Həsənağa Turabovun polis rəisi olan oğlunu niyə güllələyiblər? - Fəxri xiyabana qoymadılar

  Рет қаралды 61,185

TV11

TV11

Жыл бұрын

Həsənağa Turabovun polis rəisi olan oğlunu niyə güllələyiblər?
Cover: Onu Fəxri Xiyabana niyə qoymadılar?
Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub.
1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülür.
1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Məktəb illərində Solmaz adlı qızı sevir, sonralar bu sevgi daha da güclənir. Lakin, Turabovun həm aktyor, həm də bakılı olması bu sevdaya mane olur. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Turabov xoşuna gəlmir. Uzun çək-çevirdən sonra onlar nişanlanır. Lakin, sonradan Solmazı başqa adama ərə vermək istəyirlər. Solmaz xanım heç kimə heç nə demədən Həsən Turabova qoşulub nikah idarəsinə gedir. Onlar özlərinə yüngülvari toy da edirlər. Daşqın, Yalçın və Sevin adlı övladları dünyaya gəlir.
Aktyor böyük oğlu Daşqının polis olmasını istəmir. Ancaq onu fikrindən yayındıra da bilmir. 1997-ci ildə Siyəzəndə xidmət edən Daşqın 8 mart günü ailəsinin yanına gəlir, bacısı ilə görüşəndə ona deyir ki, istəyirəm, rayona getməyim, bir neçə gün Bakıda qalım. Amma sonra fikrini dəyişir və gedir. Martın 10-da əməliyyat zamanı cinayətkarın açdığı atəşdən vəfat edir.
Daşqının ölümü ilə bağlı məlumatlardan biri budur ki, evi axtarılan şəxs polis əməkdaşların xəbərdarlıq edir ki, yataq otağını axtarmasınlar orda heçnə yoxdur. Lakin axtarış evin hər yerində aparılır və bu zaman evi axtarılan şəxs rəisi güllələyir. Lakin bu versiya təsdiqlənmiş versiya deyil, şaiyə kimi dolaşmaqdadır.
Daşqın vurulanda Həsən müəllimə xəbər çatır. O, inanmır. “Necə yəni Daşqını vurublar, axı onunla təzəcə danışmışam”, deyir.
Oğlunun ölümünə qədər səhhətindən şikayətçi olmayan aktyor sonradan ciddi xəstəliklərlə üz-üzə qalır. Ürəyi zəifləyir, şəkər xəstəliyindən əziyyət çəkir. O, teatrdakı bütün rollarından imtina edir. Hər gün ailəsindən xəbərsiz gizlin-gizlin Daşqınının qəbrini ziyarət edir. Dünyasını dəyişməzdən əvvəl dəfələrlə ailə üzvlərinə və dostlarına vəsiyyət edir: Mənə nəsə olsa, oğlum Daşqının sol tərəfində dəfn edin.
Oğlu həlak olandan sonra qızı Sevinc yeni doğulan oğluna qardaşı Daşqının adını qoyur və həyat yoldaşının razılığı ilə oğlunu Turabov soyadı ilə yazdırır. Həsən Turabov isə buna razı olmur. Deyir, ölmüş adamın adını qoymayın, düşər düşməzi olar. Lakin, Sevinc inad edir və arzusunu həyata keçirir. O, müsahibələrinin birində deyir:
“Oğlum, uşaq vaxtı çox dəcəl idi. Onu bir, iki dəfə vurdum, Daşqın yuxuma girdi. Ondan sonra vurmadım. Atam da deyirdi, ki, ona toxunma. Sən ona toxunanda Daşqın yadıma düşür. Atam oğlundan sonra yaşamaq istəmirdi. Dərmanlarını da atmırdı. Yalandan deyirdi ki, özümü yaxşı hiss edirəm. O, nə yaşadısa, bizim sayəmizdə məcburən yaşadı. Evdə də qardaşımın şəklini divara vurmuşdu. Bəzən işdən gələndən sonra saatlarla əyləşib onun şəklinə baxırdı. Ürəyinə görə atamın ayaq damarlarında əməliyyat aparmışdılar. Bir gün ayaqlarını açıb mənə göstərdi, dedi, Sevinc bax, ayaqlarım yavaş-yavaş sağalır. Səhəri gün 2003-cü ilin 23 fevralında anamla televizora baxdı, xeyli dincəldi. Sonra gəldi otağa məndən soruşdu ki, Daşqın hanı? Bunu deyəndən sonra ürəyi tutdu, elə ayaq üstəcə divara söykəli keçindi. Eyni ilə “Yeddi oğul istərəm” filmindəki Gəray bəy kimi keçindi. Biz bilmədik, o, oğlu Daşqını çağırırdı, yoxsa nəvəsini”.

