Рет қаралды 107,603
Ikinci əl bazarında ən çox satılan avtomobillərdən biri 5-ci nəsil Hyundai Elantradır. 4-cü nəsildən fərqli olaraq 2010-2015-ci illər arasında istehsal olunmuş 5-ci nəsil Elantra, bütün dünya üzrə milyonlarla satılaraq Corolla, Cerato, Lancer kimi rəqiblərini də geridə qoydu. Istehsalı boyunca həm rəsmi diler tərəfindən daha sonra ise Birləşmiş ştatlar və Koreya-dan xeyli avtomobillər ölkəmizə idxal edilərək satıldı. Avtomobil 2014-cü ildə restaylinq olundu, nəticə olaraq ön və arxa fənərlərdə, interyerdə və texniki hissədə bəzi dəyişikliklər edildi. Hal hazırda bazarda qiymətlər, maşının vəziyyətindən və ilindən asılı olaraq 15000 manatdan 25000 manata kimi dəyişir. Hətta rəsmi diler tərəfindən verilmiş zəmanətdə olanlar belə tapılır. Əgər, siz də Elantra almaq fikrinə düşmüşüzsə doğru yerdəsiz. Bu videoda bu model haqqında bilməli olduğunuz hər şeyi eşidəcəksiniz.
Instagram: / dord__dord
Reklam və əməkdaşlıq: dord.dord@list.ru
Tags: hyundai elantra nece masindi, hyundai elantra nece mashindi