adamsan həqiqətən
@Najhev
@Najhev Ай бұрын
Her defe Spotify de Orxanın köhne mahnılarını tapmaq, Xezine tapmam kimi idi
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@x.y.t.f3884
@x.y.t.f3884 Ай бұрын
Çox gözəl maarifləndirici mövzu. Gənclərin sevimli musiqi janrının gənclər üçün ən təhlükəli mövzuda, cəmiyyətin tərbiyələnməsinə həsr olunması alqışlanmalı haldır. MÜƏLLİFLƏRƏ UĞURLAR...
@eyyubhebilli1220
@eyyubhebilli1220 Ай бұрын
Anası ilə olan səhnə🥺. Allah heç kəsi doğru yoldan ayırmasın🤲. Əməyi keçən hərkəsə təşəkkürlər!
@ehmyass
@ehmyass Ай бұрын
o hissə basketball diaries filmindəndir
@eyyubhebilli1220
@eyyubhebilli1220 Ай бұрын
@@ehmyass həəə, izləməmişəm. Çox sağ olun
@_xanqz_6153
@_xanqz_6153 Ай бұрын
Bir oğul anası olaraq çox pis oldum..Çox kövrəldim..Allah doğru yoldan heç vaxt ayırmasın,Allah mərdimazarlardan uzaq eləsin😢
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@samiresadiqova9123
@samiresadiqova9123 Ай бұрын
Amin.
@arzummmdov5090
@arzummmdov5090 28 күн бұрын
Amin.Allah balalarımızı qorusun 🤲
@ilham.novruz
@ilham.novruz Ай бұрын
Yəqinki Orxan kimi biri birdə gəlməz dünyaya. Sadəcə mükəmməl 🩶
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@ramin_rzayev
@ramin_rzayev Ай бұрын
Bu mahnının hər gün bütün ictimai yerlərdə paylaşılmasını çox istəyərdim. Narkomaniyaya qarşı çəkilmiş ən möhtəşəm işdir. 6:30 dəqiqəlik qısa metrajlı film kimidir. Ölkə trendində belə keyfiyyətli işləri görmək ümidilə…
@ayhan_philosopher
@ayhan_philosopher Ай бұрын
Qaraqanın Bəyaz Dumanını unutdunuz.
@ramin_rzayev
@ramin_rzayev Ай бұрын
@@ayhan_philosopher Qaraqan’ın Bəyaz Duman mahnısında sözlər çox möhtəşəmdir. Amma burda sözlərdən əlavə klip də çox möhtəşəm alınıb. P.S Qaraqan’ın Yarasa’sı həm söz, həm klip olaraq möhtəşəm idi 👍🏻
@ayhan_philosopher
@ayhan_philosopher Ай бұрын
​@@ramin_rzayev bəli. Hər biridə mədəni-mənəvi inkişafa səsləyir. )
@ramin_rzayev
@ramin_rzayev Ай бұрын
⁠@@ayhan_philosopherhamını sağlam həyata dəvət edirlər )) #since2007 😉
@aygunkerimova8792
@aygunkerimova8792 9 күн бұрын
Halaldı aktyorun heyyətinə bu heyyətin çəkdiyi filmləri izləyərik var inşallah 😊😊
@YeganeRahimova-my5lg
@YeganeRahimova-my5lg 2 күн бұрын
😢defelerle izledim.Allah hec birimizi dogru yoldan ayirmasin
@tahirmhrrmova3483
@tahirmhrrmova3483 Ай бұрын
Tüklərim biz biz oldu. Sadəcə dəhşət ❤
@xataimamedov5349
@xataimamedov5349 Ай бұрын
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@xataimamedov5349
@xataimamedov5349 22 күн бұрын
@@elminhuseynov8607 ☠️
@xataimamedov5349
@xataimamedov5349 21 күн бұрын
@@elminhuseynov8607 ☠️
@seymurmustafayev1171
@seymurmustafayev1171 Ай бұрын
Əjdaha klip, əjdaha ifa . Təşəkkürlər Emil Quliyev ,Təşəkkürlər Orxan Zeynallı və təşəkkürlər əməyi keçən hər kəsə.
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@rzayevaeva1959
@rzayevaeva1959 8 күн бұрын
YEGANƏ SAVAŞDIR Kİ BURDA VARLIDA ÖLÜR KASIBDA🖤🥀
@ramizramiz1169
@ramizramiz1169 Ай бұрын
İlk öncə bu proyektin ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Bu video çox təsirediicidir həqiqətən düşünürəm ki gənclərimizi orta məktəblərdə, ali təhsil müəssisələrində daha çox maarifləndirmək lazımdır, xüsusən raypndan bakıya köçən gənclər tələbəlik illərində pis vərdişlərdən uzaq durmaq üçün daim valideyn müəllim nəzarətində olmalıdırlar. Sözün düzünü desək əgər mən tələbəlik illərimdə pis vərdişlərin qurbanı olan insanlarla birgə çox olmuşam və məni bu yola çıkmək istəyən bir dəfə dadına bax heçnə olmaz deyən çox insanlar olub, bir müddət keçəndən sonra istər istəməz insan bu yola düşməyə meyil göstərir, açıq danışacam indi otdan başlayıb damarda bitən o qədər insanlar varki zəif iradəsi oıan. Ona görə bu yazını görən hər bir gəncə tövsiyə edirəmki birdəfəylə heçnə olmaz deyən insanları həyatınızdan silin, ay çğrək kəsmişik olmaz qardaşdı dostdu bunlar hamısı boşşeydir, dost qardaş pis birşeyi insana tövsiyə etməz bu xülyalara inanmayın. Əziz valideynlər bacardığınız qədər övladlarınız kimlərlə münasibət qurub yoıdaşləq elədiyi ilə maraqlanın, rayondan bakıya göndərib boş buraxmayın sonra peşimançılıq fayda vermiyəcək. Ürəyim doludur əslində çünki çox görmüşəm belə şeylər ətrafımda öz başıma gəlib əfsuslar olsunki
@user-mf5ep5jc3x
@user-mf5ep5jc3x Ай бұрын
Qulag asmaga baslayanda bilirdimki mohtesem birseyle qarsilasacam ama bu qeder agliyacagimi aglima getrmezdim bizim cemiyeti 80-90ci illerin usaglarin coxunu mehv eledi ag olum insalah bir gun biter😢ovladlarim kicikde olsa cox qorxuram bu zehrimardan ona gore oglumu indiden mende cudoya yoneltmisem ve 1ildi artig idmanla mesgul olur❤
@Pineappllemon
@Pineappllemon Ай бұрын
Hərşeyi anlamağa başlayan da 8 yaşımda idim,inkar edib özümə nağıllar danışmağa başlayanda da 8 yaşında idim.Kaş o qədər erkən ailəmi qorumaq məcburiyyətində qalmasaydım,kaş o yaşda böyüməsəydim,kaş hərkəsə danışdığım kimi olsaydın Ata…
@tamerlanismayilzad2847
@tamerlanismayilzad2847 Ай бұрын
Bu mahnı mənə köhnə dosumu xatırlatdı. Bir an olsun ayrı qalmırdıq. Elə olsu əlaqəmiz pozuldu. Mən əsgər getdim, o qaldı. Əsgərlikdən qayıtdıqdan sonra küçədən yanından keçdim. Tanımadım. onu. Saxladı məni, dedi tanımadın məıni? Mənəm də. Tural... Hərdən onun o cür olmasında özümü gunahkar bilirəm. Buraxmasaydım onu, elə olmazdı deyə düşünürəm.
@sabinamustafayeva8181
@sabinamustafayeva8181 8 сағат бұрын
Hər kəs öz yolunu özü seçir.Nə olursa olsun axırda son qərarı biz veririk.Siz olsaydınız da əgər içində marağı istəyi varsa edəcəkdi heç kəs saxlaya bilməzdi
@KhaBBaMusicNo1
@KhaBBaMusicNo1 Ай бұрын
Bu mahnıya qulaq asa-asa o zibili heç olmasa istifadə etmə , ALLAH gənclərimizi qorusun
@BobyMonta
@BobyMonta Ай бұрын
Amin
@faridavyeffa
@faridavyeffa Ай бұрын
İlahi, necə təsirlidir. Lənət olsun bu zəhəri satanlara da, həyatını buna görə korlayanlara da...
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@emmyleeyeah
@emmyleeyeah Ай бұрын
Впечатляющий клип и песня, молодцы!
@ehmedovferid6682
@ehmedovferid6682 Ай бұрын
Boğazinnan sepi götürdüyu səhnə Əfsanə di Çox gözəl klip Çox gözəl Musiqi Uğurlar🙌🙌
@kovakadini88
@kovakadini88 Ай бұрын
Allah heç kimi heç bir yaxını ilə sınağa çəkməsin inşAllah Amin Allah 🤲🥹🤲🙏
@AydinSuleymanli-vi5sb
@AydinSuleymanli-vi5sb 2 сағат бұрын
Bir oglan uwaqin aglatdin halal olsun eziy3tin yerde qalmaz inwAllah emeyi kecen her kes sagolsun wukur Allaha 2 ildir uzaqlawmiwam her weyden ama cox wey kecdi gozumun onunnen(((
@sabinaorucova2289
@sabinaorucova2289 Ай бұрын
Göz yaşlarımdan dayana bilmədim İnsanın beyni necə yaşamla dolu ola bilərki bu cür ssenaridə yaza bilər axı içim ağladı sadəcə gəl bəyən birgə dinləyək...😭😭😭😭
@user-lb4xx5bs7x
@user-lb4xx5bs7x Ай бұрын
Konum at
@qurbanalihuseynov6762
@qurbanalihuseynov6762 Ай бұрын
Səsinə avazina bəd nəzər deymesin.Daima zirvelere.Helede istanbuldaki konsert yadimdan cixmir,yene gel Orxan qardaş.O qeder istanbulda sevenlerin var ki, Qapidan iceri daxil ola bilmeyen Azerbaycan usaqlarini aglayan gördüm.. səbəb yaşları çatmırdı içəri girməyə yəni bu qeder sevilirsiz Allah sizleri qorusun.
@merthocanincigerininkosegeni
@merthocanincigerininkosegeni 13 күн бұрын
"hamı sevsin istəyirdim, indi sevmir öz anam da"
@leason.
@leason. 5 күн бұрын
🎐
@TuralSxl
@TuralSxl Ай бұрын
Həm klip, həm sözlər çox təsirlidir. Təşəkkürlər, Aid və Emil! Göz yaşlarımı saxlaya bilmədim
@MuradSevda
@MuradSevda Ай бұрын
Ehh. Həmişəki kimi, sənin kimi heç kim ifadə edə bilməz bu duyğuları ❤️
@muradumarov3904
@muradumarov3904 Ай бұрын
Tək kəlmə ilə əla ❤
@ruslanasgerov3268
@ruslanasgerov3268 Ай бұрын
Gözlərin doldu hamının ətrafında yəqin ki belə bir dostu var😢
@a.ekdj_
@a.ekdj_ Ай бұрын
Nece gozel klip inşallah bu zillətdən əziyyət ceken her kes sagalar 🤲
@MuzafferIsmayilov
@MuzafferIsmayilov Ай бұрын
Belə gözəl iş üçün çox sağol Orxan . Həqiqətən musiqi ilə insanları gözəl olanlara çağırış etmən təqdirə layiqdir. Klipdə əziyyəti çəkən hər kəsə də təşəkkürlər. Çox gözəl , peşəkar bir iş ortaya çıxıb. Davamının gəlməsi diləyi ilə 👍👏
@ruzieliyev394
@ruzieliyev394 Ай бұрын
Ana oğul səhnəsi di kaprionun səhnəsindən götürülüb,serialı gözləyirik.Ama orxan yenə yaradıb musiqini❤
@nijatkamilzade2105
@nijatkamilzade2105 Ай бұрын
Uzun müddət idi ki, heç bir soundtrack məni içdən kövrəltmirdi. Orxan, sənin kimi insanlara bu ölkənin ehtiyacı var.
@elminhuseynov8607
@elminhuseynov8607 Ай бұрын
@zloyvolk186
@zloyvolk186 23 күн бұрын
Bu Əsər Həqiqətən Yayılmalı Hərkəsə Dərs Olmalıdır. Bele Açıq Şəkildə Həyatı Başqa cür Izah etmek olmazdı
@user-vc6jp9gl2q
@user-vc6jp9gl2q 22 күн бұрын
Həqiqətən çox qəşəng alınıb. Bəlkə 100 dəfə dinləmişəm. Nə yazıq ki həyatın gerçək üzü bu klipdəkindən də pisdi(((
@user-qb1lu6bb4f
@user-qb1lu6bb4f Ай бұрын
Goz yaşlarımla izlədim anam bu həyatı yasayib😢ünide. Oxuduğunu bildiyi övladı sən. Demə aldadirmis 😢
@zeynalovomar
@zeynalovomar Ай бұрын
Konsertdə görüşmək ümidiylə...
@elvinmemmedovofficial
@elvinmemmedovofficial Ай бұрын
Öncə Bəyənib sonra dinləyə biləcəyimiz çox nadir əsərlərdən biri.Əhsən qardaşa❤
@sevgisukurova2478
@sevgisukurova2478 Күн бұрын
Kas her kes bele duyarli ola Orxan sene halaldi sesin daim zirvelerden gelsin
@merthocanincigerininkosegeni
@merthocanincigerininkosegeni 11 күн бұрын
"görürsən özünü nə günə qoymusan? heç kim üzünə baxmır" ...
@MirelemMusazade
@MirelemMusazade Ай бұрын
Bu qədər gözəl iş, hal hazırda Azərbaycanda yoxdur! Mükəmməl iş görmüsüz. Aktyor işi, sözlər, rejissor işi mükəmməllik abidəsidir. Azərbaycanda sənət və mədəniyyət öz yerini tapacaq. Nəfəslər, Damlalar, Vəfalar gedəcək. Lazım olan sənətçilər öz yerini alacaq. Çox sağolun bu gözəl iş üçün.
@yalquzaq_676
@yalquzaq_676 Ай бұрын
Sənə bu tərbiyəni verib boya-başa çatdıran valideyinlərin əllərindən öpüb qarşısında baş əyirəm ki, cəmiyyət üçün səni kimi nümunəvi,mədəni və keyfiyyətli bir övlad yetişdiriblər..Uğurlarının davamı ♾️-suz olsun :)
@creativeplustv
@creativeplustv Ай бұрын
Təsirli klipdir. Ümid edirəm ki, bu ibrətamiz videolardan özünü pis vəziyyətdən çıxaracaq oğullarımız olacaq. İnşallah! Allah hamımızın köməyi olsun inşallah! Klipə gəldikdə isə əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən də bu gözəl çəkilişdə əməyi olan aktyorların, rejissorların, operatorların və ideal şəkildə hazırlanmış ssenaristin bu ssenariyə görə dərin təşəkkürümü bildirirəm.
@seadetletifi8401
@seadetletifi8401 Ай бұрын
NƏQƏDƏR AGLADİM ALLAH NE QƏDƏR PİS OLDUM Hallaldi okriorlara klipə bir sözlə əməyi keçən herkese çox gözəl iş çıxarmışıq halaldı size
@faridasgrv
@faridasgrv Ай бұрын
İdmanı, kitabı, yaradıcılığı, sağlam həyat tərzini, bir sözlə, yaxşı vərdişləri seçin, gənclər, çünki #DoğruYolBudur!✨
@merthocanincigerininkosegeni
@merthocanincigerininkosegeni Ай бұрын
sağlam həyat tərzi >
@ElmarQuliyev_
@ElmarQuliyev_ Ай бұрын
Boyunbağını alıb qaçma səhnəsi çox təsir edici idi. Günümüz reallığın çox gözəl əks etdiriblər. Hörmətlər🖤
@ramogrifon
@ramogrifon Ай бұрын
bu vərdişdən utanmaq yerinə hələ bununla öyünən, özünü bomba sayan daima reklam edən necə axmaq insan var onlar daha betər olmadan ayılarlar inşallah, təşəkkürlər Orxan 👏
@aytenaliviplife
@aytenaliviplife Ай бұрын
Ogul anasi olaraq bu mahnini dinlemek😢korpem seni sevdiyime seni dunyaya getirmeyime meni hec vaxt pesman etmezsen insallah🤲hemise duz yollarda gedesen, korpem🤲
@rufatgeydarov5887
@rufatgeydarov5887 Ай бұрын
Klip,akterlar,mahni sadece mohtewem bawqa soz yoxdu
@thpoints
@thpoints Ай бұрын
Orxan Zeynallı və klipi ərsəyə gətirən komanda👍👍✌
@beiverdiev
@beiverdiev Ай бұрын
Bu gözəl əsərə görə hər birinizə təşəkkürlər, Orxan!
