Salam müəllim çox sağ olun deqiq izah edirsiz gözəl məsləhətlər üçün təşəkkürlər
@xanusta2 жыл бұрын
Var olun, bəy. Minnətdaram.
@elnursalmanov322 Жыл бұрын
Salam cox sag olun bele genis meslehetiniz ucun. Bu ortukden yay aylarindada istifade elemey olarmi yeni arilara cox istilik yaratmazki zehmet olmasa bu sualima cavab vererdiz.
@Amil.172 жыл бұрын
Davamlı olsun teşəkkûr edirik
@axmed0vnasir5482 жыл бұрын
Sağ ol ki sualıma cavab verdiz
@xeyyamisgenderov64052 жыл бұрын
Məlumat ücün cox sağolun.
@vusalmamedov14977 ай бұрын
Sağol gözəl insan
@xanusta7 ай бұрын
Təşəkkürlər.
@quluhesenov16002 жыл бұрын
Sağol əla
@rasimmasimov95772 жыл бұрын
Salam gözəl məsləhətlər üçün təşəkkürlər
@seadetceferova34222 жыл бұрын
salam cox sağ olun ətrafli məlumata gorə
@samilrzayev12312 жыл бұрын
Sizin söhbəti maraqla dinləyirik və öyrənirik
@AdAd-sq8zr2 жыл бұрын
Allah səni gorusun əla məsləhətlərə görə
@xanusta2 жыл бұрын
Təşəkkürlər. Minnətdaram.
@veyselcumazede Жыл бұрын
Çox yaxşı bir Vidyodur 👍Çox sağolun ki bu vidyonu çəkmisiz .
@xanusta7 ай бұрын
Təşəkkürlər, bəy.
@mubarizelvendov749 Жыл бұрын
❤❤❤
@aydemiraxundov8749 Жыл бұрын
Çox sağol qardaş
@xanusta Жыл бұрын
Minnətdaram, bəy.
@necibmammedov1809 Жыл бұрын
🙏🏻
@iradehesenova53382 жыл бұрын
Çox sağ olun qardaslm geniş izahat gore
@nrgizmirzliyeva20236 ай бұрын
Salam. Allah işinizə bərəkət qoysun. Hansı pətəklər daha yaxşıdı?Altı açıq, yəni setkalı yoxsa, bağlı olan.?
@mubarizelvendov749 Жыл бұрын
SALAM HƏRTƏRƏFLİ İZAHA GÖRƏ TƏŞƏGÜR
@xanusta Жыл бұрын
Minnətdaram.
@Goatherd0342 жыл бұрын
Salam qapaq altında penaplas qışlamaya qoyulsa istiliyə bəs edirmi
@xanusta2 жыл бұрын
Aleykum Salam. Məncə 3 sm. -lik penoplast doya-doya bəs edir. Əgər kisə və ya parça örtük istifadə edirsizsə, arılar da bu örtükləri tam propolislə suvamayıblarsa, ola bilər ki, yuxarıdan isti hava itkisi ola bilər. Ona görə də penoplastı qapağın içinə kip oturacaq şəkildə yerləşdirməkdə fayda var. Ancaq mən son 2 ildir salafan plyonka istifadə edirəm. Hava axını olmur məndə. Penoplast da həm istiliyin itməsinin qarşısını alır, həm də salafanın tərləməsinin.
@valehceferov66772 жыл бұрын
SAlam melim men yeni başlayiram izliyirem sizi Cox sağolun meslehetinze göre Allah kömeyin olsun ..
@xanusta2 жыл бұрын
Təşəkkürlər, bəy. Xeyirli, bərəkətli olsun arıçılığınız. Minnətdaram.
@valehceferov66772 жыл бұрын
Cox saxolun məlim ..
@ruslanmustafayev79612 жыл бұрын
Qardaş mən məsləhət olaraq klyonka örtük qoymuşdum.Sonradan mənə bunun ziyanlı olduğunu dedilər və məcburən ləğv etdim.Dörd beş ildi məşğul olduğum üçün məcburən səriştəli arıçıları dinləməli oluram. Sizin bu məsləhətiniz lap yerinə düşdü.Qeyd etdiyiniz fəsadların izləyicisi olaraq klyonka örtüyünün əhəmiyyətini tərəfinizdən dinlədim və sözsüz ki,bu variantı yenidən tədbiq edəcəyəm.Faydalı və əsəslı surətdə bilgilerinizi bölüşdüyünüzə görə təşəkkürümü bildirirəm.
