Cəlilabadlı arıçılar təsərrüfatlarında “Boz Qafqaz” arı sortu yetişdirir

  Рет қаралды 2,882

ARB Cenub

ARB Cenub

Күн бұрын

Ölkəmizdə 2016-cı ilə qədər fərdi qaydada təsərrüfatlarda bəslənilən arı ailələri Arıçılıq Mərkəzinin yaradılması ilə yeni mərhələyə keçdi. Bununla da arıçılar mütəxəssis təcrübəsindən geniş istifadə imkanları qazandılar. Mərkəzdə yeni arı sortlarının yetişdirilməsinə başlanıldı. "Boz Qafqaz" adlanan arı cinsinləri yerli sortlarla müqayisədə daha məhsuldardır.
Gəncədə fəaliyyətə başlayan Arıçılıq Mərkəzi təsərrüfatçılar üçün geniş imkanlar yaradıb. Mütəxəssislərin fikrincə ölkədə arıçılıqla məşğul olan fermerlərlə sıx əməkdaşlıq bu sahənin inkişafına geniş təkan verəcək. Uzun illər arıçılıqla məşğul olan Cəlilabad sakini Əjdər Feyziyev deyir ki, əvvəllər bəsləmə işlərini ata-baba qaydası ilə həyata keçirirdilər, indi mərkəzin peşəkar mütəxəssisləri sayəsində ana arıların süni yolla mayalandırılması sirlərinə yiyələnəcəklər.
Arıçı Əjdər Feyziyev: “Məhsuldar arı cinslərinin əldə olunması, onların artırılması, çiçək tozunun toplanması, arı südünün toplanması şəxsən bu cəmiyyətlər vasitəsi ilə mən əldə etmişəm.”
Fermer deyir ki, Arıçılıq Mərkəzinin tövsiyəsi ilə artıq ötən ildən etibarən təsərrüfatında yetişdirdiyi “Boz Qafqaz” arı cinsi yerli arı cinsləri ilə müqayisədə daha da məhsuldardır. Ölkəmizin iqliminə uyğunlaşan bu arıların digər üstünlüyü isə soyuğa qarşı davamlı olmasıdır.
Arıçı Əjdər Feyziyev: “Müsbət 5 dərəcə, 10 dərəcə hava şəraitində də çıxıb işləməyə başlayırlar. Bu da arı üçün yaxşı xüsusiyyətdir ki, sərin havalarda da işləyə bilir. Məhsuldarlığı da “Boz Qafqaz” arı cinslərinin yaxşı olur.”
Əjdər Feyziyev Arıçılıq mərkəzinin fəaliyyəti sayəsində arı məhsullarının satışının asan olduğunu bildirdi.
Arıçı Əjdər Feyziyev: “Arının zəhəri var, çiçək tozu var, vələmun var, arı sancması var - hansı ki, arının zəhərindən müalicə məqsədi ilə istifadə olunur. Hətta arının qutusundakı olan hava nəfəs yollarının müalicəsində geniş istifadə edilir.”
Bu il hər arı ailəsinin orta məhsuldarlığı 8-10 kq olub. Hazırda isə yeni arı cinslərinin təsərrüfatlarda yayılması məhsuldarlığın orta hesabla 20-25 kq artmasına səbəb olacaq.

Пікірлер: 3
@aliabbaszade966
@aliabbaszade966 2 жыл бұрын
Salam bozgafgaz anası almağ olarmı sizdən
@elmeddinabbasov641
@elmeddinabbasov641 Жыл бұрын
Bu bakfasdı😅😅😅😅
@rasulmuqusov2618
@rasulmuqusov2618 3 жыл бұрын
Salam aleykum, təmiz qafqaz dımı elədisə mən almaq istərdim
Arı irqləri və xüsusiyyətləri
10:42
Bal Arısı
Рет қаралды 1,5 М.
How to make a Langstroth Beehive // Woodworking | I Like To Make Stuff
15:46
I Like To Make Stuff
Рет қаралды 503 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Azərbaycanın köçəri arıçıları [Reportaj]
3:03
AzadliqRadiosu
Рет қаралды 3,8 М.
QAFQAZ ARISINI niyə sevmirik?!
18:22
Xan Arıçılıq
Рет қаралды 12 М.
Karakovan Balı ibrahim kutluata
22:40
Köy Tv
Рет қаралды 66 М.
Arı yeşiklərinin yerinin dəyişdirilməsi
3:57
Bal Arısı
Рет қаралды 5 М.
ARI IRKLARI - TARIM TÜRK TV
12:56
TARIM TÜRK TV
Рет қаралды 59 М.