Рет қаралды 621
Hǝmmad ibn Əmr İmam Sadiqdən (ə.s), o isə Möminlərin əmiri Əlidən (ə.s) Allah Rəsulunun (s.ə.a.v) belə buyurduğunu nəql edir:
İmam Baqir (ə.s) buyurub: Allah taalanın Qurani Kərimdə buyurduğu: "İnsan öz yeməyinə baxmalıdır" (Əbəsə:24) ayədə məqsəd, insanın öz elmini kimdən almasına diqqət yetirməlidir.
(Usuli-Kafi hədislər toplusu, Kuleyni, Nadir Mövzular, hədis.5)
Əbu Bəsir İmam Sadiqin (ə.s) belə buyurduğunu nəql edib:
"Tuba olsun o kəsə ki, Qaimimizin (ə f) qeybi dövründə bizim işimizdən yapışıb və hidayətdən sonra qəlbi başqa tərəfə meyl etməyib".
Soruşdum: "Sənə qurban, Tuba nədir?"
Buyurdu: "Cənnətdə bir ağacdır ki, kökü Əli ibn Əbu Talibin (ə.s) evindədir. Elə bir mömin yoxdur ki, həmin ağacın budaqlarından biri onun evində olmasın. Bu məhz Allah-taalanın kəlamıdır: "Tuba onlara məxsusdur və onların gözəl bir dönüşləri vardır".
(Rəd, Ayə 29.)
Şeyx Səduq, (r.ə) "Kəmalud-Din", səh 441 hədis 55. Bakı çapı
Ey Əli! Bil və xəbərin olsun ki, ən qəribə iman, ən böyük yəqin sahibləri Axirəzzəmanda yaşayan insanlar olar. Onlar Peyğəmbərlərini (s) görmədən, Allahın Höccəti (ə) gözlərindən gizli qaldığı halda, yalnız kağız üzərindəki yazıya asasən iman gətirərlər.
"Kəmaluddin", s. 288