Qardas sizden cox bilmediyim şeyleri öyrendim . Menden layk . Gözel milletim gelin birlikde bu qardaşin kanalina destek olaq ALLAH sizden razi olsun
@xanusta2 жыл бұрын
Təşəkkürlər. Minnətdaram.
@cowqunismayilov39102 жыл бұрын
Möhtərəm əla bəyəndim
@xanusta2 жыл бұрын
Əla günün olsun, İgid.
@Susgsosmxvüıüp2 жыл бұрын
@@xanusta salam biz may ayinda almisiq ari yeni baslamisiq bal aximi zamani serbet verilmelidi?zehmet olmasa cavab vererdizde.indi bal suzumune texminen 1 ay var serbet vermeliyig ya yox?tesekkur edirem
@hikmtagayev89002 жыл бұрын
Təşəkkür👍
@teymurmmmdov10112 жыл бұрын
Təşəkkürlər çox gözəl. Sizinlə tam razıyam.
@samirkazmov79662 жыл бұрын
çox sağolun dəyərli bilgiler üçün
@nesibovam78882 жыл бұрын
Allah sizdən razı olsun belə videolara sox ehtiyacımız var çox gözəl açıqlama edirsiz davamı gəlsin
@xanusta2 жыл бұрын
Minnətdaram.
@keegan19862 жыл бұрын
Allah bərəkət versin Bakixan Əmi
@xanusta2 жыл бұрын
Təşəkkürlər, igid.
@Parlaqulduzum2 жыл бұрын
Asalamalykum mükəmməl bilgilerdir. Təşəkkür edirəm.
@Usaqlartv2 жыл бұрын
Salam Əleykum Müəllim Çox Düzgün Vurguladınız Bir Çox Təşəkkürmüzü Minətdarlıgımızı Bildirik .
@Amil.172 жыл бұрын
Teşekkür edirik .
@recebdadasov15252 жыл бұрын
Salamun Eleykum,vidoa gore tesekkur.Tam raziyam bu vido ile
@xanusta2 жыл бұрын
Minnətdaram, bəy.
@elvinmmmdov99192 жыл бұрын
@@xanusta Müəllim salam necəsiz Mən gənc bir arıçı kimi arı irqləri və xüsusiyyətləri barədə video axtarırdım çox gözəl bir video alınıb təşəkkürlər qafqaz arısını bu cür tanımırdım zəhmət olmasa karnika karpat və Bakfast haqqında video tezliklə xaiş edirəm
@resadomerov75052 жыл бұрын
Salam deyerli infarmasiyalar ucun cox sagolun Tecrube apardiginiz yenilikleri bizimle boluwsez cox sevinerdik dahada tez tez vidyolarinizi gozluyuruk Tewekkurler
@xanusta2 жыл бұрын
Təşəkkürlər, bəy. Hansısa faydalı bir qənaət formalaşdıra bilsəm, inşallah bölüşəcəm.
@quluhesenov16002 жыл бұрын
Çox sağ ol
@firdovsiorucov81072 жыл бұрын
Bu verdiyiniz məlumata görə sizə təşəkkür edirəm.Oxuduqlarımızdan məlum olur ki ən mənfəətli arı növü qafqazın sarı və boz arılardır.
@xanusta2 жыл бұрын
Öz doğma yerlərində, öz təbiətlərində demək olar ki, bütün arılar yaxşıdır, bəy. Əgər bir xəta varsa, o biz arıçılardadır ki, onu da boynumuza almaq istəmirik. Günahı atırıq arıların boynuna.
@firdovsiorucov81072 жыл бұрын
Mümkünsə telefon nömrəsi və ya çarşaf yazın sizinlə əlaqə saxlayaq
@xanusta2 жыл бұрын
@@firdovsiorucov8107 070 744 29 38 in vatsapına yaza bilərsiz.
@nicatalyarov27452 жыл бұрын
👍
@nurmammadovxanqulu70772 жыл бұрын
20-25 il əvvəl yaşlı bir professor boz qfqaz cinsini çox tərifləyirdi,deyirdiki bütün dünyada bu arılaı saxlayırlar və çox bəyənirlər
@sahib922 жыл бұрын
Allah sizə can sağlığı versin. Gözəl insansız, Gözəl məsləhətlər verirsiniz
@xanusta2 жыл бұрын
Təşəkkürlər, bəy. Minnətdaram.
@KANAL_BAKU2 жыл бұрын
Allah omur versin qardas duz deyirsiz men yaz geldi qaliram agaclarin basinda 👍👍👍
@sabuxisuleymanov8156 Жыл бұрын
Sizin fikirleriniz häqiqätän bõyük alqlşa layiqdi
@habilahmadov81702 жыл бұрын
Mən arıçı deyiləm,bu sohbətsə çox dəyərli və məmtiqıidir.Aılah razı olsun.
@xeyyamkerimov93542 жыл бұрын
Zaqataladan salamlar 👋👋👋vidyolariniz superdi👍👍👍👍
@xanusta2 жыл бұрын
Aleykum salam, bəy. Minnətdaram.
@sahazri63562 жыл бұрын
Sadəcə olaraq işin çəmini tutmaq lazımdır.
@rashadazizov29972 жыл бұрын
Qardaş əcnəbilər hamısını düz deyir,tək beçə məsələsindən başqa. Boz Qafqaz arısı ən yaxşısıdı,ən azı bizim təbiət üçün.
@havaxasiyeva95062 жыл бұрын
Salam hemkar.arasdirmaniz ucun tesekkurler.Elbet de qafqaz xortumu uzun olduqu ucun mehsuldardir ,yer aqarandan,hava qaralana kimi isleyir. Arini artiran zaman zeif arlardan yox tez inkisaf eden yaxsi san horen, mehsuldar, sakit aridan ana, giliz goturub artmaq lazimdi. Bece vermek hem de aricinin sehfidi.Qafqaz arisinin basqinci olmasixosuma gelmir.Men her uztorunnan istifade etmirem.qafqaz bizim seraite uyqun aridi.
@xanusta2 жыл бұрын
Bir az dərinə getsək, basqın hadisəsinin özündə də bir xeyir var. Bizim əlimiz gəlmir zəif arılarımızdan əl çəkək. Amma arılar özləri zəif olan arıları bu yolla ələyirlər deyə düşünürəm.
@lisina1372 жыл бұрын
Sizə təsəkkurumu bildirirəm ! Cox sag olun ,
@ilhamabdullayev13392 жыл бұрын
Salam.hər mühüt təbiət ücün yerli eko mühütə uygun ari saxlamaq lazimdir.bizim region ücün en ideali qafqaz sortudur.mən karnika,karpat,bakfast yoxladim.kafkaz arinin yèrini vermedi.tek bal yigmaqla ariya qiymet vermek olmaz.sizin dediklərinizlə de tam raziyam.
@serdareliyev52432 жыл бұрын
Qafqaz arısını qoruyaq və sevək.
@fikretmehdiyev8477 Жыл бұрын
👍👍👍
@gulnazeminova64212 жыл бұрын
Arılarımız da özümüzə oxşayırmış .
@xanusta2 жыл бұрын
😊 Yiyəsinə oxşamayan mal haramdır deyib atalar. ))
@rasulmuqusov26182 жыл бұрын
Salam aleykum mən də Balakəndə qafqaz arılarını baxıram sizin dediyniz kimi çox da aqresiv deyil artımı da çox güclüdü. Arını zəiflədən bal yığımını zəifləden arıçı özüdü arını bölüb zəiflədir həndə ana arını düzgün yetişdirmirlər ona görədə qafqaz arısını pisliyib imtina edirlər
@qayimmisirxanov64672 жыл бұрын
halal olsun
@arzuesgerov2192 жыл бұрын
Salam. Köhnə arı yeşikləri də arı saxlamaq nə dərəcədə düzgündür? Deyilənə görə onda xəstəlik arıya daha çox sirayət edir
@ejdermecidzade82242 жыл бұрын
Həqiqətən səf fikirdə olduğuma görə təəsüf edirəm.hətda öz qafqaz arımızı sevməyə başladım.bundan sonrada çoxaldmağa çalışacıyam .Minnətdaram!!!!!!!
@xanusta2 жыл бұрын
Təşəkkürlər, bəy. Bu videonun davamı olaraq bir 2 video da hazırlayacam. Onları da vaxt eləsəz izləyərsiz. Məsələnin ciddiliyini tam izah edə bilməmişəm bu bir videoda.
@ejdermecidzade82242 жыл бұрын
Siz sağoluz videolarınızı gözlüyəcəm!!
@abdullamullim73582 жыл бұрын
Qafqaz arısının xaricindən gətirilmiş digər arı cinslərinə nisbətən az məhsuldar olmasının səbəbi uzun illərdən bəri Qafqaz arıları üzərində seleksiya işinin aparılmamasıdır.Əgər bu arı üzərində seleksiya işi aparılıb F1 Qafqaz arısı alınarsa,bol məhsul əldə etmiş olarıq.Hər bir arı cinsinin F1-i daha məhsuldar olur
@xanusta2 жыл бұрын
Mən də bu qənaətdəyəm. Günahı Qafqaz arısında yox, öz arıçılığımızda axtarmalıyıq deyə düşünürəm.
@raufsuleymanov6831 Жыл бұрын
Tamamilə doğrudur
@arzumansuleymanov28132 жыл бұрын
Salam Aleykum allah komeyin olsun qardaw deyerli bildiylerini paylawir san haladi size
Assalamualeykum varahmatullahi vabarakatu.Qardas sagolki bele maariflendirici videolar cekirsen.tamamile seninle raziyam.atam kohne arici olub mende davam etdirirem bu seneti.Qafqaz arisi en yaxsisidir.dagliq zona ucun idealdir.Zaqataladan coxlu salamlar.
@xanusta2 жыл бұрын
Və aleykum Salam, bəy.
@kamranaliyev97822 жыл бұрын
Arılarımızda özümüzə oxşayır.
@whitenigga33602 жыл бұрын
))))
@whitenigga33602 жыл бұрын
Yüz faiz
@xanusta2 жыл бұрын
Belə bir misalımız var. "Mal yiyəsinə oxşamadısa, haramdır." 😊
@ariznamazov6152 жыл бұрын
Gürcüstanan salamlar mən kecən il türkiyədən karnyol ana arı gətirtim düzdü artımı yaxşı idi ama nektar başladı qafkaz👍
@jdgsnshlabsjdgs804 Жыл бұрын
❤❤❤❤❤❤
@seyahetliyev47542 жыл бұрын
Əsil Qafqazll xüsusiyyəti
@firdovsinovruzov9312 жыл бұрын
Türklər bozqafqazı sevir
@Kdkdjjsjdjdjdje7373Hdjdküjejr10 ай бұрын
duzdu qafqaz arısı dunyada ən yaxşı arıdı kunah bizim arıcıdadı
Salam belə bir sual vermək istəyirəm. Normal arı yeşiyində hansı xususiyyətlər olur? Necə bilmək olur ki məsələn bu arı yaxşıdır,zəif deyil məhsul verər və.s.
@xanusta2 жыл бұрын
Bu bir az çətin sual oldu, bəy. Yəni qısaca cavablamaq mənim üçün çətindir. Amma yenə də cəht edim. Normal arını tək başına yox, ən azından normal arıçısı ilə birlikdə dəyərləndirmək lazımdır. Arıçılıq arıçı və arıların müştərək işidir. Əgər arıçı umduqlarını bir arı ailəsindən ala bilirsə, deməli yaxşıdır. Məsələn ilin bu vaxtı, bir arı ailəsi ən azı 20 çərçivə həcminə qədər çoxala bilibsə, heç bir xəstəlik müşahidə olunmursa, gənəsi yox və ya azdırsa, bölgəsinə görə bal axımında bal da toplaya bilirsə, ana arısı səliqəli və müntəzəm yumurta arırsa, yer darlığı olmadığı halda beçəyə meyillənmirsə, deməli bu arı ailəsini normal saymaq olar.
@seadetceferova34222 жыл бұрын
salam həqiqətəndə duz vurgulayirsiz sizinlə raziyam hər halda ari hec nəyi artig etmir bəlkədə dunyada ən yaxsisi elə bizim yerli ari qafqaz arisidi məndə bir dəfə bir yesik ari 30kq bal verdi balin olmamasini arilarda yox sortlarda yox təbiyətdə iqlimdə normal olmayan hava səraitində axtarmag lazimdi
@gunskarakoz73962 жыл бұрын
düzdü,biz də arı saxlayırıq,arılarımı çox sevirəm,ən qiymətli propolisi bizim arılar toplayır,balı da qiymətlidi,ancaq bəzi üzdəniraq arıçılar arılara pesoq şirəsi verir,sağol düz dediniz
@xanusta2 жыл бұрын
Arılara pesok şirəsi verən arıçıların hamısını qınamaq olmaz deyə düşünürəm. Əgər bal mövsümündə, balın həcmini artırmaq məqsədi ilə bunu edirlərsə, təbii ki, haqlısız. Ancaq bu gün müasir arıçılıqda ilin bəlli vaxtlarında arılara yemləmə etmək şərtdir. Əks halda arılarımız ya acında ölə bilərlər, ya da ləng inkişaf edə bilərlər. Hətta yaz aylarında bəzən yuvanın içərisində kifayət qədər yem ehtiyatı olduğu halda çöldən yeni nektar gəlmədiyi üçün ana arı yumurta atmağı saxlayır. Belə zamanlarda ana arını yumurta atmağa təşviq etmək üçün arıçılar gündəlik və ya günaşrı arılara şərbət yemləməsi edirlər. Bu cür edən arıçıları qımamamalıyıq.
@necefeliyev4772 жыл бұрын
Allah bərəkət versin
@royalhesenov80952 жыл бұрын
Müəllim ana arı qutuları haqda da video hazırlayın necə düzəltmək lazımdı hardan əldə etmək lazımdı penoplast daha maraqlıdı. Təşəkkürlər
@xanusta2 жыл бұрын
Yəqin ki, gələcəkdə bu mövzuyla vağlı videolar da olacaq. Ancaq hələlik bu videoya göz ata bilərsiz. kzbin.info/www/bejne/a4CZmpZqra2iock&ab_channel=XanAr%C4%B1%C3%A7%C4%B1l%C4%B1q Mən hələki taxta yeşiklərin tərəfdarıyam. Digər materiallarla bağlı tərəddüdlərim var.
@pervizqeribov Жыл бұрын
Qardaş qafqaz arisi sakit ve bal veren aridi ama temiz qafqazdan söz gedir bizde qafqaz ciraşib temiz qafqazimiz yoxdu f necedi bizdekiler bilinmir. Karpat ve karniyola men ciplax baxiram
@xanusta Жыл бұрын
Mən bu məsələyə bir az fərqli yanaşıram Pərviz bəy. Məncə bizim cırlaşma dediyimiz təbii prosesdir. Sadəcə biz qafqaz arıçıları olaraq üzərimizə düşən seleksiya işini aparmamışıq. Yaxşı, məhsuldar, sakit və arzu etdiyimiz arıları seçib çoxaltmamışıq. Ona görə də vəziyyət belə alınıb.
@atillasoylu3962 жыл бұрын
Qardaş seni tebrik edirem mövqeyinden dolayı . qafqaz arısına qarşı çıxanlar öz fikri olmayanlardır . arıya gelir menbeyi kimi baxanlardır. menim fikrimce biz daha çox qabaxpepe ekotipine sahib çımalıyıq, çüki esil yerli arımız odur.
@sardarnasirov62872 жыл бұрын
Salamaleykum,dəyərli məlumatlarınız üçün təşəkkür edirəm.Sualım belədi:Bakı ərazisində arı yaşıya bilərmi?bütün fəsillərdə
@xanusta2 жыл бұрын
Aleykum salam. Mən özüm şəxsən Bakı və Abşeron yarmadasında arı saxlamamışam. Ancaq saxlayanlar olduğunu bilirəm. Əsas məsələ arı üçün yem bazasının olmasıdır. Əgər yem bazası varsa, niyə də olmasın.
@ari665672 жыл бұрын
👏👏👏👏👏👏👏♥🙏🏻🌹
@firdovsinovruzov9312 жыл бұрын
Salam mən birin tutdum siz deyən kimi boz Qafqazda onu ayrı yerdə saxlyram 8ədədi artıq
@Parlaqulduzum2 жыл бұрын
Asalamalykum qaqardas bir məsləhət almaq istəyirəm sizdən zəhmət olmasa bir çıxış yolu deyin. Mənim bu il bece arımin anası oldu yuva anasız qalıb. Yumurtaya ve balası olan ana arı niye olar? Birde onları analı arı yuvası ilə birlesdirim?
