Рет қаралды 3,434
#baku #nostalji #azerbaycan
Yəqin ki, çoxunuz 1970-ci ildə Bakıda tikilmişi kondisioner zavodundan xəbərdarsınız. Lakin, onu da bilirsinizmi bu zavod heç də paytaxtımızdakı ilk kondisioner zavodu deyil. 1958-ci ildə Bakıda Azərbaycan markalı kondisionerlər və ya həmin dövrün ifadəsi ilə desək, sərinkeşlərin istehsalına başlanılıb.
Sonradan zavodun fəaliyyətinin dayandırılmasının tarixçəsi də maraqlıdır. Belə ki, həmin dövrdə Soyuq müharibənin qızğın vaxtları yaşanırdı. SSRİ rtəhbərliyi sənaye potensialının böyük hissəsini hərbi gücünün artırılmasını yönəldilirdi. Azərbaycan kondisionerləri də məhz bu siyasətin qurbanına çevrildi. Bu sərinkeşlər, tropik sularda üzməkdə çətinlik çəkən sovet sualtı qayıqlarında istifadə olunmağa başlandı. Azərbaycan fəhləsinin isti yay günlərində rahat otaq şəraitində çalışma arzusu da bir müddət daha gecikməli oldu.
Onu da əlavə etmək yerinə düşər ki, 1958-ci ildə Azərbaycan sərinkeşləri istehsal edən bu zavod, hazırkı dövrdə də Müdafiə Sənayesi nazirliyinin tabeliyindədir və hərbi təyinatlı zavod kimi fəaliyyət göstərir.
Music track: Italy by Aylex
Source: freetouse.com/...