Hər gün 1 dənə KİVİ YEYİN - 2 həftədən sonra...

  Рет қаралды 6,519

Bir Bax

Bir Bax

Күн бұрын

#BirBax #Azerbaycan #sağlamlıq
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Bəşəriyyətə məlum olan “ən gənc meyvələr”dən biri kivi. Orqanizmdə qan azlığından tutmuş, ürək-damar xəstəliklərinə kimi bir çox ağır və mövsümü xəstəlikləri KİVİ ilə sağaltmaq mümkündür. Yetər ki verdiyimiz məsləhətlərə əməl edəsiniz. Bu gün sizə çox faydalı olacaq bir video hazırlamışam. Diqqətiniz məndə olsun.
Dəyərli izləyicilər, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Aşağıda yerləşən abunə ol və bəyən düyməsinə basın ki, sizin üçün yeni videolar hazırlayaq.
Kivinin faydaları bunlardır:
İmmuniteti möhkəmləndirir. Kivinin təxminən 100 qr-da 98 milliqram C vitamini var. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Kividə universal vitamin sayılan C vitamini olduqca yüksək miqdardadır. Buna görə də, xüsusilə, qış aylarında və ya mövsümi xəstəliklər tüğyan edən vaxt kivi yemək orqanizmə müsbət yöndən təsir edir. Gündə bir neçə dənə kivi yemək immuniteti möhkəmlədir. C vitamini maddələr mübadiləsində də aktiv iştirak edir. Hüceyrələri sərbəst radikalların yetirəcəyi xəsarətdən qoruyur.
Ürək-damar sisteminin işini normaya salır. Ekzotik meyvə yüksək miqdarda kaliuma malikdir. Kaliumun arterial təzyiqi tənzimləməsini, ürəyin fəaliyyətini normallaşdırdığını, damarların divarlarını möhkəmləndirdiyini artıq hamımız bilirik.
Nəfəs almanı asanlaşdırır. C vitaminin tənəffüs sistemi problemlərinin həllindəki əvəzsiz rolu elmə çoxdan məlumdur. Kivi boğazdakı ağrıları azaldır, nəfəs almanı asanlaşdırır, tənəffüs yollarını təmizləyir.
Mərkəzi sinir sisteminə müsbət təsir edir. Bəli, kivi depressiyadan və nevrozdan xilas olmağa kömək edir. Eyni zamanda, stressin qarşısını alır və yuxunu normallaşdırır. İdmançılara tövsiyə edilir ki, rasionlarında kiviyə xüsusi yer ayırsınlar. Çünki o, əzələlərdəki və sinirlərdəki iltihablanmanın qarşısını alır.
Hemoqlobin səviyyəsini yüksəldir. Kivinin tərkibində dəmir də bol miqdardadır. O, qan azlığını aradan qaldırmaq və hemoqlobin səviyyəsini yüksəltmək üçün əla vasitədir. Meyvənin tərkibindəki B vitamini isə əhval-ruhiyyəni yüksəldir, qan axınını sürətləndirir.
Görmə qabiliyyətini yaxşılaşdırır. Kivinin tərkibində fito-kimyəvi maddə olan lutein var. Bu maddə itirilmiş görmə qabiliyyətini bərpa edir. Lutein, həmçinin, gözləri sərbəst radikallardan da qoruyur. İnsan orqanizmi luteini sintez eləməyi bacarmır. Biz onu yalnız qidalar vasitəsilə qəbul edə bilirik. Kivi zeaksantin ilə zəngindir. Qeyd edim ki, zeaksantin əksikliyi də görmə qabiliyyətinə mənfi təsir edir.
Kivi bədəndə olan artıq mayeni dəf edir. Kivinin çox hissəsi sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır.
Zərərləri və əks təsirləri.
Faydalarına baxmayaraq, bəzi hallarda kividən uzaq durmaq lazımdır.
-Əgər hər gün artıq miqdarda kivi yesəniz, dermatitə səbəb ola bilər.
-Mədəaltı vəzinin kiviyə kəskin reaksiya verməsi halları da tibbdə rast gəlinəndir.
-Qastritdən, mədə turşuluğunun çox olmasından əziyyət çəkənlərə də kivi yemək məsləhət görülmür. Kivinin tərkibindəki təbii turşular xəstəliyi irəlilədə bilər. Mədə xorası da kividən uzaq durmaq üçün səbəbdir.
İstənilən mədəaltı vəzi və ya bağırsaq xəstəliyində də kivi orqanizmin “düşməninə” çevrilir. Üstəlik, o, allergik meyvələrdəndir. Əgər orqanizm kiviyə qarşı allergiya verirsə, bu, kivi yeyildikdən sonrakı 1 saat ərzində meydana çıxır. Dəridə müxtəlif qızartılar, səpkilər peyda olur, dildə iltihablanma müşahidə edilir. Hərdən boğazda o dərəcədə kəskin qıcıqlanmalar olur ki, nəfəs almaq çətinləşir. Buna görə də, uşaqlara kivi verərkən, yaxud ömründə heç kivi yeməmiş insana bu meyvəni təklif edərkən ehtiyatlı olmaq lazımdır. Allergik reaksiyanın mövcudluğunu müəyyən etmək üçün olduqca az miqdarda kivi rasiona daxil edilməli, qəbulundan sonrakı reaksiyalar nəzarətdə saxlanılmalıdır.
Qeyd edim ki, kivinin hazırda marketlərdə satılan növü, təxminən, 100-150 il bundan əvvəl qida sənayesinə daxil olub. Çinin cənubundakı Yangtse vadisinə məxsus kivi 1850-ci illərdə avropalılar tərəfindən kəşf edildi. 1900-cü illərin əvvəlində Yeni Zelandiyalı Elisona hədiyyə kimi kivi toxumları göndərilir. Bundan sonra meyvə İngiltərə və Amerikaya da yayılır. Meyvənin hazırda dünyada tanınan adı Yeni Zelandiyaya məxsus, uçmaq qabiliyyəti olmayan kivi adlı quşdan götürülüb. Çünki meyvə məhz bu quşa çox oxşayırdı.

Пікірлер: 16
@DoktorSadiq
@DoktorSadiq 12 күн бұрын
Gözəl faydalı məsləhətlər teşekkürler
@birbaxkanal
@birbaxkanal 12 күн бұрын
Biz təşəkkür edirik
@asifesgerov3284
@asifesgerov3284 12 күн бұрын
Gozəl məlumat ūcūn coxlu - coxlu sag olun.
@birbaxkanal
@birbaxkanal 12 күн бұрын
Siz sağ olun
@BaxtiyarMextiyev
@BaxtiyarMextiyev 12 күн бұрын
Salam Xəyalə xanım. Səsinizin axarlılığı, çoşqun bulağı xatırladır. Maşallah.
@Ezize-yy1fu
@Ezize-yy1fu 12 күн бұрын
ÇOX SAĞOLUN XƏYALƏ XANIM
@birbaxkanal
@birbaxkanal 12 күн бұрын
Siz sağ olun
@agazada2023
@agazada2023 12 күн бұрын
Kivi meyvəsi çox süperdir aman xeyirli var çox dadlıdır vitamin əladır həmişə sağlamlıq olsun soyuq dəymə qoruyur süper kivi meyvəsidir 😊❤😇👍👍👍👍👍👍👍ben həmişə kivi meyvəsi çox qidalaniram 😊
@birbaxkanal
@birbaxkanal 12 күн бұрын
Daim sağlam olun
@SimaƏhmədova
@SimaƏhmədova 12 күн бұрын
Salam hər kəsə.Coxsagolun faydalı məsləhətlər ucun❤❤❤
@birbaxkanal
@birbaxkanal 12 күн бұрын
Siz sağ olun
@asifesgerov3284
@asifesgerov3284 12 күн бұрын
Okean mebei gözəl və rahatdı.
@birbaxkanal
@birbaxkanal 12 күн бұрын
Bəli
@amilhuseynov2842
@amilhuseynov2842 12 күн бұрын
Ela❤🎉
@alimemmedov9432
@alimemmedov9432 12 күн бұрын
❤❤❤👍👍👍
@sebirecaniyeva2421
@sebirecaniyeva2421 11 күн бұрын
Oktyabrda kivi yedim gelen oktyabra kimi bigazim sagalmadi nefesi totir asankawdirmir
Şəkər Xəstəsi | Komedixana  388-ci bölümdən
23:44
Komedixana
Рет қаралды 535 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Zərərli 6 Qidadan UZAQ DURUN!
8:31
Bir Bax
Рет қаралды 194 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН