Рет қаралды 4,155
Bu dəfəki videomuz, Amur Pələngi haqqında olacaqdır.
Kanalımıza dəstək üçün videoları bəyənməyi, kanala abunə olmağı, rəylərininizi bizimlə paylaşmağı unutmayın.#tebietdeninciler.
Amur pələngi heyvanlar aləminin ən nadir nümayəndələrindən biridir. Hələ 19-cu əsrin ortalarında onların sayı kifayət qədər çox idi, lakin onların ovlanması saylarının xeyli azalmasına səbəbə olmuşdur. Amur pələnginin saylarının azalmasının digər səbəbi isə onların yaşadığı meşəliklərin məhv edilməsi və eyni zamanda qida mənbələrinin saylarının azalmasıdır.
Planetin ən böyük yırtıcılarından biri Amur Pələngidir. Adı qırmızı kitaba daxil edilib. Çəkisi 300 kq-dan çox olan fərdlərə rast gəlinib. Bədən uzunluqları 160-290 santimetr, quyruğu isə 110 sm-dir. Gücü sayəsində yarım ton ağırlığında heyvan cəsədini rahatlıqla daşıya bilir. Sürətləri saatda 80 km/saat-a çatır.
Çox gözəl dəri rəngi var. Eyni naxışlı iki heyvana rast gəlmək mümkün deyil və bu rənglər parlaq olsalar da kamufulyaj funksiyasını yerinə yetirir. Böyüklüyünə görə uzaq məsafədən ovunu qovaraq təqib edəcə biləcək gücü olmadığından dəri rənginə uyğun olaraq uzun otlar arasında ovuna mümkün qədər çox yaxınlaşmalıdır. orta hesabla bu pələnglər 15 il yaşayırlar, yarım əsr ömürləri olsada bir qayda olaraq qocalıqda əvvəl ölürlər. Onlar vaxtlarının əhəmiyyətli bir hissəsini ova həsr edirlər, lakin ov tutmaq cəhdlərinin yalnız onda biri müvəffəqiyyətlə başa çatır.
Ovlarına əsasən qırmızı maral və donuzlar daxildir. Bir pələng bir dəfəyə 30 kq ət yeyə bilər amma onların orta hesabla gündəlik ət norması 10 kq-dır. Əksər pişiklər kimi Amur pələnglri də tək həyat tərzi sürürlər. Özü üçün müəyyən bir yer seçir və ərazisinin sərhədləri boyunca iz qoyur. Ərazisini yalnız ovlanmaq üçün nadir hallarda tərk edir. yetişkin bir erkək Amur pələngi öz ərazisini qoruyur və kükrəmə ilə digər fərdlərlə olan problemləri həll edirlər. Nadir hallarda birbaşa döyüşə girirlər.
Orta hesabla 2 ildə bir dəfə nəsil artırırlar. Bir ərazidə bir erkək və bir neçə dişi fərd yaşaya bilər.
Bu pələnglər Rusiyanın cənub-şərqində, Amur və Ussuri çayları sahillərində, Mançuriyada, Şimali koreyanın şimalında yaşayırlar. Primorsk və xabarovsk diyarının şərqində də bu pələnglərə rast gəlinmişdir. Amur pələngi əsasən Ussuriysk qoruğunda mühafizə olunaraq sayları çoxaldılır. Amur pələngi Primorsk diyarının bayrağında və gerbində və bu bölgənin digər müxtəlif simvollarında öz əksinini tapmışdır. Amur Pələngləri, palıd və sidr ağacları ilə bol olan dağ çayları sahillərini özlərinə məskən olaraq seçirlər.
🔻Diqqətinizi Çəkə Biləcək Videolar🔻
►Eider quşu- • Eider quşunun ölçüləri...
►Yexidna- • Yexidna - Avstraliyanı...
►Korifen balığı- • Korifen baliği haqqınd...
🔻Sosial şəbəkələrdən bizi izləmək üçün🔻
İnstagram səhifəsi ►bit.ly/2uwb7dl
Facebook səhifəsi ►bit.ly/31UH0so