Ayrıldığı sevgilisi ona 25 il sonra hansı təklifi etmişdi? - Tanımadığnız Nərgiz Cəlilova

  Рет қаралды 133,620

1000 Production

1000 Production

Күн бұрын

#1000production #trend #birivar
Azərbaycanda diktor deyəndə ilk ağıla gələnlərdəndir. Biri var, Təkcə diktor kimi yox, bir qadın kimi də daim diqqət çəkməyi bacaran Nərgiz Cəlilova...
Nərgiz Cəlilova 1960-cı il iyunun 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayıb. On illik musiqi təhsilini başa vuranda incəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.
Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçir, 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustad-tələbə münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər.
15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonrakı illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.
Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:
“Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.
Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü. 25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı".
Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.
Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:
“Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.
O, 2009-cu ildə Xəzər TV kanalında "Pəncərə", 2015-ci ildə isə AZ TV-də "Sevilənlər" adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.
Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. 62 yaşlı diktorun bir nəvəsi də var.

Пікірлер: 213
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 6 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 214 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 6 МЛН