@xanusta2 жыл бұрын
Aleykum salam. Yuvadan ilk çıxan beçənin anası adətən köhnə ana olur. Ona görə də yaşlı ananın ölmə ehtimalı da çoxdur. Ya da arılar özləri bəyənməyib öldürürlər. Anasını itirən yuvanın arıları dərhal yeni ana yetişdirmək üçün işə başlayırlar adətən. Əgər yuvalarında ana yetişdirə bilmək üçün yumurta və ya gənc sürfə varsa təbii ki. Yuvaya baxın görək ana üksükləri qoyublarmı. Əgər varsa, narahat olmayın. Yeni ana çıxıb mayalanacaq. Yoxdursa, başqa arınızdan üzərində günlük yumurtalar olan bir çərçəvə çıxardın və arısız bir şəkildə bu beçənizin çərçivələrinin orta hissəsinə qoyun. Uzağı 3-4 günə ana üksükləri qoyacaqlar bu çərçivə üzərində. Əgər bu dəfə də qoymasalar, o arınızın axşama doğru güclü bir arınızın önünə kisə skoblayıb silkələməklə birləşdirin.
@Parlaqulduzum2 жыл бұрын
@@xanusta Allah köməyiniz olsun verdiyiniz məsləhətə görə. Qardaş bu gün baxdım ki balalar və yumurta var amma ana yoxdu. İstiyirsen balali petekleri bölüb arıları da ayrı aile ilə birlesdirim. Necə olar bir ziyanı olmaz?
@xanusta2 жыл бұрын
@@Parlaqulduzum Anasını itirən ailədə 3 gün sonra yumurta olmur. Əgər bu gün yuvada yumurta, sirkə deiyilər el arasında görmüsüzsə, ya ana var içəridə, siz görməmisiz. Ya da arınız ərkəkləşib. Əgər şan gözlərində birdən artıq, çox sayda yumurta görürsüzsə, arınız ərkəkləşib. Başqa ari ilə birləşdirin. Yox əgər şan gözlərinə səliqəli bir şəkildə tək-tək yumurta atılırsa, o zaman böyük ehtimal içəridə ana arı var. Ana arını görməyə çalışın ki, arxayın olasız.
@Parlaqulduzum2 жыл бұрын
@@xanusta Ana arı olmadığına tam əminəm çünkü ana arı çıxıb ölən günü peteklerde silke görünürdü. Normal larvalarda görünür. Amma ananın olmadığına yalan olmasın ana arı ölən gündən bura hardasa 10 dəfə gömrükenteqesi yalan olardı mənim kimi ona baxardı. İstiyirsen qardaş arını başqa yesikle birlesdirim petekleri de 3-2 bölüm. Sizcəe meslehetli olar?
@xanusta2 жыл бұрын
@@Parlaqulduzum Əgər ana arı 5 gündən artıqdır yoxdursa və ana pupası da qoymayıblarsa, axşam saaq 6-7 dən sonra güclü arılarınızın birinin önünə bir kisə, ya da örtük skoplayın. Bu arının hamısını silkələyin o arının önünə. Çərçivələri arısız bir şəkildə birləşdirdiyiniz arının da içinə qoya bilərsiz, başqa arılarınıza da paylaya bilərsiz. Ancaq bu beçənin öz yuvasını təmiz silkələyib götürün. Yəni yerində öz yuvaları qalmasın. Yoxsa qayıdacaqlar yenidən öz yerlərinə.
@arzuesgerov2192 жыл бұрын
Rəhmətlik atam arıçı saxlayırdı, ondan sonra arılar da qırıldı indi yesiklerdən istifadə edərək arı saxlamaq fikrindəyəm bunun üçün təzə yeşik düzəltmək nə dərəcədə doğrudur?
@xanusta2 жыл бұрын
O yeşikləri çıxarıb yaxşıcana mexanıki olaraq, iskənə ilə təmizləyin. Yaxşıca yuyun qoyun günün altında bir iki gün içini gün döysün. Sonra qarelka ilə taxtanı çox yandırıb zay eləməmək şərti ilə yandırın. Bundan sonra içərisinə 4 faizli sirkə püskürdün. Hətta daha əminlik üçün 2 pay su ilə 1 pay uksusu qarışdırıb daha güclü məhlul da püskürdə bilərsiz. Bundan sonra heç nə olmaz inşaallah. Bir müddət bu yeşiklərdən istifadə edəndən sonra biləcəksiz ki, sizə tam olaraq neçə yeşiklər lazımdır. Ondan sonra təşə yuvalar düzəltdirərsiz.
Yazın əvvəlləri və payızın sonlarında 2 pay şəkər 1 pay su ilə. Digər havanı isti olduğu vaxtlarda isə 1.5 pay şəkər və 1 pay su. Bir də şərbət hazırlayarkən içərisinə limon sıxmaq və ya limon duzundan istifadə etmək olar. Mən özüm belə edirəm.
@axmed0vnasir5482 жыл бұрын
@@xanusta sağ ol
@xetaimusayev19182 жыл бұрын
Salam mən arı almaq istəyirəm təxminən hansı ay və nəvaxt ala bilərəm? Yəni necə məsləhət verirsiniz? Avqust ayının 10-dan sonra necə vaxtdır? Bal kəsimindən sonra çünkü bal kəsilən zaman arı satan olmur.
@xanusta2 жыл бұрын
Avqust ayının 10-dan sonra alsaz, daha ucuz ala bilərsiz. İmkanınıza görə belə bir arı almağı tövsiyə edirəm: İçərisində ən azı 7 çərçivə və bu çərçivələrin üzərini tam örtəcək qədər arı olsun. Anası bu il doğulmuş yeni ana olsun. Çərçivələrdən kənarlarda olan iki çərçivə bal ilə dolu olsun. Ortadakı 5 çərçivədən ən azı birində güləm depolanmış olsun. Geri qalan 4 çərçivədə isə biri ağzı bağlı olmaq şərti ilə toxum, yəni yumurta, sürfə və pupa olsun. Belə bir arını yeşiksiz 140-150 manata ala bilsəz, çox münasib qiymətə almış olacaqsız. Əlavə olaraq, arını hansı bölgəmizdə saxlamağa düşünürsüzsə, çalışın oranın arıçılarından, həm də yerli arı cinsindən almağa çalışın. İmkanınız varsa, bir yox, 2-3 arı ilə başlayın. Ancaq imkan olmayanda 1 arı ilə də başlamaq olar. Arıçı atalarımız deyib ki, "Bir arıya az demə, yüz arıya çox demə."
@gerayhuseyin75512 жыл бұрын
Qafqazlı olduğu bəlli olmalıdır dəə😃biraz dəli qanlı
@elcinmehdiyev12042 жыл бұрын
Salam.Zehmet olmasa sualimi cavablandirardiz.Ariya ilde nece defe yem verilmelidi ve hansi aylarda verilmelidi?
@xanusta2 жыл бұрын
Salam, bəy. Əgər təbiətdən gəlir gəlmirsə və arı yuvasının içində yem ehtiyatı heç yoxdursa, ilin hansı vaxtı olmasından asılı olmayaraq yem verilməlidir. Əks halda arılar ya yuvanı tərk edəcək, ya da acından öləcək. Ancaq arıçılıqda yemləmə erkən yazda və payızın əvvəllərində edilir adətən.
Ən yaxşı öz arılarmızdı cünki hava iqliminə uygunlaşmışdı
@cavidmemmedli9791 Жыл бұрын
Salam qardaw zehmet olmasa ana ari yetisdirmey baresinde de vidyo paylasin
@xanusta Жыл бұрын
Salam Cavid. İnşallah mövsümündə çalışaram edim.
@hasanklc56292 жыл бұрын
Bizim coğrafyamızda Kafkas arısından başkası yalandır
@miraslanagayev47242 жыл бұрын
Qafqaz arlsl üçün zəhmət çəkib onu gəzdirmək lazımdır ki gül çiçək olan yerlərə aparılması vacibdir
@McidhmdovАй бұрын
Mənim sualıma cavab vermirsiniz ? Soruşuram ki,hal hazırda nnoyabr ayıdır mənim çərçivələrimdə yumurta yoxdur. Görəsən təzə balalar olmasa qışdan çıxacaqlarmı? Məndə Qafqaz arısıdırMümkünsə cavab verin
@xanustaАй бұрын
Əvvəlki şərhinizə cavab verdim.
@sediqurbanl69588 ай бұрын
Salam. Manklavit 1 sprey formasında olan dərmanın istifadə qaydasını deyə bilərsiz?
@xanusta6 ай бұрын
Salam. Mən şəxsən istifadə etməmişəm. Ancaq adətən hər bir dərman vasitəsinin istifadə təlimatı onun üzərində yazılı olur. Yoxdursa, o dərman vasitəsi ilə ehtiyatlı olmaq lazımdır.
@arclk53102 жыл бұрын
Usta salam men genc ariciyam sizden meslehetler almaq isteyirem . Verknen yesiyin yerni deyismek olarmi bir arida yeni ari yesiymin alti cixr ? Sualim qelizdirse siz whatsap nomrenizi deye bilersizmi men aydin seklde fikrimi catdirim size . Onceden tesekkurler minnetdaram.
@xanusta2 жыл бұрын
070 744 29 38
@samilrzayev12312 жыл бұрын
Salam necəsən qardaş?Arılar necə kilometr uzaqlıqda uca bilir? yəni yem dalınca
@xanusta2 жыл бұрын
Salam, bəy. Mənim bildiyim 7 km-ə qədər gedə bilirlər. Ancaq bu məsafədən gətirdikləri yemi elə yolda sərf edirlər demək olar. Effektif məsafə 3 km. radiusdur.
@NA-ni1tx2 жыл бұрын
Salamaleykum. Arı nektar dalınca nəqədər məsafə uça bilər? Növləri arasında fərq varmı?
@xanusta2 жыл бұрын
Aleykum salam. Növlər arasında fərq təbii ki, ola bilər. Hər ana arı mayalanma uçuşuna çıxanda gücü çatdığı qədrə yüksəyə və tam sürət uçur ki, onu yaxalaya bilən ən qüvvətli və dözümlü ərkək arıları seçə bilsin. Bu da onun yumurtalarından doğulacaq işçi arıların daha uzağa uca bilməsi deməkdir. Ədəbiyyatda yazılanlara görə arılar üçün ən məhsuldar uçuş məsafəsi 3 km radiusdur. Ancaq gəlir dalınca 7 km.-ə qədər uca bilirlər.
@cinarlicinarl23352 жыл бұрын
Məndə belə deyim ki günah arıda deyil arıçıdadı beləki mənim 25 arım var yerli 15 ildi məşğulam indiyə kimi 4 arım beçə verib.oda məni heç narahat etməyib o arnın başına dönərəm ki beçə verə özü beçəyə qalxan arılarım bugün 24 ramkada işləyir.hər canlıda nəsil artırma olduğu kimi arılarda var.
@anarguseynov72782 жыл бұрын
Salam sizdən birşey soruşmaq isdeyirem mene arı qutusu və 6 dene çərçivə hediye veriblər mən orada arı ailəsi yaratmaq isdeyirem bunununcun ana arı alıb ora buraxmaqim beş edir ya nece cavablandıracaq sevinerem
@xanusta2 жыл бұрын
Bəy, tək bir ana arı ilə arı ailəsi yarada bilməzsiz. Siz ən yaxşısı kiçik də olsa bir arı ailəsi satın alın. Sonra o arı ailəsini zamanla çoxaldıb 100 ailə də edə bilərsiz.
@anarguseynov72782 жыл бұрын
@@xanusta bes kiçik ari arısı olur sizde bide neceye olur en kiçik ari ailesi
@veyselcumazede9 ай бұрын
Salam Məllim , Mən Calişacam ki Hər bir vətəndaş öz bölgəyə görə Qafqaz Arisina baxsin .