@kamranqedirov7880 Жыл бұрын
@@xanusta salam. Yenə salafan örtürsüz? Mən bir sezon örtdüm yeşiklıtim çox tərlədi. Küncü çox nəm kif oldu
@xanusta Жыл бұрын
@@kamranqedirov7880 Qapağın altına penoplast qoymamısızsa, tərləyəcək. Mən artıq 2 ildir istifadə edirəm. Məndə heç bir tərləmə olmur. Ola bilər ki, sizin yerlər daha çox rütubətli olur qışda.
@ugurqedirov2 жыл бұрын
Salam qardaş. Mən təzə arıçlyam. Nı məsləhət görürsüz arı ramkaları 23 dük ya 30 yaxşıdır. Hansını məsləhət bilirsiz və neyçün?
@xanusta2 жыл бұрын
Salam, bəy. Hansı ramka, çərçivə ölçüləri arılar üçün daha yaxşıdır? Bu sual üzərində bu gün çox tərəddüdlər var. Araşdırmalar gedir. Müxtəlif fikirlər var. Ancaq siz yeni başladığınız üçün 23-lük çərçivələrlə işləməniz məsləhətdir. Ona görə yox ki, 23-lük çərçivələr ən yaxşısıdır. Xeyir. Sadəcə arıçılıqla bağlı bütün ləvazimatlar, istehsal olunan avadanlıqların çoxu demək olar ki, 23-lük və 10 çərçivəlik sistemə görə istehsal olunur. Buna görə də yeni başlayanların işi 23-lük ilə asan olur. Kim bilir, bir gün gələcək, daha yaxşı sistemi bəlkə də siz kəşf edəcəksiz. Arıçılıq sahəsində hələ çox boşluqlar var. Niyə də bunu siz, biz etməyək. Gərək hər şeyi əcnəbilər eləsin?!!! 😊
@ugurqedirov2 жыл бұрын
@@xanusta həm məsləhətiniz həmdə dəyəriniz üçün təşəkkürlər.
@RamilHüseynzadə Жыл бұрын
@@xanusta😮
@Usaqlartv2 жыл бұрын
Salam Əleykum Müəllim Sizə Bir Çox Təşəkkürmüzü Minətdarlıgımızı Bildirik
@xanusta2 жыл бұрын
Minnnətdaram.
@Сахиламедов2 жыл бұрын
Salam. Sizin arılar hardadır? Mən İsmayılıda zənn edirəm.
@xanusta2 жыл бұрын
Salam. Bu il Oğuzdadır.
@arzumansuleymanov28132 жыл бұрын
Ariya hansı dərmani vermey lazim di? Və vaxtı di mi fikirini maraqlı di
@xanusta2 жыл бұрын
Bir az gec yazdığım üçün üzürlü bilin, bəy. Arılarıçılaqda əsas gənəyə qarşı dərmanlardan istifadə olunur adətən. Xəstəliklərə qarşı istifadə olunan dərmanlar da var, amma arınız güclüdürsə və siz yaxşı arıçısızsa, çox vaxt ehtiyac olmur xəstəliklərə qarşı müəlicəyə. Amma gənə ilə davamlı mübarizə aparmaq lazımdır. Gənəyə qarşı da bir çox vasitədən istifadə olunur. Ən məsləhtli olnları bu gün dünya arıçılığında quzuqulağı turşusu və qarışqa turşusudur. Quzuqulağı durşusu adətən qışda, Qarışqa turşusundan isə yaz və payızda istifadə olunur.
@behramdibirov71982 жыл бұрын
Allah eziyyetini itirmesin qardaw ari ailesi heddinden artiq aqresivdi sebeb ne ola biler cavablandirardizda
@xanusta2 жыл бұрын
Təşəkkürlər, bəy. Düzü bu bir xarakterdir. Hər bir insanın özünəməxsus xasiyyəti olduğu kimi, arılarda da fərqliliklər olur. Ancaq arılarda aqressivlik, yaxşıdırmı, pisdirmi, bax bu sual üzərində hələ mən düşünürəm. DÜzdür, biz arıçıların işini çətinləşdirir aqressiv arı. Ancaq arının aqressivliyi həm də o deməkdir ki, bu arı özünü yaxşı müdafiə edir. Basqına məruz qalmayacaq, vəhşi arılar, güvə kəpənəyi və digər zərərvericilər də belə arıların yuvalarına girə bilməyəcək. Arıların iynəsi olmasaydı, bəlkə də bu gün arılar yox idi. Buna görə də çox da narahat olmağa dəyməz. Ancaq siz arılarınızın daha sakin olanlarından ana çoxaldın. Çox aqqressiv olanları beləcə çıxdaş edə bilərsiz.
@Xeyyam_Agamirov Жыл бұрын
Bes bu kloyonka yuvada buxarlanma yaratmır?
@xanusta Жыл бұрын
Yəqin tərləməni nəzərdə tutursuz. Qapağın altında tam da salafana toxunacaq səviyyədə penoplast material yerləşdirirəm. Bunun sayəsində salafan soyumur. İsti salafana da içəridəki rütubətli hava təmas edəndə tərləmə olmur. Tərləmənin əsas səbəbi rütubətli havanın soyuq bir səth ilə tamas etməsidir.
@orxanyusubov3551 Жыл бұрын
Məllim bir sualm var cvblandirin zəhmət olmasa penaplastir yerinə qalin dosəkcə və ya qalin parca qoysaq olarmi?
@xanusta Жыл бұрын
Əgər salafan örtmüsüzsə, istiliyi saxlayan hər şey qoya bilərsiz. Ancaq parça və ya kisə örtmüsüzsə, çalışın elə bir şey qoyun ki, nəmi özünə çəkib saxlayan material olmasın. Məsələn pambıq döşəklər nəmi özündə saxlayır və bu da orda bəzi xəstəliklər yaranmasına səbəb ola bilər.
@elcinmammadli93492 ай бұрын
Salam.Maraqlı məsləhət üçün.çox sağ olun.Zəhmət olmasa deyin yeşiyin altındakı havalandırmanın ölçüsü nə qədər olmalıdır?
@xanusta2 ай бұрын
Salam. Təşəkkürlər. Havalanma yerlərinin təstiqlənmiş standart bir ölçüsü yoxdur. Hər arıçı öz təcrübəsinə əsasən edir. Mən yuvanın altından arxa divara paralel olaraq 3 deşik açıram. Diametri 35 mm. olan sverlo ilə. İçəri tərəfdən də setka vururam. Bəzi arılar propolis ilə daraldır, ya da tam bağlayır. Bəzi arılar isə heç dəymir.
@nesibovam78882 жыл бұрын
Salam mən sizə tam şəkildə demədi bir dəfə beçə verib yeşikdəki anayla onu başqa yeşikə yığmışam 15 gündu amma ana üsküklərı çoxdu elə beçə tuturam bəlkə yaxşı izah etmirəm nömrəniz olsaydı bir dəqiqə vaxdınızı alardım əlləlcədən təşəkkürlər
@xanusta2 жыл бұрын
0707442938 in vatsapına səs ata bilərsiz.
@suliddinhaciyev22092 жыл бұрын
@@xanusta imicini h
@MənsəƏlizadə2010 Жыл бұрын
Salam bəy Allah ezyetinizi itirməsin vatsapda sizə səs atsam olarmı bir şey soruşmaq isdeyirem
@rafaelmeherremov26452 жыл бұрын
Bu il keçdi inşallah mende gelen il öyrenmek isteyirem ve çoxaltmaq. 2arım var qohum saxlayır
@aydinrustemov34632 жыл бұрын
Sizi həmişə dinləmisik bəyənirik biz arıçılıqla yeni başlamışıq böldüymuz arının anası 21gündu çıxıb amma mayalanmayıb həmin ana ilə çıxan ana 15 gündü yumurta qoyur mayalanmaya arı nə səbəbə mayalanmış cavab versən təşəkkür edirik
@xanusta2 жыл бұрын
Xeyirli, bərəkətli olsun, Rafael bəy.
@xanusta2 жыл бұрын
Aydın bəy. Necə ki, insanla belə doğulanda hamısı sağlam doğulmur, arılar da həmçinin. Bəzən yeni doğulan ana arılarda da bu baş verir. Doğulandan sonra ən çoxu 20-25 gün ərzində ana arı yumurtlamağa başlamırsa, o ana arıdan əl çəkmək lazımdır. Ya yeni ana arı alıb vermək olar həmin ailəyə. Ya da başqa yuvadan yumurtalı bir çərçivə gətirib bu arının çərçivələri arasına ortadan yerləşdirmək lazımdır ki, özlərinə yeni ana arı yetişdirsinlər. Ya da o arının içindən ana arısını götürərək başqa bir güclü arınızla birləşdiririn.
@ТуралГасымов-и5п2 жыл бұрын
Salam aleyküm qardaş bir yeşik ari neçe kilo bal verir? Her eytimala qarşi cavab yazdiğiniza göre teşehkür edirem.
@xanusta2 жыл бұрын
Bu, arıya, ilə, yerə və arıçının arıçılığına görə dəyişir. 0 kq ilə 40 kq arasında ola bilər.
@ТуралГасымов-и5п2 жыл бұрын
@@xanusta çox teşehkür edirem
@orxanyusubov3551 Жыл бұрын
Məllim sizə bir sualim var Ana necə ilə yaslanir və yasli anayi ari deyisir yoxsa aricimi yadinda saxlib vaxti gələndə deyisməldi??
@xanusta Жыл бұрын
Mənim bildiyim 5 ilə qədər yaşaya bilirlər. Ana arı yaşlananada arılar onu ya dəyişir, ya da beçəyə göndərir. Ya da özü ölür və arılar yeni ana yetişdirirlər. Bəzən elə səmtsiz vaxtda ana arı ölür ki, arı ailəsi ərkəkləşmə dediyimiz mərhələyə keçic edir. Gərək arıçı arı ailəsini nəzarətdə saxlasın.
@terlanhacimemmedov6130 Жыл бұрын
Salam usdad yeşiyin döşəməsindəki havalanma dəlikləri arılar tərəfindən propolislə tutulanda nə edirsiniz yenədəmi salafan örtürsünüzmü, əgər örtürsünüzsə o zaman tərləmə olmur ?
@xanusta Жыл бұрын
Salam. Əgər üzərindəki salafana ramən yenə də havalanma yerlərini bağlayıblarsa, daha onların işinə qarışmıram. Onlar məndən yaxşı bilirlər öz işlərini.
@poeziya50252 жыл бұрын
Qiwda arini soyuqdan nece qoruyaq
@xanusta2 жыл бұрын
Salam. 1. Arı yuvalarımızın taxtasının qalınlığı ən azı 3.5 sm. olsa yaxşı olar. Ya da penoplast və ya çöl tərəfindən penoplastla izolyasiya olunmuş. 2. Çalışmaq lazımdır arılarımız qışa çox zəif girməsin. Əgər belə arılarmız varsa, onları birləşdirərək güclü ailərlərlə qışa girmək məsləhətdir. 3. Yuvanın üstündən elə örtük örtmək lazımdır ki, yuvanın yuxarı hissəsindən isti hava axını olmasın. 4. Üst örtükdən sonra qapağın altına yun, pambıq döşək və ya penoplast qoymaq lazımdır. 5.Əgər yuvada arı sayı çox azdırsa, çərçivələri ortaya, uçuş bacasının önünə düzərək, çərçivələrin kənarlarına kisəyə bükülmüş və ya skoç ilə sarınmış penoplast lövhələr qoymaq olar. 6. Əgər yuvalar çox nazik taxtatdan düzəlibsə, uçuş bacasının ağzını bağlamamaq şərti ilə yuvanın çöl hissəsindən də salafan, palatqa və penoplast lövhə kimi vasitələrdən istifadə etməklə izolyasiya etmək olar.
@KANAL_BAKU2 жыл бұрын
Salam bes kilyonka parnik kimi terlemirki icine su axmirki
@xanusta2 жыл бұрын
Üzərində, qapağın altında penoplast və ya qalın pambıq döşək olduqda tərləmə olmur. Ya da qışda çox az olur ki, bu tərləmənin də ziyandan çox xeyri olduğunu düşünürəm. Su ehtiyaclarını bu tərdən qarşılaya blirlər soyuq günlərdə.
@rafaelmeherremov26452 жыл бұрын
Bilmek isterdim arını normal öyrenmek ne qeder vaxt alır?
@xanusta2 жыл бұрын
Arını öyrənib qurtarmaq mümkün deyil deyərdim mən. Ancaq arıçılıq etməyə başlamaq üçün öyrənməyə həvəsi olan biri 2 il müddətində çox şey öyrənə bilər.
@natiqserifzade60612 жыл бұрын
Salam. Bir sual verim icazenizle. Bu klyonkanin menfi ceheti iceride rutubeti artirmaqi ve o sebebden kif gobeleyinin artmasi nece? Kif gobeleyi isdenilen canli ucun en boyuk tehlukedir. Sinbioz yasayis kecirdiyi ucun. Bu dediyim rutubetli bolgelerde cox tehlukeli veziyyet toredir. Meselen Masalli Lenkeran erazisinde. Rutubet olmayan bolgelerde klyonka cox gozel vasitedir. Cox saq olun melumatlariniz ucun.
@xanusta2 жыл бұрын
Natiq bəy. Yuvanın içərisində rütubətin çox olması salafanın günahı deyil. Sadəcə arıçılar yuvanın üzərinə hava keçirən parça, kisə kimi örtüklər örtəndə, davamlı aşağıdan yuxarı hava axını olduğu üçün içəridəki rütubət azalmış olur. Ancaq bu digər tərəfdən arının normal inkişafına mane olur və ya güclü ailələrin əlavə enerji sərf etməsinə səbəb olur. Buna görə də üzərini salafanla, və ya hava keçirməyən bir şeylə örtüb, yuvanın altında havalanmanı yaxşılaşdırmağın tərəfdarıyam mən.
@efrailxancanov22752 жыл бұрын
Xaiş edirem deyin,bizde 35 40 derece isdi olur, bele isdide kilyonka sermek olarmı?-Men Zerdabdanam.
@xanusta2 жыл бұрын
Əgər yuvanın altından yaxşı havalanma varsa, olar. Mən bir il yarımdır ki, yay-qış plyonka istifadə edirəm. Heç bir narahatçılıq yaşamadım. Onsuz da yuva içində arıların davamlı 34.5-35 dərəcə arası istiliyə ehtiyacı var. Aşağıdan havalanma olanda istədikləri vaxt özləri tənzimləyə bilirlər. Havalanma yuvanın yuxarısından olanda isə arı yuva içi temperaturu sabit saxlamaq üçün davamlı əziyyət çəkməli olur. Bəzən də bunu bacarmır. Ən azından yuvalarınızın düşəməsində, arxa tərəfdən 2 sm. diametirli 3 deşik açın və yuvanın iç tərəfindən arıların keçə bilməyəcəyi setka vurun. Yuvalarınızı çalışın ağ və ya çox açıq rənglərlə boyayın. Bir də yuvaları elə yerə qoyun ki, heç olmasa günortadan sonra kölgə düşən bir yer olsun.
@efrailxancanov22752 жыл бұрын
@@xanusta Çox sağol qardaşım,etraflı izaha göre. ALLAH razı olsun.
@efrailxancanov22752 жыл бұрын
@@xanusta Qardaşım ezyet deyilse deyin vidyoların birinde arının üstüne sirke sıxdınız, o ne üçündü?
@xanusta2 жыл бұрын
Evdə hazırladığım təmiz alma sirkəsini yazda arıları yemləyərkən, yemə qatıram. Bunun arının həzm sistemi üçün faydalı olduğunu deyirlər arıçılar. Mən də zərərini görmədim. Ancaq marketlərdən aldığım 4 faizli sirkəni arı birləşdirərkən istifadə edirəm. Birləşdirəcəyim hər iki arı ailəsinin üzərinə çiləyirəm və beləcə onlar öz fərqli qoxularını unudurlar. Beləcə bir-birlərini öldürmə riski azalmış olur. Yuvaları təmizləyib dezinfeksiya edərkən də sirkədən istifadə edirəm.
@efrailxancanov22752 жыл бұрын
Qardaş indi arıya her hansısa müalice lazımdımı veyaxut gənə dermanı?
@samilrzayev12312 жыл бұрын
Salam.Necəsən?Sizin arı hansı ölkədədir?
@xanusta2 жыл бұрын
Azərbaycanda. Oğuz rayonu.
@samilrzayev12312 жыл бұрын
@@xanusta Allah bərəkət versin müəllim varına dövlətinə
@sidhesenova7452 Жыл бұрын
Nemsdy vermr bes klyonka?
@xanusta Жыл бұрын
Nəmişlik içəridə ya var, ya yox. Yəni salafan nəmişliyi yaratmır. Əgər içəridə nəmişlik varsa, salafan bu nəmişliyi üzə çıxarda bilər. Yəni isti nəm hava soyuq salafana və ya soyuq səthə təmas edəndə su damlalarına çevrilir. Bunun da qarşısını almaq üçün salafanın həmən üzərində, qapağın altından penoplast lövhə qoyuram. Beləcə, salafan soyumur və nəm hava suya çevrilmir. Yuvanın altından da havalanma yerləri açırıq.
@qorxmazmirze2 жыл бұрын
Salam. Məndə klyonka istifadə edirəm. Amma Turkiyədən gətirilmiş parnik klyonkası fərqi odurki demək olarki tərləmir. Yoxlayıb sonra mənfi musbət tərəfini paylaşın.
@xanusta2 жыл бұрын
Düzü dediyiniz material ilə hələ tanış deyiləm. Amma yoxlamaq olar. Daha yaxşıdırsa, niyə də olmasın?
@sidhesenova7452 Жыл бұрын
Bes o klonka çox isdi etmr içernii
@xanusta Жыл бұрын
Çox isti olmasının qarşısını almaq üçün yuvanın alt döşəməsindən havalanma üçün xüsusi yerlər açılır.
@nesibovam78882 жыл бұрын
Salam qardaş məndə 2 günndən bir beçə verir eyni yeşik mən nə edim hər dəfədə 2 ki ana çıxır xaiş edirəm məsləhət verərdiz yeni başlamışam sərişdəm sox azdı
@xanusta2 жыл бұрын
3 çərçivədən bölün. Arının həcminə görə neçə 3 çərçivəli bölmə çıxırsa bölün. Diqqət edin, bölmələrdəki çərçivələrdə çıxmamış ana üskükləri də olsun.
@nesibovam78882 жыл бұрын
Sağ olun Allah razı olsun
@serdareliyev52432 жыл бұрын
salam.Qışda kıf yaradır.
@xanusta2 жыл бұрын
2 ildir istifadə edirəm, mən belə hal ilə qarşılaşmadım. Arı çox zəiv olanda və aşağıdan havalanma pis olanda isə bütün yeşiklərdə olur kif adətən.
@emilqurbanzade34892 жыл бұрын
Salam mellim ,ariya qiş isdiliyinin verilmesi ile bağli bir qisa vidyo hazirliyinda zehmet olmasa
@xanusta2 жыл бұрын
Salam, bəy. Çalışaram.
@abbasovyusif75706 ай бұрын
Salam 62 yaşım var ancaq bu arıcılıga həvəsim coxdur atam vaxtı ilə saxlayıb sonra qarabagdan köckun duşduk indi kəndimiz alınıb cox gözəl daglıq yerdədir fikirimdən kecir mənə nə məsləhət verardiniz
@thomasshelby4809 Жыл бұрын
salam arılara hansı dərmanlar və nə vaxt necə tətbiq olunur bu barədə video çəkin zəhmət olmasa təşəkkürlər
@xanusta Жыл бұрын
Salam. Çalışaram.
@elvinnezereli36762 жыл бұрын
Kiliyonkada tər yaradir
@xanusta2 жыл бұрын
Bəy, videoda da izah etməyə çalışmışam. İndi hər kəs öz təcrübəsində uğur qazandığı üsuldan istifadə edir. Mənim fikrimcə yuxarıdan havalanmanı kəsib, aşağıdan havalanma yaratmaq lazımdır.
Yuvanın döşəməsində, arxa divarı boyunca üç ədəd 32 sm. diametri olan deşiklər açmaq məsləhətdir. Yuvanın iç tərəfindən də bu deşiklərin üzərinə setka vururuq. Əgər yubanın bu hafalanma deşiklərinə ehtiyacı varsa, olduğu kimi saxlayırlar. Yox, əgər arılara lazım deyilsə, propolis ilə bağlayırlar.
@ekonimistssss3641 Жыл бұрын
Salam sizde satl Qafqaz arlsl yoxdu
@xanusta Жыл бұрын
Salam. Təəssüf ki, yox.
@ilhamabdullayev13392 жыл бұрын
Salam.inçiməyin amma arinin üstünü hava iwləyən materialnan örtmək lazimdir.nəmiwlik xəstəliklərin əsas səbəbidir.yçuzluga yox keyfiyyətə fikir vermek lazimdir.
@xanusta2 жыл бұрын
İlham bəy. Haqlı olduğunuz məqamlar var. Ancaq yuvadakı nəmişliyin səbəbi inanın ki, salafan deyil. Salafan sadəcə onu görməyimizə şərait yaradır. Mən bütün örtü vasitələrini tərcrübəmdə yoxlamışam. Bəlkə də fərqli bölgələrimizin rütubətlililik səviyyəsinə görə fərqli nəticələr də ola bilər. Ancaq mən salafandan heç narazı qalmadım, əksinə daha da yaxşıdır deyə hesab edirəm. Yuvadakı nəmişliyi aradan qaldırmaq üçün yuvanın altından və ya uçuş bacasından havalanma üçün şərait yaratmaq daha məntiqli gəlir mənə.
@ilhamabdullayev13392 жыл бұрын
@Elvin Allahverdiyev mende parcayla ya da vayenniy palatka materiali deyirler,onun naziki var hava iwləyir.arida dide bilmir.onu mahackaladan qətirmiwəm
@Kamilşirəliyev8 ай бұрын
Yeni vidyolar gəlmədi təssüf
@xanusta7 ай бұрын
Salam. 7 ay fasilədən sonra axır ki, vaxt tapdım. Olacaq yeni videolar inşallah.
@xetaimusayev19182 жыл бұрын
Salam bir sual vermək istəyirəm.İndi arı almaq məsləhətlimidir? Alsaqda neçəyə ala bilərəm? Öncədən təşəkkürlər.
@xanusta2 жыл бұрын
Arı almağın müəyyən bir vaxtı yoxdur. Əgər qısa müddətdə məhsul da götürmək istəyirsizsə, arını yazbaşı alın. Yox, əgər öncə arıçılığın sirlərini öyrənmək istəyirsizsə, İyul ayında və ya payızda alın. İndi 100-300 manat arası qiymətə arı ailəsi ala bilərsiz. Arı ailəsinin gücü və keyfiyyətinə görə qiymət də dyişir təbii ki. Bu gün bu il doğulan ana arı ilə 100 manatlıq arı alsaz, həm arıçılığı öyrənməyə başlayarsız, həm də gələn ilki mövsüm üçün keyfiyyətli bir arı ailəniz olar. Əgər alınırsa 1 yox, 2 və ya 3 ailə ilə başlayın. Ancaq bir ailə ilə də başlamaq olar. Arıçı ataların bir sözü var. "Bir arıya az demə, 100 arıya da çox."
@vekilfaiq5 ай бұрын
Salam qardash. men sene qonaq gelmek isterdim. mumkunse unvani yaz
@punhanmecidov39922 жыл бұрын
Sizin dediyinizle ancaq qiwda istifade etmek mence yaxwidir. Bir weyki tebii deyil o nece yaxwi ola biler??? Mentiqle cavabini isteyirem
@xanusta2 жыл бұрын
Düzdür, bəlkə də salafanın hansısa bilmədiyimiz zərəri də ola bilər. Ancaq hal hazırda salafan digərlərinə nisbətdə mənə görə çox pratiq və ucuz başa gələn variantdır. Ancaq burda mənim üçün məntiqli olan əsas məsələ, arı yuvasının yuxarı hissəsindən heç bir hava axının və temperatur itkisinin olmamasıdır ki, arılar əlavə və davamlı enerji sərf etməli olmasınlar yuva içi iqlim şərtlərini qorumaq üçün.
@mhmmdmaqsudlu34405 ай бұрын
Yesikdə polunda Əlavə havalandirma yoxdusa nəcə edim klyonkadan istifadə edim
@elsenhuseynov8444 Жыл бұрын
SALAM MƏN ARI SAXLAMAQ İSTƏYİRƏM.1ADAM NEÇƏ ARIYA TƏK BAXA BİLƏR.TIŞƏKKÜRLƏR
@xanusta Жыл бұрын
Salam. Adama görə dəyişər. Ancaq sadəcə arı ilə məşğul olsanız, 100-150 arıya baxmaq mümkündür. Daha çox olsa, köməyə ehtiyacınız olacaq.
@Aqil101 Жыл бұрын
Salam birdənə şübhə qaldı arıda bir zəhər vare o salafandan keçmir o necə olacaq arı məfh olmaz
@xanusta7 ай бұрын
Sualınızı tam başa düşə bilmədim.
@arazhesenov724210 ай бұрын
Varol qardaş .əlaqə nömrəni yazardın
@xanusta7 ай бұрын
0707442938
@aynurbabayeva95992 ай бұрын
Salam .Sizdən bir xahişim var. El arasında eşek arısı deyilər .BU ARİLAR BİZİM ARİLARİ YEYİRLER 4 YEŞİK ARİNİ YEYİB. BİZE BİR ÇARE. ÖNCEDEN TESEKKÜR EDİREM
@xanusta2 ай бұрын
Salam. Bu arılar üçün arıxanaya tələ qurmaq kömək edir. Bir də yaxınlıqda bu arıların yuvaları varsa onları məhv etmək lazımdır. Siçan kleyi dediyimiz kley var. Onu bir kardonun üzərinə yaxaraq ortasına ciy ciyər qoya bilərsiz. Sarı arılar ət yeyən arılardır. Ciyərin qoxusuna gəlib kleyə yapışıb qalırlar. Bir də plastik şüşənin içərisinə dibindən 3 barmaq qədər Fanta tökürsüz. Şüşənin yanlarından bal arılarının keçə bilməyəcəyi, ancaq sarı arıların keçəçəyi ölçüdə, təxminən 4 mm. diametri olan dəliklər açırsız. Sarı arılar fantanın iyinə girirlər və içəridən çıxa bilməyib tələf olurlar.
@poeziya50252 жыл бұрын
Qiwda arini nece qoruyaq.
@xanusta2 жыл бұрын
Salam. 1. Arı yuvalarımızın taxtasının qalınlığı ən azı 3.5 sm. olsa yaxşı olar. Ya da penoplast və ya çöl tərəfindən penoplastla izolyasiya olunmuş. 2. Çalışmaq lazımdır arılarımız qışa çox zəif girməsin. Əgər belə arılarmız varsa, onları birləşdirərək güclü ailərlərlə qışa girmək məsləhətdir. 3. Yuvanın üstündən elə örtük örtmək lazımdır ki, yuvanın yuxarı hissəsindən isti hava axını olmasın. 4. Üst örtükdən sonra qapağın altına yun, pambıq döşək və ya penoplast qoymaq lazımdır. 5.Əgər yuvada arı sayı çox azdırsa, çərçivələri ortaya, uçuş bacasının önünə düzərək, çərçivələrin kənarlarına kisəyə bükülmüş və ya skoç ilə sarınmış penoplast lövhələr qoymaq olar. 6. Əgər yuvalar çox nazik taxtatdan düzəlibsə, uçuş bacasının ağzını bağlamamaq şərti ilə yuvanın çöl hissəsindən də salafan, palatqa və penoplast lövhə kimi vasitələrdən istifadə etməklə izolyasiya etmək olar.
@resadismaylov41832 жыл бұрын
Bu salafanlar nəmişlik yaratmazki
@xanusta2 жыл бұрын
Mənim bu günkü qənaətimə görə, əgər arınız normal gücdədirsə, yuvanızın altında və uçuş bacasında kifayət qədər havalanma varsa heç bir problem olmur. Hətta digər hava örürən kisə və parçadan daha yaxşıdır.
@turanturkes23032 жыл бұрын
Kulsenin arici bawiva nagil daniwma ari tebiliyi sevir senin eynive keten paltar geysen rahat olarsan ya salafanla sen bu nagilari ozun kimi aricilara daniwarsan
@xanusta2 жыл бұрын
Siz mənə və mənim kimi arıçılara fikir verməyin, bəy. Siz təbii yolla davam edin. Öyrətsəz, biz də başımızın külünü silkələyib sevə-sevə öyrənərik sizdən.
@turanturkes23032 жыл бұрын
Hec kesi oyretmek kimi bir niyetim yoxdu bilmirem siz nece ildir mewgul olursuz 500 ildir bizim nesil bu iwle mewguldur oyrenmek gec deyil menede aidir senede
@xanusta2 жыл бұрын
Mən də arıçı ailəsində doğulmuşam. Atam SSRİ-nin diplomlu arıçılarından idi. Özüm də 2005-ci ildən arı saxlayıram. Daha doğrusu arıçılığı öyrənirəm. Mən ciddiyəm, bəy. Yazdığınız sərt rəydən də inciyib eləmirəm. Bir-birimizə sevgimizi, sayğımızı demək ixtiyarımız varsa, nifrətimizi, etirazımızı bildirmək haqqımız da olmalıdır deyə inanıram. Çox adam bu xüsusda mənimlə razılaşmasa belə. Əgər nəyisə səhv elədiyimi görsəz, mənə öyrədə bilərsiz. Minnətdar olaram.
@MerdanMeherremov2 жыл бұрын
Ayib deyilmi tanimadiginiz bir shexse bu kimi ifade ishledirsiniz. Razi deyilsizse bele bunu daha bir bashqa formada bildirerdiniz. Dashidiginiz profil adina uygun ifade deyildir.
@prvizqaziyev5283 Жыл бұрын
Kimisə belə təhqir etməyə sizin ixtiyarınız yoxdur,Qardaş bildiyini eşitdiyini paylaşır,2003 cü ildən arı saxlayıram,hələdə öyrənirəm,bəzən elə vaxt olur ki, yeni arıçılığa başlayan arıçılardanda nəsə öyrənmək istəyirəm,Lovğalıq və özündən razı heç yaxşı əlamət deyil.Soruşmaq və öyrənmək eyib bir iş deyil.