Рет қаралды 1,146
#APATV #psixoloq #Konsultasiya #depressiya #qiymət #sosioloq #consultant #psychology #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Azərbaycanda psixoloji xidmətin qiymətləri - APA TV
Son zamanlar insanların tez-tez depressiyaya düşdüyünün, psixoloji narahatlıq keçirdiyinin şahidi oluruq. Onlara nə qədər dəstək olmağa çalışsaq da, bunu ən sonunda mütəxəssisə, yəni psixoloqlara yönləndiririk. Şəhər sakinləri isə deyir ki, psixoloqun qəbul qiymətləri elə özü də, psixoloji gərginlik yaradır.
“ Əvvəlki illərdə psixoloji xidmətlə məşğul olan mütəxəssislər az olsa da, indi bu sahə ilə məşğul olanların sayı xeyli çoxalıb. Müasir dövrdə psixoloq xidmətlərinə tələbat da xeyli artıb. Bu gün təkcə böyüklərin deyil azyaşlıların da psixoloq dəstəyinə ehtiyacı var.
Bəs hazırda Bakıda psixoloqların qəbulu neçəyədir? Gəlin birlikdə öyrənək”
Psixoloq Gülər Məmmədova deyir ki, qiymətlər azad şəkildə tənzimlənir, sadəcə məbləğ göstərilən xidmətlərdən asılı olaraq dəyişir.
Sosioloq Elçin Bayramlı isə bildirir ki, hazırda psixoloji xidmətlərə tələbatın çox olması bu xidmətlərin bahalaşmasına gətirib çıxarır.
Sosioloq onu da qeyd edir ki, indiki dövrdə təhsili olmayanlar belə özlərini psixoloq adlandırırlar.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva bu qənaətdədir ki, ölkədə psixoloji xidmətlərin qiymətinin yuxarıdır və bu məsələ Səhiyyə Komitəsində müzakirəyə çıxarılacaq.
Görünən budur ki, əvvəllər cəmiyyət basqısına görə psixoloqa getməyənlər, bu gün seans qiymətlərinə görə psixoloqlardan uzaq durmalı olurlar.
LƏMAN SALEHOVA
HƏZRƏT BAYRAMLI
APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv