Dünya kinosunun yaranması | DublBir #2

  Рет қаралды 36

iz tv

iz tv

Күн бұрын

Film - sənətin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Belə şəkillər normal halda proyektor vasitəsilə divara və ya ekrana salınmaqla göstərilir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər nümayiş olunur. Film həm də kinematoqrafiya elminin əsas predmeti sayılır. Bu optik mediumun XIX əsrdən başlayaraq bu günə qədər texniki, mədəni və sənəti inkişafı ilə film sənətin tarixçiləri məşğul olur.
Film sənətinin yaranması XX əsrdə göstərilən "sehrli lampa" (lat. Laterna magica) ilə başlayır. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını (diaprojektora oxşar olaraq) divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi.
1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu.
Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir. Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi.
İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürretopiya" qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir.
Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırılmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri "tez oxuyan elektrik qurğu" ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır.
Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi.
Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Villiyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kinetoskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kinetoskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi.
__________________________________
Bizi sosial şəbəkələrdə izləyin:
KZbin I bit.ly/2KF8uLP
İnstagram I bit.ly/2Ior3Cy
Facebook I bit.ly/2x2MAtX

Пікірлер
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
BBC Travelll Azerbaijan
22:50
TurNAz TV
Рет қаралды 9 М.
The Snow Wolf
1:33:23
Show Me the World
Рет қаралды 12 МЛН
Hitler in Colour (4K WW2 Documentary)
1:10:44
Best Documentary
Рет қаралды 13 МЛН