Пікірлер: 90
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Жыл бұрын
Allah rəhmət eləsin böyük sənətkara.Rasim Balayev düz deyirki bizdən sonra aktyor yetişmədi.O bunu paxıllıqdan, qısqanclıqdan demiyib,faktı deyib.
@sahinibadov692
@sahinibadov692 Жыл бұрын
Düzdür. Onlardan sonra nə kino olacaq,nə də teatr . Dünyanın axırı yetişdi...
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Жыл бұрын
@@sahinibadov692 Kimə baxaq,Elməddinə,Fərdaya?O dahilərdən buları fərq eləmək günahdı.
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Жыл бұрын
@@djjshsjs9567 Bəlkədə.Amma oların yerini heçkim verə bilməz.Bogazdan yuxarı oynayırlar,rusca ona "pereiqrıvayut" deyirlər.
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Жыл бұрын
Təbii oynamırlar
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Жыл бұрын
And olsun Allaha,Yuxu kimi serialına baxa bilmirəm,xəcalət çəkirəm onların yerinə.Hələ mən birini dedim
@faiqali7551
@faiqali7551 Жыл бұрын
televizorda şitlərə bozbaşlara baxmaqdan ətimiz tökülüb da.əsl televizora yaraşan yaraşıqlı aparıcı gözəl peredaça
@nesimialesgerov3959
@nesimialesgerov3959 11 ай бұрын
Allah Daşqının ruhunu şad eləsin Tələbəlik dostum olub Çox böyük , həmdə saf qəlbli dost , qardaş idi ...
@elsadkerimov-pv5rb
@elsadkerimov-pv5rb 10 ай бұрын
Sroka gonderib bizderi nizaşto cibimize atib gonderib sroka. Qandon
@zoroastrianism2660
@zoroastrianism2660 4 ай бұрын
@@elsadkerimov-pv5rbYaxsi insan deyildi onda?
@tahireqarabag
@tahireqarabag Жыл бұрын
Çox gözəl ,səlist rəvan nitqi ilə aparıcılıq qabiliyyətə malikdir Amin. Sənə uğurlar arzulayıram.
@sdaqtabdullayeva9404
@sdaqtabdullayeva9404 Жыл бұрын
Dahi-duayen senetkarımız,oqlunun yanında rahat yat,ruhunuz wad olsun ikinizin de,bir de bele senetkar dunyaya gelmeyeçek!🙏🙏🙏🥀🥀🥀❤️❤️❤️
@babekalkhasov6729
@babekalkhasov6729 10 ай бұрын
Həsənaqa Turabov Azərbaycan teatr kino sənətinin ən nəhəng aktyorlarlndan biridir. Allah ona rəhmət etsin , qəbri nurla dolsun !
@sunny181058
@sunny181058 26 күн бұрын
Allah rəhmət eləsin hər ikisinə, gözəl Daşqın və dahi sənətkar. Mənim əziz qohumlarım. 🥀🥀🥀🥀
@dolar00776
@dolar00776 11 ай бұрын
İki qaldi ,Hesenaga Turabova,seviyeli,medeni, istedadli,exlaqli,abırlı,istedadli bir insan olub.Allah rehmet elesin,ozunede,oglunada............
@kamilsadixov3345
@kamilsadixov3345 Жыл бұрын
Allah rehmet elesin .butun dahi senetkarlarmiza .
@vipphone5263
@vipphone5263 Жыл бұрын
Allahım hec bir valideynə bala dağı gğstərmə Allahəm Daşqına rəhmət elə məzarı nulu olsun
@islamkazimov122
@islamkazimov122 Жыл бұрын
Əjdaha verilişdi. Təşəkkürlər
@zulfiyyeeskerova6935
@zulfiyyeeskerova6935 Жыл бұрын
ALLAH sənə rəhmət eləsin dahi sənətkar
@stochmiroslav6383
@stochmiroslav6383 Жыл бұрын
Çooox gözəl aktyorumuz Məkani cənnət olsun
@ilhamibrahimov5297
@ilhamibrahimov5297 Жыл бұрын
Allah rəhmət eləsin. Daşqın öz qazdığı quyuya özü düşdü
@sunny181058
@sunny181058 26 күн бұрын
Bununla nə Demək istəyirsiz?
@Partizan-bh8oz
@Partizan-bh8oz Жыл бұрын
Allah rəhmət eləsin. Təşəkkürlər.
@user-lm7hz2ge9d
@user-lm7hz2ge9d 11 ай бұрын
Maşallah. Çox qeyrətli, insan adam imiş polis oglu. Allah rəhmət eləsin hər ikisini.
@floradunyamalyeva4140
@floradunyamalyeva4140 11 ай бұрын
Allah rəhmət eləsin böyük sənətkar .
@naibasoltanova2140
@naibasoltanova2140 11 ай бұрын
Allah rəhmət eləsin əvəz olunmaz sənətkarımız
@gulergulgun5195
@gulergulgun5195 11 ай бұрын
Onu vuran dostu olub. Xəbərsiz vurub. Daşqın evinə girəndə deyib məni vurmaz Biləndə özünü bağışlamahıb. Hönkür hönkür ağlayıb
@deniz1320
@deniz1320 11 ай бұрын
Çox heyif çox.allah rehmet eləsin bòyùk senetkara.
@ibadethemzeyev5530
@ibadethemzeyev5530 11 ай бұрын
ALLAH rəhmət eləsin
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Жыл бұрын
Mən də eşitmişəm bu versiyanı? Allahbrəhmət eləsin.
@izulacavadzadeh165
@izulacavadzadeh165 Жыл бұрын
Turabovun oğlu rəis olmayıb.
@dolar00776
@dolar00776 11 ай бұрын
Bakiliya ne olubki? He wuwalidisa olar.wuwalilar cox özünden razıdır neye görese bilmirem.vallah Bakililar ozderi adam beyenmirdiler.neseeeeee..............
@sunny181058
@sunny181058 26 күн бұрын
Solmaz xanım Qasım bəy Zakirin nəslindəndir. Şuşa arestokratlarından.
@demokratiyayolu.
@demokratiyayolu. Жыл бұрын
Bala dərdi böyük dərtdir.
@emilmusayev
@emilmusayev Жыл бұрын
👏👏👏👏
@nicathuseynov3168
@nicathuseynov3168 11 ай бұрын
Dahi sənətkarımız
@muhtasaralkhasov6405
@muhtasaralkhasov6405 11 ай бұрын
Allah rahmet eylesin mekanı cennet olsun
@sevacalilli9091
@sevacalilli9091 7 ай бұрын
Allah rehmet elesin
@sadtcfrova4312
@sadtcfrova4312 10 ай бұрын
Allah rehmet eləsin böyük sənətgara
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 Жыл бұрын
😢
@tavustagiyeva3216
@tavustagiyeva3216 11 ай бұрын
Allah rehmet elesin.
@safiyarmajnun6340
@safiyarmajnun6340 Жыл бұрын
🤝
@user-rj1fw3ix5s
@user-rj1fw3ix5s Жыл бұрын
Дахи сенеткар аллах резмет елесин бир евезолунмазсенеткар меканын ченнет олсун
@nrmnrza7939
@nrmnrza7939 Жыл бұрын
😢😮
@ismayleliyev733
@ismayleliyev733 Жыл бұрын
🤲🤲
@elsadkerimov-pv5rb
@elsadkerimov-pv5rb 10 ай бұрын
Allah rahmet elemesin
@TV11-azerbaijan
@TV11-azerbaijan Жыл бұрын
Material diqqətinizi çəkdisə, kanala abunə ola bilərsiniz.
@user-di7vz3cq2v
@user-di7vz3cq2v Жыл бұрын
🤲🤲🤲😭😭😭💔💔💔
@esmirarustemova6944
@esmirarustemova6944 Жыл бұрын
😯
@serdaramin1910
@serdaramin1910 Жыл бұрын
🎉
@tebrizugur5857
@tebrizugur5857 11 ай бұрын
Daşqın əməliyyatda cinayətkar tərəfindən vurulub.Vuran adamının müsahibəsi var.Danışır ki səhvən vurdum.
@govhersadqova1321
@govhersadqova1321 11 ай бұрын
Daşqın çox özbaşınalıq edib evlər yıxdı, heç kimin haqqı heç kimdə qalmaz, inşallah
@eflatunqahramanov1194
@eflatunqahramanov1194 11 ай бұрын
Reytinqə görə mə gəldi yazmayın. Daşqın rəhmətlik Siyəzən rayonunda rəis deyildi, əməliyyat müvəkkili işləyirdi
@nahidzulfuqarov4362
@nahidzulfuqarov4362 11 ай бұрын
Turabov Bakinin Corat kendinendi Allah ruhun şad elesin
@azerziyadov6983
@azerziyadov6983 11 ай бұрын
Allah rehmer elesin, mohteshem aktyor idi .
@intiqameliyev2927
@intiqameliyev2927 Жыл бұрын
Onu vuran özü danışırda necə olub yutubda var
@aliyevkamran
@aliyevkamran 11 ай бұрын
Kimə lazımdır bu izahat Allah rəhmət eləsin .
@muratb1609
@muratb1609 10 ай бұрын
Evdə tutmayıblar cinayətkarlar, yalan söhbətdi.
@Riki66_Riki66
@Riki66_Riki66 Жыл бұрын
Dasqin bas emeliyyat muvekkili olub, Yalcin da hazirda Bas Polis Idaresinin Cinayet Axtaris Idaresinin emekdasidi. Rehmetlik Dasqingil cinayetkari evde tutmayiblar, yalan sohbetdi
@user-pi7ck9et1s
@user-pi7ck9et1s Жыл бұрын
Daşqın yaxşı oğul idi bizim Rayonda işləyib Allah rahmat elasin onu amalyatda planda cinayatkar avtomatdan araşdırmalar açmışdı ama çox qüvvətli idmançı oğul idi bir Volqası var idi har gör anda baxırdım yaxşı Ramiz karyerası asanlıqla oğlan idi Allah günahların bagışlasın
@xezersemedov2387
@xezersemedov2387 11 ай бұрын
Kitab neyden behs edir ? Qiymeti neçeyedi ?
@TV11-azerbaijan
@TV11-azerbaijan 11 ай бұрын
050 291 78 98 nömrəsinə Vatsapda yaza bilərsiz.
@SalamSalam-zb2lq
@SalamSalam-zb2lq Жыл бұрын
Bəs o biri oğlu necə olur? Axı dediz 2 oğlu, 1 qızı olur.
@Riki66_Riki66
@Riki66_Riki66 Жыл бұрын
Dasqin bas emeliyyat muvekkili olub, Yalcin da hazirda Bas Polis Idaresinin Cinayet Axtaris Idaresinin emekdasidi. Rehmetlik Dasqingil cinayetkari evde tutmayiblar, yalan sohbetdi
@gulergulgun5195
@gulergulgun5195 11 ай бұрын
@@Riki66_Riki66evində axtarış aparıblar. Deyibki məni vurmaz. Çünki onlar tanış idilər. Ev yiyəsi içəri girəndə deyıb mənəm atəş açma. Amma açıb. Biləndə gec olub. Hönkür hönkür sğlayıb. Özünü bağışlamayıb. Bakıdan istintaq qrupu gedib hadisə üzərinə. Həmin qrupun üzvü danışıb
@gulergulgun5195
@gulergulgun5195 11 ай бұрын
@@djjshsjs9567mədəni maarif fakültəsini
@user-uq7xj8ry7h
@user-uq7xj8ry7h 11 ай бұрын
Дашгын наркоотделде ишлийирди менимле, онуда наркоманлар вурду, еле о озуда наркотик гебул елийирди, сатышда пула гора гетди наркушалара атмышды.
