Göyərtilərin faydası

  Рет қаралды 40,322

Bax Belə

Bax Belə

Күн бұрын

Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.
Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
#baxbele #baxbelə #goyerti
---
İnsanın gündəlik rasionunda meyvə-tərəzlərin olması çox vacibdir. Lakin göyərtilər də öz faydalı xüsusiyyətlərinə görə meyvə-tərəvəzlərdən geridə qalmır. Biz çox vaxt göyərtilərə əlavə kimi, ədviyyat kimi baxırıq. Lakin du heç də belə deyil. Göyərtilərin gündəlik qəbulu (xüsusilə çiy şəkildə) insanın bütün orqan və sistemlərinə çox böyük müsbət təsir edir.
Göyərtilərin tərkibi çox zəngindir - mikro- və makroelementlər, vitaminlər, əvəzolunmaz aminoturşular, selluloz (qida lifləri) və s.
Cəfəri C vitaminlə olduqca zəngindir. Bundan əlavə cəfəridə beta-karotin, A, E, B qrupu vitaminləri var. Cəfəri müxtəlif xeyirli mikroelementlərin əsl anbarıdır. Belə ki, bu göyərtinin tərkibində dəmir, kalium, kalsium, ftor, maqnezium, sink, selen kimi vacib mikroelementlər var.
Şüyüd digər faydalı vitaminlərlə yanaşı P vitamini ilə zəngindir. Bu vitamin damarların və kapilyarların divarlarını möhkəmləndirir. Şüyüd həzm proseslərini yaxşılaşdırır, orqanizmi şlaklardan və toksinlərdən təmizləyir, öd- və sidikqovucu effektinə malikdir, təzyiqi normallaşdırır, köpdən azad edir.
Keşnişin göyərtisində və toxumunda müxtəlif faydalı vitamin və mikroelementlər var. Keşniş xüsusilə karotin, C, P, B qrupu vitaminlərlə zəngindir. Keşniş həzm prosesləri yaxşılaşdırır, qanın tərkibinə, ürəyin fəaliyyətinə və damarların vəziyyətinə müsbət təsir edir. Keşniş ağır qidaların (yağlı və s.) mənimsənilməsinə kömək edir, öd- və sidikqovucu, antiseptik təsir edir, insanın sinir sistemini sakitləşdirir.
İspanaq isanın immun sisteminə, sümüklərə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini normallaşdırır, sinir sistemini sakitləşdirir.
Lakin ispanağı həddən çox miqdarlarda qəbul etmək olmaz. Məsələ burasındadır ki, ispanağın tərkibində turşəng turşusu çoxdur. Bu turşu isə böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Podaqra, böyrək və sidik yolları xəstəlikləri zamanı ispanağın qəbulu arzuolunan sayılmır.
Turşəng A, C, B qrupu vitaminləri, orqanik turşular, ftor və dəmirlə zəngindir. Turşəng insanın immun sistemini möhkəmləndirir, dişlərin və dərinin sağlamlığını qoruyur, qanın tərkibini yxşılaşdırır, anemiya (qanazlığı) zamanı xeyirlidir, insanın sinir sisteminə müsbət təsir edir. Lakin ispanaqda olduğu kimi, turşəng də turşəng turşusu ilə zəngir. Bu isə onu böyrək xəstəlikləri olan və ya onlara meyilliliyi olan insanlar üçün ziyanlı edir.
Kərəviz maqneziumla olduqca zəngindir. Bu isə onu insanın sinir və qan sistemləri üçün çox faydalı edir.
Kərəviz iltihabəleyhinə, sakitləşdirici təsirlərinə malikdir. Arıqlamaq istəyən insanlar bu göyərtini öz gündəlik rasionuna daxil etməlidir.
Kərəviz sellulozla zəngindir. Bu isə onu qəbizlik, köp zamanı çox xeyirli edir. Kərəviz mədə-bağırsaq sistemini təmizləyir, həzm prosesləri və iştahanı yaxşılaşdırır.
Böyrək daşı və mədə xorası zamanı kərəviz ziyanlı ola bilər.
Reyhan güclü mikrob- və iltihabəleyhinə təsirlərinə malikdir, iştahanı artırır.
Kahı da çox xeyirli göyərtidir. Kahı A, B qrupu, C, K, E, Kalium, kalsium, maqnezium, sink, mis, dəmir, selen və s. makro- və mikroelementlərlə zəngindir. Kahı azkalorilidır və bu səbəbdən arıqlamaq istəyən insanlar bu göyərtidən istifadə edə bilərlər.
Nanə
Bədənə istilik və quruluq verir. Mədə və ürək fəaliyyətini qüvvətləndirir. Xörəklərdə nanə işlətmək həzmə yaxşı təsir edir. Mədə üçün faydalıdır, bağırsaq qazını özünə hopdurur, qanı durulaşdırır. Onu turş nar suyu ilə yedikdə hıçqırma və ürəkbulanmanı yatırır, iştahanı gücləndirir, mədə və nəfəs borusunu təmizləyir. Arpa unu ilə qatıb, təpitmə qoyduqda südqovucu təsir göstərir, çibanı yetişdirir.
Tərxun
Bədənə istilik və quruluq verir. Mədəni möhkəmləndirir, iştaha gətirir. Onu çeynəmək ağız yarası üçün
faydalıdır.
Reyhan
Bədənə istilik və quruluq verir. Yuxu gətirir. Pis qoxuları aparır. Xörəklərdə reyhan işlətmək ürək döyüntüsü və mədə zəifliyi hallarında münasibdir. Şirəsini şəkər ilə qatıb işlətmək, sinə ağrısı və təngnəfəslik zamanı faydalıdır. Onu çeynəmək və suyu ilə ağızı qarqara etmək ağız yarası zamanı məsləhət görülür.

Пікірлер: 17
@azrmusdafal6187
@azrmusdafal6187 4 жыл бұрын
Allah heç bir bitkini səbəbsiz yerə bitirməyib hər bir bitkini insan üçün faydalı yaradıb bunca səbəblərə rəğmən yenədə çox az Şükr edirik
@NüşabəQasımova
@NüşabəQasımova 14 күн бұрын
Allahım ,şükürlər olsun 🤲🤲🤲🤲🤲🤲🤲❤❤❤❤❤🤲🤲🤲🤲🤲🤲🤲🤲
@sevgihesenova8640
@sevgihesenova8640 2 жыл бұрын
Men her gun yeyirem yemek zamani sukur saglam qidalanmaq lazimdi cox sagolun melumatli video ucun
@arzuseyidova5650
@arzuseyidova5650 4 жыл бұрын
Teşekür elyirik size Allah razı olsun.. bele melumatları araşdırıb bize catırırsız..
@baxbele
@baxbele 4 жыл бұрын
Dəstəyiniz üçün təşəkkürlər
@0rxantaibow661
@0rxantaibow661 3 жыл бұрын
Bele bir sey axdarirdim cox sagolun.
@velibayramov9756
@velibayramov9756 3 жыл бұрын
Çox sağolun ki belə vidiyolara paylasirsiniz
@RamilaQasimova1
@RamilaQasimova1 2 жыл бұрын
Dəyərli məlumatlar üçün təşəkkürlər. Bir sualım var. Şomu və ispanaq eyni bitkidir?
@xeyalxeyal5470
@xeyalxeyal5470 2 жыл бұрын
Təşəkkür
@sakinamaharramova8698
@sakinamaharramova8698 4 жыл бұрын
👍👍👍
@aytenkerimov8025
@aytenkerimov8025 4 жыл бұрын
Göresen qan azdgna yaxşi olan göyerti hansdi
@totetote7723
@totetote7723 11 ай бұрын
BƏLİ
@azalkhan8486
@azalkhan8486 3 жыл бұрын
Bu
@xayalaabdullayeva6231
@xayalaabdullayeva6231 4 жыл бұрын
Güclü qadın öz ayaqları üstə duran qadındır .Xanımlar ehtiyyaclarinizi qarşılamaq üçün ,həyat yoldaşınızdan ,valideyinlerinizden pul istəməyə son qoymaq istəyirsinizsə bizə qoşulun ! Təhsil və təcrübə tələb olunmadan isle temin olursunuz !! Ən önəmlisi maaş kartı ilə işləmək imkanı əldə edirsiniz ve bütün bunları evdən çıxmadan edirsiniz ! Nece? Yazın deyim
@gulzadamuradova2347
@gulzadamuradova2347 4 жыл бұрын
Mən isdiyirəm necə əlagə saxlaya bilərəm
@rimarima6253
@rimarima6253 9 ай бұрын
Reyhan deyib,nane gosterirsiz bir az diqqetli olsaniz...
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
5 GÜN VƏZƏRİ YEYİN! - GÖRÜN NƏ BAŞ VERƏCƏK...
4:42
5 Azerbaijani Women Reveal Their Khinkali Cooking Secrets at Home
1:03:45
Golden Hands Cooking
Рет қаралды 399 М.
Mədənin "süpürgə"si olan ispanağın faydaları
5:18
Sənə Maraqlıdırsa
Рет қаралды 14 М.
LƏK DÜZƏLDİB GÖYƏRTİ ƏKMƏYİN QAYDASI!
10:22
NASİR HÜSEYN
Рет қаралды 53 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН