Рет қаралды 6,877
Hospitalımızın uroloq-androloqu Uzm.Dr. Emin Məmmədov böyrək və sidik daşları problemi haqqında danışıb.
İzləməyi və suallarınızı qeyd etməyi unutmayın.
•1117
•(012) 599 11 17
•(050) 299 11 17
Ünvan Ak. Həsən Əliyev küçəsi, 38
Uroloqa müraciət edən pasiyentlərdə sıxlıq baxımından baxsaq, daşlar da çox önəmli rol oynayır. Təbii ki, bu daşlar dediyimizdə sidik-ifrazat sisteminin daşlarını nəzərdə tuturuq. Bu böyrək daşı ola bilir, sidik axarı daşı ola bilir, yaxud sidik kisəsinin daşı ola bilir. Ən sıx rast gəlinənə baxsaq, təbii ki, böyrək daşları, sidik axarı daşlarıdır. Sidik axarı daşları da onsuz da sidik axarında əmələ gəlmir. Böyrəkdə əmələ gələrək çox böyük bir həcmə, yəni sm-ə çatmadan kanala düşdüyü zaman sıxıntılar əmələ gəlir. Böyrək daşlarının pasiyentdə şikayətləri ağırlıqlı bel ağrısıdır, bəzən sidikdə qan izləri olur, yəni ağrılar küt, kəskin ola bilir. Yəni o daşların böyrəyin hansı hissəsində - altındamı, ortasındamı və ya sidik çıxışı olan yerindəmi durmasından asılı olaraq şikayətlər dəyişir. Həcmi də önəmlidir. 1sm olan daşlara çox da əməliyyat məsləhət görülmür. Daha çox daşqırma, ESVL dediyimiz çöldən ultrasəs dalğaları ilə qırmadır. Amma 1.5sm-dən böyük olan daşlara artıq əməliyyat düşünürük. Çünki 1.5-2sm olan daşlarda daşqırmanın effekti o qədər yüksək olmur. Əməliyyat açıq, qapalı deyə bir şey yoxdur. Yəni açıq köhnədən var idi. Artıq o yığışdırılıb. Qapalı şəkildə, ən böyük daşları belə qapalı şəkildə həll etmək olur. Qapalı dediyimiz - onun da 2 növü var. Bir perkutan dediyimiz, beldən 1sm-lik dəlik açaraq girib böyrəyi parçalamaq. Yaxud flexible dediyimiz normal sidik yollarından girib alətlə böyrəyin içində daşları qırmaq. Flexible dediyimiz maksimum 1.5-2sm-dən çox olanlara çox da məsləhət deyil. Çünki əməliyyatın müddəti çox uzun olur. Daşsız qalma faizi çox yüksək olmur. Amma belə deyim, 1.5 sm, 1sm olan daşlar üçün ideal bir şeydir. Böyrəkdəki perkutan dediyimiz haradasa 2 sm və daha böyük daşlar üçün ideal bir metoddur. Girərək daşları parçalayıb çıxarmaq. O zaman xəstəxanada 2-3 gün müddətində pasiyent xəstəxanada yatır. Daha sonra evinə gedir. Ortalama yenə reabilitasiya müddəti 1 aya yaxındır. Sidik axarı daşlarının həlli, təbii ki, hər zaman mütləq əməliyyatdır deyə bir şey deyil. Lazımi yerindən, ölçüsündən asılı olaraq müalicə və ya əməliyyat olaraq dəyişir. Sidik axarındakı yerinə görə dəyişir. Məsələn, aşağı üstdə biri var, orta və yuxarı üstdə biri. 5mm-dən kiçik olan daşların öz-özünə düşməsi ortalama 80-90% halda mümkündür müalicə yazılarkən. Amma 5-10mm arası böyüklükdəki daş 70-80% faiz halda düşür amma, 10mm-dən çox olanın düşmə ehtimalı aşağıdır. Ona görə 10mm-dən böyük olduqda sidik axarında daha çox əməliyyat məsləhət görürük. 5mm-dən az olduqda isə müalicə yazıb bir müddət gözləməkdir. Düşmədiyi təqdirdə, təbii ki, yenə əməliyyatla girib sidik axarına işıqlı bir alətlə girərək, lazerlə parçalamaqdır. Təbii ki, bəzi daşlar var, 2mm-lik daş, düşməyə biləcək daşlar var ki, bizdə elə olub. 2mm-lik daşa görə əməliyyatla girib çıxarmışıq. 1 ay gözləmişik düşməyib. 3-cü daşlar da sidik kisəsi daşlarıdır ki, bu sidik kisəsi daşlarının ana səbəbi özlüyündə deyil, daha çox prostat vəzi yaşlı kişilərdə olur. Prostat vəzinin adenomasına bağlı olaraq. Yəni sidiyə rahat getmir. Qalıq sidik qalır və o orada toplanaraq duz kristalları daş əmələ gətirir. O pasiyentlərdə daş olduğu zaman mütləq əməliyyatdır. Təbii ki, 3-4 mm-lik bir daşdırsa, biz daş saymırıq. Amma haradasa 1 sm və ondan böyük olan daşın çıxma ehtimalı yoxdur. O mütləq əməliyyat olunmalıdır. Əməliyyat olduğu zaman prostat əməliyyatı təklif edirik. Çünki səbəb aradan qalxmadan daşı götürdüyümüz zaman gələcəkdə yenidən əmələ gəlmə ehtimalı yüksəkdir. Prostat əməliyyatı ilə bərabər ikisi də endoskopik yolla əməliyyat olunur. Təbii ki, daşın həcmi böyükdürsə və ya prostatın həcmi həddindən artıq böyükdürsə, endoskopik əməliyyata imkan vermirsə, o zaman açıq yolla, həm sidik kisəsi daşı, həm prostat əməliyyatı. O daş çıxdıqdan sonra ortalama bizim üçün bir sidik axarı daşı xəstəliyində reabilitasiya periodu 3-5 gün, maksimum 1 həftədir. Amma sidik kisəsi daşı prostat və ya böyrək daşı əməliyyatlarında ortalama 1 ay özünü qorumasını məsləhət görürük. Davamlı, təbii ki, ondan sonra da 3 aydan bir kontrollara gəlib gedə bilər. Çünki bir dəfə daşın əmələ gəldisə, demək ki, bir meyillilik var, gələcəkdə də əmələ gələ bilər.