General Məhərrəm Əliyevlə qızıl məsələsi - Aslan İlyasovu öldürən səbəblər...

  Рет қаралды 51,655

TV11

TV11

9 ай бұрын

Toylardan milyonlar qazandı, içki onu yatağa saldı, “Qoymayın ölüm!” deyib haray çəkdi... Bağında məscid tikən qarmon ifaçısı - General polkovnik qarmonuna qızıl medalyon sancdı
"Sənət dostlarım əvvəllər içki içəndə gəlirdilər. İndi yatağa düşmüşəm, qapımı döyən yoxdur. Uşaqlarımın toyunu görə bilmədim. Ölmək istəmirəm. Qoymayın ölüm!" Toylardan milyonlar qazandı, bağında məscid tikdirdi, General polkovnik qarmonuna qızıl medalyon sancdı...
Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.
Onu sadə bir qarmon ifaçısı obrazından çıxaran, böyüdən, yaddaşlara hkk edən həm də özünün yazdığı musiqilər idi. O, "Aslani", “Həyati”, “İndira Qandi”, “Salyanı”, “Ülviyyə” rəqsləri ilə böyük məşhurluq qazanıb.
Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lent yazıları saxlanılır. Onun 22-si musiqiçinin bəstələdiyi rəqslərdi. Repertuarından savayı heç nə çalmağı sevməyib.
Rayon toylarının birində iştirak edəndən bir həftə sonra Aslan İlyasova zəng gəlir. Zəng vuran toy sahiblərindən biri olur. O, bildirir ki, toy kasetinə yenicə baxıblar və Aslan müəllimin ifasını hədsiz dərəcədə bəyəniblər. Toy adamları Aslan müəllimə verilən pulun azlığı narahat edib. Onlar xahiş ediblər ki, görüşüb ona əlavə zəhmət haqqı ödəyib, səhvlərin düzəltsinlər. Ancaq o, bu təkliflə razılaşmayıb. Toy adamları bir ay ona zəng vururlar, musiqiçi isə hər dəfə bir bəhanə ilə yayınır. Nəhayət bir gün onun iştirak etdiyi toya gələn adamlar ona iki böyük qızıl medal bağışlayırlar.
Aslan İlyasovun sevilən musiqilərindən biri də "İndra Qandi" rəqsi olub. Musiqiçi bu rəqsi İndra Qandi öləndə yazıb. Özü müsahibələrində bu barədə deyir: “O qadın öldürüləndə mən pərişan oldum. Ağbirçək bir qadın idi, öldürdülər. O zaman dayana bilmədim, bir rəqs yazdım, adını da qoydum "İndra Qandi". Bu rəqs də Dövlət Fondundadır. Axır vaxtlar mobil telefonlara da qoyublar”.
Yəqin ki, Allah da belə ilahi havaları elə bu cür insanlara qismət edir, əgər bir rayon uşağı durub sn min kilometrlər uzaqda öldürülən bir insana görə kədərlənərsənsə, ağlayarsansa, ilahi mükafatını da alarsan...
Aslan İlyasovun qarmonuna bir çox məşhur və vəzifəli insanlar medalyon sancıblar. Bunlardan biri də general Məhərrəm Əliyev olub. Musiqiçi bu barədə xatirələrində deyir: “Məhərrəm Əliyevdən tutmuş digər generallara kimi hamısı mənə qızıl medalyon hədiyyə edib. Görürdülər, puldan qaçıram, çıxış yolunu qızıl medalyonda tapırdılar”
Aslan İlyasov xalq tərəfindən sevilsə də, heç bir fəxri adı olmayıb. Buna görə musiqiçi son illər çox pis olurmuş:
“Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaları ilə fəxri ad almaları bir olur. Görəsən, bu, necə olur? Mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video-görüntüsü var. Konsert verib, əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm. Bu boyda da haqsızlıq olar? Dünyaya gəlməyimə peşmanam. Adam nifrət edir”.
