DTX-nin hərbi hissəsində gənc əsgərlər and içib - 10.05.19

  Рет қаралды 12,207

DTX official channel

DTX official channel

5 жыл бұрын

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.
Əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə gül dəstələri qoydular.
Döyüş bayrağı sıra meydanına gətirildi. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət himni səsləndirildi.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içdilər.
Andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və tədbiri qürurla izləyən valideynləri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından təbrik edən general-polkovnik Mədət Quliyev bu gün yaşadığımız sabitliyin və firavanlığın, dövlət müstəqilliyinin nə qədər böyük çətinliklər bahasına başa gəldiyi barədə danışdı.
General-polkovnik Mədət Quliyev bildirdi ki, yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə Ümummilli Lider Heydər Əliyevin dəvət olunması müasir Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi, müstəqillik qorundu, ölkədə vətəndaş müharibəsinin yerini vətəndaş sülhü tutdu. Respublikada bütün sahələrdə sürətli tərəqqi və inkişaf dövrü başladı.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd etdi ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu və ölçüyəgəlməz tədbirlər nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın müstəqilliyi günbəgün güclənir, ölkəmizin müdafiə qabiliyyəti durmadan möhkəmlənir, Silahlı Qüvvələrin hərbi və hərbi-texniki potensialı daha da artırır.
General-polkovnik Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli borcun yerinə yetirilməsində uğurlar arzuladı.
Andiçmə mərasimi bir daha nümayiş etdirdi ki, Silahlı Qüvvələrimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir və müasir Azərbaycan ordusunda xidmətlə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.

Пікірлер
Cənab Ali Baş Komandan DTX-nin hərbi hissəsində
27:47
DTX official channel
Рет қаралды 23 М.
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 31 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Baş tutmayan tələ | Sənədli film
48:13
İCTİMAİ TV
Рет қаралды 134 М.
Şirin Serialı - 1.Bölüm
1:02:00
EmiLab Media
Рет қаралды 72 М.
DTX hərbi hissəsində bayram tədbiri keçirilib
2:05
First Vice President of Azerbaijan
Рет қаралды 21 М.
Xankəndi şəhərində hərbi parad keçirilib.
44:30
DTX official channel
Рет қаралды 13 М.
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 31 МЛН