No video

Heydər Əliyev Fondu - 20 illik yorulmaz fəaliyyət

  Рет қаралды 263

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

Müasir dünya xəritəsində öz yerini təsdiqləmiş Azərbaycan regional lider olaraq xarakterizə olunur. Dövlətimiz beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu müstəsnadır. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Məhz 20 ili əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir. Heydər Əliyev Fondu fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla həm də beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir.
Hazırda Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarımızda dini-mədəni abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi həyata keçirilir. 29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu. Bundan sonra artıq hər il “Xarıbülbül” festivalı Şuşada keçirilir. Bu il isə 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq. 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu və ənənəvi olaraq hər il baş tutur. Azərbaycan Milli Xalça Muzeyinin Fond tərəfindən Şuşa filialı açılıb. Şirin su hamamı, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evi və Mehmandarovlar malikanə kompleksində bərpa işləri aparılır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir.
Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur. Fondun rasional siyasəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. 20 ili əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış edir. Məhz bunun nəticəsidir ki, ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan Fond 20 illik fəaliyyəti ilə insanların sevgi və inamını qazanmağa nail olmuşdur.

Пікірлер: 5
@yunusibrahimov7939
@yunusibrahimov7939 3 ай бұрын
çox gözəl
@metlebmikayilov1365
@metlebmikayilov1365 3 ай бұрын
Həm ölkə daxilində, həm də xaricdə Heydər Əliyev fondu öz fəaliyyəti ilə bir çox sahələrdə diqqət çəkir. Hazırda azad olummuş ərazilərdə genişmiqyaslı işlərə Heydər Əliyev Fonduda öz töhvəsini verməkdədir
@eminmamedof2119
@eminmamedof2119 3 ай бұрын
Heydər Əliyev ideyalarını böyük ruh yüksəkliyi ilə və ardıcıl şəkildə həyata keçirən Fondun fəaliyyəti sırf dövlətin milli maraqlarına, milli-mənəvi dəyərlərə söykənir.
@user-fu7dl5ry7n
@user-fu7dl5ry7n 3 ай бұрын
Həm ölkəmizin ərazilərində həm də xaricdə Heydər Əliyev fondu öz fəaliyyətləri ilə diqqətləri öz üzərinə cəlb etməkdə davam edir. Və ən əsasıda işğaldan azad edilmiş torpaqlarımızda Heydər əliyev fondu öz dəstəyindən geri qalmır.
@user-xp1qu3ox7m
@user-xp1qu3ox7m 3 ай бұрын
Мех рибан ханым умная икрасивая женшина
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 06.09.2024
21:05
AZTV Xəbər
Рет қаралды 6 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 48 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 990 М.
Xalqa xidmət, dövlətə sədaqət missiyası
4:28
Azerbaijan Realities
Рет қаралды 64
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
3:13
Azerbaijan Realities
Рет қаралды 291
Heydər Əliyevin hansı sözü yadınızdadır? Bakıda sorğu
0:41
BBC News Azərbaycanca
Рет қаралды 270 М.
"Enerci" Geri Mi Dönüyor? | Özgür İfade
18:38
TV100
Рет қаралды 2,8 М.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Retro Azerbaijan
Рет қаралды 2,8 МЛН
Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük Qayıdış sürətlənir
4:43
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН