Hər gün 1 Qaşıq İçin - Ürək 100 il İşləyəcək !

  Рет қаралды 223,274

Bir Bax

Bir Bax

Жыл бұрын

#BirBax #Azerbaycan #ürək
Düzgün qidalar qəbul etsəniz, ürək xəstəlikləri, yüksək təzyiq və diabet riskindən qurtula bilərsiniz. Bəli düz eşitdiyimiz. Sağlamlığımız birbaşa yediyimiz qidalarla çox bağlıdır. Bu gün sizə ürəyimizə faydalı olan qidalar barədə məlumat verəcəm. Diqqət ekrana.
Budur, ürəyimizə faydalı olan həmin qidalar:
1. Armud. Antioksidantlar, vitaminlər, minerallar və liflərlə zəngin olan armud qan təzyiqini normallaşdırır, xolesterol səviyyəsini aşağı salır. Beləcə, bəzi ürək problemlərinin qarşısının alınmasında önəmli rol oynayır.
2. Badam. Badam ləzzətli olmaqla bərabər, yaddaşı möhkəmləndirmək, zehni açmaq, ürək sağlamlığını qorumaq baxımından da, əvəzsizdir. O, qanda “pis” xolesterolun səviyyəsini aşağı salır, ürək xəstəliklərinə tutulma riskini minimuma endirir.
3. Qoz. Hamımız qoz ləpəsini çərəz kimi, yaxud şirniyyatların tərkibində yeməyi sevirik. Dünya mətbəxində isə qozdan hazırlanan salatlar çox məşhurdur. Tərkibində Omega-3 yağ turşuları var. Bunun sayəsində də, ürəyimizi qoruyur, xolesterol səviyyəsini və təzyiqi nizamlayır, beyin hüceyrələrini qidalandırır.
4. Çiyələk. Müxtəlif şirniyyatların bəzəyi olan giləmeyvə minerallarla, fol turşusu ilə, C vitamini ilə zəngindir. Meyvənin kalori dəyəri də çox aşağıdır. Yəni, o, arıqlamağa da kömək edir. Çiyələk damar divarlarına yapışan yığıntıların əriməsini təmin edir, arterial damarların axım gücünü artırır.
5. Brokoli. Botaniklərin çoxu brokolinin kələmin bir növü olduğunu deyirlər. Sizin üçün isə fərq etmir; əsas odur ki, bu faydalı tərəvəzdən yararlanmaqda gecikməyəsiniz. Dadını sevməyənlər çoxdur, amma o, damarların təmizlənməsinə və qanda “pis” xolesterolun səviyyəsinin nizamlanmasında önəmli rol oynayır.
6. Çia (chia) toxumları. Meyvə salatlarının da yaraşığı sayılan çia toxumları “pis” xolesterolun səviyyəsini aşağı salmaqda, dolayısı ilə, ürək-damar sistemini qorumaqda mahirdir.
7. Pomidor sousu. Hazırda dünya mətbəxinin ən geniş yayılmış inqridientlərindən biridir. Xüsusən də İtalyanlar ondan daha çox istifadə edilər. Onların uzunömürlü olmalarının sirlərini axtaran pomidor sousunu da siyahıya daxil ediblər. Tərkibindəki likopen sayəsində dərinin və ürəyin sağlamlığını dəstəkləməkdədir.
8. Alma. Qan təzyiqinin stabilləşməsinə xidmət edən bu faydalı meyvə antioksidantlar, minerallar və vitaminlərlə zəngindir. Stabil təzyiq isə birbaşa ürəyin sağlamlığının qorunması deməkdir.
9. Alma sirkəsi. Qoxusu yaxşı olmasa da, alma sirkəsini sevənlər çoxdur. Məsələn; müğənni Beyonce. Arıqlamağa, ürək xəstəliklərinin qarşısını almağa, triqliserid və xolesterol səviyyəsini nizamlamağa, təzyiqi stabilləşdirməyə xidmət edən alma sirkəsi bununla özünün “ürək dostu” olduğunu bir daha sübut edir. Lakin mədəsində qastrit, yara olanlara, turşuluğu çox, həssas bir mədəniz varsa, alma sirkəsi içmək tövsiyə edilmir.
10. Qəhvəyi düyü. Xüsusilə, Asiyada əhalinin qidalanmasının əsasını düyü təşkil edir. Ağ düyü qəhvəyi düyüyə nisbətən, daha çox nişastaya malikdir. Məhz bu səbəbdən də, mütəxəssislər tövsiyə edir ki, bacardıqca ağ düyü əvəzinə qəhvəyi düyü yemək yaxşıdır. Normadan artıq karbohidrat qəbulu qanda “pis” xolesterolun səviyyəsini yüksəldir. Qəhvəyi düyünün rasiona daxil edilməsi barədəki məsləhətlərin bir səbəbi də budur.
11. Lobya. Lobyada yağ səviyyəsi aşağıdır. Buna rəğmən, protein və lif səviyyəsi yüksəkdir. Ürək sağlamlığına xidmət edən fitokimyəvi maddələrlə də zəngindir. Yaddaşı gücləndirir, ürək-damar sisteminin sağlamlığını qoruyur, xərçəng, infarkt, insult və diabet riskini aşağı salır.
12. Fıstıq. Fıstıqda antioksidant, protein və kalium var. Əgər onu ləpə kimi yeyə bilmirsinizsə, dondurmalara, meyvə kokteyllərinə, lap elə, meyvə salatlarına da daxil edə bilərsiniz.
13. Kofe. Kofesiz dura bilməyənlər sevimli içkilərinin faydaları haqqında eşidəndə, çox sevinirlər, hə? Nizamlı şəkildə içilən kofenin ürək xəstəliyinin, ürək çatışmazlığının və insult riskinin qarşısını aldığı elmi cəhətdən çoxdan sübut olunub.
14. Qreypfrut. İdeal bədən quruluşunun qorunmasına kömək edən qreypfrut C vitamini, lif, likopen və kalium baxımından zəngindir. Meyvə qan təzyiqini aşağı salmağa kömək etdiyi üçün təzyiq xəöstələri ondan istifadə edə bilərlər.
15. Yerkökü. Görmə qabiliyyətinə müsbət təsir edən tərəvəz sərbəst radikalların orqanizmdəki fəaliyyətinin qarşısını alır. Ayrıca, xərçəngin və ürək xəstəliklərinin yaranmasına da imkan vermir. Bunlara o, tərkibindəki A, C və K vitaminləri sayəsində nail olur.
16. Kokos yağı. Son illərdə müxtəlif məqsədlərlə istifadə edilməkdə olan kokos yağı, demək olar ki, orqanizmin hər bir nahiyəsinə faydalıdır. Düzdür, kokos yağının tərkibində qanda yağ və xolesterol səviyyələrini yüksəldən laurin turşusu var, bununla belə, ondan nizamlı şəkildə istifadə etmək ürək-damar sisteminin sağlamlığının qorunmasında yardımçı olacaqdır.

Пікірлер: 116
@Elxan321
@Elxan321 5 ай бұрын
Hər gün bir qaşıq nə içək onu demədiniz😂😂😂Biz də hazırlaşmışdıq 100-il yaşamağa😂😂😂Deyirəm qarğa 250-il yaşayır leş yeyə-yeyə😂Yazıq insan nə qədər özünü qorusa da ,yeməyinə,rejiminə fikir verse də ,heç 60-yaşa gəlib çatmır!Uzun ömürluk genetik,irsi,alın yazısı və qismətdir!!!
@Huseynov.Rashad
@Huseynov.Rashad 4 ай бұрын
Bəs qaşıq məsələsi necə oldu? Heç adı ilə məzmunu düz gəlmədi axı...
@Elxan321
@Elxan321 5 ай бұрын
Düzdür ,uzun ömürlüyün bir əsas səbəbi də,yaxşı həyat tərzi və xoş güzərandır!!!!!!!!!!!!
