Həsənağa Turabovun polis rəisi olan oğlunu niyə güllələyiblər?

  Рет қаралды 234,241

1000 Production

1000 Production

2 жыл бұрын

Bizə mənfi kimi təqdim olunan həmin şəxsiyyətlərin elə mənfi obrazlarını elə oynadı ki, biz həmin şəxslərə nifrət etmədik... Bu gün böyük sənətkar, həyatında dəhşətli hadisələr yaşamış, Həsənağa Turabovu anırıq
Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Evləri dram teatrının yanında yerləşdiyi üçün Həsən uşaqlıqdan teatrla maraqlanıb. Atasının etirazlarına baxmayaraq o, orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Adil İsgəndərovun köməyi ilə Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.
1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülür.
Kinoda da bir-birindən maraqlı obrazlar yaradan aktyorun ən uğurlu rollarından biri də "Babək" filmindəki Afşin roludur. Həsən Turabovun “Yeddi oğul istərəm”, "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.
Aktyor "Qanlı zəmi" (“Atları yəhərləyin”) filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olub.
1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Məktəb illərində Solmaz adlı qızı sevir, sonralar bu sevgi daha da güclənir. Lakin, Turabovun həm aktyor, həm də bakılı olması bu sevdaya mane olur. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Turabov xoşuna gəlmir. Uzun çək-çevirdən sonra onlar nişanlanır. Lakin, sonradan Solmazı başqa adama ərə vermək istəyirlər. Solmaz xanım heç kimə heç nə demədən Həsən Turabova qoşulub nikah idarəsinə gedir. Onlar özlərinə yüngülvari toy da edirlər. Daşqın, Yalçın və Sevin adlı övladları dünyaya gəlir.
Aktyor böyük oğlu Daşqının polis olmasını istəmir. Ancaq onu fikrindən yayındıra da bilmir. 1997-ci ildə Siyəzəndə xidmət edən Daşqın 8 mart günü ailəsinin yanına gəlir, bacısı ilə görüşəndə ona deyir ki, istəyirəm, rayona getməyim, bir neçə gün Bakıda qalım. Amma sonra fikrini dəyişir və gedir. Martın 10-da əməliyyat zamanı cinayətkarın açdığı atəşdən vəfat edir.
Daşqının ölümü ilə bağlı məlumatlardan biri budur ki, evi axtarılan şəxs polis əməkdaşların xəbərdarlıq edir ki, yataq otağını axtarmasınlar orda heçnə yoxdur. Lakin axtarış evin hər yerində aparılır və bu zaman evi axtarılan şəxs rəisi güllələyir. Lakin bu versiya təsdiqlənmiş versiya deyil, şaiyə kimi dolaşmaqdadır.
Daşqın vurulanda Həsən müəllimə xəbər çatır. O, inanmır. “Necə yəni Daşqını vurublar, axı onunla təzəcə danışmışam”, deyir.
Oğlu həlak olandan sonra qızı Sevinc yeni doğulan oğluna qardaşı Daşqının adını qoyur və həyat yoldaşının razılığı ilə oğlunu Turabov soyadı ilə yazdırır. Həsən Turabov isə buna razı olmur. Deyir, ölmüş adamın adını qoymayın, düşər düşməzi olar. Lakin, Sevinc inad edir və arzusunu həyata keçirir. O, müsahibələrinin birində deyir:
“Oğlum, uşaq vaxtı çox dəcəl idi. Onu bir, iki dəfə vurdum, Daşqın yuxuma girdi. Ondan sonra vurmadım. Atam da deyirdi, ki, ona toxunma. Sən ona toxunanda Daşqın yadıma düşür. Atam oğlundan sonra yaşamaq istəmirdi. Dərmanlarını da atmırdı. Yalandan deyirdi ki, özümü yaxşı hiss edirəm. O, nə yaşadısa, bizim sayəmizdə məcburən yaşadı. Evdə də qardaşımın şəklini divara vurmuşdu. Bəzən işdən gələndən sonra saatlarla əyləşib onun şəklinə baxırdı. Ürəyinə görə atamın ayaq damarlarında əməliyyat aparmışdılar. Bir gün ayaqlarını açıb mənə göstərdi, dedi, Sevinc bax, ayaqlarım yavaş-yavaş sağalır. Səhəri gün anamla televizora baxdı, xeyli dincəldi. Sonra gəldi otağa məndən soruşdu ki, Daşqın hanı? Bunu deyəndən sonra ürəyi tutdu, elə ayaq üstəcə divara söykəli keçindi. Eyni ilə “Yeddi oğul istərəm” filmindəki Gəray bəy kimi keçindi. Biz bilmədik, o, oğlu Daşqını çağırırdı, yoxsa nəvəsini”.
Özünün ən çox sevdiyi obraz “Yeddi oğul istərəm” filmindəki Gəray bəy olub. Həmin filmin sonluğunda ssenariyə görə Gəray bəyi Bəxtiyar öldürməliydi. Aktyor rejissora deyir ki, bəyi komsomol vurmamalıdır, o, özünü vursa, daha yaxşı alınar. Çəkiliş heyəti də onunla razılaşır.
2003-cü ildə aktyor ürəyindən əməliyyat olur, lakin, vəziyyəti yaxşılaşmaqdan daha da pisləşir O, 2003-cü ildə fevralın 23-də dünyasını dəyişir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunur. Aktyor vəfat edəndə sənət dostları, rəsmi qurumlar onun harada dəfn olunması haqqında müzakirələr aparırlar. Fəxr xiyaban təklifi səslənəndə aktyorun qardaşı Aydının cingiltili səsi hamını titrədir: “Daşqının yanında! Qurtardıq...”

Пікірлер: 377
@suleymansuleymanli9808
@suleymansuleymanli9808 2 жыл бұрын
KİŞİ AKTYOR,KİŞİ ADAM,KİŞİ DOST-HƏSƏNAĞA TURABOV. ALLAH RƏHMƏT ELƏSİN..
@afetseyidzade8508
@afetseyidzade8508 2 жыл бұрын
Nur içində yatsın. Turabov cox böyük aktyor idi. Bənzəri olmayan sənətkar idi. Təəssüf ki tez getdi sənətdən.
@dilbernezerova8371
@dilbernezerova8371 2 жыл бұрын
Əsil AZƏRBAYCAN filmləri sizinlə getdi. ALLAH sizə və sizinlə bərabər çalışmış gözəl sənətkarlara rəhmət eləsin
@bagroff_1172
@bagroff_1172 2 жыл бұрын
Əsil sənətkar budur.İllər keçsədə,yeni nəsillər gəlsədə heç vaxt yaddaşlardan silinməyəcəklər.Əvəzolunmaz aktyorumuz Allah sənə rəhmət eləsin, ürəyi oğul dərdli aktyorumuz.🤲🤲🤲😔🇦🇿
@hetemov2065
@hetemov2065 2 жыл бұрын
Allah rəhmət eləsin böyük aktyor idi
@konulfetelyeva1472
@konulfetelyeva1472 2 жыл бұрын
Allah Rəhmət eləsin Əvəz olunmaz Aktyor Əvəz olunmaz İnsan Adam kimi Adam 🙏🏻🙏🏻🙏🏻
@turanordusu195
@turanordusu195 2 жыл бұрын
Allah rəhmət etsin. Çox gözəl aktyor olub
@aygunmemmedova6490
@aygunmemmedova6490 2 жыл бұрын
Onun kimi Kefli İskəndəri oynayan görmədim.Hələ "Unuda bilmirəm" tamaşasındakı Kamran rolu! Dahi,əvəzsiz,qeyri adi səs tembri olan sənətkar.Allah rəhmət eləsin.
@elsnmmmdov1339
@elsnmmmdov1339 2 жыл бұрын
Allah qəni-qəni rəhmət etsin!böyük sənətkar idi.
@user-ls2ck6dx5l
@user-ls2ck6dx5l 2 жыл бұрын
Heyif sizdən, oğul dərdi belini gırıb Allah sənə rəhmət eləsin gözəl İnsan
@dianan197
@dianan197 Жыл бұрын
Heyf sizdən Azərbaycan filmlərinin dəyərli,heç vaxt unudulmayan aktyorları.Allah sizə rəhmət eləsin.
@azerhacibalayev8469
@azerhacibalayev8469 2 жыл бұрын
Allah rəhmət etsin, ruhu şad yatdığı torpaq cənnət məkan olsun. Uca Tanrı ailəsinə səbr versin. Amin inşallah. 🎼🙏🙏🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹🌹🌹🤲🤲🤲
@celilovametanet2594
@celilovametanet2594 2 жыл бұрын
Gòzel senetkarlardan 1i Hesenaģa Turabov. Allah rehmet elesin
@csart8811
@csart8811 2 жыл бұрын
Gözəl aktyorlarimuz bizi tərk elədi Allah rəhmət eləsin!
@modernt3572
@modernt3572 2 жыл бұрын
Allah rəhmət eləsin! Yaxşı kişi idi! Yaltaq deyildi. Mərd insan idi!
@oktayoktay7957
@oktayoktay7957 2 жыл бұрын
Səhnəmizin Gəray bəyi. H.Turabovun simasında say-seçmə sənətkarlardan birini itirmişik. Haqq dünyasında cənnət-məkan olsun. Allah rəhmət eləsin.
@ramidasharifova7531
@ramidasharifova7531 2 жыл бұрын
Həsən Turabov qörkemli i aktyor idi Allah rəhmət eləsin!!!! Əsl sənətkar idi və o zirveye istedadı ilə galxmishdi
@firaallam7574
@firaallam7574 2 жыл бұрын
Allah rəhmət eləsin boyuk sənətkara sözun əsil mənasında sənətkar.Bakılı olub mərd sənətkar👏👏👏👏
@leylimm5751
@leylimm5751 2 жыл бұрын
Allah rəhmət eləsin, görkəmli aktyorumuza.. Kişi rolllarını kişi kimi oynadı, kişi kimi də ad qoydu....
@tomitomi3573
@tomitomi3573 2 жыл бұрын
Allah hər ikisinede rəhmət etsin .Gözəl aktyor dəyərli sənətkar idi .Çox təəssüfki dünyadan tez köçdü
@tunzalrzayeva338
@tunzalrzayeva338 2 жыл бұрын
Allah sənə rehmət eləsin Yaratdığın obrazları ele yaratdın ki , əbədi yaddaşımıza həkk olunub. Oğlunun da ,özünün məkanı cənnət olsun.
@tezegulefendiyeva5456
@tezegulefendiyeva5456 2 жыл бұрын
Allah rehmet etsin çox möhteşem aktyor idi... qebri nurla dolsun...
@sfqmemmedova4264
@sfqmemmedova4264 2 жыл бұрын
Allah rəhmət eləsin çox gözəl aktyor idi. Görək bir nəfər də olsa onun haqqında mənfi söz yazacaqmı?! İnanmıram.
@MM-yw9xk
@MM-yw9xk 2 жыл бұрын
Yazada Bilməz
@sevilia.m.1078
@sevilia.m.1078 2 жыл бұрын
@@MM-yw9xk Burada bir pis söz deyilsə, hamı mənfi rəy yazacaq- biləndə, bilməyəndə.
@eminebayramova4147
@eminebayramova4147 2 жыл бұрын
Allah rəhmət etsin gozəl insan gözəl sənətkar .cox həddindən artiq cox sevirdik
@sfqmemmedova4264
@sfqmemmedova4264 2 жыл бұрын
@@sevilia.m.1078 Niyə ki? İnsanın sənəti gözəl, əxlaqı gözəl, insanlığı gözəl. Gərək yerin üstə elə gəzəsən ki, altında da rahat yatasan. Bir də Allah rəhmət eləsin
@muxtarwukurov2480
@muxtarwukurov2480 2 жыл бұрын
@@sfqmemmedova4264 000 tt
@taranarahimov4833
@taranarahimov4833 2 жыл бұрын
Coox hayf bele bir aktyorlar gəlməyəcək Allah rəhmət etsin Dəsti xətti olan insan.😞😞
@user-hh7np2jq1v
@user-hh7np2jq1v 2 жыл бұрын
Perestiş etdiyim senetkar.Esl azerbaycan kişi obrazı.Allah rehmet etsin.Ruhun şad olsun gozel senetkar.
@leylamohubbetqizi8166
@leylamohubbetqizi8166 2 жыл бұрын
DAHI SENETKAR.... MOHTEWEM , OLMEZ HESEN TURABOV !!! 31 SAYLI ORTA MEKTEB COX MEHWURLAR YETIRIB....RUHU WAD OLSUN !!!!
@user-yr5lc7ei3g
@user-yr5lc7ei3g 2 жыл бұрын
Allah rəhmət eləsin, böyük sənətkar idi!
@sevincaslanova8502
@sevincaslanova8502 2 жыл бұрын
Çox sevdiyim aktyorlardan biridir . Allah rəhmət eləsin .
@sabirkengerlimammadov5046
@sabirkengerlimammadov5046 2 жыл бұрын
Allahu təla rəhmət eləsin ruhu şad məkanı cənnət olsun Amin inşəallah. Çox böyük bir sənətkar aktyor idi.
@simnar4006
@simnar4006 2 жыл бұрын
ƏSL KİŞİ SƏNƏTKARN.Nur içində yatın.Bizə gözəl rollarınız qaldı.Siz əvəzolunmaz aktyorsuz.Allah rəhmət eləsin!
@sahinibadov692
@sahinibadov692 2 жыл бұрын
1987-ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul imtanindan məndən imtahan götürüb.Mənə qiymət yazdı,əlin-qolun var olsun ❗Nur içində yatın ❗Mən sizi unutmadım ❗🙏
@Qladiatorrr
@Qladiatorrr Жыл бұрын
Amin
@user-zo5ie2uc5k
@user-zo5ie2uc5k 2 жыл бұрын
ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN ƏN ÇOX SEVDİYİM AKTYORLARDAN BİRİ İDİ. ÇOX TƏƏSSÜFLƏR ÖLÜM HAQDIR ÇIXMAQ OLMAZ ƏMİRDƏN HƏYATIN QƏRİBƏ QANUNLARI VAR NEYLƏMƏK OLAR RUHU ŞAD OLSUN MƏKANI CƏNNƏT.
@xalidabbasova5331
@xalidabbasova5331 2 жыл бұрын
Böyük adam ! Allah sənə rəhmət eləsin.Səndən bir də olmayacaq.
@tahirehuseynova7382
@tahirehuseynova7382 2 жыл бұрын
Allah qəni-qəni rəhmət eləsin. Belə aktyorlar bir də cətin indiki zamanda olalar.
@user-ry6lq1ze6g
@user-ry6lq1ze6g 2 жыл бұрын
ALLAH SENETKARIMIZA QENI QENI REHMET ELESIN. SIZE DE TEWEKKÜRLER KI BELE SENETKARLARIMIZI YAD EDIRSIZ.
@navaiahmadov
@navaiahmadov 2 жыл бұрын
Allah rəhmət eləsin, dahi sənətkarımıza!!!
