Рет қаралды 25,806
Martın 10-da Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısına və xanımına yeni qurğunun texniki göstəriciləri, xidməti imkanları barədə məlumat verildi.
Diametri 60 metr olan qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qurğu ilə tanış oldular.