@birbaxkanal
@birbaxkanal 5 ай бұрын
Yeni videolarda fikirlərinizi gözləyəcəyik. Sevgilər.
@Elxan321
@Elxan321 3 ай бұрын
@@birbaxkanal Məmuniyyətlə!♥️👍
@ilhameliyev8662
@ilhameliyev8662 7 ай бұрын
Salam Mən sizə diyimki biləsiz Həzrəti Əli (ə.s.) buyurub. Əyər insanlar bilsəydilər ki Allah Təala almanïn tərkibində nəqədər xeyir qoyub xəstələrini yalnïz alma ilə sağaldardïlar.
@shafaismailovva6260
@shafaismailovva6260 Жыл бұрын
Çox xeyirli bilgiləndirici məlumatlardır,hər kəs anladığı dildə,sağolun, varolun,xalqımızı maarifləndirdiyinizçün, bu da bir faydalı xidmətdir !!!
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.
@N01592
@N01592 8 ай бұрын
ALLAH TEALA QİDALARI MEYVƏLƏRİ TƏRƏVƏZLƏRİ ELƏ YARADIB Kİ MALİCƏVİ VƏ QİDALANDRCI.ƏLHƏMDÜLİLLA
@adilpasayev7641
@adilpasayev7641 6 ай бұрын
Salam bu dedikrinizin hamısı dərmanla yetişir və təziqi şəkəri qaldırır
@user-fh8cs4sz6b
@user-fh8cs4sz6b 4 ай бұрын
Бунлар докторду меслехет верирлер.Амма ев йыхана охшайырлар.
@Ezize-yy1fu
@Ezize-yy1fu Жыл бұрын
Faydalı məlumata çörə çox sağ olun
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Siz sağ olun
@TovuzQovlar-xk7vy
@TovuzQovlar-xk7vy Жыл бұрын
Cox sagolun. Maraglı məlumata ğörə.
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Siz sağ olun❤️
@hikmt-wr7xb
@hikmt-wr7xb Жыл бұрын
Heyran qaliramda bele bilikli hekimlere
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Çox gözəl sözlərdir. Çox sağ olun❤
@sahinstudiomingecevir3333
@sahinstudiomingecevir3333 Жыл бұрын
Faydali melumatlar ucun Allah razi olsun
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
çox sağolun, sağlam olun
@Elxan321
@Elxan321 5 ай бұрын
Təşəkkürlər!
@birbaxkanal
@birbaxkanal 5 ай бұрын
Minnətdarıq, bizə haradan baxırsınız?
@agaaxundov1786
@agaaxundov1786 8 ай бұрын
Ilk baxisda cox maraqli gelir,amma buyaxinlardaele kanallarin birinde hekim,pomidoru rasionunuzdan cixarin, dedi olumu tezlesdirir Bilmirsen kime inanasan Bor de ki,bu saydiqlarinizdan coxusu kasibin cibi ucun deyil ALLAH hamiyakomek olsun
@Elxan321
@Elxan321 5 ай бұрын
Bu kanala təşəkkur edirəm və həmişə ürəklə izləyib dinləyirəm!
@birbaxkanal
@birbaxkanal 5 ай бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.
@elmirakerimova9739
@elmirakerimova9739 Жыл бұрын
Təşəkkür edirəm.Vrdiyiniz məlumatlara ğörə.
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Daim sağlam olun😊
@user-wn2zd9oj9s
@user-wn2zd9oj9s 5 ай бұрын
Allah pulunu yetirsin.Pul olmayanda can saglam ola bilmez.🤨😉🤔
@VusalSoltanov-py5mc
@VusalSoltanov-py5mc Жыл бұрын
Faydalı məlumatlara görə çoxsağolun
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
TƏŞƏKKÜR EDİRƏM
@rubynini375
@rubynini375 Жыл бұрын
Allah razi olsungozel xanim
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Çox sağ olun🌹🤗
@arzu4361
@arzu4361 Жыл бұрын
Bu cür maarifləndirici bilgilere görə sizə çox təşəkkür edirəm
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Mən təşəkkür edirəm izləyən hər kəsə
@sevdaaliyeva575
@sevdaaliyeva575 10 ай бұрын
Təşəkkürlər
@birbaxkanal
@birbaxkanal 10 ай бұрын
Biz təşəkkür edirik
@HumayMmmdova-cw4fj
@HumayMmmdova-cw4fj 8 ай бұрын
саг ол аллаһ көмәјин олсун
@user-cj6rf5ne3s
@user-cj6rf5ne3s Жыл бұрын
Чох саг олун фадалы верлишдара гора❤❤❤❤❤
@birbaxkanal
@birbaxkanal 11 ай бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.
@_-.55791
@_-.55791 Жыл бұрын
Təşəkkürlər❤
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Mən təşəkkür edirəm
@violetline1460
@violetline1460 8 ай бұрын
Tewekkurler
@birbaxkanal
@birbaxkanal 8 ай бұрын
🌹
@mubarizabdullayev1288
@mubarizabdullayev1288 8 ай бұрын
Çox sağ olun.
@birbaxkanal
@birbaxkanal 8 ай бұрын
SİZ SAĞ OLUN
@sureyyaehmedova426
@sureyyaehmedova426 Жыл бұрын
Hər gün nə içək ?🤔🤫🤭
@sirzadmiri4599
@sirzadmiri4599 4 ай бұрын
Allah sizdən razı olsun
@birbaxkanal
@birbaxkanal 4 ай бұрын
🌹🌹
@ulviybayramova9895
@ulviybayramova9895 6 ай бұрын
tşəkkürlər
@birbaxkanal
@birbaxkanal 6 ай бұрын
İzlədiyiniz üçün sağ olun😊
@nerminhetemova6135
@nerminhetemova6135 Жыл бұрын
Nə yaxşı ki varsız.həmişə sevilib, seçilin❤❤
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Çox sağ olun. Nə gözəl sözlərdir❤️
@nerminhetemova6135
@nerminhetemova6135 Жыл бұрын
@@birbaxkanal Uca Yaradan sizləri öz mərhəmətindən ayırmasın.Amin
@user-bd7fk8fr9b
@user-bd7fk8fr9b 3 ай бұрын
Бу ханымын саси машллах чох гашанк ва гкозал ханымыды Аллах сиза вар еласин
@birbaxkanal
@birbaxkanal 3 ай бұрын
İzlədiyiniz üçün əsas siz sağ olun😊
@farsfars299
@farsfars299 8 ай бұрын
ALLAH bildiyinizi və sağlamlığınızı bol eləsin, artırsın❤❤❤❤❤❤❤❤
@birbaxkanal
@birbaxkanal 8 ай бұрын
Təşəkkür edirik
@saticisaticiyevmend9164
@saticisaticiyevmend9164 5 ай бұрын
Çox sag olun
@birbaxkanal
@birbaxkanal 5 ай бұрын
Fikirləriniz bizim üçün dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.
@feridemuseyibova1199
@feridemuseyibova1199 8 ай бұрын
Men istifade edirem,super❤❤❤
@birbaxkanal
@birbaxkanal 8 ай бұрын
Daim sağlam olun
@gunstv2495
@gunstv2495 Жыл бұрын
Ürək, normal sayda vurma impulsuna malikdir, sadəcə onun sağlam və normada vurmasına təminatçı olaq ( normadan aşağı və ya yuxarı vurmalar ömürdə fəsadlar yaratmaqla dəyişiklər yarada bilər, bu da anormallıqdır), düşünürəm. Və düşünürəm ki, normalda bir say artıq vurma-döyünmə qabiliyyəti belə yoxdur. Ürəyə tam sərbəstlik verilməlidir, zorlamaq olmaz və bu orqanizmin bütün elementlərinə kompleks halda aiddir.
@EliVeliyev-kl4di
@EliVeliyev-kl4di Жыл бұрын
çox sağ olun.ancaq nədən 1qaşıq içək onu bilmədim
@birbaxkanal
@birbaxkanal 3 ай бұрын
Təşəkkür edirəm ❤
@UlviyyHbibova-si9zp
@UlviyyHbibova-si9zp 7 ай бұрын
Super
@birbaxkanal
@birbaxkanal 7 ай бұрын
🙏🏻🙏🏻
@billurverdiyeva7976
@billurverdiyeva7976 Жыл бұрын
Təşəkkür edirəm bilgiləriniz üçün
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Biz təşəkkür edirik
@zenfiragulueva6855
@zenfiragulueva6855 8 ай бұрын
Ela video ela nitk ❤
@birbaxkanal
@birbaxkanal 8 ай бұрын
Təşəkkür edirik, var olun.
@user-hd8kg8nu9p
@user-hd8kg8nu9p Жыл бұрын
Чох саг ол ун❤
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Siz sağ olun, dəyərli izləyicimiz
@user-vz9tc1gk2y
@user-vz9tc1gk2y Жыл бұрын
Cox sag olun
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Mən təşəkkür edirəm
@turkogluturk310
@turkogluturk310 Жыл бұрын
Sağlıklı bilgiler teşekkürler 😊 💐
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Teşekkürler. Kardeş Türkiyeye sevgiler ve saygılar
@asifesgerov3284
@asifesgerov3284 Жыл бұрын
Coxlu -coxlu sag olun
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Siz sağ olun
@nbinagyev273
@nbinagyev273 Жыл бұрын
Hə dəlalar imkan versə ya oldu yemədilər ?
@nzaktquliyeva1199
@nzaktquliyeva1199 Жыл бұрын
Hər gün bir qaşıq yesəz yazmlsız başlığı amma o qədər qidaların adın çəkdiz bir qaşığa rast gəlmədim .Bir də bu qidaların çoxu allergiya vericidir, şəxsən mən yeyəndə ürəyim əksinə ağrayır .🤔
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Alma sirkəsidir qaşıqla olan.
@user-ky8rd1yx4t
@user-ky8rd1yx4t 3 ай бұрын
Миннэтдарам❤❤
@birbaxkanal
@birbaxkanal 3 ай бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rvanhsnov-js8jo
@rvanhsnov-js8jo Жыл бұрын
Məlumatlara görə sağolun ama bu nedi Ancaq reklam görürüm men vAllah adamın əsəbiylə oynuyursuz
@intelmobil6690
@intelmobil6690 Жыл бұрын
Salam qoz boyreye ziyandi Ve pamidorda ziyandi ? Bilmek isderdim gilanar qan artirir ?
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Vişnə qlukozadır. qanı isə ən çox nar artırır, bir də çuğundur
@user-mf9dg7oo8d
@user-mf9dg7oo8d Жыл бұрын
Bəlkə bizde 110 il işləyəcək onda biz ölümü tezləsdiririk😂
@aslanmuradov3133
@aslanmuradov3133 8 ай бұрын
Bəs bir qaşıq nə içək, lütfən biri bizə anlatsin❤❤❤❤
@saidebayramova2629
@saidebayramova2629 Жыл бұрын
👍👍👍👍👍💖💖💖💖💖💖💖
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
💖💖💖💖
@ilkingojayev2720
@ilkingojayev2720 Жыл бұрын
😊😊
@halidaislamzada9929
@halidaislamzada9929 7 ай бұрын
Mən yüksək maaşlı rahat işdə işləyirəm who
@arzumanabbasov9085
@arzumanabbasov9085 8 ай бұрын
Daha deyin ki, hər bir qida ürəyə faydalıdır, bəs digər orqanlara nə faydalıdır?
@Tayfun555
@Tayfun555 8 ай бұрын
😊😊😊
@user-nr7hy8pb2v
@user-nr7hy8pb2v 8 ай бұрын
🎉❤
@birbaxkanal
@birbaxkanal 8 ай бұрын
🌹❤️
@user-sz4fy9ph3f
@user-sz4fy9ph3f 4 ай бұрын
Bəs şəkər xəstələri hansılarla gidalansın
@agaaxundov1786
@agaaxundov1786 7 ай бұрын
Pis xolesterol sozunu artiq xolesterol sozu ile evez etseniz daha duzgun olar
@user-pu2zq7di7l
@user-pu2zq7di7l Жыл бұрын
BƏS HİBRİD MEYVƏLƏR NƏ QƏDƏR ZƏRƏRLİDİR?
@user-hb6gt1ym2j
@user-hb6gt1ym2j 3 ай бұрын
Перевести на азербайджанский❤🇷🇺❤🇦🇿❤
@sdullahliyev-ug3io
@sdullahliyev-ug3io 5 ай бұрын
Mən ölənnən sora da
@user-ul5pf4rb5k
@user-ul5pf4rb5k 16 күн бұрын
♥️🇦🇿🇦🇿♥️
@birbaxkanal
@birbaxkanal 15 күн бұрын
İzlədiyiniz üçün biz təşəkkür edirik
@gunstv2495
@gunstv2495 Жыл бұрын
Sağlam- təbii qida (hər yerdə təbiilik), normal hərəkət, daxili inam ( inamla zəhər də içmək olar) sağlamlığçn rəhnidir.
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Bəli, tam doğru
@user-zb2pe2ur8g
@user-zb2pe2ur8g 4 ай бұрын
Saeni verene shukur
@birbaxkanal
@birbaxkanal 4 ай бұрын
İzlədiyiniz və şərh yazdığınız üçün təşəkkür edirik
@user-wn2zd9oj9s
@user-wn2zd9oj9s 5 ай бұрын
Ona göre pensiya yaslnl asagl salmlrlar boynu yogunlar.😮😮😮
@user-qd9fd2op4i
@user-qd9fd2op4i 2 ай бұрын
😂😂qoz yemirlerki tezyiq qalxir siz yazrsizki qoz ye🙏
@lsgrtagiyev3321
@lsgrtagiyev3321 2 ай бұрын
Mövzunun başlığı başqa. Açıqlama başqa. Bunu necə başa düşək.
@mubarizkazimov7374
@mubarizkazimov7374 5 ай бұрын
Bu qidaları şəkər xəsdəsi necə yesin
@birbaxkanal
@birbaxkanal 5 ай бұрын
xeyr
@user-ry6lq1ze6g
@user-ry6lq1ze6g 3 ай бұрын
Qaşiq noldu?
@fatullakarimov9979
@fatullakarimov9979 6 ай бұрын
Bəs, nar?
@mehdixurremi7600
@mehdixurremi7600 7 ай бұрын
TƏMİZ QİDA 😂😂😂😂
@user-qw2ov5yk5p
@user-qw2ov5yk5p Ай бұрын
Bəs qaşıq məsələsi nə oldu?ondan heç danışmadız axıııı🤔
Köhnə Həkimlərin SİRRİ - Beyin Gücünü 10 Dəfə Artırır
8:03
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 39 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR!
8:56
Bir Bax
Рет қаралды 770 М.
Qarpız haqqında bunları bilirsinizmi?
11:05
Qida Təhlükəsizliyi Hərəkatı
Рет қаралды 17 М.
Эти ЗАВТРАКИ убивают ваше ЗДОРОВЬЕ! //#тибетскаямедицина #докторжимба
13:49
7 самых полезных продуктов питания🙌
22:18
Dr. Berg - официальный русскоязычный канал
Рет қаралды 13 МЛН
Bənzədiyi orqana inanılmaz faydaları olan 16 qida
9:08
Maraqlan
Рет қаралды 67 М.
5 Dəqiqədə QULUNC AĞRISINI BELƏ KƏSİN!
8:21
Bir Bax
Рет қаралды 22 М.
Choose a phone for your mom
0:20
ChooseGift
Рет қаралды 6 МЛН
Опыт использования Мини ПК от TECNO
1:00
Андронет
Рет қаралды 747 М.
Samsung Galaxy Unpacked July 2024: Official Replay
1:8:53
Samsung
Рет қаралды 6 МЛН