Şəhriyar - Heydərbabaya salam - 2 (Şəhriyarın öz səsindən eşidin.)

  Рет қаралды 71,313

Zaur.Kerimli

Zaur.Kerimli

Күн бұрын

Heydərbaba, bulaqların yarpızı,*1
Bostanların gülbəsəri, qarpızı,
Çərçilərin ağ nabatı saqqızı,
İndi də var damağımda, dad verər,
İtgin gedən günlərimdən yad verər.
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,*2
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də öydə (evdə) ağladım,*3
Bir şal alıb tez belimə bağladım,
Qulam gilə qaşdım (qaçdım), şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Heydərbaba, Mirzəmmədin*4 baxçası,
Baxçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası
Hey dizilər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.
Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış (naxış) vurub, otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər
Qız-gəlinin fındıqçası, hənası (xınası),
Həvəslənər anası, qayınanası.
Bakıçının sözü, sovu, kağızı
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı (qozu), mövizi
Qızlar deyər: "Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtım açıl, çərşənbə".*5
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Novruzəli (xərməndə) xırmanda vəl*6 sürərdi,
Gahdan yenib (enib) küləşləri kürərdi,
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün ulaq ayaq saxlardı,
Dağa baxıb qulaqların şaxlardı.
Axşam başı naxırçılar gələndə,
Qoduqları çəkib, vurardıq bəndə,
Naxır keçib gedib yetəndə kəndə,
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq.*7
Yaz gecəsi çayda sular şarıldar,
Daş-qəyələr (qayalar) seldə aşıb, şarıldar,
Qaranlıqda qurdun gözü parıldar,
İtlər, gördün, qurdu seçib ulaşdı,
Qurd da gördün, qalxıb gədikdən aşdı.
Qış gecəsi tövlələrin otağı,
Kəndlilərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.
Şüca xaloğlunun (xala oğlunun) Bakı sovqəti (sovqatı),*8
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəstli, qəddi, qaməti
Cünəmmeyin toyu döndü, yas oldu,
Nənəqızın bəxt aynası kas oldu.
Heydərbaba, Nənəqızın gözləri,
Rəxşəndənin*9 şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.
Yaz qabağı gün güneyi döyəndə,
Kənd uşağı qar gülləsin sövəndə,
Kürəkçilər dağda kürək züvəndə,*10
Mənim ruhum elə bilin ordadır,
Kəhlik (kəklik) kimi batıb qalıb, qardadır.
Qarı nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,*11
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Baydaların südü aşıb-daşardı.
Xəccəsultan əmmə dişin qısardı,*12
Molla Bağır əmoğlu (əmioğlu) tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsin üstə qaynardı,
Qovurğamız sac içində oynardı.
Bostan pozub gətirərdik aşağı,
Doldurarduq evdə taxta tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çıtlardıq,
Çox yeməkdən lap az qala çatlardıq.
Vərziğandan*13 armudsatan gələndə,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.
Mirza Tağıynan (Tağı ilə)*14 gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən işıq düşdü o tay baxçaya,
"Eyvah,-dedik,- qurddu", qayıtdıq, qaçdıq,
Heç bilmədik nə vaxt küllükdən aşdıq.
Heydərbaba, ağaçların ucaldı,
Amma heyif, cavanların qocaldı,
Toxluların arıqlayıb acaldı (ac oldu),
Kölgə döndü, gün batdı, qaş qərəldi, (qaraldı)
Qurdun gözü qaranlıqda bərəldi.
Eşitmişəm yanır Allah çırağı,
Dair olub məscidizin bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsur Xanın*15 əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.
Heydərbaba, Molla İbrahim*16 var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xırma üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən səlam (salam),
Ədəbli bir səlam-malakəlam.
Xaccəsultan əmmə (amma) gedib Təbrizə,*17
Amma nə Təbriz ki, gələnmir bizə,
Balam durun, qoyaq gedək evimizə,
Ağa öldü, tifağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.
Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.
Heydərbaba, yar- yoldaşlar döndülər,
Bir- bir məni çöldə qoyub çöndülər,
Çeşmələrim, çıraqlarım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya bizə xərabəyi- Şam oldu.
Əmoğluynan (əmi oğlu ilə) gedən gecə Qıpçağa,*18
Ay ki, çıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məş Məmixan*19 göy atını oynatdı,
Tüfəngini aşırdı şaqqıldatdı.
Heydərbaba, Qərə (Qara)*20 kolun dərəsi,
Xoşginabın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəhliyin (kəkliyin) fərəsi,
Ordan keçər yurdumuzun özünə,
Biz də keçək yurdumuzun sözünə.
(محمد حسین شهریارحیدر بابایه سلام)

Пікірлер: 58
@Zaur.Kerimli
@Zaur.Kerimli 3 жыл бұрын
*1 - Yarpız- farsca “punə” dir. “Qole- pune nə na pune” mahnısı onun haqqındadır. Yazın ətirli və gözəl otlardan biridir. Hal əhlləri yanında kövrək xatirələr mənbəyidir. Xüsusən bulaq kənarlarında təzə pendir- çörəklə yeyiləndə verdiyi ləzzət təsvirəgəlməzdir. *2 - Kəndli evlərində evin ortasında baca qoyurlar ki, təndirin tüstüsü ordan çıxsın. Ancaq bəzən həmin bacadan başqa məqsədlərlə də istifadə olunur: bunlardan biri adaxlıbazlıqdır ki, onun xüsusiyyətlərini “Gecənin əfsanəsi” hissələrindən birində (kəndlinin adaxlıbazlığı) təsvir etmişəm. Digəri- Novruz bayramı günlərində şal salmaqdır. Çərşənbə gecəsi bəzi adamlar özünü tanıtmadan evlərin damına çıxıb öz rəngbərəng şallarını sallayırlar. Yəni ki, bayramlıq istəyirəm. Ev sahibi öz fərasətinə uyğun olaraq şal sahibini tanımalı, öz imkanına uyğun və şal sahibinə layiq bayam payını şalın ucuna bağlamalıdır. O zamanın bayramlığı çox vaxt güllü corablar, ipək dəsmallar, uşaq fışqırağı, gözəl toyuq- cücələri, boyanmış yumurta, çərəz və şirniyyat və s. olardı. Bu adət əksərən kasıb uşaqları əyləndirmək, onların könlünü almaq məqsədi güdsə də, dövrün şən mərasimlərindən idi. *3 - Həmin il mənim nənəm Xanım nənə rəhmətə getmişdi və biz bayram keçirtməməliydik. Ancaq mən uşaq olduğumdan, inadıma salıb bir şal götürdüm və oyun yoldaşım Qulam xaloğlugilin damlarına qaçdım. Qulamın anası rəhmətlik Fatma xala hiss etdi ki, bu mənəm. Şalıma bir cüt güllü corab bağlaya- bağlaya məni yetim qoymuş Xanım nənəmi yada salıb gözündən yaş tökdü. O zaman bir kəndli qadının səmavi surəti unudulmaz bir tablo kimi xatirimdə əbədi iz qoydu. *4 - Mirzəmməd- Mirzə Məhəmmədin qısaldılmış şəklidir. Rəhmətlik bizim yaxın adamlarımızdan, işgüzar və qeyrətli bir kişi idi. Heydərbaba dağının ətəyində gözəl bir bağçası var idi. Mənə və yoldaşlarıma icazə vermişdi ki, bağçada nə istəyiriksə eləyək. Xatiri xoş olsun. *5 - Azərbaycanda bir qayda olaraq çərşənbə günü sübhdən su üstündən atılıb bu xalq nəğməsini oxuyarlar: Bəxi- mən bəxti- səid bəxtim bərəkallah, Ağ əllərə qırmızı həna yaxdım, bərəkallah, Atıl- matıl çərşənbə, Bəxtim açıl, çərşənbə. Necə ki, Tehranda çərşənbə bayramı axşamı od qalayıb üstündən atlanar və deyərlər: Zərdiye- mən əz to, Sorxiye to əz mən. *6 - “Vəl” sözü xırmandöyən alət mənasını verir. Təbrizdə ona “cırğır” deyirlər. Öküzü yaxud ulağı ona qoşub xırman döyürlər. *7 - Kənd uşaqlarının əyləncələrindən biri bu idi: axşam çağı sürü çöldən qayıdanda qoduqları bir kənara çəkib gözləyirdilər ki, sürü bir az uzaqlaşsın. Sonra özlərini sürüyə çatdırmaq üçün tələsən qoduqlara minib çapıb, çavuşları yamsılayaraq hay- küy qaldırırdılar. Bəzən bu iş qoduq sahiblərinin etirazına səbəb olurdu. Necə deyərlər, özlərindən çıxardılar. Bu zaman uşaqlar nə cür olur- olsun özlərini müdafiə etməyə çalışırdılar. *8 - Şüca xaloğlu- igid və gözəl bir cavan idi. Badkubə səfərindən pay- püşklə qayıtmışdı ki, öz nişanlısına toy eləsin. Pis musiqi aləti olmayan qarmanını yaxşı çalırdı. Axşamlar öz evlərinin damına palaz salıb samavar qaynadır, kənd cavanları ilə deyib gülürdü. Heyif ki, taleyi bir riqqətli kino pərdəsi kimi dəyişdi. Yazıq bəy olmamışdan yatalaq xəstəliyinə tutulub öldü, əfsanəvi nişanlısını kor və keçəllərə qoydu. *9 - Nənəqız və Rəxşəndə- mənim qohumlarım və tay- tuşlarımdır. *10 - Bayram günlərində şaxtalar sınıb uşaqlar qar- topu oynayanda dağın güneyində kürəklə sürüşməyə başlayırdılar. Bu, kənd xizək sürməyidir. Başgicəlləndirici uçuş kimi xüsusi bacarıq və vərdiş tələb edir. Oturmuş halda olduğundan, Avropa xizək sürməyindən daha rahat və xoşagələndir. *11 - Teşi- bir növ sadə əl milidir. Ətdöyən (toxmaq- tərc) şəklindədir. Kiçik bir qarmağı var. kənd arvadları ağ yunu dizlərinin üstünə yığıb teşi ilə əyirirdilər. şerin bu bəndində buludlara dolaşmış günəş həmin teşiyə bənzədilir. *12 - Qışda sübh tezdən bibim təndir salıb evi yığışdırandan sonra təzədən kürsünü qurardı. Bunun üçün əvvəlcə lazım idi ki, hamını süpürgə ilə evdən çıxartsın. Bu isə biz tənbəllərə sərf eləmirdi. Xüsusən bibimin ərini yaşı keçdiyindən kürsünün başından qaldırmaq çox çətin idi. Buna görə də bacardıqca ayaqlarını yedə dirəyirdi. Onun dirənməsi bir tərəfdən də bibimdən qorxması, bibimin hirsindən dişlərinin qıcırdatması və həmin vaxt onların söyüşməsi çox gülməli və əyləncəli idi. *13 - Vərziğan- o zaman bol meyvəsi ilə ad çıxarmış bir kəndin adıdır. Başqa kəndlərə də satmaq üçün bu kənddən meyvə aparılardı. Vərziğanlı armud satanın səsi gələndə uşaqların şadlığının həddi- hüdudu olmurdu. Xüsusən ona görə ki, alış- veriş üçün pul lazım deyildi; hər kəs bir ovuc buğda və ya arpa verməklə armud ala bilərdi. *14 - Mirzə Tağı Bağırzadə bibimin oğludur. Bir qış gecəsi çay, qırağında gedib ayın suda əksinə baxdıq. Ay batan adam kimi əl- qol atırdı. Şairlik təbim təzə- təzə çiçəklənəndə bir dəfə gördüm ki, çayın o tayında dağın ətəyində qaranlıqda iki od şöləsi parlayır. Bibim oğlu dedi: - Vay qurd! Zəhrim yarıldı. Qayıdıb qaçmağa başladım. Yolun bir hissəsi üzü yoxuş idi. Qorxudan süstləşmiş ayağlarımı güclə çəkirdim. Axırda rəngi qaçmış, əsə- əsə evə çatdıq. O gecə kürsü yorğanının altında da xeyli titrədim. *15 - Mənsur xan Vəfaiyan- indi Tehranda yaşayır. Vəfalı uşaqlıq dostlarımdan biridir. Bir neçə il bundan qabaq vaxtını və vəsaitini sərf etməklə uçulub dağılmış məscid bulağını əsaslı təmir etmiş, xeyli savab qazanmışdır. *16 - Molla İbrahim- mənim müəllimimdir, doğrudan da fazil bir kişidir. Qırx beş yaşından mənim xatırlatdığım yerdə müəllim və məktəbdardır. Demək olar ki, bütün mahalın əhalisinin ümidi və dayağıdır. Hətta o ətrafın mülkədarları və torpaq sahiblərinin hamısı onun şagirdi olmuş və ona həmişə borcludurlar. Amma kimsədən yardım ummadan tam sərbəstlik və azadlıqla gah öz kiçik tarlasında çalışır, gah da pulsuz- parasız dərs verməklə məşğul olur. *17 - Ailəmiz Təbrizdə olan müddətdə böyük bibim ildə bir dəfə Təbrizə gələrdi. Rəhmətlik atamdan sonra ailəmiz Tehrana köçdü. Hər dəfə bibimin Təbrizə getdiyini eşidəndə uşaqlar heyifslənmib deyirdilər ki, yazıq bibinin halı bizsiz necə olacaq? Şerin bu bəndində həmin hisslər təsvir olunmuşdur. *18 - Qıpçaq- bir dağ kəndidir. Uşaqlıqda əmoğlum Mahmud Nurazərlə ora qonaq getmişdik. Bir neçə gün at minib gəzməklə məşğul olduq. *19 - Məş Məmixan- hazırda polkovnikdir, bizim qonaqçımız idi. *20 - Qərə kol- Heydərbaba dağının qoynunda bir dərənin adıdır. Qışqırşaq kəndini bizim ata- baba vətənimiz Xoşginabla birləşdirir.
@JS7LL
@JS7LL Жыл бұрын
@samiraxmedov3394
@samiraxmedov3394 Жыл бұрын
Allah size can saligi versin
@Zaur.Kerimli
@Zaur.Kerimli Жыл бұрын
@@samiraxmedov3394 Təşəkkür. Hər birimizə nəsib olsun.
@AzrAzr-uf7rc
@AzrAzr-uf7rc 6 күн бұрын
MAŞALLAH
@hesenhesenzade9602
@hesenhesenzade9602 8 жыл бұрын
Allah Məhəmmədhüseyn Şəhriyara qəni-qəni rəhmət eləsin. Amin. Allah qəbrini nur eləsin. Amin.
@aynurqafarova3138
@aynurqafarova3138 8 жыл бұрын
Cənubi Azərbaycana getmək ən böyük arzumdur.Allah qismət rləsin gedim.Soydaşlarımızı görmək ümidilə...
@robbenriberi6668
@robbenriberi6668 5 жыл бұрын
Menimde en boyuk srzumdu.Insallah
@natiqqurbanov2145
@natiqqurbanov2145 5 жыл бұрын
ALLAH QISMET EYLESIN MEN ZIYARET ELEMIWEM MEZARI USTUNDEDE BU WERLERI DEYILI OZ SESINEN
@siracorucov1726
@siracorucov1726 3 жыл бұрын
Neçə dəfə getmişəm. Hər dəfə də pul atmağa çalışırlar adama. Pul bir şey deyil adamın xətrinə dəyir.
@sirzadhsnov1256
@sirzadhsnov1256 5 жыл бұрын
Allah rəhmət eləsin Böyük Ustada
@Elsan244
@Elsan244 11 жыл бұрын
ALLAH SENI REHMET ELESIN DAHI SAIR .....
@ff-wy2cs
@ff-wy2cs 4 жыл бұрын
Ruhun şad olsun dahi şair
@eltunferzalizade9333
@eltunferzalizade9333 7 жыл бұрын
allah dahi saire rehmet elesin! qani qanimizdan cani canimizdan olan soydaslarimizher zaman sizinleyik.
@tural421
@tural421 12 жыл бұрын
Novruz bayrami uchun darixanda dinlemek yerine dushur
@fexreddinelsever2679
@fexreddinelsever2679 Жыл бұрын
M. H. Şəhriyar Azərbaycan poeziyasının əvəzolunmaz dahi şairidir. Allah məkanını Cənnət etsin. Amin.❤❤❤❤❤❤❤
@gunelali363
@gunelali363 2 жыл бұрын
Ustad, gəlmədi sənin kimisi , gəlməyəcək🖤...
@samiraxmedov3394
@samiraxmedov3394 Жыл бұрын
Allah rehmet elesin, cox tesir edim adama
@hicranegeribli715
@hicranegeribli715 10 жыл бұрын
ALLAH rehmet elesin dahi shair
@kamrantagiyev9287
@kamrantagiyev9287 3 жыл бұрын
Allah rəhmət eləsın, şair.Sanki insanın ruhunu bədəndən çıxarır.
@ucqardassenankenanrevan1515
@ucqardassenankenanrevan1515 5 жыл бұрын
Çok guzel. Allah rehmet elesin. Amin
@ucqardassenankenanrevan1515
@ucqardassenankenanrevan1515 5 жыл бұрын
😁😍😢
@nicatabdullayev2939
@nicatabdullayev2939 9 ай бұрын
Allah sizə rəhmət eləsin ey böyük usdad
@terlanaliyev7530
@terlanaliyev7530 6 жыл бұрын
Allah sənin yerini cənnət qərar versin in şə Allah
@bizimguns2070
@bizimguns2070 10 жыл бұрын
ƏSL TÜRK ƏDƏBİYATI
@samirzizov315
@samirzizov315 3 жыл бұрын
Şairlərin Şəhriyarı...Ruhun şad olsun,dahi!
@user-hs1ht5is6p
@user-hs1ht5is6p 4 жыл бұрын
Sehriyar yaradiciligini taniyanda Semedi, Rustemi mutaliye etdiyim dovrume tessuf etdim.Allah seni rehmet etsin , USTAD SHEHRIYAR.
@inaytftullayev9867
@inaytftullayev9867 2 жыл бұрын
GÖZƏL ŞEİRDİR! 👏👏
@nematqurban5864
@nematqurban5864 8 жыл бұрын
allah sənə rəhmət eləsin. böyük türk oğlu. mövuzdə yadımıza saldin
@RovsanHeyderli
@RovsanHeyderli 8 жыл бұрын
sene qeni qeni rehmet, ruhun shad olsun, Ey turkun dahi shairi!
@cavidsharif-off317
@cavidsharif-off317 7 жыл бұрын
Dahi İnsan ŞEHRİYAR
@zohrabnezirov6951
@zohrabnezirov6951 Жыл бұрын
Böıyük zövq aldım 1 az kədərləndim😮
@rasidaaqayeva4067
@rasidaaqayeva4067 6 жыл бұрын
Allah səni rəhmət eləsin ustad şair♡
@yusifcfrov4106
@yusifcfrov4106 3 жыл бұрын
Allah rəhmət eləsin.İndiki şairlər ibrət alsınlar əksəryəti.
@mishilove4860
@mishilove4860 10 жыл бұрын
NAXCIVANLILARIN NOVRUZ BAYRAMI.ALLAH REHMET ELESIN
@vuqarallahverdiyev9932
@vuqarallahverdiyev9932 2 жыл бұрын
Yaşa var ol-Azərbaycan Türk millətim ❗🇦🇿🇦🇿🇦🇿❤️❤️
@sahinmiraslanov7978
@sahinmiraslanov7978 4 жыл бұрын
DAHİ TÜRK ŞAİRİ☹CENNETMEKAN OLASAN UNUDULMAYAN DAHİ
@quluzadetural2861
@quluzadetural2861 11 жыл бұрын
аллах сене рехмет елесин БОЙУК ШАИР.
@vahidqurbanov3757
@vahidqurbanov3757 Жыл бұрын
Sesuve qurban
@ehmedovasebnem
@ehmedovasebnem Жыл бұрын
Şəhriyara eşq olsun
@user-lp4of7zl2g
@user-lp4of7zl2g 5 жыл бұрын
Шаhрияр. ......азарбайджанын тебризи бакысыны гериб галмыш руhусан.
@esgermahmudov307
@esgermahmudov307 4 жыл бұрын
illahi sozlere bax govreldim ehhh usaqliq kendimiz heyif
@shahinpanahov3381
@shahinpanahov3381 5 жыл бұрын
Ruha sigal ceken Shehriyar sozu, sesi ve saz ifasi... Ne gozeldi bu sozleri yaradan, Qeyibdenmi gelir, yoxsa haradan... ShP
@user-hs1ht5is6p
@user-hs1ht5is6p 4 жыл бұрын
Turki dedim, oxusunlar ozleri..
@azersellugur7503
@azersellugur7503 2 жыл бұрын
Allah rehmet elesin cemi ölenlere.
@MShamils
@MShamils 11 жыл бұрын
kovrelir e oxuyanda. xatirelere bax ee
@sahinmiraslanov7978
@sahinmiraslanov7978 4 жыл бұрын
MENİM ÜÇÜN BİR ŞAİR VAR O DA EVEZOLUNMAZ DAHİ ŞAİRİMİZ MEHEMMEDHÜSEYN ŞEHRİYAR
@QARABAQ-2020
@QARABAQ-2020 4 жыл бұрын
ALLAH SEHRIYARA REHMET ELESIN, SEHRIYAR BOYUK HEYATI RESSAMDIR, O KECMIS HEYATIN SEKLINI NECE VAR ELEDE CEKMISDIR, ONUN BU POEMASI ILE BOYUK BIR FILM CEKMEK HECDE CETIN DEYIL, HER SEYI RENGI ILE, ADI ILE, YERI ILE, KIMLIYI ILE HAMISINI DEYIB, QALIB FILMIN CEKILMESI, ONADA ESL AZERBAYCANLI VARLI LAZIMDIR KI, O PULUNDAN BIRAZ BURAXSIN BU MILLI IS UCUN
@Zaur.Kerimli
@Zaur.Kerimli 2 жыл бұрын
@D D, əhsən!
@clilova5263
@clilova5263 6 жыл бұрын
Azəri ədəbiyyatı bəyənin
@farizaliyev3920
@farizaliyev3920 10 жыл бұрын
Bir daha nisgilli xeyallar denizine dysdym
@ramilaliyev6669
@ramilaliyev6669 3 жыл бұрын
Bu birinci hissədir
@RovsanHeyderli
@RovsanHeyderli 8 жыл бұрын
dislike qoyan qani natemiz , aciq de ; men .........
@rubabasovgatova6527
@rubabasovgatova6527 5 жыл бұрын
аллах сани рехмат еласин ей шаир инсаны хаялары ила ушаглыг илларина апарырсан яздыгын шеирлари ила . казан шахари руба
@ahhshdquuur3746
@ahhshdquuur3746 4 жыл бұрын
5a
@eltunferzalizade9333
@eltunferzalizade9333 7 жыл бұрын
allah dahi saire rehmet elesin! qani qanimizdan cani canimizdan olan soydaslarimizher zaman sizinleyik.
@alisafiyealiye
@alisafiyealiye 3 жыл бұрын
Uca Allah Seyid Məhəmməd Hüseyn Şəhriyara qəni-qəni rəhmət eləsin. Yeri cənnət olsun
Heydar Baba'ya Selam (Şehriyar)
28:02
Ser(in)cek
Рет қаралды 36 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 10 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,5 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 199 МЛН
Ustad sehriyar amandi gelme cox tesirli
6:50
kanal114
Рет қаралды 615 М.
İndi niyə?
3:30
Zulfiyye eliqizi
Рет қаралды 956
SÖZÜNƏ HƏDD QOY‼️ HEYDƏR ƏLİYEV və BƏXTİYAR VAHABZADƏ
4:16
Ustad Şəhriyar - Səhəndim (استاد شهریار - سهندیم)
16:29
Məhəmmədhüseyn  Şəhriyarın "Heydərbabaya salam" poeması
52:19
Elşad Əliyev
Рет қаралды 12 М.
Mikail Mirze Yaxşılıq şeri
9:33
Elchin Khalilov
Рет қаралды 220 М.
Ə.Cavad "Səsli qız" təhlil (Brilyant qaşlı qaydalar🤣)
10:18
Rəşad Hümbətov
Рет қаралды 13 М.
Nizami Gəncəvidən qəzəl
3:40
Oghuz Mammadli
Рет қаралды 903 М.
Məhəmmədhüseyn Şəhriyar - Heydərbabaya salam - Kamran M. YuniS
16:50
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 10 МЛН