Şəhriyar - Heydərbabaya salam - 3 (Şəhriyarın öz səsindən eşidin.)

  Рет қаралды 59,837

Zaur.Kerimli

Zaur.Kerimli

14 жыл бұрын

Xoşginabı yaman günə kim salıb?
Seyyidlərdən kim qırılıb, kim qalıb?
Amirqadar dam- daşını kim alıb?
Bulaq genə (yenə) gəlib gölü doldurur?
Ya quruyub, baxçaları soldurur?
Amirqafar*1 seyyidlərin tacıydı,
Şahlar şikar etməsi qeyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların həqqi üstə əsərdi,
Zalimləri (zalımları) qılınc təkin kəsərdi.
Mirmustafa dayı,*2 ucaboy baba,
Heykəlli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu (abrı), ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.
Məcdus- sadat*3 gülərdi bağlar kimi,
Gürüldərdi (guruldardı) buludlu dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnı açıq, yaxşı, dərin qanardı,
Yaşıl gözlər çıraq təkin yanardı.
Mənim atam*4 süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axirə (axıra) qalmışıydı,
Ondan sonra dönərgələr döndülər,
Məhəbbətin çıraqları söndülər.
Mir Salehin*5 dəlisovluq etməsi,
Mir Əzizin*6 şirin “Şaxsey” getməsi,
Mir Məmmədin*7 qurulması, bitməsi,
İndi desək, əhvalatdı, nağıldı,
Keçdi-getdi, itdi- batdı, dağıldı.
Mir Əbdülün*8 aynada qaş yaxması,
Cövcülərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın*9 durbini, yadış bexeyr,
Xoşnigabın xoş günü, yadəş bexeyr.
Sitarəmmə*10 nəzikləri*11 yapardı
Mir Qadir*12 də hər dəm birin qapardı,
Qapıb, yeyib, dayça təkin çapardı,
Gülməliydi onun nəzik qappası,
Əmməmin də ərsininin şappası.
Heydərbaba, Amirheydər*13 neyniyir? (neyləyir)
Yəqin ginə samavarı qeyniyir?
Day qocalıb, alt əngiynən çeynəyir,
Qulaq batıb, gözü girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.
Xanım əmmə Mir Əbdülün sözünü,
Eşidəndə əyər ağız, gözünü,
Məlkamıda*14 verər onun özünü,
Davaların şuxluğundan qatarlar,
Əti yeyib, başı atıb yatarlar.
Fizzə xanım*15 Xoşginabın gülüydü,
Amiryəhya*16 əmqızının quluydu,
Ruxsarə*17 artist idi, söygülüydü,
Seyid Hüseyn*18 Mir Salehi yamsılar,
Amircəfər*19 qeyrətlidir, qan salar.
Xoşnigabın xoş günü, yadəş bexeyr.
Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qabzanardı tüstüsi,
Çörəklərin gözəl iyi, istisi.
Göyərçinlər dəstə qalxıb uşarlar,
Gün saçanda qızıl pərdə açarlar,
Qızıl pərdə açıb, yığıb qaçarlar,
Gün ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı. (camalı)
Heydərbaba, qarlı dağlar aşanda,
Gecə karvan yolun azıb, çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xiyal (xəyal) gəlib, aşıb keçər onları.
Bir çıxeydim (çıxaydım) damqəyənin (damqayanın) daşına,*20
Bir baxeydim (baxaydım) keçmişinə, yaşına,
Bir görəydim nələr gəlib başına,
Mən də onun qarlarıynan ağlardım,
Qış donduran ürəkləri dağlardım.
Heydərbaba gül qönçəsi xəndandı,
Amma heyif, ürək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Bir soruşun bu qarğınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə, keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer üzü dağılsın.
Bu şaytanlıq qurğusu bir yığılsın!
Bir uçaydım bu çarpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənindək dağa saldım nəfəsi,
Sən də qeytər (qaytar), göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.
Heydərbaba, qeyrət qanın qaynarkən,
Qaraquşlar səndən qopub qalxarkən,
O sıldırım daşlar ilə oynarkən,
Qovzan, mənim himmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.
Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,*21
Qıratını minib, kəsib-biçəndə,
Mən də bundan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayınca yatmaram.
Heydərbaba, mərd oğullar doğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut boğginən,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.
Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə (sən de), mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.
(Heydərbaba, yuxum çıxdı doğruma,
Gül dəstəsin aldım, basdım bağrıma.
İsa gəldi əlin basdı ağrıma,
Ayrılığın dığı çıxdı canımdan,
Cəllad dünya keçdi mənim qanımdan.*22)
(محمد حسین شهریارحیدر بابایه سلام)

Пікірлер: 46
@Zaur.Kerimli
@Zaur.Kerimli 3 жыл бұрын
*1 - Ağa Mir Qafar- Təbrizdə və Tehranda tanınmış rəhmətlik Mir Şərifdən (rəhmətlik Müstəvfiül- məmalikin dostu) sonra Xoşkinabın ən hörmətli seyidlərindəndir. Xoşsifat, şirindil, Qonaqsevər, şücaətli seyidlərdən biri idi. Eyni zamanda lazım gələndə qılınc kimi kəskin və ciddi olurdu. Lətifə danışmağı və məclis aparmağı bir sənətkar kimi şah əsəri səviyyəsinə qalxmışdı. Bugünkü terminlə desək, əxlaqi komik pyeslər quraşdırır və bunlardakı bütün rolları özü ifa edirdi. Onun məclislərində heç kəs gülməkdən özünü saxlaya bilmir, qəşş edirdi. Məsələn, Nasirəddin şahın ölümündən sonra vəliəhd Müzəffərəddin şah Təbrizdən yola düşərkən o qədər (qəm- qüssəyə batıbmış ki, ixtiyarsız olaraq gözlərindən yaş axırmış. Saray əyanları şahın kefini açmaq üçün Ağa Mir Qafarı çağırtdırırlar. Seyid çatan kimi şahın atının cilovundan tutub məzə verməyə başlayır. İş o yerə çatır ki, şah gülməkdən bitab olub qışqırır ki, gəlin, məni Seyidin əlindən alın. Xoşginabdakı kiçik mülkünün gəliri ilə dolanırdı. Varlılardan nə alırdısa, kasıb- kusuba paylayırdı. Onun verdiyi pulların hesabına Xoşginabda adi kəndlilər belə şal və tirmə arxalıq geyirdi. *2 - Mir Mustafa dayı- atamın dayısı rəhmətlik Mir Mustafa dayı iri cüssəli, hündür boylu, uzun saqqallı bir seyid idi. Xarici görkəmindən məşhur rus yazıcısı və filosofu Tolstoy, daxili aləmindən isə Firdovsiyə bənzəyirdi. Çoxlu həmasə şeri və qəhrəmanlıq dastanı bilir, yeri gələndə oxuyurdu. Onun ciddi görkəmlə elədiyi adi söhbətlər hər kəsi gülürürdü. Onun ciddi görkəmlə elədiyi adi söhbətlər hər kəsi güldürən orijinal bənzətmələrlə dolu olardı. Məsələn, bir dəfə qoca bir qarının üzün burnunu xalqın gözlərini qaravula almış qoşalülə tüfəngə bənzətmişdi. Qəribə elmlərdən də məlumatı vardı və bayılma xəstəliyin pulsuz müalicə edirdi. Şəhərdə tanınmasa da, kənd yerində sayılan şəxslərdən biri idi. *3 - Məcidüs- sadat- rəhmətlik Ağa Mir Ətaüddövlə igid və qədd- qamətli bir adam idi. Düz qaməti, açıq alnı, mavi parlaq gözləri vardı. O da rəhmətlik Ağa Mir Qafar kimi tündxassiyyət, eyni zamanda məzhəkəçi və məclis bəzən idi. Musiqini çox sevirdi və uşaqlarını musiqi təhsili almağa həvəsləndirdi. Qəzəbi mehribançılığı ilə qarışıq idi. Bir sözlə, Xoşginabın seçilən seyidlərindən idi. *4 - Mənim atam rəhmətlik Mir Ağa Xoşginabi- xoşsifət bir seyid idi. İlk baxışdan əsil- nəsəbi və nəcabəti gözə çarpırdı. Orta boylu, gözəl bədənli, vuqarlı, şirin danışıqlı, nüfuzedici baxışlı idi. Çox səxavətli idi. Ailə üzvlərinin sayı 30- 40 nəfər olardı. Bərəkətli süfrəsi gecə- gündüz şəhərlinin- kəndlnin üzünə açıq olardı. Şer qoşması da vardı. Çox şer və musiqisevər, hər cür sənət növünə həvəsli idi. Yaxşı xətt yazırdı. İri yazıda rəhmətlik Xoşnevisbaşının, narın xəttə isə rəhmətlik Əmir Nizam Gərvəsinin şagirdi olmuşdu. Adətən çox səbirli və yumşaqxasiyyət olsa da nadir hallarda həm də çox əsəbləşər və qəzəblənərdi. O zaman başının və üzünün tükləri qabarar, gözləri qızarardı. Məşğul olduğu hüquq və məhkəmə işlərində çox dərin idi. Əksər davaları sülh və barışıqla başa çatdıra bilirdi. Günahı olan çox pullu müttəhimi rədd etmiş, əksinə günahsız müttəhimləri pulsuz qəbul edərək hətta mənzil xərclərini də öz cibindən vermişdi. Doğrudan da, bütün ömrünü məzlumların hüququnu müdafiəyə sərf etmişdi. Zahirən hamı ilə ünsiyyətdə olsa da, daxilən çox dindar və çəkingən idi. Dövrünün alimləri yanında sözü dəlil gücündəydi. Yadımda qaldığına görə, Xoşginabın seyidlərindən iki nəfəri çox dindar və pak idi: birincisi, Təbriz xiyabanının sakini rəhmətlik hacı Mir Əli Xoşnigabi doğrudan çox övliya adam idi və onun adı mənim uşaqlıq şerlərimdə çəkildiyi üçün xəcalət çəkirəm. İkincisi, Allah hamının ölənlərinə rəhmət eləsin, mənim atam idi. Neçə dəfə Allahdan arzu eləmişdi ki, Qədr gecəsində vəfat eləsin. Eləcə də oldu. 1313- cü şəmsi ilində, Ramazan ayının 23- ü gecəsi əhya gecələri mərasimindən sonra sübh əzanına iki saat qalmış, dodağında təbəssüm dünyadan köçdü. O gecə mən Xorasan yaylığının kəndlərindən birində idim. Yuxuda gördüm ki, atam üzü aya tərəf hərəkət etməkdədir. Ay işığı üzünü və sinəsiini nura qərq etdiyi halda da qəhqəhə ilə gülürdü və qəhqəhəsi üfüqlərə yayılırdı. Oyananda qoca kəndli dedi: “Allahu Əkbər”. Sübh əzanı idi. Çırağı yandırıb qəmgin halda hafiz “Divan”ından fal açdım. Bir qəzəl gəldi ki, təəccüblü olsa da, o gecəyə qədər gözümə sataşmamışdı: Ruze hicran o şəbe- ferqəte- yar axər şod, Zədəm in fal o qozəşt əxtər o kar axer şod, Bəd öz in nur be afaq dəhəm öz dele- xiş, Ke be xurşid residim o ğobar axər çod. (Yarın hicran günü və ayrılıq gecəsi qurtardı Bu falı açdım, ulduz keçdi, iş qurtardı. Bundan sonra öz ürəyimdən üfüqlərə nur verəcəyəm Çünki günəşə çatdıq və toz- torpaq qurtardı.) İki gün sonra atamın vəfatı haqqında teleqram gəldi. *5 - Rəhmətlik Ağa Mir Saleh- yaxşı xətti var idi. Qılıqlı, sadə və səmimi bir insan idi. Söhbətində elə duzluluq və hissiyyat var idi ki, zarafatla deyərdilər ki, səfehliyi tutub. *6 - Rəhmətlik Ağa Mir Əziz- enlikürək, qüvvətli, mütənasib bədənli bir adam idi. “Şah Hüseyni” dəstələri təşkil olunanda o həmişə dəstəbaşı olardı. Çünki gözəl səsi və xüsusi baz- burutu ilə o sanki bu iş üçün yaranmışdı. *7 - Rəhmətlik Ağa Mir Möhsünün oğlu rəhmətlik Ağa Mir Məhəmməd- Ağa Mir Möhsün at minən, atıb- tutan, igid bir adam idi. Hal əhllərinin dediyinə görə, söhbət zamanı Ağa Mir Məhəmməd köklənən saz kimi yavaş- yavaş qızışar və ağzı köpüklənə-köpüklənə rəcəz deməyə başlarmış. *8 - Rəhmətlik Ağa Mir Əbdülxaliq - kiçik bibimin əridir. Cavanlıqda məzəli işləri var idi. Məsələn, arvadları yamsılayaraq vəsmə çəkər, başına çadra örtər, naz- qəmzə ilə divar dalından boylanıb cavanlarla baş-başa verərdi. Bu hekayə mənim ən şirin xatirələrimdən biri kimi Xoşginabda keçirdiyim xoş günlərin yadigarədər. *9 - Şah Abbasın durbini - məşhur rəvayətə görə Cəmşidin bir camı vardı ki, hər şeyi orada görürdü. Şah Abbasın durbini də xüsusən Azərbaycan kəndlərində məşhurdur. Bu cəhətdən Şah Abbas haqqında çox şirin nağıllar var, özü də bu nağıllarda durbin çox işlər görür. *10 - Sitarə bibi - yaşlarına uyğun olaraq mənim dörd bibim vardı: birinci Xədicə Soltan, ikinci Sitarə, üçüncü Sara əmməcan, dördüncü Səyyarə (Xanım əmmə). İlk üçü Allahın rəhmətinə gedib. *11 - Nəzik- Təbrizin özündə nazik deyirlər. Bir növ yumru kənd çörəyidir. Laylarının arasına qoyulan ləzzətli iç ilə çox yeməli olur. *12 - Mir Qadir- bibimin oğludur. *13 - Ağa Mir Heydər- bibimin əridir. İndi 80 yaşlı qocadır, işdən- gücdən qalıb, ağlı- başı yerində olanda şirin zarafatlar edərdi. O zarafatlar indi də bizim qohumlar arasında məşhurdur. Əli və ürəyi açıq bir kişi idi. Gedib- gələni çox idi. Samavarı həmişə qaynayardı, çay içməkdə həddini aşardı. *14 - Mələk aməd - “Mələk-əl-mövt” sözünün qısaldılmış şəklidir ki, kəndlərdə mürdəşir sözünün əvəzinə işlənir. *15 - Fizzə xanım - atamın dayısı qızıdır. Cavanlığında gözəgəlimli və Xoşginab seyidlərinin hörmətlilərindən idi. *16 - Ağa Mir Yəhya- Rəhmətlik Məcidüs - Sadatın qardaşı və rəhmətlik Ağa Mir Mustafanın ikinci oğludur. Açıqürəkli, sadə və səmimi bir adamdır. Hamısı şerləri, xüsusən “Şahnamə”ni çox sevir və əzbərdən deyir. Bu xüsusiyyəti rəhmətlik atasından irs alıb. *17 - Ruxsarə xanım - atamın xalası qızı, hörmətli seyidlərdəndir. Hazırda Tehranda yaşayır. Təqlid baxımından sənətkarlıq və artistlik məharətinə malikdir. *18 - Ağa Seyid Həsən- bizim möhtərəm əmoğlanlarımızdandır. Çox tərbiyəli, söhbətcil, nəcib insandır. Otuz ildən bəri Şəqaqilər ailəsi ilə bağlanıb və Qınaq kəndində yaşamağa qərar verib. *19 - Rəhmətlik Ağa Mir Cəfər - rəhmətlik Ağa Mir Qafarın böyük oğludur. İşgüzar, cəsur və qoxzmaz bir adam idi. Amma əli ağır idi. Kənddə baş verən zarafatlarda iştirak etsə idi, iş xətərsiz qurtarmazdı. *20 - Damqəyə- əzəmətli bir qayadır. Ancaq budağı kimi dağdan ayrılıb, əyilib. Altında otaq boyda bir yer düzəldib ki, qışda və yayda yol keçənlərin, çobanların sığınacağı olur. Uşaqlar da bəzən onun damının üstünə çıxıb ətraddakı əngilliklərin tamaşasından həzz alırlar (Damqəyə dağın döşündə, dərənin üstündə, Şəngilabad və Güllücə kəndlərinin arasındadır).
@elvinasgar
@elvinasgar 9 ай бұрын
Çox sağol
@hesenhesenzade7546
@hesenhesenzade7546 4 ай бұрын
Ustad Şəhriyara Allah qəni-qəni rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun, nur içində yatsın, qəbri nurla dolsun. Amin.
@celalcelal5630
@celalcelal5630 5 жыл бұрын
Şehriyar baba kimisi birde gelmez allah rehmet etsin
@naileehmedova3671
@naileehmedova3671 4 жыл бұрын
Üçüncü hissədə , uşag kimi hönkür-honkür ağkadım... AZƏRBAYCANIN DAHİ VƏ ÖLMƏZ ŞAİRİ... ALLAH RƏHMƏT ELƏSİN.
@vusalkerimova9479
@vusalkerimova9479 4 жыл бұрын
Doymuram ,doymuram qulaq asmaqdan ☺boyuk ustad rehmet icinde yatasan .
@yusifcabbarov8833
@yusifcabbarov8833 2 жыл бұрын
ALLAH. RƏHMƏT. EYLƏSİN ŞAİRƏ. RUHU ŞAD MƏKANI. CƏNNƏT OLSUN🎋🎋🎋🎋🎋🎋🎋🎋🎎🎎🎎🎎🎎🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@alisafiyealiye
@alisafiyealiye 3 жыл бұрын
Uca Allah Seyid Məhəmməd Hüseyn Şəhriyara qəni-qəni rəhmət eləsin. Yeri cənnət olsun böyük şairimizin.
@fikretqurbanov477
@fikretqurbanov477 4 жыл бұрын
Azerbaycan'ın DAHİ veunudulmaz SAİRİ dinledikçe doymaq olmur.Adami çox çox uzaq xeyallara gedir.Nur içiinde yatasan.Ruhun şad olsun.AZERBAYCAN VAR oldukça sevgi ile xatirlanacaqsan
@gularqdirova7769
@gularqdirova7769 4 жыл бұрын
Sözün ustadı ruhumun şairi
@aynurqafarova3138
@aynurqafarova3138 7 жыл бұрын
Allah rəhmət eləsin ulu Şəhriyara!
@user-mq5yj6jc7n
@user-mq5yj6jc7n 5 жыл бұрын
АЛЛАХ рахмат еласин аммин
@cavidtagyev3240
@cavidtagyev3240 5 жыл бұрын
Azerbaycan canim menim..
@crub7164
@crub7164 5 жыл бұрын
хаг шаири беле олур-рехмет сизе
@sirzadhsnov1256
@sirzadhsnov1256 5 жыл бұрын
Allah rəhmət eləsin .
@elihuseynov6224
@elihuseynov6224 4 жыл бұрын
Allah rəhmət eləsin
@farizaliyev3920
@farizaliyev3920 10 жыл бұрын
Allah senin yerini behistd' qerar versin USTAD
@narvinaslanova7673
@narvinaslanova7673 7 жыл бұрын
Allah rәhmәt elәsin,hörmәtlә anırıq.
@samirzizov315
@samirzizov315 3 жыл бұрын
"HEYDƏRBABAYA SALAM" Heydərbaba, ildırımlar çaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə. Heydərbaba, kəhliklərin uçanda, Kol dibindən dovşan qalxıb qaçanda, Baxçaların çiçəklənib açanda, Bizdən də bir mümkün olsa yad elə, Açılmayan ürəkləri şad elə. Bayram yeli çardaxları yıxanda, Novruz gülü, qar çiçəyi çıxanda, Ağ buludlar köynəklərin sıxanda, Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun. Heydərbaba, gün dalıvı dağlasın, Üzün gülsün, bulaqların ağlasın, Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə, ver gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana. Heydərbaba, sənin üzün ağ olsun, Dörd bir yanın bulaq olsun, bağ olsun, Bizdən sonra sənin başın sağ olsun, Dünya qəzöv-qədər, ölüm-itimdi, Dünya boyu oğulsuzdu, yetimdi. Heydərbaba, yolum sənnən gəc oldu, Ömrüm keçdi, gələmmədim, gec oldu, Heç bilmədim gözəllərin nec oldu, Bilməz idim döngələr var, dönüm var, İtginlik var, ayrılıq var, ölüm var. Heydərbaba, igid əmək itirməz, Ömür keçər, əfsus bərə bitirməz, Namərd olan .ömrü başa yetirməz, Biz də vallah,unutmarıq sözləri, Görəmməsək, halal edin bizləri. Xəzan yeli yarpaqları tökəndə, Bulud dağdan yenib kəndə çökəndə, Şeyxül-İslam gözəl səsin çəkəndə, Nisgilli söz ürəklərə dəyərdi, Ağaclar da Allaha baş əyərdi. Daşlı bulaq daş-qumunnan dolmasın, Baxçaları saralmasın-solmasın, Ordan keçən atlı susuz olmasın. Deynə, bulaq xeyrin olsun, axarsan, Üfüqlərə xumar-xumar baxarsan. Heydərbaba, dağın, daşın, sərəsi Kəklik oxur, dalısında fərəsi, Quzuların ağı, bozu, qərəsi, Bir gedəydim dağ-dərələr uzunu, Oxuyaydım "Çoban, qaytar quzunu" Heydərbaba, sulu yerin düzündə, Bulaq qaynar çay-çəmənin gözündə, Bulaqotu üzər suyun üzündə, Gözəl quşlar ordan gəlib keçərlər, Xəlvətləyib bulaqdan su içərlər. Biçin üstü sünbül biçən oraqlar, Elə bil ki, zülfü darar daraqlar, Şikarçılar bildirçini soraqlar, Biçinçilər ayranların içərlər, Bir huşlanıb, sondan durub biçərlər. Heydərbaba, kəndin günü batanda, Uşaqların şamın yeyib yatanda, Ay buluddan çıxıb qaş-göz atanda Bizdən də bir sən onlara qissə de, Qissəmizdə çoxlu qəmü qüssə de. Qarı nənə gecə nağıl deyəndə, Külək qalxıb qap-bacanı döyəndə, Qurd keçinin şəngülüsün yeyəndə Mən qayıdıb bir də uşaq olaydım, Bir gül açıb ondan sora solaydım. Əmməcanın bal bələlsin yeyərdim, Sondan durub üs donumu geyərdim, Baxçalarda tiringəni deyərdim, Ay özümü o əzdirən günlərim, Ağac minib, at gəzdirən günlərim. Heydərbaba, kəndin toyun tutanda, Qız-gəlinlər həna, piltə satanda, Bəy gəlinə damnan alma atanda, Mənim də o qızlarında gözüm var, Aşıqların sazlarında sözüm var. Heydərbaba, bulaqların yarpızı, Bostanların gülbəsəri, qarpızı, Çərçilərin ağ nabatı, saqqızı İndi də var damağımda, dad verər, İtikin gedən günlərimdən yad verər. Bayram idi gecəquşu oxurdu, Adaxlı qız bəy corabın toxurdu, Hər kəs şalın bir bacadan soxurdu, Ay nə gözəl qaydadı şal sallamaq, Bəy şalına bayramlığın bağlamaq. Şal istədim mən də, evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaçdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. Bayram olub, qızıl palçıq əzərlər, Naxış vurub otaqları bəzərlər, Taxçalarda düzmələri düzərlər, Qız-gəlinin fındıqçası, hənası, Həvəslənər anası, qaynanası. Bakıçının sözü, sovu, kağızı, İnəklərin bulaması, ağızı, Çərşənbənin girdəkanı, mövizi, Qızlar deyər: "Atıl-matıl. çərşənbə, Ayna təkin bəxtim açıl, çərşənbə" Yumurtanı göyçək, güllü boyardıq, Çaqqışdırıb sınanları soyardıq, Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə növruzgülü dərərdi. Heydərbaba, Nənəqızın gözləri, Rəxşəndənin şirin-şirin sözləri Türkü dedim, oxusunlar özləri, Bilsinlər ki, adam gedər, ad qalar, Yaxşı-pisdən ağızda bir dad qalar. Heydərbaba, dünya yalan dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı, Oğul doğan, dərdə salan dünyadı, Hər kimsəyə hər nə verib alıbdı, Əflatundan bir quru ad qalıbdı. Heydərbaba, yaru yoldaş döndülər, Bir-bir məni çöldə qoyub çöndülər, Çeşmələrim, çıraqlarım söndülər, Yaman yerdə gün döndü, axşam oldu, Dünya mənə xərabəyi-Şam oldu. Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın, amandı, Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman günə salıblar! Bir uçaydım bu çırpınan yelinən, Bağlaşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq düşən elinən, Bir görəydim ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı? Mən sənintək dağa saldım nəfəsi, Sən də qeytər, göylərə sal bu səsi, Bayquşun da dar olmasın qəfəsi, Burda bir şir darda qalıb bağırır, Mürüvvətsiz insanları çağırır. Heydərbaba, qeyrət qanın qaynarkən, Qaraquşlar səndən qopub qalxarkən, O sıldırım daşlar ilə oynarkən, Qovzan mənim himmətimi orda gör, Ordan əyil, qamətimi darda gör. Heydərbaba, sənin könlün şad olsun Dünya varkən ağzın dolu dad olsun, Səndən keçən tanış olsun, yad olsun, Deynə mənim şair oğlum Şəhriyar, Bir ömürdür qəm üstünə qəm qalar. Heydərbaba, gəldim səni yoxlayam, Bir də yatam, qucağında yuxlayam, Ömrü qovam, bəlkə burda haxlıyam, Uşaqlığa deyəm: bizə gəlsən bir, Aydın günlər, ağlar üzə gülsən bir! Heydərbaba, alçaqların köşk olsun, Bizdən sora qalanlara eşq olsun,... Ruhun şad olsun,ustad❤
@xedicebagirli2117
@xedicebagirli2117 8 ай бұрын
Allah rəhmət eləsin😢
@vahidkerimov7467
@vahidkerimov7467 4 жыл бұрын
Mən əsəb və yuxusuzluqdan əzəiyət çəkib gecələr yuxuya gedə bilmirdim. Bir neçə gündü bu şeirlə yuxulayram və YUxum çox rahat olur. Çox sirli bir poemadır
@nicatveliyev8341
@nicatveliyev8341 10 жыл бұрын
allah rehmet elesin vetenperver sairimize
@MrNaxcivani
@MrNaxcivani 13 жыл бұрын
Allah sene rehmet elesin ey Ustad
@nikinovruzlu7512
@nikinovruzlu7512 5 жыл бұрын
Allah qebrini nurlu etsin
@huseyn5987
@huseyn5987 4 жыл бұрын
Caan şair bir bele nisgil ne imiş 😢😢😢😢,mede nisgil ne olduğun bilirem😢😢😢😢😢😢😢😢😢
@xaliqhuseynov1090
@xaliqhuseynov1090 4 жыл бұрын
Allahu ekber
@lmanganbarova5412
@lmanganbarova5412 2 жыл бұрын
Əməyinizə sağlıq,çox sağ olun bu gözəl əsərə görə.Sıxılmadan dəfələrlə dinləyirəm.Belə işlərin davamı olsun inşAllah.Allah böyük Şəhriyara rəhmət eləsin,böyük şəxsiyyət,vətənpərvər şairimiz.👏
@Zaur.Kerimli
@Zaur.Kerimli 4 ай бұрын
Siz var olun!
@firoozfirooz2642
@firoozfirooz2642 4 жыл бұрын
Rahmat ulsun sana kis nayidi naedin
@shehriyar_saleh8638
@shehriyar_saleh8638 4 жыл бұрын
Allah rəhmət eləsin gözəl adaşım. Mənim də adımı sənin adından götürülüb
@Elsan244
@Elsan244 11 жыл бұрын
УСТАДДАН БИР ДАХА ГЕЛМЕЗ,,,,,
@mehmetalibilge648
@mehmetalibilge648 7 жыл бұрын
Gelmez. Üstat bir gün batımı gibi üreklere en güzel ve hüzünlü hisleri koyup gitti. Üstat gitti gün bitti.
@vagif0202
@vagif0202 24 күн бұрын
Alla size qeni-qeni rehmet elesin, mekaniniz cennet olsun
@Zaur.Kerimli
@Zaur.Kerimli 3 жыл бұрын
*21 - Şeirin bu bəndində Koroğlu hekayəsinə işarə edilmişdir. Demək istəyir ki, o zaman Koroğlu dastanını oxuyursunuz mən də buradan qulaq verməkdəyəm. Dastan axıra çatmayınca məni yuxu aparmaz. Azərbaycanın bəlkə bütün dünyanın ən məşhur qəhrəmanlıq hekayəsi olan “Koroğlu” dastanının qısa xülasəsi belədir: Dastanın qəhrəmanı Koroğlu öz oğlu Eyvazı döyüşə göndərir. Gün batana qədər Eyvaz qayıtmır. Koroğlu gecənin zülmətində ora-bura baxa-baxa, hər qaraltıdan ümidə düşə-düşə gah yeldən, gah durna qatarından oğlunu soraqlayır. Gecəni bir təhər səhər eləyib, tez Qırat adlı əfsanəvi atına minərək döyüşə gedir. Düşməni məğlub edib, əsir düşmüş oğlunu qurtarır. Eyvazın qayıtması ilə dastan bitir. *22 - Ustad M.Şəhriyar bir gün “Heydərbaba” poemasını Kərəcdə qurulmuş bir məclisdə oxuyaraq: Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə ver gətirsin bu yana. bəndinə çatarkən, bir uşaq əlində gül dəstəsi Şəhriyara yaxınlaşmış və oradaca bədahətən bu bəndi demişdir. (Ə.Fərdi).
@user-nh6uc2th7u
@user-nh6uc2th7u 12 жыл бұрын
Ruhun şad olsun ustad. Çox gözəl və sadə xalqın dilində yazıldığına görə sevilir. Bizim təzə yazanların Ustada qulaq asması xeyirli olardı
@yasemensadigova4277
@yasemensadigova4277 4 жыл бұрын
Allah səni rəhmət eləsin!!!!!!!!!!!!!!.
@user-us9ik7fh3b
@user-us9ik7fh3b 4 ай бұрын
Necə səmimi şeir, necə qəlbdən gələn nəfəs ,ruhum dincəldi ,elə bil uşaqlığıma döndüm ,hisslərimi ifadə edə bilmirəm . Bu zəhmətinizə ğörə çox saö olun .
@Zaur.Kerimli
@Zaur.Kerimli 4 ай бұрын
Qarşılıqlıdır.
@sirzadhesenov3623
@sirzadhesenov3623 9 жыл бұрын
Allah size qeni qeni regret etsin boyuk ustad six menim gozumde sehid kimi ucasiz
@yusifcabbarov8833
@yusifcabbarov8833 2 жыл бұрын
NƏ QƏDƏR Kİ AZƏRBAYCAN. VAR ŞAİRİN. ADI. VƏ. ŞEİRLƏRİ. YAŞAYACAQ🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤❤❤❤❤❤❤
@MegaMohsen2011
@MegaMohsen2011 13 жыл бұрын
حیدر بابا دنیا یالان دنیا دی سولیماننان نوحه گالان دنیا دی
@opka8700
@opka8700 4 жыл бұрын
Cənublular hardadl
@eldareldar3955
@eldareldar3955 4 жыл бұрын
🔥 AZERFREEDOM 🇦🇿👍
@cahanagamirzeyev1886
@cahanagamirzeyev1886 2 жыл бұрын
Allah rəhmət eləsin
Şehriyar - Haydar Baba´ya Selam
29:27
Nurullah Özdem
Рет қаралды 13 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 90 МЛН
Стих Мухаммад-Хусейна Шахрияра про переменчивый мир
2:01
Партия Аллаха / Allahın Partiyası
Рет қаралды 1,6 М.
Ustad Şəhriyar - Zəhranı vuranla barışmaq olar?
1:46
Etiqad Az
Рет қаралды 10 М.
Heydar Baba'ya Selam (Şehriyar)
28:02
Ser(in)cek
Рет қаралды 35 М.
O taylı, bu taylı Azərbaycanın şairi - Məhəmmədhüseyn Şəhriyar
4:47
Usdat Şəhriyar / Bəlalı Baş
7:07
Shahriar Şehriyar
Рет қаралды 234 М.
M.Şəhriyar/"Heydərbabaya salam" poeması/Təhlili
28:57
Nərminə Abdullayeva
Рет қаралды 9 М.
Şehriyar- Han Nene (Şəhriyar-Xan Nənə)
6:38
Ali Rıza Çinibulak
Рет қаралды 45 М.