Şirvani Ədilli: Kəndimizə qayıdırıq (şeir) - 21.11.2021

  Рет қаралды 75

Savalan Qaşqay

Savalan Qaşqay

8 ай бұрын

21 noyabr 2021-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) yaranmasının 10 illiyi münasibətiylə yubiley tədbiri keçirilmişdir. Tədirdə BAO fəalları ilə yanaşı ictimai-siyasi xadimlər və ziyalılar da iştirak etmişlər.
Öncə ümummilli lider Əbülfəz Elçibəyin məzarı ziyarət edilimişdir. Daha sonra “Xəmsə” şadlıq sarayında tədbir davam etdirilmişdir.
BAO başqanının humanitar məsələlər üzrə müavini Zəkulla Bayramlının aparıcılığı ilə keçirilən ziyafət tədbirində BAO başqanı Zahir Əlisoy, professor Nəsib Nəsibli, ictimai-siyasi xadim Hüseyn Artıkoğlu, İrəvan Türk Cümhuriyyətinin mətbuat xidmətinin rəhbəri Təbriz Musayev, araşdırmaçı yazar Sədrəddin Soltan, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, şair Fəzail Böyükkişi, yazar Həmid Ormanlı, jurnalist Şirzad Məmmədli, tarixçi alim Cavanşir Beydullayev, "SOYDAŞ İctimai Birliyi"nin idarə heyətinin sədri Kamran Ramazanlı, BAO Mərkəzi Şurasının üzvləri Şirvani Ədilli, Aydın Mədətoğlu (telefonla qoşularaq), Paşa Həsənli, BAO başqanının Güney Azərbaycan üzrə müavini Babək Türkoğlu və b. BAO-nun 10 illik fəaliyyəti, ictimai-siyasi proseslərdə və Bütöv Azərbaycan uğrunda mübarizədə tutduğu yer haqqında öz fikirlərini bölüşüblər.
Şeirin mətni:
Kəndimizə qayıdırıq
Kəndimizə qayıdırıq,
Qayıdırıq kəndimizə,
Nə gözəldir, nə əzizdir
bu iki söz indi bizə.
Yuxusu gələndə “ana,
evimizə gedək” deyən
bir körpənin
istəyi var, həsrəti var,
bu dönüşdə,
Milyonların əsl ömür
qisməti var bu dönüşdə.
Kəndimizə qayıdırıq,
Başımızın üzərində
şəhidlərin himayəsi,
hökmü ilə,
Qəlbimizdə şırım olan
otuz ilin zülmü ilə.
Kəndimizə qayıdırıq,
Evimizə,
elimizə,
obamıza qayıdırıq,
Uçurulmuş yuvamıza qayıdırıq,
Odu sönmüş, külü qalmış
ocağını öpə-öpə,
Sakinindən incik düşmüş,
daşlarını, torpağını
öpə-öpə.
Kəndimizə qayıdırıq,
Bu elə bir vüsaldır ki,
Günəş Aya qovuşacaq,
Torpaq suya,
od havaya qovuşacaq.
Ölümə də ölüm deyib
Ölüləri dirildəcək,
torpaq altdan qaldıracaq
bu qayıdış,
Qiyaməti andıracaq
bu qayıdış!
Kəndimizə qayıdırıq,
Yaşımızdan otuz ili silib gəldik,
Otuz ildə min yol öldük,
yenidən dirilib gəldik.
Kəndimizə qayıdırıq,
Ömrümüzü qalan yerdən
başlamaqçün,
Dar gündə də, xoş gündə də,
Yalnız, yalnız, vətən üçün,
millət üçün yaşamaqçün!
Avqust, 2021.

Пікірлер
Tebriz Sirvani.Xalid Agsulunun oglu Feqanin kicik toy meclisi.
6:50
Cavidan Mirzeyev
Рет қаралды 6 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 22 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 10 МЛН
Etibar Həsənzadə. Xoşbulaqda. 04.08.2022. MP4.
4:27
Etibar Hesenzade
Рет қаралды 64 М.
Ələsgər.söz və ifa Afiq Göyçəli  23.03.22 Rusiya
2:09
afiq göyçəli pəmbək
Рет қаралды 22 М.
Aşıq Azaflı Mikayıl və Aşıq Aydın Çobanoğlu
11:34
Rashad Hasanlı
Рет қаралды 2,8 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 22 МЛН