Deyilənə görə musiqiçi bir çox zərərli vərdişlərlə yanaşı içkini də çox sevirmiş. Xəstəliyinin yaranma səbəbi də pis vərdişlərə aludəçiliyi olub. Ancaq özündən gənclərə içkidən və narkotikdən uzaq durmağı tövsiyə edib. Aktyor Çingiz Əhmədov müsahibələrinin birində deyir: “Aslan İlyasov kişi qeyrətli insan idi. 7-8 il bundan qabaq biz bir tədbirə düşdük. Getsin o günlər. Mən tamam qurtarmışam o aləmlə. Aslan mənə qayıtdı ki, Çina, içkini qoy qırağa, o heç kəsə xeyir gətirməyib. Özüm özlüyümdə düşündüm ki, bu özü yeyib-içən oğlandır, indi mənə niyə elə deyir. Sən demə demək istəyib ki, cavansan, indidən qurtar bu aləmlə. Mən ondan sonra içki aləminə nifrət etdim."
Ölümündən bir neçə gün əvvəl sənətçi göz yaşları içərisində bu sözləri deyib: "Sənət dostlarım əvvəllər içki içəndə gəlirdilər. İndi yatağa düşmüşəm, qapımı döyən yoxdur. Uşaqlarımın toyunu görə bilmədim. Ölmək istəmirəm. Qoymayın ölüm!"
Sənətkar 22 dekabr 2013-cü ildə Bakı şəhərində vəfat edib. Salyan qəbiristanlığında dəfn olunub.
Ömrün dəyəri uzunluğunda deyil, izindədir. Aslan İlyasov ömrününü dərininə yaşayanlardan oldu. Ona görə də adı musiqilərinin qanadlarında uçur, şəxsiyyətinin ağırlığında qəlblərə möhür qoyur. Onu sevənlər təmnnasız insanlardır. Təmənnasız sevgilər isə əbədi yaşayır. Ruhun şad olsun, snətkar!

Пікірлер: 128
@teymurlngteymurlng2906
@teymurlngteymurlng2906 9 ай бұрын
ALLAH MƏDƏNİYYƏT NAZİRLƏRİNİN BAŞINA DAŞ SALSIN. YIGDIQLARI DƏRMANLARA QİSMƏT OLSUN.
@zeynebhesenova2242
@zeynebhesenova2242 9 ай бұрын
ALLAH RƏHMƏT ETSİN RUHU ŞAD OLSUN NUR İÇİNDƏ YATSIN AMİN
@user-gq2pf3bm4u
@user-gq2pf3bm4u 9 ай бұрын
ОН БЫЛ -- ДАСТОЙНЫМ СЫНОМ АЗЕРБАЙДЖАНА.
@sayalialiyeva9828
@sayalialiyeva9828 9 ай бұрын
Ona Xalq verdi adı Karifey Sənətkar Aslan İyasov ❤ Kağız üsdündə adı olmasada həmişə Xalqın ürəyindədir Aslan İlyasov ❤ Ruhu şad olsun qarmonu ağladan Sənətkarın 😢😢
@dilberbabayeva7466
@dilberbabayeva7466 9 ай бұрын
АЛЛАХ АСЛАН МУАЛЛИМЕ РЕХМЕТ ЕЛЕСИН ОНУН КИМИ ИНСАН ВЕТЕН СЕВЕН ИНСАН АМА ХЕЧ КИМ ОНА КОМЕК ЕТМЕДИ ЧУНКИ ЕГИДЕСИ ДУЗ АДАМ ОЛА БИЛМЕЗ ЕФСАНЕВИ ГОЗЕЛ СЕНЕТКАР СЕНИН ЙЕРИНИ ХЕЧ КИМ ЕВЕЗ ЕДЕ БИЛМЕЗ😢😢😢😢😢
@gorets1976
@gorets1976 9 ай бұрын
Cəmi 66 il yaşıyıb🤔Allah rəhmət eləsin,ruhu şad olsun🤲
@baxtiyaraliyev5828
@baxtiyaraliyev5828 9 ай бұрын
Allah rəhmət eləsin.
@letifeisgenderova7348
@letifeisgenderova7348 9 ай бұрын
Allah rəhmət eləsin ən cox sevdiyim sənətkar idi
@Mars2023-ek8os
@Mars2023-ek8os 9 ай бұрын
Allah rehmet etsin.
@Roma-rb3ns
@Roma-rb3ns 9 ай бұрын
Allah rəhmət eləsin böyük sənətkarı! əsl xalq artisti!
@user-lm7hz2ge9d
@user-lm7hz2ge9d 9 ай бұрын
Ölmək istəmirəm qoymayın öləm . 😭😭😭😭arzuları ürəyində qalan sənətkar.
@elmiraagayeva6684
@elmiraagayeva6684 9 ай бұрын
Allah rəhmət eləsin !!! İndi də qulaq asırıq onun ifa etdiyi musiqilərə !,,
@namesurname4199
@namesurname4199 9 ай бұрын
Sənətkara Allah rəhmət eyləsin. 😭😭😭🥀🥀🥀
@fjmgwshgw1500
@fjmgwshgw1500 9 ай бұрын
Allah rahmet etsin. Semender Rzayevde hemen xestelikden 41 yaşında dünyaya gözlerini yumdu. Dahiler uzun ömür sürmesede onların yaratdıqları qısa ömre sıgdırdıqları gözellikler ebedi olaraq yaddaşlardan silinmir . Xalqın sevdikleri mehz bu insalardır
@nazileferecova9120
@nazileferecova9120 9 ай бұрын
Allah qəni qəni rəhmət eləsin gözü könlü tox olan sənətkar onun bir dənə həyati rəqsi dünyaya dəyər mən o rəqsi dinləyəndə hər zaman sevinirəm və çox kövrəlirəm deyirəm hayıf səndən gözəl sənətkar belə qəlbə toxunan ölməz rəqsləri qoydun getdin günü gündən rahat yat yerin behişt olsun 😢
@orkhanjuvarli9727
@orkhanjuvarli9727 9 ай бұрын
Əla 🙏🏻
@untrueworlddreams1989
@untrueworlddreams1989 9 ай бұрын
Aslan elə aslan olub qürurlu və mərd!!! Onsuz da xalqın sevimlisi olaraq xalqın qəlbindədir və daim da yaşayacaq!
@kifayeteliyeva9061
@kifayeteliyeva9061 9 ай бұрын
Adın nə mənası var, o bizimlə birlikdə yaşayır, heç bir kəs Aslan müəllim kimi çala bilməz, xalqın sevgisini qazanan sənətkardır
@stochmiroslav6383
@stochmiroslav6383 9 ай бұрын
Çoox gözəl şərh edirsiniz
@nrmnrza7939
@nrmnrza7939 9 ай бұрын
hər gün yeni məlumatlar öyrənirik sayənizdə ❤
@user-hh8zx8mn6m
@user-hh8zx8mn6m 9 ай бұрын
Allah rehmet elesin gozel barmaqlari vardi
@zulfiyyekerimova4332
@zulfiyyekerimova4332 9 ай бұрын
mekanin cennet olsun olmez senetkar ne gözel ureyiniz olub sizin 😢😢
@murtzaliyev9452
@murtzaliyev9452 9 ай бұрын
Allah Rəhmət Eləsin məkanın Cənnət Olsun Böyük Sənətkar.Xalq Səni heç Unutmayacaq Siz Xalqımızın Ürəyindəsən 😢
@telliquliyeva2371
@telliquliyeva2371 9 ай бұрын
ALLAH O dünyasını versin ruhu şad məkanı cənnət olsun.Onunkimilərə ad vermirlərki Azərbaycanda.Bizim rayonun ürəyində yaşayır ona hüc fəxri ad lazım deyil o pulsuzda ürəylərdə yaşayacag.ALLAH hec vaxt onu yaddan cıxartmayacagıg.🤲🤲🤲🤲
@azerserur6311
@azerserur6311 9 ай бұрын
Aslan bey nadir sanatkar ve merd insan olub nur içinde yarasan
@furuzemenefova7109
@furuzemenefova7109 9 ай бұрын
Allah rəhmət eləsin gözəl insan ❤neynir kağız üzərindəki adı elə xalq artistləri varki illərlə yada düşmür hec vallah
@ceqivarakastro2268
@ceqivarakastro2268 9 ай бұрын
Allah rəhmət eləsin.Ruhu şad olsun.
@alialiyev6662
@alialiyev6662 9 ай бұрын
Allah Rəhmət Eləsin.yaxşi ki ad almadı.ad alsaydı yalançı adlılara qarışardı.Öz adl bizə də özünə də yetər.
@ilkinslimov9163
@ilkinslimov9163 9 ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN
@user-lm7hz2ge9d
@user-lm7hz2ge9d 9 ай бұрын
Allah sənə rəhmət eləsin Aslan Ilyasov gözəl sənətkarımız. Maşallah.
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 9 ай бұрын
😢
@yasarxudiyev648
@yasarxudiyev648 9 ай бұрын
Karifey sənətkara Allah rəhmət eləsin.Hörmətsiz xaq artisti olmaqdansa,xalqın sevimlisi Aslan İlyasov olmaq daha yaxşıdı.
@alizaminaliyev6054
@alizaminaliyev6054 9 ай бұрын
Gözəl insan,HACİ ASLAN İLYASOV.DUZDUR,SƏXSƏN TANİYİRDİM
@zaurkerimov4080
@zaurkerimov4080 8 ай бұрын
Səlyanımızın fəxri əvəz olunmaz sənətkar Allah Qəni qəni rəhmət eləsin səni qəbrin nurla dolsun Allah günahlarını bağışlasın.. heçkimə əyilməyən ustad...
@anarhemzeyev4593
@anarhemzeyev4593 9 ай бұрын
O insan qarmonun krali idi .Allah rəhmət eləsin indiyənə qədərdə el şənliklərində xeyir işdərdədə onun musiqisin ifa edirlər.ona bizim xalqimizin özu ad verdi dövlətə ehtiyac yoxdu.şənliklərdə Aslani havasi hələ bu sənətkara məxsusdu.
@renaaxundova2541
@renaaxundova2541 9 ай бұрын
Ruhu şad olsun
@user-zx1fn5di7l
@user-zx1fn5di7l 6 ай бұрын
Aslan mellim heqiqeten adl kimide Aslanlydl. Edebli qeyretli senetkar Allah rehmet elesin. indi xalq yoxdu ki,xalqln artistide ola
@ismayleliyev733
@ismayleliyev733 9 ай бұрын
🤲
@omarkhayyamy
@omarkhayyamy 9 ай бұрын
Əmim oğlu... Allah sənə rəhmət eləsin!
@AliAliyev-nm8sg
@AliAliyev-nm8sg 9 ай бұрын
Allah rəhmət eləsin o cür kişini və o cür sənətkar Məşədi Aslanı! Rəhmətlik Elşən də onun bacısı oğlu, həm də mənim qudamdı.dayı,bacı oğlu, ikisi də erkən getdi həyatdan. Allah ikisin də rəhmət eləsin.
@AliAliyev-nm8sg
@AliAliyev-nm8sg 9 ай бұрын
Bir arzum ürəyimdə qaldı. Bizim binə kəndində Rəhmətlik Aslan toylarda iştirak eləmişdi. Mən də kicik oğlumun toyuna dəvət eləmək istəyirdim. Allah bilən məsləhətdi. Qismət olmadı. Salyanın fəxriydi. Allah rəhmət eləsin,mərd və sadə sənətkar Əslanı!
@AliAliyev-nm8sg
@AliAliyev-nm8sg 9 ай бұрын
Salyan camaatı onu Əslan çağırırdı! Allah rəhmət eləsin! Ruhun şad olsun Məşədi!
@user-rz5cd7el7r
@user-rz5cd7el7r 9 ай бұрын
Aslan İlyaso efirə çıxmağa o qədər də həvəsi yox idi.başqaları kimi özünü gözə soxan deyildi.
@ihamhuseyn5544
@ihamhuseyn5544 9 ай бұрын
Allah ruhun şad eləsin məkanı cənnət olsun.
@alizaminaliyev6054
@alizaminaliyev6054 9 ай бұрын
O BAQA HEYDƏR BAQİ ADİN VERMİSDİ,SONRA NƏ OLDU BİLMİRƏM
@stochmiroslav6383
@stochmiroslav6383 9 ай бұрын
Çox maragli şərh edirsiniz
@user-dv9vs3qj9v
@user-dv9vs3qj9v 6 күн бұрын
Amin
@mehebbetasadova7781
@mehebbetasadova7781 9 ай бұрын
ALLAH rəhmət etsin
@user-id1zn7tz2m
@user-id1zn7tz2m 4 ай бұрын
Аслан бир номрели гармон устасы олуб ве еледе галачаг 👍💯 с/у Алиаскер г.Грозный
@cingizramazanov6274
@cingizramazanov6274 9 ай бұрын
Lah rəhmət eləsin,Xalqının sənətkarı,ruhun şad olsun ustad.
@subhanbabazade1807
@subhanbabazade1807 9 ай бұрын
Səviyəsizlərə yaltağlara verirlər fəxri adları belə sənətkarlar kənarda galırlar çox heyif
@israfilyusifoglu6331
@israfilyusifoglu6331 7 ай бұрын
Allah rehmet elesin kişi kimi doğulub kişi kimide rehmete ğedib.
@Partizan-bh8oz
@Partizan-bh8oz 9 ай бұрын
Əla
@azersadiqli7224
@azersadiqli7224 9 ай бұрын
O ĞÖZƏL SƏNƏTİ VƏ QÜRURUİ İIƏ YADDAŞLARDA ƏBƏDİ QALAN SƏNƏTKARDI.RUHU ŞAD OLSUN AMİNNNN.
@elseveraliyev1233
@elseveraliyev1233 9 ай бұрын
❤❤❤❤
@adsoyad1210
@adsoyad1210 9 ай бұрын
Maraqlı verilişlərində görə sizə təşəkkür edirəm sözlər kəlamlar dəhaninizda bulaq kimi qaynayır..var olun..Aslan İlyasov ürəklərdə yaşayan sənətkardır. O ölməyib musiqiləri ilə bərabər ruhumuza koçür..əbədiləşib..əbədiyaşardır!.
@SebihSemedova-dp8ih
@SebihSemedova-dp8ih 9 ай бұрын
Yaxwiya yer yoxdu
@VetenEliyev-ib4kw
@VetenEliyev-ib4kw 9 ай бұрын
Allah rəhmət eləsin böyük sənətkar idi.
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 9 ай бұрын
❤❤❤
@cemilmamedov5098
@cemilmamedov5098 9 ай бұрын
Allah böyük sənətkarı rəhmət eləsin,ruhu şad olsun.
@user-cd9sh3ui9n
@user-cd9sh3ui9n 9 ай бұрын
Аллах рехмет еласин Аслан бейи языг ички ону сендюрду ейиф достлары ону унутду амма Шехер мехкемасин янында иномаркала гелерди кафея чаван вахтында
@kamalhuseynov3421
@kamalhuseynov3421 9 ай бұрын
Heyf Adandan
@user-zo5ie2uc5k
@user-zo5ie2uc5k 9 ай бұрын
ALLAH SİZƏ RƏHMƏT EYLƏSİN. SİZ KİŞİ KİMİ GƏLİB KİŞİ KİMİDƏ GETMİSİNİZ. RUHUNUZ ŞAD OLSUN. MƏKANINIZ CƏNNƏT OLSUN.
@safuraallahverdiyeva1370
@safuraallahverdiyeva1370 9 ай бұрын
Allah rehmet elesin ruhu sad olsun😢
@xumayberenq8283
@xumayberenq8283 9 ай бұрын
АЛЛАН☝️🤲РЕНМЕТ☝️🤲 ЕЛЕСИН! РУНУ ШАД,👍МЕКАНЫ☝️🤲 БЕНИШТ🎼 ОЛСУН!🇦🇿✊🏻
@Filankes00
@Filankes00 9 ай бұрын
Simasında kişi sifəti var. Allah rəhmət eləsin
@user-mg4mg7yc3t
@user-mg4mg7yc3t 9 ай бұрын
Аллаh раhмат еласин 🤲
@user-jd7ub6vx9c
@user-jd7ub6vx9c 9 ай бұрын
Aftandil xalq artisti idi, Aslanin dirnaĝina dèymèzdi.
@m.sima.5326
@m.sima.5326 9 ай бұрын
Elə insanı cəhətdən də.
@tomitomi3573
@tomitomi3573 9 ай бұрын
Allah rəhmət etsin deyerli senetkar .😢😢😢😢❤
@muxtarovcavid8262
@muxtarovcavid8262 7 ай бұрын
Allah rəhmət eləsin
@vusalquliyeva2476
@vusalquliyeva2476 9 ай бұрын
🎉
@teymurlngteymurlng2906
@teymurlngteymurlng2906 9 ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN.GÖZƏL SƏNƏTKARIMIZA. AMİN.
@raminhuseynov4899
@raminhuseynov4899 9 ай бұрын
Allah rehmet elesin .
@ferganamahmudova9729
@ferganamahmudova9729 8 ай бұрын
Allah rehmet elesin onu. Rehmetlik menim anami toylarda goren kimi Terekeme reqsini calardi, arxasinca da Sekine dayi qizi nay-nay. O da anasinin reqsiydi. Nur icinde yatsin.
@mexmanaliev6553
@mexmanaliev6553 9 ай бұрын
АЛЛАh СƏНИН МƏKAHЫНЫ ЧƏHHƏTЛИК ЭТСИН ИН ША АЛЛАЛ . CƏHHƏН ГƏЛМƏЗ БИР ДАhА . ЙЕРИН ГÖPYHYR hƏP ЗАМАН hƏP AH😢😢😢
@vaqifbdlov3667
@vaqifbdlov3667 8 ай бұрын
GÖZƏL SƏNƏTKAR. ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN. SƏN. XALQIN ÜRƏYİNDƏSƏN. ASLANKI. ASLAN.
@namajapsasil9823
@namajapsasil9823 9 ай бұрын
.бу.нежа.олур.пулун.вар..вер.мамурлара.назирлара.узларна.тупуркнан.
@TV11-azerbaijan
@TV11-azerbaijan 9 ай бұрын
Materialı bəyənənlər TV11-ə abunə ola bilər. Öncədən təşəkkür edirik.
@user-gf6cq1ox2v
@user-gf6cq1ox2v 6 ай бұрын
Allah rahmat elasin Zohra Xanimda bash cakirdi vidioda var.
@user-lj3mg2gk6j
@user-lj3mg2gk6j 7 ай бұрын
Allah rehmet etsin
@nrmnrza7939
@nrmnrza7939 9 ай бұрын
😮😢
@user-sx6et6no1b
@user-sx6et6no1b 9 ай бұрын
Allah rəhmət etsin
@naibdzhafarov9527
@naibdzhafarov9527 8 ай бұрын
Аллах рехмет елесин рухи шад мезары нурле долсун иншаллах амин йа Аллах амин☝
@mahmudmahmudov9965
@mahmudmahmudov9965 9 ай бұрын
Onlar o adı dallarıyla tarazlayıblar.Allah sənətkarımıza rəhmət eyləsin.
@jewelleryaz233
@jewelleryaz233 7 ай бұрын
O boyda sənətkara niyə fəxri ad vermədilər Görəsən? Allah o kişiyə rəhmət eləsin gözəl sənətkar idi
@kamalhuseynov3421
@kamalhuseynov3421 9 ай бұрын
Xalqın hörmətini qazanan və xalq ona " XALQ ARTİSTİ " bu vəxri adı verib.Allah rəhmət eləsin.Kül hakimiyyətin başına onların başına dəysin.
@aurufsnfieiu5491
@aurufsnfieiu5491 9 ай бұрын
Allah rahmat elasin gözal dahi insan sanin barmaqlarin qizildandi ruhun şaad olsun
@vaqifnasirov205
@vaqifnasirov205 Ай бұрын
Allah rəhmət eləsin qəbri nurla dolsun.
@ussr7613
@ussr7613 9 ай бұрын
Məhərrəm və onun kimiləri halal zəhmətlə qazansaydılar belə hədiyyə edərdirlərmi???? Aslan Allah rəhmət eləsin 🙏🙏🙏
@sahinehmedov7054
@sahinehmedov7054 7 ай бұрын
Unudulmaz senatkarimiz.Qəlbimizdə daim yaşayacaq.Xalq artisi adini ona xalq verib.
@khatirajavadova8866
@khatirajavadova8866 9 ай бұрын
Allah rəhmət etsin, Salyanimizin fəxri, ölmez senetkar
@nurlanaydinnur1520
@nurlanaydinnur1520 9 ай бұрын
Allah rehmet elesin sag olunki biediklerimizi bildik
@yazgulgehremanova8983
@yazgulgehremanova8983 9 ай бұрын
Ruhun sad olsun
@ceyhun8558
@ceyhun8558 8 ай бұрын
ALLAH rəhmət eləsin Aslan müəllimə!!! Ona əsl adı Azərbaycan xalqı verib!!!
@muslummammadzada7040
@muslummammadzada7040 9 ай бұрын
MƏKANI CƏNNƏT OLSUN. GÖZƏL İNSAN İMİŞ.
@serdaramin1910
@serdaramin1910 9 ай бұрын
@meherremeyyubov1097
@meherremeyyubov1097 8 ай бұрын
Allah rəhmət eləsin .Allah yerini cənnət eləsin
@vatankasimova7140
@vatankasimova7140 7 ай бұрын
❤❤❤Allah rahmet eylesin mekanı cennet olsun güzel ünvan verilsin
@elmiraliyev2717
@elmiraliyev2717 9 ай бұрын
Allah rəhməd eləsin xalqın artisti.
@user-gd7ph8mz2g
@user-gd7ph8mz2g 9 ай бұрын
Yasamal gebirsanliginda gebrin gormusem
@cavidrzayev-se6nt
@cavidrzayev-se6nt 9 ай бұрын
Kişi adi her şeyden üstündü... Allah sene rehmet eylesin AZERBAYCAN kişisi....
@ElmanPiriev-or9yr
@ElmanPiriev-or9yr Ай бұрын
Аллах Рахмат елесин.
@TV11-azerbaijan
@TV11-azerbaijan 9 ай бұрын
Verilişdə təqdim olunan kitabı əldə etmək istəyən şəxslər 0502917898 nömrəsinə vatsapda yaza bilər.
@fxrddinliyev4008
@fxrddinliyev4008 9 ай бұрын
qardaş sağ ol sən ALLAH Osaqqalı qırx tamaşaçı bunu qəbul etmir saqqalı mod salana lənət olsun
Follow @karina-kola please 🙏🥺
00:21
Andrey Grechka
Рет қаралды 25 МЛН
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 12 МЛН
ОДИН ДОМА #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Qan Turalı meyxana
10:59
Qan Turalı
Рет қаралды 24 М.
Aslan İlyasov - Həyatı rəqsi - 27.12.1996
10:51
Oqtay Hasan
Рет қаралды 99 М.
Follow @karina-kola please 🙏🥺
00:21
Andrey Grechka
Рет қаралды 25 МЛН