Hər gün 2 MİXƏK Çeynədim - 11 Xəstəliyim Sağaldı

  Рет қаралды 38,951

Bir Bax

Bir Bax

Күн бұрын

#BirBax #xalqtəbabəti #mixək #гвоздика
Hər gün 2 dənə mixək yesəniz, 11 xəstəlikdən özünüzü qoruya bilərsiniz. Çoxlarınıza gülməli kimi səsləndə də, bu həqiqətdir. Qədimdə indiki kimi kimyəvi dərmanlar olmayıb. İnsanlar özlərini bitkilərin şəfaverici gücü ilə müalicə ediblər və daha sağlam olublar. Bu gün həmin möcüzəvi vasitələrdən biri olan mixəkdən danışacam. Videomuza sona kimi baxsanız, onun doğru istifadə qaydaları haqda da məlumat alacaqsınız. Diqqətiniz bizdə olsun.
Hər gün nizamlı şəkildə 2 mixək yemək fiziki və psixoloji sağlamlıq üçün olduqca faydalıdır. Bəs faydalar bələrdir? Gəlin onlardan danışım.
1. Təzyiqi aşağı salır. Aparılan elmi araşdırmalar sübut edib ki, mixək yağı ilə masaj edilən zaman əzələlər rahatlayır, damarlar genişlənir, nəticədə, təzyiq aşağı düşür;
2. Cinsi istəyi artırır. İstər qadın, istər kişi olsun, mixək cinsi sağlamlığı dəstəkləyir. Antioksidant və mikrob əleyhinə olan xüusiyyətləri bir yana, mixək kişilərdə spermanın keyfiyyətini yüksəldir, afrodizyak kimi təsir edərək cinsi istəyi artırır;
3. İnfeksiyanı önləyir. Mixək stafilokok və E.coli (bağırsaq çöpləri) kimi bakteriyalarla mübarizə aparmaq qabiliyyətinə malikdir. Eyni zamanda, göbələk infeksiyalarından qoruyur;
4. Xərçəngin əmələ gəlməsinə mane olur. Mixəyin tərkibindəki birləşmələr orqanizmi xərçəng kimi xroniki xəstəliklərdən qoruyur. Həmin birləşmələr sərbəst radikalların toxumalara zərər vurmasına da imkan vermir;
5. Ağrını azaldır. Evgenol (eugenol) mixəkdəki birləşmələrdən biridir. Diş ağrılarını və iltihablanmanı azaltmaqda mahirdir. Diş ağrısı şiddətlidirsə, bir parça pambıq götürün, üstünə bir neçə damcı mixək yağı damızdırın. Pambığı ağrıyan dişə basdırın. Ağrı azalacaq, diş həkiminə gedənədək rahat olacaqsınız;
6. Ağızdakı pis qoxunun qarşısını alır. Antiseptik olmasıyla məşhur olan mixək təbii aromaya malikdir. Ağız qoxusunu yox etmək üçün ideal vasitələrdəndir. Bu məqsədlə mixək çeynəmək, ya da mixək çayı ilə ağızı qarqara etmək kifayətdir;
7. Həzmi dəstəkləyir. Həzm sistemini rahatladan mixək mədəni və bağırsaqları dəstəkləyən fermentləri aktivləşdirir ki, nəticədə, ishalın qarşısı alınır. Bundan əlavə, qaz problemində də orqanizmin köməyinə çatır. Dən lobya, brokoli və ya gül kələmdən hazırlanan yeməklərin üstündən mixək çayı içsəniz, daha rahat olarsınız;
8. Sağalmanı sürətləndirir. Dəriyə tətbiq edilən mixək yaraların sağalmasını tezləşdirir. Buna o, iltihabı azaltmağı və antiseptik xüsusiyyəti ilə nail olur;
9. Əzələləri rahatladır, yorğunluğu aradan qaldırır. Mixək yağını masaj yağına qataraq əzələləri ovmaq bədənin yorğunluğunu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır. Mixək əsaslı geli əzələlərin ağrıyan yerlərinə çəksəniz, ağrılar qısa zamanda yoxa çıxacaq;
10. Öskürəyi azaldır. Uzun sürən öskürək, bronxit və soyuqdəymə varsa, mixək müalicəvi vasitə kimi köməyə çatır. Antibakterial, iltihab əleyhinə və ekspektorant xüsusiyyətə malik mixək tənəffüs yollarını təmizləyir, bəlğəmgətirici kimi çıxış edir;
11. Diş əti xəstəlikləriylə mübarizə aparır. Bayaq da qeyd etdiyim kimi, tərkibindəki evgenol sayəsində mixək ağız boşluğu, diş və diş əti problemlərinin aradan qaldırılmasında effektivdir. Mixək çayı ilə ağızı qarqara etmək, mixək çeynəmək diş ətinin sağlamlığını qoruyur, mövcud xəstəlikləri sağaldır;
Mixəyi şirniyyatlara, şorbalara qata bilərsiniz. Ən gözəli isə mixək çayıdır.
1 xörək qaşığı mixək götürün, üyüdün. 1 litr qaynamış suya qatın və ağzını örtərək 20 dəq dəmlənməsini gözləyin. Sonra çayı cuna ilə süzün. Artıq 4 stəkan mixək çayınız var! Zövqə görə, isti, ilıq və ya soyuq halda içə bilərsiniz.
Mixəyin bir başqa özəlliyi də ağcaqanad əleyhinə vasitə olmasıdır. 1 limonu ortadan kəsin. Bir neçə mixəyi limonun lətinə sancın. Masaya qoyun. Oturduğunuz yerə ağcaqanad yaxınlaşmayacaq.
Dərinizə mixək yağı çəkməklə, mixək yağını limon yağı və kokos yağı ilə qarışdıraraq losyon hazırlayıb bədəninizə sürtməklə də ağcaqanadlardan xilas ola bilərsiniz.
Müxtəlif mədəniyyətlərdə mixəklə bağlı miflərin sayı da çoxdur.
Hind mifologiyasında mixək “təmizlik və müqəddəslik” rəmzidir. Dini mərasimlərdə məbədlərdə mixək yandırmaq arınma ritualıdır. İnanılır ki, mixək tüstüsü Tanrı Şiva başda olmaqla bir çox Tanrıya edilən ibadəti bir qat daha qudsallaşdırır. Və tanrılar mixəyin ətrinə xatir insanların günahlarını sıfırlayır, onları çıxılmaz problemlərdən xilas edir.
Çin mifologiyasında mixəklə bağlı əhvalatların hamısında sağlamlıq və qorunma nüanslarına toxunulur. Qədimdə Çin imperatorları və yüksək rütbəli şəxslər mixək çeynəmək vərdişinə malik idi. Həm nəfəsləri təravətlənirdi, həm də, onlar mixək vasitəsilə xəstəliklərdən qorunduqlarına inanırdılar. Ruhani rəhbərlər mixək tozunu insanın paltarına səpirdilər ki, şər qüvvələr onun ruhuna toxunmasın. Həmçinin, məbədlərin, evlərin qapısından içəriyə doğru üfürülən mixək tozu da eyni missiyanı daşıyırdı: şər qüvvələri uzaq tutmaq.

Пікірлер: 63
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
Böyrəkdə Problem Varsa - 10 ƏLAMƏTƏ DİQQƏT!
10:35
Bir Bax
Рет қаралды 80 М.
Hər Gün 1 SOĞAN YEYİN! - Görün Sizə Nə Edəcək...
8:55
Hər gün 1 Qaşıq İçin - Ürək 100 il İşləyəcək !
9:23
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36