@hqiqtmirzyeva6734
@hqiqtmirzyeva6734 Жыл бұрын
Reklam elədiyiniz kitabların müəllifini də qeyd edin, görək kitabı kim yazıb? İndi küçədən keçən şair olur, yazıçı olur.Vallah bizim indiki yazıçılar ittifaqımız çox ağlamalıdır.😢😢
@TV11-azerbaijan
@TV11-azerbaijan Жыл бұрын
0502917898 nömrəsinə vatsapda yazın.
@MMMBBB310
@MMMBBB310 10 ай бұрын
Daşqın polis rəisi deyildi, adi əməliyyat müvəkkili idi, tərifli bir cəhəti yox idi, şişirtməyin...
@gulergulgun5195
@gulergulgun5195 11 ай бұрын
Bakılı yox, Qubadlının Əyin kəndində doğulub
@nahidzulfuqarov4362
@nahidzulfuqarov4362 11 ай бұрын
😂😂😂😂😂 coratdidi Hesenaga Turabov gal qohumlarinin qebrini gosterim sana
@gulergulgun5195
@gulergulgun5195 11 ай бұрын
@@nahidzulfuqarov4362 az. Sovet Ensiklopediyasında qubadlı əyin kəndi yazılıb. Qohumlar bir çoxları kimi bakıda dəfn olunsads əsli rauonlular n qədərdi. Həmdə oğlu tələbə yoldaşım olub. İnternetdə doğum tarixi də səhv yazılıb bu barədə qızı aşıqlama verib
@ilqarnbiyev3842
@ilqarnbiyev3842 11 ай бұрын
Kitabi ortuya soxmasan dunya dagilardi
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 11 ай бұрын
Reklam eləyir də. O da yer eləyir sizə. Bu qədər işə görə bir qəpik pul qoyursuz cibinə?
@faiqhaciquluyev2939
@faiqhaciquluyev2939 11 ай бұрын
Ay bala polis reisi olmuyub agziviza ne geldi daniwirsizda oglu uqalovnik olub emelliyatci olub emeliyyat vaxdi cinayetkar gulle atib ona dəyib ölüb
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 11 ай бұрын
Nə dəxli var, rəis oldu, əməliyyatçı oldu? Bu nə aəviyyəsiz rəydi? Bikarsız? Baxın verilişə gedin işinizlə məşğul olun da. Ağzını açanln da ağzından zibil tökülür. Adam veriliş hazırlaylb zehmet cekib. Sen de deyirsen ağzına geleni danışma. Ele bil ezizlerini soyur. Tutaq ki reis yox emeliyyatçi olub. Bununla ne deyisir? Siz nece adamlarsiz. Ele iatüyirsiz ki kibirinizinkiminse ustune tokesiz.
@vusalquliyeva2476
@vusalquliyeva2476 Жыл бұрын
🎉
Oğul dərdinə məğlub olan Həsənağa Turabov
19:39
AStar
Рет қаралды 20 М.
VİCDAN HAQQI AKTYORLARI HAQQINDA MARAQLI FAKTLAR
12:07
AZnews
Рет қаралды 415 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 77 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 51 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 61 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Həsənağa Turabovun polis rəisi olan oğlunu niyə güllələyiblər?
10:12
Bağçada rahat yer (1978) - qısametrajlı film
31:48
Azərbaycanfilm
Рет қаралды 78 М.
İstintaq davam edir - Milyonçu həkimin faciəvi qətli
24:25
İCTİMAİ TV
Рет қаралды 113 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 77 МЛН