Evində ölü tapıldı, sevgisi "daşa dəydi" - Ailəsini tərk etdi

  Рет қаралды 8,062

1000 Production

1000 Production

Күн бұрын

#1000production #trend #zernigaragakisiyeva
O tənhalıqdan çox qorxurdu. Amma qorxduğu başına gəldi və hər zaman tənha qaldı. Ona sadəcə tamaşaçı sevgisi qaldı. Biri var idi. Xalq artisti Zərnigar Ağakişiyeva...
Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Zərnigar anasının ilk evliliyindən olan ögey qardaşı ilə heç vaxt doğmalaşa bilməyib. Məktəbə "Güləliyeva" soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb.
Qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən didərgin salıb. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Zərnigar xanım o illəri müsahibələrində belə xatırlayır: “Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün illərimi teatrda, tamaşalarda keçirdim”.
Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyevanın həyatında unuda bilmədiyi məhəbbəti olub. Bu şəxsin kimliyi haqqında heç vaxt danışmayan aktrisa müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyir: “Həyatımın ən böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmədi."
İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib.
Onun vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlayaraq verdiyi açıqlamasında onu sevdiyini etiraf edib.
Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi də maddi vəziyyəti qənaətbəxş hesab edilmədiyi üçün baş tutmayıb.
İlk dəfə səhnəyə kəndlərindəki tədbirlərin birində çıxıb. Onda 5 yaşı olan balaca Zərnigar Səməd Vurğunun “Dahi rəhbərə” şeirini əzbər söyləyib.
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.
O Ömür boyu özünü aktrisa olaraq qəbul etməyib, hətta səsindən zəhləsi getdiyini deyirmiş. Amma gözəl vokal səsə malik olub. Hətta “Ordan-burdan” teletamaşasında Salman bəyin bacısı Pərinin qız bəyənməyə gəldiyi epizodda Firuzə xanımın oxuduğu mahnını Zərnigar Ağakişiyeva özü ifa edib.
Oynadığı tamaşalardan birində ondan oxumaq tələb olunub. Aktrisa bu rola görə Moskvaya vokal dərsləri almağa gedib.
Afaq Məsudun "Qatar altına atılan qadın" pyesinin tamaşasında ona baş rol verilsə də Zərnigar Ağakişyevanın məşq zamanı mətni unutması bu tamaşada iştirakına mane olur. Xəstəliyi irəliləyən və yaddaşı zəifləyən aktrisa teatrdan getmək vaxtı çatdığını anlayır və ərizə yazaraq teatr səhnəsi ilə vidalaşır. Hətta teatrda onun üçün vida məclisi də qurulur. Amma bu ayrılıq onu qısa müddət sonra həyatdan ayırır.
Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Zərnigar Atakişiyeva ilə bağlı xatirəsini bölüşərək deyir:
"Vəziyyətinin yaxşı olmayan vaxtı idi. "Canavar balası" tamaşasında oynadıq. Evindən küsüb çıxmışdı. Dedi ki, Rus Dram Teatrında yatacam. Çantasında yeməyi də var idi. Onu maşına otuzdurub evimə apardım. Yemək bişirdik və yedik, qızım onu çimizdirdi. Ölənə qədər bunu unutmadı. Bir dəfə ona teatrda ayaqqabı alınmalı idi, alınmamışdı. Ayaqyalın səhnəyə çıxdı. Çox istedadlı aktrisa idi, gözəl rollar oynayırdı".
“Təhminə” filminin çəkilişləri zamanı Rasim Ocaqovdan xahiş edib ki, Zivərin Təhminəyə söyüş söydüyü səhnədə söyüşü açıq şəkildə ifadə etməsin. Ancaq rejissor razı olmayıb: “Biz Həsən Məmmədovla birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Rasim müəllim yek kəlmə dedi ki, “yox! Deməlisiz. Vəssalam”
“Ötən ilin son gecəsi” filmində aktrisa anasının obrazını canlandırdığını deyib. O müsahibələrinin birində deyib: “O filmdə mən anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam”
Ölənə qədər həmkarı - aktrisa Safura İbrahimova ilə küslülü qalıb. Zərnigar Ağakişiyeva rəhmətə gedəndə Safura İbrahimova onunla küslü qaldığına görə peşmançılığını dilə gətirib: “Gərək barışaydıq, küsülü ayrılmazdıq”.
Onun həyatda ən böyük qorxusu tək ölmək olub: “Qorxuram qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz”.
Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 2018- ci il fevralın 8-də ürək çatışmazlığından yaşadığı evdə tək-tənha vəfat edir və yalnız ölümündən 3 gün sonra tapılır

Пікірлер: 19
@Fərhadqızı
@Fərhadqızı 11 ай бұрын
Kökdən düşmüş piano tamaşasında(əringəlir başəy)deməsi mənə ləzzət edir Zərnigar xanım qəlbimidə hənişə yaşayacaq.
@Fərhadqızı
@Fərhadqızı 11 ай бұрын
Allah rəhmət etsin.Əvəzsiz sənətkarımıza🙏😢
@freedom2386
@freedom2386 11 ай бұрын
Fəxr edirəm sizinlə Qubalı Tat qızı Zərnigar xanım.Allah sizə rəhmət eləsin.
@SevincBasirova-xm3yn
@SevincBasirova-xm3yn 11 ай бұрын
Deyirlər cox özünü sevən olob qardaşı bir yana hec kimnən düz qəlməyib
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 11 ай бұрын
NİYƏ AKTRİSA MƏLEYKƏ ƏSƏDOVANI PULLU KİŞİLƏRƏ SATIRDI 😅.ÖZÜDƏ ÖMRÜ BOYU XƏSDƏ İDİ QRİPKİ 😂😂
@azizalitfullayeva7836
@azizalitfullayeva7836 10 ай бұрын
Çox gözəl aktrisa idi, Allah rəhmət eləsin!
@gulzarmehdiyeva4383
@gulzarmehdiyeva4383 11 ай бұрын
Allah rəhmət eləsin
@zeynebhesenova2242
@zeynebhesenova2242 11 ай бұрын
ALLAH RƏHMƏT ETSİN RUHU ŞAD OLSUN NUR İÇİNDƏ YATSIN AMİN
@ОктайГарибов-ш6э
@ОктайГарибов-ш6э 11 ай бұрын
Verilişin yarisi getdi kolbasa soskaya
@maqo1252
@maqo1252 10 ай бұрын
Neynəsinlər??? Onların da pulu kolbasa,sosiskadan çıxır....
@agamirvelicanoglu6232
@agamirvelicanoglu6232 10 ай бұрын
❤❤❤❤❤😢😢
@ilqar2064
@ilqar2064 11 ай бұрын
Brilyantlarıvu taxmışam. Laykalarıvu geyinmişəm sözü necə illər dilimizfən düşmürdü. Məkanı Cənnət olsun Amin
@ЯиЯ
@ЯиЯ 10 ай бұрын
RUHU WAD OLSUN MERANDALINA ROLU SEVILMIWDI REHMETLIYIN😢😢😢😢😢
@sevincrehmanova8100
@sevincrehmanova8100 8 ай бұрын
Məcnun hacıbəyov haqqında da danışın
@firuzanasirova677
@firuzanasirova677 11 ай бұрын
😢🤲
@anar-qw8gf
@anar-qw8gf 11 ай бұрын
Hələ bir məşurun normal həyatın görmədik
@maqo1252
@maqo1252 11 ай бұрын
Eşitmədik.....
@agamirvelicanoglu6232
@agamirvelicanoglu6232 10 ай бұрын
Allah rəhmət eləsin
@zinyetqasimova4028
@zinyetqasimova4028 10 ай бұрын
Allah rəhmət eləsin
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 53 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН