Xalqa xidmət, dövlətə sədaqət missiyası

  Рет қаралды 76

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

İnsanın həyatının ali təcəssümü onun dövlətinə sədaqətində və mənsub olduğu xalqa təmənnasız xidmətində ifadə olunur. Azərbaycanın müasir tarixi, əldə etdiyimiz möhtəşəm nailiyyətlər və qələbələr müstəqil dövlətimizə misilsiz xidmət nümunələri olan Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrikliyinin və fədakarlığının yaratdığı milli sərvətlərimizdir.
Bu sərvətləri və tarixi anları Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hamılıqla təqdir olunan çoxşaxəli fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bütün varlığı ilə müstəqil Azərbaycana bağlı olan, var gücü ilə xalqa təmənnasız xidmət göstərən Mehriban xanım Əliyeva ölkəmizin çiçəklənməsinə, müasirləşməsinə, mənəvi dəyərlərimizin inkişafına əvəzsiz töhfələri ilə milyonların qəlbində özünə dərin hörmət və ehtiram qazanıb, sözün həqiqi mənasında dövlətçiliyə misilsiz sədaqət simvoluna çevrilib.
Mehriban Əliyevanın həm ölkəmizdə birinci xanım institutunun ən gözəl nümunəsini yaratmağa, həm də birinci xanım rolunu ən uğurlu, insanlara ən faydalı şəkildə icra etməyə nail olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur. Birinci xanım Mehriban Əliyevanın missiyasının əsas qayəsi insanlara qayğı göstərmək, onların ehtiyaclarının ödənilməsinə çalışmaq, hər kəsə dəstək olmaqdan ibarətdir. Xeyirxahlıq, cəmiyyətdə xeyriyyəçilik ənənələrinin möhkəmləndirilməsi sosial bərabərlik və sosial həmrəylik ideyalarının başlıca dəyərləridir. Gənc Azərbaycan dövlətində bu dəyərlərin dərin kök atması və ictimai hərəkat kimi qərarlaşması birinci xanımın müstəsna xidmətlərindən biri sayılmaqdadır.
Ölkəmizin müasirləşməsi, milli-mənəvi dəyərlərin inkişafı, Azərbaycanın dünyada təbliği, Bakıda beynəlxalq əhəmiyyət daşıyan çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirilməsi, həyatımızın keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verən bir sıra layihə və təşəbbüslər xeyli dərəcədə Mehriban Əliyevanın yaxından iştirakı sayəsində reallaşır.
Azərbaycanın birinci xanımı bir çoxlarından ötrü qayğı və xeyirxahlıq ünvanı, digərlərindən ötrü isə ilham və fədakarlıq mənbəyidir. Onun qayğısından fayda görən minlərlə, on minlərlə insanla yanaşı, birinci xanımın fədakarlığından, dövlətə sədaqətindən və xalqa xidmət nümunəsindən ilham alaraq uğur yolunu tapmış, cəmiyyətimizə böyük töhfə verən yüzlərlə, minlərlə vətənpərvərlərimiz də var.
Mehriban xanımın təşəbbüsü ilə işıq üzü görən və Azərbaycanın həyatında dərin iz buraxan layihələrin bir çoxu Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Nəinki ölkəmizdə, hətta regionda ən möhtəşəm ictimai təşkilat kimi qəbul edilən bu fond Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği ilə yanaşı, cəmiyyətin mədəni həyatında əhəmiyyətli rol oynayan çoxsaylı təşəbbüsləri sayəsində məşhurluq qazanıb.
Sosial problemlər, mədəni və milli-mənəvi dəyərlər bütün dövrlərdə insanları düşündürən, cəmiyyətin əhvali-ruhiyyəsinə birbaşa təsir göstərən amillərin sırasında ön yerlərdə dayanıb. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondu yarandığı gündən sözügedən problemləri öz fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimizin Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərində yaxından iştirak edir.
Mehriban xanım Əliyevanın müasirləşən, gücü durmadan artan, qalib və firavan Azərbaycanın qlobal miqyasda uğurlu təbliğatını böyük ləyaqətlə həyata keçirməsi nəinki xalqımız tərəfindən, eləcə də bütün dünyada diqqətlə izlənilir, təqdir olunur və yüksək qiymətləndirilir. Bu onun böyük vətəndaş mövqeyinin ifadəsi, tarixi missiyası, vətən qarşısında əvəzsiz xidmətidir.

Пікірлер: 5
@sesizgecələrKərimov
@sesizgecələrKərimov 8 күн бұрын
var olsun
@yunusibrahimov7939
@yunusibrahimov7939 13 күн бұрын
çox gözəl
@malikmuradov5787
@malikmuradov5787 24 күн бұрын
Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan gözəl şəxsiyyətdir. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır.
@emilaxundov8717
@emilaxundov8717 23 күн бұрын
Eşq olsun Mehriban xanıma. Onun rəhbərliyi altında Heydər ƏLiyev fondunun Azərbaycanın tarixi, mədəniyyəti, təhsili və səhiyyəsi üçün gördüyü misilsiz işlər əvəzolunmazdır. Heydər ƏLiyev fondunun xətti ilə Azərbaycan bütün dünyaya tanınır.
@elihuseynov3595
@elihuseynov3595 24 күн бұрын
Mehriban Əliyeva Azərbaycanda, bir çox İnkişaf etmiş ölkələrdə olan Birinci xanım İnstitutunun örnək nümunəsini yaradıb
Şirniyyat bizə nə edir ? Buyurun baxın  | Fizuli Hüseynov
8:55
Fizuli Hüseynov
Рет қаралды 12 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 49 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 53 МЛН
Zaur Qəriboğlu: "Bakı müsibət yaşayır"
6:16
Reaksiya TV
Рет қаралды 6 М.
BANGLADESH | A Revolutionary Change?
14:42
Prof James Ker-Lindsay
Рет қаралды 28 М.
Ermənistan hücum silahları ilə silahlanır
16:05
REAL TV
Рет қаралды 132
ABŞ-da çalışan məşhur azərbaycanlı cərrah (MÜSAHİBƏ)
18:22
Belə belə İşlər
Рет қаралды 25 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 49 МЛН