@KbirovVurgun2 жыл бұрын
Salam müəllim.mən arıçılıga təzə başladım xaiş edirəm mənə aydınlıq gətirəsiz.arım 2 dəfə beçə verib və yeşikdə ana çıxıb yumurta az qoyur birdə ramkanın tam ortasında ana yuvası var və içində yumurta görünür mənə bir məsləhət verərdiz
@xanusta2 жыл бұрын
Əgər 10 çərçivəlik bir arınız iki dəfə beçə veribsə, ya yuvanın içində çox az arı qalıb, buna görə yumurta az qoyur. Ya da Yuvada olan hazırkı ana arı keyfiyyətli deyil, yaxşı mayalanmayıb. Ona görə də arılar bu ananı dəyişmək istəyirlər, yeni ana hazırlayırlar. Yuvanın içində nə qədər arı qalıb? Neçə çərçivənin üzərini örtəcək qədər? Çıxan o iki beçənin vəziyyəti necədir?
@KbirovVurgun2 жыл бұрын
Yeşikdə 7 ramka var arıda var anasıda iridi ancaq yumurta az qoyur ,beçələr isə yaxşı işləyir analarıda yumurta yaxşı qoyur.
@KbirovVurgun2 жыл бұрын
Necə edim ana üçün qoyulan yuvanı təmizləyim yoxsa qalsın
@xanusta2 жыл бұрын
Məncə qalsın. O ana keyfiyyətli ana olsaydı, arılar onu dəyişmək istəməzdilər. Hələ kifayət qədər vaxt var. Arılar bu gündən sonra özlərinə yeni ana arı yetişdirə biləcəklər. Növbəti ilə keyfiyyətli, cavan ana arı ilə girərsiz. İlk çıxan beçənizin anası da çox güman ki, yaşlıdır. Ona da bir baxın. Əgər yumurta atmağı, inkişafı yaxşı deyilsə, ağzı bağlanmış yumurtaların, yəni qapalı dediyimiz hissənin içində boş şan gözləri çoxdursa, onu da götürüb tələf edin. Onlar da özlərinə yeni ana yetişdirsinlər. O köhnə ana növbəti il sizə heç bir fayda verməyəcək.
@KbirovVurgun2 жыл бұрын
@@xanusta çox aydın izah etdiyiniz üçün çox sagolun.təşəkkür edirəm.
@vusalhuseynov46292 жыл бұрын
salam sizden bir soz sorusum mumkundurse cavab vererdiniz evelceden minnetdaram . yesiyime gene dusub her zaman lent qoyuram hansi daha meslehetlidir.
@xanusta2 жыл бұрын
Bu il məsləht verə biləcəyim bir lent yoxdur. Açığı çox dərman var. Ancaq özümə rəva bilmədiyimi başqasına tövsiyyə etməm doğru deyil. Yanvar ayında quzuqulağı turşusu damladandan sonra bu günə qədər hələ bir şey verməmişəm gənəyə qarşı. Özüm də düşünürəm ki, nə verim ki, balda və mumda zəhərli maddə qalmasın.
@vusalhuseynov46292 жыл бұрын
@@xanusta bes nece xilas olmaq olar geneyle elede cox deyil heleki .
@xanusta2 жыл бұрын
@@vusalhuseynov4629 Mən düşünürəm. Ya quzuqulağı turşusunu püskürtmə edəcəm, ya da Qarışqa turşusu buxarlandırma. Hansını eləsəm çəkib videsunu bur yükləyərəm.
@vusalhuseynov46292 жыл бұрын
@@xanusta cox sagolun minnetdaram
@mubarizelvendov749 Жыл бұрын
SALAM XAN ÜZƏ DEMƏK OLMASIN .SİZDƏN YAXŞI ARI HAQQINDA MƏLUMAT VERƏN YOXDU VAR OLUN.❤
@xanusta Жыл бұрын
Salam. Minnətdaram.
@organiclife7349 Жыл бұрын
Dəyərli fikirlərinizə görə təşəkkür edirəm, ancaq ən əvvəldə ortaya qoyduğunuz təzadlı fikirləri aydinlaşdırmadınız. Xaricilər niyə əksin fikirləşir Qafqaz arısı haqqında? bunu əsaslandırmaq lazımdır qardaş .sənin dediklərini arıçıların əksəriyyəti bilir və bilərəkdən göz yumur.səbəb arixanada rahat işləməkdir ,qısa olaraq qeyd edim. Əlavə olaraq qeyd edim ki, Qafqaz arısı genofondumuzun bir qızıl parçasidir .zaman gələcək Qafqaz arısına möhtac qalaciyiq Qafqazlı olaraq. Hər bir arıcınin peşə və vətəndaş borcudur genofondumuzu qorumaq və müdafiə etmək.
@xanusta Жыл бұрын
Salam, möhtərəm. Bu videoların ardını çəkməli idim. Yəni mövzuya münasibətim tamamalanmayıb. Ancaq təəssüf ki, son vaxtlar vaxt edə bilmirəm video hazırlamağa. Ancaq çox güman ki, sizinlə eyni fikirdəyik. İnşallah nəsib olub videoları yayımlaya bilsəm, o zaman müzakirə edərik ətrarflı.
@nicatmrahov5599 Жыл бұрын
Əssəlamun ələykum sizdə ana arı satışı olurmu olursa necə əlaqə saxlamağ mümkündür
@xanusta Жыл бұрын
Və aleykum salam. Təəssüf ki, satılıq ana arım yoxdur.
@ƏddinQafarovv2 ай бұрын
Salam əziz qardaş niyə sa vidyolar baylaşmırız?
@xanustaАй бұрын
Salam. Vaxt qıtlığı var.
@memissalmanov989311 ай бұрын
Salam Qardaş KƏLBƏCƏR ÜÇÜN QAFQAZ ARISI MƏSLƏHƏTDİRMİ
@xanusta6 ай бұрын
Salam. Məncə bütün Qafqaz dağları üçün Qafqaz arısı məsləhətdir. Ancaq təəssüf ki, qafqaz arıçısı öz arısını seleksiya etmir. Onun əvəzinə xaricdən seleksiya olunmuş yaxşı arıları almağa üstünlük verir.
@lisina1372 жыл бұрын
Qafgaz arisi mənə gorə ən yaxsi aridir , mən gözümü acandan qafqaz arisi evimizdə gormusəm ən yaxşı aridir siz deyən kimi əcnəbilərin bu arilar barədə dediklərii məndə təsdiqləyirəm , bu arilarin bal vermə qabiliyyəti yuksəkdir həmdə keyfiyyətli bal verir ,
@ElcinAllahverdiyev-dn3rt Жыл бұрын
Sen dediklərinin bir xususiyeti düzdü oda probolis .bəli ona görəde ən sağlam arı kafkazdi...yaxşı arıcının arısı necə verməz..mendede kafkaz arısıdi.en sakit arı deyərəm .coxalmagindada superdi..
@ceyhunshukurov67011 ай бұрын
Salam qardaş. Sizinlə əlaqə saxlamaq istərdim.
@muradnicatnicati55052 жыл бұрын
Salam mən əvvələr arı saxlamışam indi şəhərdə yaşadığımdan saxlaya bilmirəm xülasə. Əslində əcnəbilərin araşdırması düzgündür bunu təcrübəmdən deyirəm. Bozdağ Qafqaz arıları dünyada sadalanan üstünlüklərinə görə məşhurdur. Hətta qonşu Türkiyədə xüsusi qorunan arı cinsidir. Başqa cinslərə qarışmasın deyə. Bizdə aqressiv olan arılar siz dediyiniz kimi xüsusiyyətlərə malik olan arılar qarışmış cinslərdən törəyən arılardır. Məsələn cənub bölgəsində olan arı cinsləriylə qarışmış cinslərdən
@xanusta2 жыл бұрын
Haqlısız, bəy. Ancaq bu qarışma, mələzləşmə məsələsi bizim düşündüyümüz qədər pis bir şey deyil. Bu da uzun mövzudur. Yəqin növbəti videolardan birində buna da toxunmalı olacağıq.
@zirveqarayev1710 Жыл бұрын
Azərbsycanda 3 güclü arcı varsa məncə birincisi sissiz var olunki bizi məlumatlandırırsız
@xanusta Жыл бұрын
Təşəkkürlər. Ancaq mən hələ tələbəyəm. Öyrənməyə çalışıram sadəcə. Ancaq ölkədə həqiqətən də güclü arıçılar var. Bəlkə mən də bir gün onların səviyyəsinə çataram. 😊
@ЭдикЭдуард-э6з2 жыл бұрын
En guclu ari dunyada "Sibir" arisidi. Siz yaxsi bir arasdirin.
@xanusta2 жыл бұрын
Ola bilər.
@ЭдикЭдуард-э6з2 жыл бұрын
Saydiginiz butun keyfiyetler Sibir arilarinda var. Birde Sibir arisin balinda olan keyfiyet hec bir arida yoxdu. Qisda arilar 50 derece morosda o balnan qidalanir Ve olmur. Amma sire verende olurler. Balin terkibinde hansisa madde var.
@ЭдикЭдуард-э6з2 жыл бұрын
@@xanusta bende bir rolik var idi, orda profesor ders kecirdi Arilarin novunden Ve kefiyetlerinden, axirda da dediki dunyada hem bal cehetinden hemde Ari Cox keyfiyetli Ve islek OLUR. Ona gorek sibirde 3 ay erzinde yaz - yay olur. O muddetde olar butun ramkalari artixlamasi ile doldurur.
@mecidmemmedov42412 жыл бұрын
Mən bu vaxt yem verə bilərəm? Bu ilki bölmədi
@xanusta2 жыл бұрын
Əgər sizdə bal axım mövsümü deyilsə, yəni o arınızdan bal götürmək niyyətiniz yoxdursa, təbiətdən də gəlir gəlmir və yuvada yem ehtiyatı azlığı varsa, əlbətdə verə bilərsiz. Hətta vermək vacibdir. Əks halda arınız acından ölə bilər, ya da inkişafdan dayanacaq. Ana arı yumurta atımını saxlayacaq.
@mehemmedmemmedov3556 Жыл бұрын
Salam Xan arıçı biz Gedebeyde yaşayırıq xahiş edirik ünvanınızı ve tel nömrenizi bize yazasınız
@xanusta Жыл бұрын
Salam. Oğuz rayonu, Baş Daşağıl kəndi. 070 744 29 38. Vatsapa yaza bilərsiz.
@nesibovam78882 жыл бұрын
Mənim arılarım çox aqresifdilər Qafqaz arısıdı ya yox bilmirəm amma yaxşı sancması var Mən arıları məni sancsın deyə saxlayıram yaşama səbəbim onlardı çox sevirəm arıları
@xanusta2 жыл бұрын
Əgər sir deyilsə, öyrənmək istərdim Hansı xəstəliyin müalicəsində istifadə edirsiz arı zəhərini?
@nesibovam78882 жыл бұрын
Rematizma Sinir
@xanusta2 жыл бұрын
@@nesibovam7888 Əslində gələcəkdə apiterapiya ilə bağlı da videolar paylaşmaq niyyətindəyəm bu kanalda. Ona görə arıçılıq məhsulları ilə müalicəyə aid real təcrübələr mənə maraqlı gəlir. Təşəkkürlər.
@royalhesenov80952 жыл бұрын
Eynən mənim kimi, həkim mənə arı sancması məsləhət gördü məndə arı almaq fikirinə düşdüm keçən il 1 yeşik aldım arıları bucür sevəcəyimi bilməzdim. Bu il 6 yeşik etdim insAllah gələcəkdə artırmaq fikrindəyəm. Hər gün özümə 10 ədəd arı sancdiriram
@nesibovam78882 жыл бұрын
@@royalhesenov8095 Sizə hansı xəstəlik üçün arı sancması məsləhət görüb həkim ?
@namiqaskerov9792 жыл бұрын
Qardaş siz Arı satırsızmı və neçəyə
@xanusta2 жыл бұрын
Olanda satırıq. Ancaq bu dəqiqə yoxdur. Bu gün, 5 çərçivə həcmində, ana arısı da bu il doğulmuş, kənar çərçivələri yemli, ortadakı 3 çərçivədə isə yumurta, sürfə və pupa olan bir arını 100-120 manata yeşiksiz ala bilsəz, buna dəyər. Gələn il üçün məhsul verə biləcək keyfiyyətli bir arınız olar.
@xanusta2 жыл бұрын
Və çalışın, arını hansı bölgədə saxlayacaqsızsa, o bölgənin yerli arısından alın.
@vusalabsov29177 ай бұрын
Herbir canli oz yerinde daha gucludur tebiet olari milyon iller tekamu neticesinde formalasdirib.misalcun simalda ag ayiguclude sehradada deve
@maksqwerty34376 ай бұрын
Qardaş bizim arılarımızda özümüzə oxşayır.temperamentlidir.😂
@xanusta6 ай бұрын
😊
@kamranheyderov86622 жыл бұрын
Avropadan getirin neceki avropa diye dite exlaqsizligi insanlar arasinda yaydiz kecin ariya onlarda eks cins olaraq mitinq edecekler
@xanusta2 жыл бұрын
😊 Xaricdən gələn arılar pis arılar deyil, bəy. Əksinə onların arıçıları tərəfindən seçilib, seleksiya olunmuş yaxşı arılardır. Ancaq öz təbiətləri üçün mükəmməldirlər. Biz onları gətirəndə uyğunlaşdıqları təbiətlərini və onların arıçılığını gətirə bilmirik. Halbu ki, öz əlimizdə öz təbiətimizə milyon illər adaptasiya olmuş, uyğunlaşmış öz arılarımız var. Sadəcə daha ciddi arıçılıq etməliyik deyə düşünürəm.
@Parlaqulduzum2 жыл бұрын
Müəllim salam xoş gördük. Müəllim sizdən bir məsləhət almaq istiyirem zəhmət olmasa bir variant varsa deyin. Qardaş artıq avqust ayidi bal yığımı başlayıb amma mənim arilarimin peteklerinde günlük yumurta və həftəlik balalar var. Bəs mən bu peteklerden balı necə suzum necə çıxarım?
@xanusta2 жыл бұрын
Salam, bəy. Gendalaşın başı qaralana qədər gözləyin. Sonra toxum olanlara dəyməyin. Özlərinə yem olaraq qalsın, məncə.
@Parlaqulduzum2 жыл бұрын
Çox sağ ol Allah razı olsun minnetdaram
@elvinnezereli36762 жыл бұрын
Qafqaz arısı kimi arı yoxdu
@ArazQurbanov-r4r7 ай бұрын
Qardaş salam tiktokda super əl işdəri olan insan sənsənn
@xanusta6 ай бұрын
Salam, bəy. Əgər bu videonu deyirsizsə, bəli, mənəm. kzbin.info/www/bejne/l2bKYqFvep6efs0&ab_channel=CampAddicts
@nusabesemedova58802 жыл бұрын
Salam zəhmət olmasa öz arılarınızın üzərində çəkib göstərin bizdə daha yaxşı başa düşək
@xanusta2 жыл бұрын
Adətən elə arıların üzərində çəkiliş edirəm. Ancaq elə mövzular olur ki, bu videodakı kimi masa başı söhbət etmək daha münasib olur. Kanaldakı digər videlara göz atsaz, dediyiniz kimi videolara rast gələcəksiz.
@MənsəƏlizadə2010 Жыл бұрын
Salam bu mənim şəxsi fikrimdir erkək arı yumurtalarını isci arılar atır ana deyil mən belə başa düşürəm
@xanusta Жыл бұрын
Dediyiniz kimi olur. Ancaq bu yuvada uzun müddət ana arı olmayanda baş verir. Uzun müddət anasız qalan dişi işçi arılardan bəziləri ana arı vəzifəsini yerinə yetirməyə çalışırlar. Bu cür yalançı anaları xüsusi olaraq bəsləyir arılar. Bundan sonra o dişi işçilər ərkən yumurta atırlar.
@nusabesemedova58802 жыл бұрын
Salam siz niyə heç öz arılarınızın üzərində apardığınız əməliyyatları çəkib göstərmirsiz zəhmət olmasa dediyimi çək7b göstərin
@xanusta2 жыл бұрын
Salam. Əslində dediyinizi edirəm. Kanalda 50-dən çox video var. Əksəriyyəti də dediyiniz kimi videolardır. Kanaldakı digər videolara bir nəzər salın zəhmət olmasa.
@sahazri63562 жыл бұрын
Salam qardaş heç bir problem yoxdur. Əgər varsa mənə sırf təmiz boz qafqaz arı ailəsi lazımdır. Mümkünsə mənə köməklik edin.
@xanusta2 жыл бұрын
Bu "təmiz boz Qafqaz arısı" məsələsindəki təmizlik mövzusu mənə görə mübahisəli məsələdir. İndi bu Qafqaz arıları ilə bağlı bir neçə video hazırlamaq niyyətim var. Əgər hazırlayıb paylaşa bilsəm, elə bilirəm ki, bu təmizlik məsələsi ilə bağlı bəzi fikirlərinizdə dəyişiklik ola bilər.
@TebietTV2 жыл бұрын
Salam Qafqaz boz arsı xortumu daha uzundur.elə qafqazlarda aqressivdir