@kitapblogum
@kitapblogum 23 күн бұрын
"Hamı sevsin istəyirdim, İndi sevmir öz ANAM'DA" bəlkə də ən böyük cümlə 💔
@vusalmemmedzade9906
@vusalmemmedzade9906 Ай бұрын
Yegane insansanki dinlemeden beyenirem musiqilerivi halal.olsun
@menzilpark
@menzilpark Ай бұрын
Musiqi öz yerində sözsüz möhtəşəmdir. Klip isə tam başqa bir təsir qatıb. Afərin zəhməti keçən hər kəsə. 👏👏👏
@user-ub7hp2jm4i
@user-ub7hp2jm4i 12 күн бұрын
Mən bu klipə baxanda, orda bir fraqment var, nifrət edirəm bu klipə, cünki o balkon mənim bacımın evinə aparırdı, bacım oğlu da narkotika istifadəçisi idi. Bacım dünyasını dəyişdi, fikirdən və stresdən pis xəstəliyə yoluxub. Hər dəfə bu klipə baxanda pis oluram, göz yaşlarımı saxlaya bilmirəm
Orkhan Zeynalli ft. Röya Miri - 40-cı Paralel
4:11
Orkhan Zeynalli
Рет қаралды 5 МЛН
Orkhan Zeynalli ft. Ayni Khalid - İllər Sonra (Rəsmi Musiqi Videosu)
3:20
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 24 МЛН
WHY IS A CAR MORE EXPENSIVE THAN A GIRL?
00:37
Levsob
Рет қаралды 9 МЛН
[柴犬ASMR]曼玉Manyu&小白Bai 毛发护理Spa asmr
01:00
是曼玉不是鳗鱼
Рет қаралды 48 МЛН
Orkhan Zeynalli ft. AISEL - Səma (Rəsmi Musiqi Videosu)
3:39
Orkhan Zeynalli
Рет қаралды 342 М.
Röya x Nəsimi Məmmədov - Bilən Olmasın (Rəsmi Musiqi Videosu)
4:04
Nəsimi Məmmədov
Рет қаралды 635 М.
Mehdi Sadiq × Noton - Səncə Nədən? (SƏS OST)
5:01
Bizgroup Production
Рет қаралды 7 МЛН
Gəl Gedək (Live)
4:34
Orkhan Zeynalli
Рет қаралды 1,5 МЛН
İfritə | 1-ci seriya
12:23
CVN TV
Рет қаралды 366 М.
Komedixana  359-cu Bölüm 01.06.2024
1:03:48
Komedixana
Рет қаралды 225 М.
Tomris - Necəsən Bu Gün (Rəsmi Musiqi Videosu)
3:02
Tomris
Рет қаралды 6 МЛН
Orkhan Zeynalli x Uran - Kor Zabit | "Buz Uşağı" Konserti
4:44
Orkhan Zeynalli
Рет қаралды 29 М.
Hozu Canguden Filmi - Tam Versiya (HD) @MecidHuseynovOfficial
1:24:07
Mecid Huseynov
Рет қаралды 1 МЛН
Селфхарм
3:09
Monetochka - Topic
Рет қаралды 1,2 МЛН
Қайдағы махаббат
3:13
Adil - Topic
Рет қаралды 160 М.
Kalifarniya - Hello [official MV]
2:54
Kalifarniya
Рет қаралды 3,8 МЛН
Артур Пирожков и Хабиб - МЁД (Премьера клипа 2024)
2:11
Александр Ревва
Рет қаралды 2,1 МЛН
Nursultan Nazirbaev - Gul Gul (премьера песни) 2024
2:37
Nursultan Nazirbaev
Рет қаралды 175 М.
Adil - Серенада | Official Music Video
2:50
Adil
Рет қаралды 89 М.