D Vitamini haqda bilmədiyimiz 7 FAKT - SÜMÜKLƏRİN EVİNİ YIXIR

  Рет қаралды 17,754

Bir Bax

Bir Bax

Күн бұрын

#BirBax #Azerbaycan #Vitamin
Tez-tez soyuqdəyməniz olursa, saçlarınız tökülürsə, özünüzü daim yorğun hiss edirsizsə, sümüklüəriniz ağrıdan sızıldayırsa, bu, D vitamini çatışmazlığının səbəbi ola bilər. Bu gün sizə bədənimiz üçün çox vacib olan D VİTAMİNİ çatışmazlığından danışacam. Əgər sizdə və yaxınlarınızda bu əlamətlər varsa, videonu paylaşaraq, daha çox insanın sağalmasına dəstək ola bilərsiniz. Çünki güc birlikdədir.
D vitamini orqanizm üçün vacibdir. Günəşin altında vaxt keçirtdiyinizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə, D vitamininə “günəş işığı vitamini” deyilir. Orqanizm bu vitamini xolesteroldan emal edir. Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz.
Birincisi, insanların çoxu düzgün qidalanmır. Məhz buna görə də, yetəri qədər D vitamini qəbul etmir. Bundan əlavə, müasir dövrdə insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər. Çölə çıxanda da, günəş şüalarından qorunmaq üçün əlçatan bütün vasitələrdən istifadə edirlər. Əlbəttə ki, özünüzü dəri xərçəngindən qorumaq haqqına maliksiniz. Amma günəş şüasının altında gəzmək mövzusunda həssas məqamlar var. Həddən artıq olmasa da, orqanizmin günəş işığına ehtiyacı var.
D vitamini çatışmazlığının əlamətləri nələrdir?
Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür. Lakin bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. Həmin xəbərdarlıqlar sizdən diqqət və aradan qaldırılması üçün tədbirlər gözləyir.
10. Tez -tez xəstələnmək. D vitamini immunitetin möhkəmlənməsi üçün lazım olan əsas elementlərdəndir. D vitamini lazımi qədərdirsə, orqanizm virus və infeksiyalara qarşı mübarizə apara bilir. Əgər özünüzü daim kefsiz hiss edirsinizsə, orqanizminizdə D vitamini qıtlığı yaşanması ehtimalı böyükdür. Son illərdə aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı ilə bronxit, sətəlcəm, soyuqdəymə kimi tənəffüs yolları infeksiyaları arasında əlaqə mövcuddur. Digər araşdırmalar isə onu göstərir ki, qida əlavəsi kimi, gündəlik D vitamini qəbul etmək bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.
9. Daim yorğunluq hissi. Yorğunluğun səbəbi çoxdur. D vitamini çatışmazlığı da bu səbəblərdəndir. Bir qadının tez-tez başı ağrıyırdı və xroniki yorğunluqdan şikayət edirdi. Qan analizi verdi. Məlum oldu ki, orqanizmindəki D vitamini səviyyəsi 1 ml-də 5,9 nanogramdır (NG/ML). Bu, D vitamini qıtlığı demək idi. Çünki normal bir insan orqanizmində D vitamininin səviyyəsi 20 nanogram`dan az olmamalıdır. Qadına D vitamini qəbul etmək tövsiyə edildi. Bir müddət sonra o, yenidən qan analizi verdi. Bu dəfə orqanizmindəki D vitamini səviyyəsi 39 nanogram`a yüksəlmişdi. Yoğrunluğu və baş ağrıları isə artıq keçmişdə qalmışdı.
8. Xroniki bel ağrıları və sümüklərdə göynəmə. D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsinin təminatçılarındandır. Kalsiumun sümük sağlamlığı üçün faydasını bilməyən yoxdur. Sümüklərdəki səbəbsiz sızıldamalarla bərabər, bel ağrıları da D vitamini çatışmazlığından xəbər verə bilər. Bel ağrıları olan, həyat keyfiyyətləri aşağı düşmüş 9 min qadının iştirakı ilə bir tədqiqat aparılıb. Araşdırmaçılar aşkarlayıb ki, problemlərin qaynağı D vitamini çatışmazlığıdır. Başqa bir araşdırmada isə məlum olub ki, orqanizmində D vitamini qıtlığı yaşananlar digər insanlardan iki dəfə çox ağrı çəkirlər. Bu ağrılar oynaqlarda, qabırğalarda və ayaqlarda daha çox baş qaldırır.
7. Sümük sıxlığının azalması. Lazımi qədər D vitamini qəbul etməmək, sümük sıxlığının azalmasına da səbəb ola bilir. Unutmayın, “günəş işığı vitamini” sümüklərin kalsiumu mənimsəməsinin təminatçısıdır. Kalsium sümükləri möhkəmləndirir. Sümük sıxlığında azalma olan insanlar inanır ki, onların kalsiuma ehtiyacları var. Lakin əsas problem D vitamini çatışmazlığı ola bilər. “Journal of Mid-life Health” dərgisində dərc olunan məqalə bir araşdırmanın nəticələrindən bəhs edir. Sözügedən araşdırmaya 1100 qadın qatılıb. Onlar klimaks keçirən və ya klimakssonrası dönəmi yaşayan qadınlar olub. Mütəxəssislər bu qadınların orqanizmindəki D vitamini çatışmazlığı ilə sümük sıxlığının azalması arasında bağlantı olduğunu aşkarlayıblar.
6. Dəri problemləri. D vitamini qıtlığı immunitetin zəifləmə səbəblərindəndir. Zəifləyən immun sisteminin əsas əlamətlərindən biri dəri hüceyrələrinin həddən artıq yağ ifraz etməsidir. Bu, dəri məsamələrinin tıxanmasına və sızanaqlara yol aça bilir. D vitamini çatışmazlığından qaynaqlanan digər bir dəri problemi isə pullu dəmrovdur. Bu narahatlıqları yaşayan insanlar D vitamini qəbul etdikdən sonra, vəziyyətləri günbəgün yaxşılaşır.

Пікірлер: 99
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
D3 K2 Vitamini Nedir? | D Vitaminini Hangi Formda Kullanmalıyız? -  Dr. Ümit Aktaş
5:29
Dr. Ümit Aktaş ile İlaçsız Yaşam
Рет қаралды 676 М.
D Vitamini eksikliği hangi hastalıklara sebep olur?
12:39
Nur Viral'le Hayatta Her Şey Var
Рет қаралды 220 М.
D Vitamini Qəbul Etmədikdə Bu Xəstəliklər Yarana Bilər - MÜTLƏQ BAXIN!
5:11
Zərərli 6 Qidadan UZAQ DURUN!
8:31
Bir Bax
Рет қаралды 195 М.
Vitamin D-nin düzgün qəbulu necə olmalıdır?
3:23
Dr. Nazlı Qasımova
Рет қаралды 38 М.
D Vitamini Nasıl Kullanılmalı? | Osman Müftüoğlu
2:48
Osman Müftüoğlu
Рет қаралды 107 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН