"Beşiktaş"dan baş məşqçi ilə bağlı son qərar

  Рет қаралды 19,066

Baku TV

Baku TV

Ай бұрын

"Beşiktaş"dan baş məşqçi ilə bağlı son qərar
Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Beşiktaş” klubu baş məşqçi ilə bağlı yekun qərarını verib.
Türkiyə mətbuatında yayılan məlumata görə, portuqaliyalı çalışdırıcı Fernandu Santuşun klubdan gedəcəyi müzakirə olunsa da, “ağ-qaralar”ın rəhbərliyi 69 yaşlı mütəxəssisi mövsümün sonuna qədər gözləmək qərarına gəlib.
Belə ki, “Beşiktaş” Türkiyə Kubokunu qazanıb, liqanı 3-cü pillədə başa vursa, Santuş yeni mövsümdə də vəzifəsinə davam edə biləcək.
Qeyd edək ki, Fernandu Santuşun İstanbul təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.
Maraq üçün deyək ki, bir neçə gün öncə “Beşiktaş” klubunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlandığı ilə bağlı xəbərlər yayılıb. Santuşun komandadan göndəriləcəyi təqdirdə bu posta əsas namizəd Qurban Qurbanovdur. Hətta iddia olunur ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə də əlaqə saxlayıb. O, həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Lakin Qurbanovun məsələyə necə yanaşdığı hələ ki məlum deyil.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
"Beşiktaş"dan baş məşqçi ilə bağlı son qərar
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #beşiktaş #başməşqçi #santuş #qurbanqurbanov #futbol #potuqaliya #idmanxəbəri #futbolxəbəri #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

Пікірлер: 56
@user-ix6sk8kh3l
@user-ix6sk8kh3l Ай бұрын
İNANİRAM Kİ TAHİR QOZAL QURBANOVUN MAAŞİNİ QALDİRAR BESİKTASİN BOYUN OLDUGU MƏBLƏGƏ QƏDƏR . ÇÜNKİ ADAM HAQQ ELİYİB .HETTA DAHA ARTİĞİNA LAYİQDİ
@videosystems3345
@videosystems3345 Ай бұрын
Söhbət maaşdan getmir ki. Söhbət professional karyeradan gedir. Əgər irəlləmək istəyirsə gərək yuxari ligaya kecsin
@user-ix6sk8kh3l
@user-ix6sk8kh3l Ай бұрын
@@videosystems3345 indiyecen top klubda qəpiy qurusa işleyen məşqçi görmüsense adini de bilək pul əsas deyil
@esil915
@esil915 Ай бұрын
TAHIR QOZEL MEGER TURK DEYIL.??? TURKLER TUPURUB AZERBAYCANIN FUTBOLUNA DA IQTISADIYATINA DA ONLARIN ESAS MEGSEDI AZERBAYCANDAN PUL PARA QOPARTSINLAR. ONLAR AZERBAYCANDA ISLEYE ISLEYE OZLERINI DUSUNURLER.
@gsbjksikentom
@gsbjksikentom Ай бұрын
Qurban Müəllim Bizi Bıraxmayın😢
@mirimemmedov1778
@mirimemmedov1778 Ай бұрын
Qurban Qurbanov üçün yaxşı təklifdi.Həm də ölkəmiz üçün, dünyada Qvardiola deyənde İspan mütəxəssis deyilir.Klop deyəndə ise Alman mütəxəssis nəzərdə tutulur.
@Mete050
@Mete050 Ай бұрын
Pul bir kenara turk futbolu ölüb yoxdur nüfüza xelel getirmekden basqa birsey olmaz,kimler geldi Ziko Raykard Mançini ve s hormetden saldilar,Fatih Terime bele xelel getirdiler hansiki Türkiye futbolonu dünyaya avropaya o tanidib 2002ci ildeki A millinin cox oyuncusu onun yetirmeleri idi,Qurban müellim özü en güzelini bilendir Ugurlari bol olsun insallah
@user-yd7zh9zx1c
@user-yd7zh9zx1c Ай бұрын
Subesiz Qurban muellimin maawini qaldirmaq lazimdir,xeyri vetene cox olar.100 min cox utandirici meblegdir...