@milafuzulili7013
@milafuzulili7013 2 жыл бұрын
Bu aktyorlardan birde olmayacaq.Allah rehmet elesin
@sevdahaciyeva1476
@sevdahaciyeva1476 2 жыл бұрын
ALLAH bütün dünyasını dəyişmiş aktyorlarımıza rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun İNŞALLAH AMİN
@natiqhuseynov6622
@natiqhuseynov6622 2 жыл бұрын
Allah rehmet elesun korifey aktyorumuz hesenaqa turabova.
@natiqyt884
@natiqyt884 2 жыл бұрын
Allah rəhmət eləsin. Azərbaycan aktyorluq sənətinin 1 cilərindən idi
@asvarnasirov2103
@asvarnasirov2103 2 жыл бұрын
Allah rəhmət eləsin, ruhu şad olsun. Amin.
@valideelizadu5382
@valideelizadu5382 2 жыл бұрын
Əvəzolunmaz aktyor ,hem de əsil kişi obrazi yaradan insan ,allah SENİ rehmet eləsin.
@esmiraceferova1355
@esmiraceferova1355 2 жыл бұрын
Allah rəhmət etsin,gözəl aktyor idi.
@ilahhmdova1131
@ilahhmdova1131 2 жыл бұрын
Allah rəhmət eləsin.Onun çox ğözəl danışıq tərzi və seçilən səsi var idi.Onun elə 1 dənə Ğəray.bəy obrazı bəs idi məşhur.olmağına
@rasimsefullayev4891
@rasimsefullayev4891 2 жыл бұрын
Bəs "Qaçaq Nəbi"
@ceyhunneymetzade9036
@ceyhunneymetzade9036 2 жыл бұрын
Allah rehmet elesin.heyif o kiwilerden
@memmedxelefov8365
@memmedxelefov8365 2 жыл бұрын
ALLAH rəhmət eləsin BAKININ təməl divarından düşən daha bir daş.
@sahibealiyeva9228
@sahibealiyeva9228 2 жыл бұрын
Allah haqq dünyasını versin.Amin.
@narminamirgasimova4514
@narminamirgasimova4514 2 жыл бұрын
RUHU ŞAD OLSUN, EVEZOLUNMAZ SENETKAR! YERINIZ NECE DE GÖRÜNÜNÜR! VALLAH SIZDEN BIR OLMAYACAQ!
@dasqinqedirov7526
@dasqinqedirov7526 2 жыл бұрын
Çox gözəl bir layihədir bu və mən sizə çox təşəkkür edirəm biz orta nəsil bu sənətkarların hamısını tamaşalarından gözəl filmlərdə oynadıqları rollarından tanıyırıq sizin işinizin gözəl olan tərəfi bu günün gənclərinə onları tanıtmaq və sevdirmək və bizə də nostalji hissləri yaşatmaq bu yolda və işinizdə sizə uğurlar arzu edirəm Böyük sənətkarımıza və əziz oğluna Allahdan rəhmət diləyirəm
@doktorbsir4072
@doktorbsir4072 2 жыл бұрын
Allah rəhmət etsin yyeri cənnət olsun🤲🤲🤲🇹🇷🇦🇿
@deutachland2334
@deutachland2334 2 жыл бұрын
Allah rəhmət eləsin.Əsil kişi qaməti,kişi xasiyyəti bir sözlə əsil Azərbaycanlı kişisi
@turkoglu520
@turkoglu520 2 жыл бұрын
Cox sevdiyim evez olunmaz aktyor, Allah rehmet elesin🙏🏽
@Cema-cu1nk
@Cema-cu1nk 2 жыл бұрын
əvəzolunmaz aktyor Allah rəhmət eləsin ruhu şad məkanı cənnət olsun Amin
@ceyhunkazimov132
@ceyhunkazimov132 2 жыл бұрын
Allah rəhmət eləsin Ruhumuz şad olsun şad olsun Amin. Sizlərdə çox saq olun paylaşdiniz.
@user-pm9hg6zr7p
@user-pm9hg6zr7p 2 жыл бұрын
Allah qəni qəni rəhmət eləsin əsl Sənətkarımıza...Sinəsi dağlı İnsan Sizin yerinizi heç kim tuta bilməz.
@seyahetliyev4754
@seyahetliyev4754 2 жыл бұрын
Allah rəhmət eləsin gözəl sənətkar idi
@fizulimaniyev7347
@fizulimaniyev7347 2 жыл бұрын
Allah rehmet elesin. Azerbaycan kunosu ele bu aktyorlarlada bitdi. 60-80 ci illerse kunolara cekilenlerle, adbaad saymaq istemurem. Allah hamina rehmet elesin, sag qalanlarada can sagligi.
@rzuasgarova1632
@rzuasgarova1632 2 жыл бұрын
Allah rehmet etsin yeri cennet olsun əsil senetkar hec vax onun filimlerinen doymaq olmur
@muslummammadzada7040
@muslummammadzada7040 2 жыл бұрын
ÇOX GÖZƏL İNSAN İDİ. ONUN KİMİ AKTYOR ÇOX ÇƏTİN BİR DAHA DÜNYAYA GƏLƏR.
@NORDZARAT
@NORDZARAT 2 жыл бұрын
ALLAH REHMET ELESIN DAHI SENETKAR. 👏🏻👏🏻
@sevinctagiyeva5405
@sevinctagiyeva5405 2 жыл бұрын
Allah rəhmət eləsin un Adil Iskəndərovda gözəl Azərbaycan aktyorları onlardan birdə olmayacaq bəbirlərin nurla dolsun
@xatirbayramova2635
@xatirbayramova2635 2 жыл бұрын
Allah rəhmət etsin məkanı cənnət olsun əvəzsiz aktyor idi 🤲🤲🤲
@gultekinmahmudova6814
@gultekinmahmudova6814 2 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN. ƏSİL MÜSƏLMAN KİŞİSİ İSTEDADLI SƏNƏTKAR HƏSƏN TURABOV
@xuramanhuseynova6520
@xuramanhuseynova6520 2 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN .
@nazildadasova1200
@nazildadasova1200 2 жыл бұрын
ALLAH rəhmət eləsin
@sevilia.m.1078
@sevilia.m.1078 2 жыл бұрын
Rəhmətliyin oğlu necə də özünə oxşayırmiş.Hansusa bir alçaq, bir ocağı söndürdü.
@user-if8do9wh8c
@user-if8do9wh8c 2 жыл бұрын
Allah rəhmət eləsin .!!
@esmakarayeva8318
@esmakarayeva8318 2 жыл бұрын
Allah boyuk senetkar Turabova rehmet eylesin.
@xanzadeeyvazov708
@xanzadeeyvazov708 2 жыл бұрын
Аллаһ рәһмәт еләсин,бөјүк сәнәткара,оғлу Дашгынын өлүм сәбәби гаранлыг олду,Аллаһ она да рәһмәт еләсин.
@rzaevaismet5254
@rzaevaismet5254 2 жыл бұрын
qaranliq olmadi. hami o eva basqin edarkan polis orani ahataya almiwdir va ataw acmaq istayarkan Dasqin polisi saxlayir va onlara bildirirki, siz ataw acmayin man onu taniyiram va o manim sozuma qulaq asacaq. ozu o qapini acir icari daxil olarkan hamin o adam ela bilir ki bawqasidir va ataw acir. sonradan o bilir ki Dasqina ataw acib.
@avsarturk9889
@avsarturk9889 2 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN
@hamiyatnovruzzade100
@hamiyatnovruzzade100 2 жыл бұрын
Allah rehmet elesin, men gox sevirdim HesenTurabovi
@tunzala6718
@tunzala6718 2 жыл бұрын
Allah rehmet etsin 😔Indi bele gozel senetkarlar yoxdu hec yoxdu...😔
@afagragimova292
@afagragimova292 2 жыл бұрын
Allah rehmet elesin,mekani cennet olsun amin🤲🌹🌹dahi senetkar‼🌹
@surxaynesirov9693
@surxaynesirov9693 2 жыл бұрын
Allah rəhmət eləsin İndi elə sənəkarları biz hardan tapaq??????
@saidahuseynova1302
@saidahuseynova1302 2 жыл бұрын
Allah rəhmət eləsin, kişi kimi kişi
@vugarsuleymanov7901
@vugarsuleymanov7901 2 жыл бұрын
Allah rəhmət eləsin evezsi, sənətkar. Ruhun wad olsun amin
@iradealieva6776
@iradealieva6776 2 жыл бұрын
AzDramanın Adil İsgəndərovdan sonra ən görkəmli direktoru Həsən Turabov olub.Həm istedadlı aktyor olub, həm də yüksək insani keyfiyyətləri olub.Allah rəhmət eləsin
@ziyafetqarayeva6702
@ziyafetqarayeva6702 2 жыл бұрын
Cox deyerli ,y nudulmaz ,səhnəmizin yaraşıqlı aktyor senetkarı allah rehmet elesin amin amin
@smsyagmur1075
@smsyagmur1075 2 жыл бұрын
Aktyorluğundan da ötə elə ağa bəy insan olub. Ruhu şad olsun.
@ilhamismayilzade5632
@ilhamismayilzade5632 2 жыл бұрын
ÇOX ÇOOX GOZƏL AKTYOR İDİ.. ALLAH RƏHMƏT EYLƏSİN.YARATDİQİ, OYNADIQİ HƏR BİR OBRAZI CANLI OYNAYARDI..SƏSİ, GÖRÜNÜŞÜ..TAM BİR ORJİNAL OYNADİQLARİ ROLLAR.. ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN ❤️❤️..
@nofelabbasov8571
@nofelabbasov8571 2 жыл бұрын
Çox səviyyəli, mədəni bir şəkildə təqdim edirsiz.Uğurlar.Abunə oldum nəhayət
@user-eb7pr2nx1f
@user-eb7pr2nx1f 2 жыл бұрын
Allah rəhmət eləsin!!!
@xalidaxalafova8112
@xalidaxalafova8112 2 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN 🙏🙏🙏 ƏVƏZ OLUNMAZ SƏNƏTKARA . TƏƏSSÜF EVLADLARI İNCƏSƏNƏTİ ÜZRƏ OXUMADI . YALÇIN SİNİF YOLDAŞIM İDİ , TƏRBİYƏLİ UŞAQLARDI QIZI SEVİNCDƏ HALAL OLSUN BU AİLƏYƏ . BÖYÜK OĞLU DAŞQININDA MƏKANI CƏNNƏT OLSUN 🙏🙏🙏 DAHİ SƏNƏTKARIN RUHU ŞAD OLSUN 💔🖤🥀🥀🌾🌾😔😔
@lios777
@lios777 2 жыл бұрын
Allah rəhmət eləsin, Allah heç bir valideyn övlad acısı yaşatmasın 🤲🏻😢
@pervanenebiyeva1134
@pervanenebiyeva1134 2 жыл бұрын
Allah rehmet elesin 🤲Mekani cennet olsun 🤲 Evezolunmaz aktyor ...👍👏
@fatmakerimova4092
@fatmakerimova4092 2 жыл бұрын
Allah Rehmet eylesin.Cox gozel aktyor idi
@lalezeynalli2133
@lalezeynalli2133 Жыл бұрын
Allah rəhmət eləsin yaraşıqlı sənətkarımıza.Aparıcıya da cox təşəkkürlər
@ceyhunaslanov3117
@ceyhunaslanov3117 2 жыл бұрын
ALLLAH rəhmət eləsin Nəhənglərdən idi!!!
@nazlinovruzova7472
@nazlinovruzova7472 2 жыл бұрын
Cooooox xosum gəlirdi bütün rollarından
@user-xl3mv5th8j
@user-xl3mv5th8j 2 жыл бұрын
ALLAH rehmet etsin dahi senetkara, heqiqeten de sehnemizin gozel, bacariqli aktyori idi...
@shlaagayeva9285
@shlaagayeva9285 2 жыл бұрын
Allah rəhmət eləsin.Oların yeri əvəzediməzdir.
@xudafrinxudafrin6300
@xudafrinxudafrin6300 2 жыл бұрын
Allah rəhmət eləsin çox istedadlı böyük sənətkar idi.Heyif ki bu sənətkara qiymət vermədilər yerə soxum bunların boylarını
@ilhamaliyev246
@ilhamaliyev246 2 жыл бұрын
Allah rəhmət eləsin ruhu şad olsun
@user-jw7oq6vk5z
@user-jw7oq6vk5z 2 жыл бұрын
Allah rehmet elesin.
@kamilebayramova2725
@kamilebayramova2725 2 жыл бұрын
O vaxtlarki aktyorlardan birdə olmayacaq. İndikilər nə aktyordu
@blackgold4483
@blackgold4483 2 жыл бұрын
Çox kövrəldim Allah rəhmət eyləsin hazırlayanlarada tewekurler
@sevdagulumcanova9129
@sevdagulumcanova9129 2 жыл бұрын
Allah rəhmət eləsin dahi sənətkara Amin
@user-gk3ul9cw5u
@user-gk3ul9cw5u 2 жыл бұрын
Allah rəhmət eləsin🇦🇿💐
@cahangirhesenov7314
@cahangirhesenov7314 Жыл бұрын
Gözəl insan,dahi sənətkar,əsil kişi, Allah rəhmət etsin.Qəbrin nurla dolsun.
@user-lh9dh2lg6n
@user-lh9dh2lg6n 2 жыл бұрын
Azèrbaycanin èvèzolumaz sènetkari.Allah rèhmet elesin.Kimi bu dunyada,rèhmet,kimi lènet qazanir.
@prvizliyev7436
@prvizliyev7436 2 жыл бұрын
Allah rahmat elasin....Səhnəmizin Garay bayi...
@saraorucova7381
@saraorucova7381 2 жыл бұрын
Cox sag ol ay Muglan balam,Allah o boyuk senetkara rehmet elesin.
@vuqartahirov9211
@vuqartahirov9211 2 жыл бұрын
Allah rəhmət eləsin böyük sənətkarımıza
@qmrxanimalisanova3566
@qmrxanimalisanova3566 2 жыл бұрын
Cox gözəl aktyor olub xosbext olub Xoşbəxtliksə daimi olmur
@gulshanveliyeva7549
@gulshanveliyeva7549 2 жыл бұрын
Çox sağ olun ki,belə videolarla gözəl insanları yad edirsiz.Bilməyənlər də bilsin.Gənclərimiz də xəbərdar olsun.Axı indi belə sənətkarlar yoxdur.Teatr tamaşalarında lap axırıncı sırada da oturduqda aktyorların səsini eşidirdik mikrofonsuz.Həsənağa Turabova Allah rəhmət eləsin.Nimunəvi kişi adam idi.
@bondjamesbond7941
@bondjamesbond7941 2 жыл бұрын
Веlə aktyorlar birdə ola bilməz Həsən Turabov Həsən Məmmədov Fuad Poladov Allah rəhmət eləsin
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 16 МЛН
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 13 МЛН
Oğul dərdinə məğlub olan Həsənağa Turabov
19:39
AStar
Рет қаралды 20 М.
Həmidə Ömərova: "Belə səviyyəsiz filmlərə necə gülmək olar?"
14:56
Belə belə İşlər
Рет қаралды 202 М.
VİCDAN HAQQI AKTYORLARI HAQQINDA MARAQLI FAKTLAR
12:07
AZnews
Рет қаралды 414 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН