No video

Avropada tüğyan edən Azərbaycan qərəzi

  Рет қаралды 124

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yuman, 1 milyondan artıq qaçqının hüquqlarını tələb etməyən, azərbaycanlılara qarşı törədilən soyqırımlara səs çıxarmayan beynəlxalq və regional təşkilatlar Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsilə ermənipərəst mövqelərini açıq şəkildə ortaya qoymağa başlayıblar. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da bu yaxınlarda öz qərəzli, anti-Azərbaycan bəyanatı ilə diqqət çəkib. Belə ki, qurum Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Təşkilatın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb.
Azərbaycan əraziləri işğal altında olan müddət ərzində hər hansısa Qərb təsisatı, o cümlədən AŞPA tərəfindən ciddi addım atılmadı. Bu cür qərəzli bəyanatlar Qərbdə tüğyan edən irqçilik, islamofobiya və türkofobiyanın ifrat həddə çatdığını bir daha təsdiq edir. Azərbaycan Respublikasının AŞPA -dakı nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bildirdi. Haqsız və ədalətsiz hücumlara məruz qalan Azərbaycan öz sərt mövqeyi ilə AŞPA-ya öz yerini göstərdi.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. Məlumdur ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutdu. Lakin 2023-cü ilin sentyabrında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi.
Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırmasıyla, itirən yalnız bu qurumun özü olacaq. AŞPA-da və ya Avropanın digər siyasi dairələrində oturub Azərbaycana qarşı düşmənçilik edənlər anlamalıdırlar ki, belə davam edəcəkləri təqdirdə, bölgədəki tərəfdaşlarını itirəcəklər. Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. Qərb sülh axtarışında tərəflərin səylərini təşviq etməli, öz bəyanatları ilə bu səylərin qarşısını almamalı, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməməlidir.

Пікірлер: 8
@user-bi2nl8ww9j
@user-bi2nl8ww9j 7 ай бұрын
AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti qəbul edilməzdir! Azərbaycan daha bu ikili standartlara göz yummayacaq, və öz mövqeini daha sərt şəkildə nümayiş etdirəcək.
@emilaxundov8717
@emilaxundov8717 7 ай бұрын
Azərbaycan zəngin tarixə və mədəniyyətə malik müstəqil bir ölkədir. Azərbaycan demokratik proseslərin möhkəmlənməsi istiqamətində fəal iş aparır və kifayət qədər ciddi uğurlar əldə edibdir. AŞPA nın bu qərəzli münasibəti ermənistan lobbisinin və Fransanın müdaxiləsi nəticəsində ortaya çıxmışdır.
@alsuaydn9404
@alsuaydn9404 7 ай бұрын
Fransanın təsiri altında Azərbaycan əleyhinə qeyri-obyektiv, ikili standartlara dayanan, əsası olmayan fkrilər səsləndirilir. Azərbaycanda insan hüquqlarının qorunmadığı demək riyakarlığın ən pik həddidir. Azərbaycan ilk dəfə deyil ki təşkilatın qərəzli mövqeyi ilə üzləşir, amma indiyə kimi bu cür həyasızlıq olmamışdı. Bu münasibətlərin kökündə də, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini qəbul edə bilməmələri dayanır. Bu qərəzli münasibətə susqun qala bilmzədik. Prezidentimizin də dediyi kimi, heç kəs Azərbaycanla təhdid dilində danışa və diktə edə bilməz.
@user-xd6bp6bc2i
@user-xd6bp6bc2i 7 ай бұрын
Azərbaycanın əməkdaşlıqdan imtinası AŞPA-nın etibarsız və ədalətsiz olması ilə bağlıdır. Azərbaycan dövlətinin milli maraqlarına xələl gətirmək cəhdləri yolverilməzdir. AŞPA bu ikiüzlü əməllərinə görə utanmalıdır!
@eminmamedof2119
@eminmamedof2119 7 ай бұрын
Azərbaycan separatizmin kökünü kəsmiş ölkə kimi tam haqlıdır. AŞPA ermənipərəst siyasət yürüdür. Biz onların qərəzli niyyətlərini qəbul edə bilmərik. Uşaqdan böyüyə hamı AŞPA-nın ermənipərəst, ikili standart siyasətinin şahididir.
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 06.09.2024
21:05
AZTV Xəbər
Рет қаралды 6 М.
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 58 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Frank Şvabe: “Bu seçki yox, seçki haqda kino idi”
8:24
AzadliqRadiosu
Рет қаралды 9 М.
Heydər Əliyev Fondu - 20 illik yorulmaz fəaliyyət
3:49
Azerbaijan Realities
Рет қаралды 263
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
3:13
Azerbaijan Realities
Рет қаралды 291
Sülh prosesində tarixi nəticə- Dörd kənd Azərbaycana qaytarıldı
4:05
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 58 МЛН