Göyərtilərin şahı İspanağın müalicəvi faydaları və zərərləri

  Рет қаралды 860

Elvin Abi

Elvin Abi

Күн бұрын

İspanaq milli kulinariyada ən çox istifadə edilən göyərti növlərindən biridir
İspanağın vətəni İran sayılır və orta əsrlərdə səlib yürüşündən qayıdan cəngavərlər tərəfindən Avropaya aparılıb. Rusiyada isə ispanağın cəmi 200 il yaşı var.
Əziz dinləyicilər mən bu videoda sizlərər ispanağın faydalarından danışacam.Odur ki videonu axıra qədər dinləməyi bəyənməyi videonu paylaşmağı və kanala abunə olub bildiriş butonunu açmağı unutmayın.İspanağın Tərkibində P, B6, B2, B1, C, D, A, PP və E vitaminləri , zülal, mikroelement və sellulozla var. İspanağın tərkibi eyni zamanda dəmirlə zəngindir. Dəmirdən başqa maqnium, kalsium və kalium maddələri də var.
Faydası
Orqanizmində yod çatışmazlığı olan adamlara məsləhət görülür. İspanağın yarpaqları bu maddəyə görə ancaq lobya və noxuddan geri qalır.
Müntəzəm olaraq ispanaqdan istifadə etmək bədxassəli şişlərin yaranması və qan azlığının qarşısını alır.
Artıq çəkidən qurtulmaq istəyənlərə ispanaq məsləhət görülür. Çünki tərkibində sellulozun miqdarı çoxdur və kalori miqdarı azdır.
İspanaq qəbzliliyi aradan qaldırır və bağırsaq sisteminə müsbət təsir edir. İspanaq bağırsağı təmizləyir.
Əsəb sistemi xəstəliklərində, qan azlığı, yorğunluq, gipertoniya, qastrit, diabet, enteroklit vaxtı ispanaqdan istifadə etmək məsləhət görülür.
Tərkibində E vitamini olduğu üçün də gözəllik üçün faydalıdır. Müntəzəm olaraq ispanaqdan istifadə etmək dişləri möhkəmləndirir, saçlara müsbət təsir göstərir və dərini cavan və elastik edir.
Yarpaqların tərkibində olan dəmir sellilütün yaranmasının qarşısını alır.
Hər dərdə dəva olduğu söylənilən ispanaq, vitamin cəhətdən olduqca zəngin vitamin qaynağıdır. Tərkibindəki minerallar və vitaminlər sayəsində çox keçmiş zamanlardan bəri bir çox xəstəliyin müalicəsində istifadə edilib. Qış aylarında rahatlıqla istifadə edə biləcəyiniz ispanaq, bişirilərək ya da çiy olaraq yeyilə bilər.
Bişirilən zaman müddətinə diqqət yetirmək vacibdir. Çox bişirilsə tərkibindəki vitaminin itməsinə səbəb olur. İspanaq kkalorisi və yağ miqdarı aşağı olan bir tərəvəzdir. Bu xüsusiyyəti ispanağı çəki itirməyə yardım edəcək hala gətirir.
Həzm sistemi üçün faydalıdır. Həmçinin qəbiz olanlar bu göyərtidən çox yeməlidirlər.
Son zamanlar mütəxəssislərin apardığı araşdırmalar ispanağın mədə və dəri xərçənginin qarşısını almağa kömək etdiyini sübut ediblər.
Tərkibindəki A vitamini sayəsində göz sağlamlığınızı da qoruya bilərsiniz.
İspanaq yemək sümükləri və dişləri də gücləndirir. Buna uyğun olaraq ispanaqın diş çürüməsinin qarşısını aldığı da iddia edilir.
İspanaq xolesterolu azaldır və diabet üçün də faydalı hesab olunur.
İspanağın bəzi məlum faydaları xüsusilə bədənin müqaviməti və dözümlülüyü ilə bağlıdır. Bədən dözümlülüyünü artıran və bədənə güc qatan ispanaq yorğunluğu aradan qaldırmaqda da təsirli bir qidadır.
İspanaq bədənin yara və yanıq kimi zədələnmiş bölgələrində də sağalmanı sürətləndirir.
Ziyanı
İspanaq ancaq müəyyən hallarda ziyan ola bilər. Sidik kisəsi xəstəliyi olanlara ispanaq yemək məsləhət deyil. Çünki ispanağın tərkibində şavel turşusu var.
Bəzi hallarda isə ispanaq allergiyaya səbəb ola bilər. Podaqra xəstəliyindən əziyyət çəkənlər ispanaqdan tez-tez istifadə etməməlidirlər. Çünki ispanağın tərkibində purin maddəsi var.
Son olaraq, ispanağı ətlə birlikdə qəbul etmək məsləhət görülür. Çünki dəmir və zülallar ətlə birlikdə qəbul ediləndə daha faydalı olur.
Diqqət. İspanaqdan yeməklər və ya salatlar hazırlanan kimi yeyilsə yaxşıdır, bir gündən çox saxlanmış ispanaqlı yeməklər tez xarab ola bilər, beləki ispanaqlı yeməklərdə zəhərli nitrat turşusunun duzları əmələ gəlir.

Пікірлер: 3
Mədənin "süpürgə"si olan ispanağın faydaları
5:18
Sənə Maraqlıdırsa
Рет қаралды 14 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
5 GÜN VƏZƏRİ YEYİN! - GÖRÜN NƏ BAŞ VERƏCƏK...
4:42
Balqabağın 5 əsas faydası. Balqabaq şirəsinin faydaları və zərərləri
6:32
Çuğundurun qızıldan qiymətli 5 FAYDASI
2:34
Medicina az
Рет қаралды 133 М.
Çuğundurun  min bir FAYDASI
7:49
Demədi Demə
Рет қаралды 749 М.
Qan Artıran 15 QİDA - 98% İnsan Bunu Bilmir
8:11
Bunu Bilirdin?
Рет қаралды 467 М.
İspanaq Yeməyinin Hazırlanmasi👍#ispanaq #yemək
10:13
Herşey daxil
Рет қаралды 4,7 М.
Göyərtilərin faydası
5:20
Bax Belə
Рет қаралды 40 М.