@vaqifmuradov4686
@vaqifmuradov4686 Ай бұрын
Ayliğ 100min deyirsiz azdi??
@user-yd7zh9zx1c
@user-yd7zh9zx1c Ай бұрын
@@vaqifmuradov4686 Beli,
@n.huseynli9142
@n.huseynli9142 Ай бұрын
​@@vaqifmuradov4686ayliğ? 😂 illikdi o😂😂😂
@vaqifmuradov4686
@vaqifmuradov4686 Ай бұрын
@@n.huseynli9142 basa dusmedim illik olmaz e ayliq olar ne illik
@benimolmemgerekyasamamimkansiz
@benimolmemgerekyasamamimkansiz Ай бұрын
Mence gelsinnn🖤🖤
@editz1951_
@editz1951_ Ай бұрын
Gelmesin
@vertexvertex3816
@vertexvertex3816 Ай бұрын
Turkiyede futbolu UFC -ye ceviribler...Futbol yerine sille-tepik,dava-dalas.Ona gorede istenilen kluba 10 mesqci birden gelse bele netice olmayacaq...
@SALAM-628
@SALAM-628 Ай бұрын
Hə e orda fudbol yox döyüş gedire fənərbaxça trabzospora baxdun axırda hamı bir-birinə girir pıçağ çəkillər oyunçulara orda fudbol yox döyüş gedir oyunçular tərəfdarrarnan döyüşür
@QwertXZ0
@QwertXZ0 Ай бұрын
Noldu Qarabağın 2-3 oyununa gore ya Juninho, Benzia ve Qurbanovun getmeyi haqqinda fikirler ortada var
@tebriztebriz
@tebriztebriz Ай бұрын
Qurbanov gedəcəy beşiktaşa reşad sadqov gələcəy qarabaga
@user-yc8tv1qn6g
@user-yc8tv1qn6g Ай бұрын
GETMƏSİN QURBAM MƏLLİM😢
@Aya_Nikola11
@Aya_Nikola11 Ай бұрын
Getmeyecek Narahat Olma
@user-yc8tv1qn6g
@user-yc8tv1qn6g Ай бұрын
@@Aya_Nikola11 ŞÜKÜR
@ilhamabadalova2319
@ilhamabadalova2319 Ай бұрын
Не билирсен .менде чох нарахатам
@orxandemokrat942
@orxandemokrat942 Ай бұрын
Qurban müəllim getməsin..
@logmanmemmedov8040
@logmanmemmedov8040 Ай бұрын
Ağlı olsa getməz
@FeridMahmudov-df5yy
@FeridMahmudov-df5yy Ай бұрын
Turkiyede Futbol Ölüb Getsə çox Şey itre biler Qurban Qurbanov
@linovruzlu185
@linovruzlu185 Ай бұрын
Come To Beşiktaş Qurban Qurbanov
@rahim.z8837
@rahim.z8837 Ай бұрын
Get ostr ala
@Faxlmehtiyevdi
@Faxlmehtiyevdi Ай бұрын
​@@rahim.z8837😂
@user-kg7ne6gf4o
@user-kg7ne6gf4o Ай бұрын
O boyda santoşu qovurlar. Qurbanovora getməməlidir. Ümüşumiyyətlə türk komandasına getməsə yaxşıdır.
@softbilgiler360
@softbilgiler360 16 күн бұрын
Besiktasimmm
@djbagirovbeats8396
@djbagirovbeats8396 Ай бұрын
Gəl müəllim gəl sənin yolunu gözləyirik
@keveltv
@keveltv Ай бұрын
Beşiktaş əzəldən dilənçi komandadır, GS və FB kimi çox pul xərcləyən klub deyil transferlərə filan. Ona görədə Beşiktaş klub rəhbərliyi Qurbanovun 15 milyonluq komanda ilə uğurunu görüb həvəsə gəliblər. Az pulla çox iş görmək istəyirlər, Qurbanovun hesabına. Getməmək daha məsləhətlidir.Galatasaray istəsə getsin.
@adilhuseynov3666
@adilhuseynov3666 Ай бұрын
Dilenci ola bilər sənin fikrincə amma o iki klub kimi hakim hesabına çempion olan deyil
@leomessi_555
@leomessi_555 Ай бұрын
Dilənçi? Deyəsən gs haqqında danışırsız çünki onlar hakimdən ancaq penalti dilənirlər.
@adilhuseynov3666
@adilhuseynov3666 Ай бұрын
@@leomessi_555 penaltı dilənçileri
@Motovasyon
@Motovasyon Ай бұрын
​@@leomessi_555 çox düz dedin
@pervizqasimov910
@pervizqasimov910 Ай бұрын
Dilənçi dediyin komandanın heyyətində Quti, Quaresma, Mario Gomez, Talisca, Kagava, Pepe və s. adından dünya da söz etdirmiş milyonluq oyunçular olub. Ən zəif illəri olan bu ildə belə 11000000 avroluq Ernest Muçi, 12000000 luq Türkiyənin ən baha transferlərindən biri olan al-musratini aldılar. Sadəcə Qurban Qurbanov Qarabağı 8 ildi ilmək ilmək işləyir. Azərkeş də səbrlə gözləyir çünki bizim üçün ilkləri elədi. Türkiyə də bu belə deyil. Türkiyə də azərkeş bizim qədər səbrli deyil. Baş məşqçiyə basqı daha çoxdu. Çünki onların Avropa da pis yaxşı naliyətləri var. Məsələn Qalatasarayın 2002dəki çempionluğu. Beşiktaşın Çempionlar liqası qrupundan məğlubiyyətsiz çıxışı və s. kimi. Yəni Türkiyə azərkeşinin futbola olan yanaşması bu du ki naliyəti baş məşqçi gəldiyi il qazanmalıdı, minumum Ziraat Türkiyə Kupası alınsın deyirlər. Olmasa da basqı ilə baş məşqçini istefaya göndərirlər. Qurbanovun ora getməsi məncə karyerasını 1 addım irəli aparar ancaq yeni bir meydan oxumadı bu.
@elsen_veliyev
@elsen_veliyev Ай бұрын
Inanmiram ezyeti oldugu qarabag fudbol kulubun bu yerlere getire cixara ve pul ugrunda gede hansisa olkeye
@NerimanIbrahimov-ri9ih
@NerimanIbrahimov-ri9ih Ай бұрын
Aybaba getsin komandasına məşqci tapsın....
@Akberkherimli2016
@Akberkherimli2016 Ай бұрын
Turkiyədə məşqçinin qədrini bilmirlər nəticə üçün vaxt vermirlər kiçik bir səhf edən kimi dərhal mətbuat azarkeşlər səni yıxıb sürüyür o,qədər böyük məşqçiləri hörçətsiz şəkildə yola salıb bu türklər
@DS1903
@DS1903 Ай бұрын
Beşiktaşın bir futbol anlayışı vardır. Ve gelen teknik direktör hucum futbol anlayışını benimseyen ve buna göre oyun oynatan bir teknik adam olmalı. Hoş en iyisini de getirsen süperlig, şaibelerle ve binbir türlü oyunlarla şampiyonun lig başlamadan belirlendiği bir lig ama herneyse konumuz bu değil. Santos daha çok öğretici ve toparlayıcı rolü ile bu sezon özelinde adeta kurtarıcı rolünde getirildi. Takımı toparlar disipline eder ve mental olarak takımı hazır tutup iyi bir noktaya getirir diye düşünülündü. Takımın hali ortada.. Beşiktaş’ta sahada yürüyen eşeklerden bir bir kurtulma politikası devreye girmiş durumda. Bu Yönetim, Transfer özelinde oldukça eli açık olmasının yanı sıra, nokta atışı hamleler yapabilen ve en önemlisi işi bilen ve çözüm üretebilen bir yönetim. Beşiktaş yeni bir yapı içersinde ve başarıya endeksli bir anlayış ile yönetiliyor. Beşiktaşın, Beşiktaşa yakışır futbol ortaya koyabilecek ve bu mentalite ile oyuncusundan oyununa bir yapı inşa edebilecek bir açşıya ihtiyacı var. Ve bence bu bağlamda kurbanov Beşiktaşın aradığı kriterde bir hocadır. Keza kurbanov hoca içinde Beşiktaş güzel bir vitrin olur görüşündeyim. Ben bu ikiliden güzel bir birliktelik doğacağını düşünüyorum. İnşAllah olur🙏🏻gerek karakteri, gerek duruşu ve futbola dokunuşu ile kuşkusuz Beşiktaşıma çok yakışacaktır..
@user-uc5ks6gc8c
@user-uc5ks6gc8c Ай бұрын
Qurban Muellim hara gedirse gedsin birdene turkiyeye gedmesin.olar mesqciye balta vurmagi daha cox sevirler.olar isteyir gelen mesqci butun oyunlari udsun bir iki beraberlik sirazi prableme cevrilir.Komandani tezden yigib sisteme otuzdurmaq vaxt aparir amma ne turk azerkesleri ne mediyasi buna sebrbelemir.
@kamranorucov1015
@kamranorucov1015 Ай бұрын
İnsAllah getsin.getsin ki Azərbaycan futbolu qabağa getsin.dunyaya tanınsın.yeni futbolçular alınsın və satılsın.bəlkə də Qurban müəllimin dalıyca Bəhlul, Elvin,Yankovic və s gedər. Qurban məllim getsə də Qarabaği aparacaq qabağa.
@xeyalchalabiyev5447
@xeyalchalabiyev5447 Ай бұрын
Qaqaş yəqin ki yaşın azdır. Ona görə belə yazırsan. Qurban Qurbanov Türkiyəyə getsə lap deyək ki, orada yaşı işlər gördü bunun bizə xeyirdən çox ziyanı dəyəcək. Çünkü bizim həm milli həmdə klub səviyyəsində futbol oynamağı bacaran komandalarımız yoxdur. Qurban Qurbanov getsə onun yerinə Qarabağa kim gələcək? Kim onun kimi yeni uöurları komandaya qazandıra biləcək? Bizi təmsil edən bir dənə Qarabağ futbol klubu var. Oda batıb gedəcək. Beləliklə bir dənə Qarabağ klubumuz məhv olacaq. Sənə bu lazımdı? Uefada bizi təmsil edəcək bir dənə də olsa klub yoxdur. Qazandığımız xalalrda olduğu kimi qalacaq. Əlavə heç bir göstəriicimiz olmayacaq. Qarabağ futbol klubuda dağılıb gedecək. Qarabağı ayaqda saxlayan yeganə adam Qurban Qurbanovdur!!!
@Fotbal_traz191
@Fotbal_traz191 Ай бұрын
Paltar deyisen kimi hoca deyisiller ehh
@Bet_and_win_
@Bet_and_win_ Ай бұрын
Bjk oyun satan kulubdu exi orda tab getirmez getmesin
@anar_eliyev2525
@anar_eliyev2525 Ай бұрын
QURBAN GET SEN AGILLI INSANSAN.UEFADAN GELEN PULLAR YEYINTIYE GEDECEK KLUBUN COX OYUNCUSU GEDECEK YENIDEN SIFIRDAN BAWLIYASAN
@xeyalchalabiyev5447
@xeyalchalabiyev5447 Ай бұрын
Qurban getsə vobşe heç Uefa-dan pulda gəlməyəcək. Çünkü qalibiyyətdə olmayacaq. Komanda yerli liqada çempion olsa belə Avropada elə ilk təsnifat mərhələsində uduzacaq. Qurbaovu əvəz edəcək baş məşqçi yoxdur.
Ermənistanda siyasi gərginlik - REAL İNTERVYU
17:41
REAL TV
Рет қаралды 15 М.
Mini Jelly Cake 🎂
00:50
Mr. Clabik
Рет қаралды 15 МЛН
Who enjoyed seeing the solar eclipse
00:13
Zach King
Рет қаралды 111 МЛН
How a former airborne trooper was welcomed in prison (with English subtitles)
10:40
Зона в кинематографе
Рет қаралды 9 МЛН
Last Minute Moments but they get increasingly more ridiculous
15:18
Salamatı budur #62 | Məşqçi 2
6:30
CVN TV
Рет қаралды 68 М.
Mini Jelly Cake 🎂
00:50
Mr. Clabik
Рет қаралды 15 МЛН