No video

Küçələrə su səpmişəm (2004)

  Рет қаралды 69,715

Azərbaycanfilm

Azərbaycanfilm

Жыл бұрын

12+
Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib.
İstehsalçı: Azərbaycanfilm
Müddət: 82 dəqiqə
İlk baxış tarixi: 02.08.2004
Büdcə: 200.000 dollar
Texniki göstəricilər: 35 mm, 4:3
Janr: lirik-psixoloji dram
Mükafatlar:
1. Humay Milli Mükafatı (2005, Bakı)
2. VII Şərq-Qərb Kinofestivalı - qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz - Mehriban Zəki (2005, Bakı)
Rejissor: Nicat Feyzullayev
Ssenari müəllifləri: İsi Məlikzadə, Nicat Feyzullayev
Operator: Kənan Məmmədov
Rəssamlar: Rafis İsmayılov, Rafiq Nəsirov
Bəstəkar: Rauf Əliyev
Rollarda: Fuad Poladov (Xəlil), Rasim Balayev (Bəhmən), Mehriban Zəki (Teybə), Əliabbas Qədirov (Çərkəz), Amid Qasımov (Xəlilin gəncliyi), Elnur Kərimov (Bəhmənin gəncliyi), Vüqar Hacıyev (Tağı), Vidadi Əliyev (Əziz kişi)

Пікірлер: 91
@cavanshirmamedov9771
@cavanshirmamedov9771 Жыл бұрын
Allah, butun haq dunyasinda olan sənətkarlarimizi, rəhmət eləsin!!!
@letafetbabayeva15
@letafetbabayeva15 Жыл бұрын
Ay Allah aktyora bexeee esil kiwi 👍👍👌👏🏻👏🏻Allah seni rehmet elesin boyuk evezolunmaz efsanevi Fuad Poladov🖤🥺🕋🤲🥀🥀🥀
@nasirxalil9507
@nasirxalil9507 Жыл бұрын
İlk dəfədir baxdım.Maraqlı,mənalı filmdir.Allah Əlabbas Qədirov və Fuad müəllimə rəhmət eləsin.Ondu da qeyd edim ki,Filmin əvvəllərində Xəlil gəzən küçə(arxada məscid də görünür) Binəqədi kəndidir.
@erestuneminov1185
@erestuneminov1185 Жыл бұрын
Azərbaycanın Qızıl Fonduna layiq filmdir.Mən dəfələrlə baxmışam, ancaq hər dəfə zövq almışam.Dahi Sənətkarlar gözəl rol aparıblar.Onların qarşısında baş əyirəm.
@kenanhaciyev8547
@kenanhaciyev8547 Жыл бұрын
Dahi aktyor Fuad Poladov Allah sizi rəhmət eləsin Yeriniz həmisə görsənəcək.
@serxanmusali7631
@serxanmusali7631 Жыл бұрын
Fuad Poladovun kinoda yaratdığı möhtəşəm obrazlardan biri. Allah rəhmət eləsin.
@zamiqfeyzullayev6779
@zamiqfeyzullayev6779 Жыл бұрын
Allah rəhmət eləsin Fuat Poladova.Çox böyük sənətkardı.
@fqanmmmdov7811
@fqanmmmdov7811 9 ай бұрын
Bu mahnını bu qədər yüksək səviyyədə ifa etmək hər sənətkarın işi deyil Allah rəhmət eləsin böyük sənətkara
@trkm0679
@trkm0679 6 ай бұрын
Çox mənalı kinodur, əsl həyatdan götürülüb. Yəni ki, həyat belə gəlib belə də gedəcək.
@muradikfrombaku2908
@muradikfrombaku2908 Жыл бұрын
Dagdan agir Kisiler itirdiy Allah rehmet elesin Fuad Poladovu🙏🖤
@elsenzeynalov
@elsenzeynalov Жыл бұрын
Lap papamın uşaq vaxtı bize dediyi söz yadıma düşdü.Gejdi gedin yatın😂😂😂👍👍
@samirmsimov4508
@samirmsimov4508 Жыл бұрын
Fuad Poladov.... Möhtəşəm aktyor...
@afaqqasimova021
@afaqqasimova021 Жыл бұрын
Gözel filimlerimiz , dahi Aktyorlarimiz .💖👍🥀 ALLAH rehmet elesin dahi Senetkarlarimiza . Kasibçiliqdan kinomuz da mehv olub 😪
@user-ll2mt1en1x
@user-ll2mt1en1x Жыл бұрын
Çox gözəl filmdir, bilmirəm nə qədər baxmışam amma yenə baxıram, eşq olsun iştirakçıların hamısına.
@rufetquluzadeh2228
@rufetquluzadeh2228 Жыл бұрын
Fuad Poladov. ALLAH rehmet elesin
@ulkersahgeldiyeva5250
@ulkersahgeldiyeva5250 Жыл бұрын
Əsl kişilik dərsi
@reshadabdullayev-hz1cg
@reshadabdullayev-hz1cg Жыл бұрын
Filmin sonunda oğraş əmiğlu obrazı sonuncu ovda ölsə ədalət yerini tapmış olardı.yenə də əla filmdi.
@dr.telman362
@dr.telman362 Жыл бұрын
Ədalətlilik prinsipi baxımdan doğru qeyd etmisiz və maraqlı təklifdir. Ancaq siz də təsdiq edərsiz ki, həmin o '' həkim əmioğlu'' illər sonra ömrünü oğurladığı kişinin süfrəsində çörək kəsəndə -öldü və dirildi-...Nə yazıq ki belə adamlar filmdə deyildiyi kimi heç bir şeydən dərs çıxarmırlar. Və ya bu barədə düşünmürlər.
@amateuryoutubegamer715
@amateuryoutubegamer715 Жыл бұрын
heyatda edalet yoxdur demeli.
@amateuryoutubegamer715
@amateuryoutubegamer715 Жыл бұрын
@@dr.telman362 Mopassanda dediyi kimi, heyat Behmen kimilerinindir...
@bakibakipc8194
@bakibakipc8194 Жыл бұрын
Mən də elə gözləyirdim vallah.
@axmedaxmed8310
@axmedaxmed8310 8 ай бұрын
​@@amateuryoutubegamer715😔😔😔
@liCbraylzad
@liCbraylzad 6 ай бұрын
Nə gözəl filmlər yaradıblar. Allah bu filmdə iştirak edən vəfat etmiş aktyorlara rəhmət eləsin,qalanlara da can sağlığı.❤❤❤❤
@user-nk1vu5zq3c
@user-nk1vu5zq3c Жыл бұрын
ALLAH butun Aktyorlarimizi Rehmet etsin mende bir aktyoram😊😊
@xyyamsmdov3679
@xyyamsmdov3679 Жыл бұрын
Allah can sağlığı versin Rasim Balayevə.
@nicatrehmanov2322
@nicatrehmanov2322 Жыл бұрын
Allah görkəmli aktyora Fuad poladova rəhmət eləsin.
@user-xe7bs2gh4m
@user-xe7bs2gh4m Жыл бұрын
Ай диллеринизе дуюн душмесин языгсыныз..,нийе текчке бир актйор хаггында язырсыныз? АЛЛАХ карифей сенеткарларымыза Фуад Поладов,Елиаббас Гедиров ве дигерлерине рехмет елесин,Расим Балайев ,Мехрибан Зеки ,Елнур Керимов ве дигерлерине Чан Саглыгы версин.
@MsUCITEL
@MsUCITEL 10 ай бұрын
Film rejissorun əsəridir.Allah bu filmin quruluşçu rejissoru Nicat Feyzullayevə də rəhmət eləsin.
@axmedaxmed8310
@axmedaxmed8310 8 ай бұрын
Amin.🤲🤲🤲
@axmedaxmed8310
@axmedaxmed8310 8 ай бұрын
​@@MsUCITELpovestin müəllifi İsi Məlikzadənidı yaddan çıxarmayaq...ALLAH hamısına rəhmət eləsin.Amin.🤲🤲🤲
@e.v.a.7208
@e.v.a.7208 7 ай бұрын
Cəmi ölənlərə rəhmət, qalanlara səhhət…
@rassvell.5410
@rassvell.5410 3 ай бұрын
Halaldı sənə, amma düyün falan, kim nə yazıbsa öz fikirlərini ifadə edib. Ona galsa ALLAH Cemi dünyadan köçən sənətkarlara hamısına rehmet,galanlara can sağlığı versin.
@user-iz6gm1im6y
@user-iz6gm1im6y 2 ай бұрын
Отличный фильм,музыка,сюжет очень трогательный.
@user-um1bg4sb1k
@user-um1bg4sb1k 6 ай бұрын
İlk dəfədir baxırdım mənə zövq verdi Allah dünyasını dəyişən bütün karifeylərə rəhmət eləsin amiin indiki kinolar ancaq insanları yükləməy üçün çəkilir
@RafOruzman
@RafOruzman Жыл бұрын
Yaxşı filmdir.
@zaurliyev2458
@zaurliyev2458 Жыл бұрын
Həmişəki kimi mənasız qurtarır
@user-no2on3py9m
@user-no2on3py9m 7 ай бұрын
Аллах рахмат еласин коhна режисорлара, лап ушаглыг илларина гайытмаг истайирсан, акар мумкун олсайды
@Elegy17
@Elegy17 Күн бұрын
İlk dəfədir baxıram.Necə dərin mənalı filmdir
@musavliyev8629
@musavliyev8629 Жыл бұрын
Turkiyede Sahin aga bizdede Fuad Poladov
@Gaming23992
@Gaming23992 Жыл бұрын
Bizimkilər ölürlər sonu mənasız film çəkməkdən ötrü.Kinodu ədəbiyyatdı ədalətsizliyə qarşı ədaləti təbliğ etməlidir ki həyata insanda inam olsun.Guya insanlar bilmir ki dünya ədalətsizlərin dünyasıdır?Hə göstəfdin namərdləri də onların xoşbəxtliyini də düzlərin düzdə qaldığını da.Sonra? Heç olmasa kinoda göstərin ədalətin qalib gəldiyini
@e.v.a.7208
@e.v.a.7208 7 ай бұрын
80-cı illərin sonundan elədir…camaatı reallığa öyrəşdirirlər ki, sadə insanlar xam xəyallara düşməsinlər…
@elnuribrahimov2423
@elnuribrahimov2423 2 ай бұрын
bu sənin üçün disney çizgi filmləri deyile yada ki hollivud filmləri .
@user-ky1xq5dk7j
@user-ky1xq5dk7j 6 ай бұрын
Allah sene rehmet elesin Fuad muellim kaw dunyada rast gelerdm.hayf bele aktyorlardan yaxwiki filmlerniz var
@cavidanhesenzade7636
@cavidanhesenzade7636 Жыл бұрын
Neymiş? Kimse üçün həyatını məhv etməyə dəyməzmiş. Qozbeli qəbir də düzəltməz
@resadkarimov4024
@resadkarimov4024 11 ай бұрын
Xeyr o böyük hekimdi xalqin hekime ehtyaci var kacaqara yox
@babekmusazade7616
@babekmusazade7616 Жыл бұрын
Çox sağ olun var olun film üçün. 48:50-də başlayan musiqinin adını bilən varsa yazsın zəhmət olmasa.
@Marağ-dünyası-x1s
@Marağ-dünyası-x1s Жыл бұрын
Küçelere su səpmişəm.
@seyfullaaxadov1897
@seyfullaaxadov1897 Жыл бұрын
Həkim əməliyyatdan clxlr üstündə bir damcl qan yoxdu ...
@elishkamalov4288
@elishkamalov4288 11 ай бұрын
Allah rəhmət etsin.heyf köhnə aktyorlardan
@faiqahmadov616
@faiqahmadov616 Жыл бұрын
Evvel ses yox sonradan ses çixir
@user-qj3md1mb9g
@user-qj3md1mb9g 11 ай бұрын
COX GÖZEL FILMDI, ALQIWLAR
@mircmil9696
@mircmil9696 6 ай бұрын
Çox Gözəl Və İbrətamiz 1 Filimdir 🤙🤙
@tenhayolcu2872
@tenhayolcu2872 6 ай бұрын
Allah sənə rəhmət etsin, Fuad Poladov həqiqətən təkrarı olmayan bir Sənətkardı! Mən uşağlıöımdan bu insanı sevmişəm! Məkanın cənnət olsun, Ruhuna Fatihə
@lifatih5219
@lifatih5219 7 ай бұрын
Çox gözəl filmdir.Böyük sənətkarlar xanəndələr iştirak edib. Filmin əvvəlində məscid görünən epizod Binəqədi kəndində çəkilib.Məscid Binəqədi kənd məscididir.
@ibrahimovfaig5723
@ibrahimovfaig5723 9 ай бұрын
Bu filmin iki versiyası var har ikisi çox yaxşı alınıb.Fuad Poladov .Rasim Balayev Aliabbas Qadirov kimi aktyorların hesabına .Bela blokbasterlar şedevr yaradan aktyorlardan heyf ki olmayacaq .
@huseynhuseyn3042
@huseynhuseyn3042 9 ай бұрын
Ela kino❤ allah fuad poladowa rehmet elesin
@baharmemmedova3068
@baharmemmedova3068 10 ай бұрын
Butun dahi senetkarlar geri qayitsaydi kaş.
@bhruz
@bhruz 2 күн бұрын
Möhtəşəm film
@IsmaylNasirov
@IsmaylNasirov 6 ай бұрын
Gözel filim Allah Fuad poladova rehmet elesin qalanlara can sağliği versin
@zarasalimov2813
@zarasalimov2813 11 ай бұрын
Jan Veten..hardadi o vahtin kishilari.....ehhhhh
@user-us2vs9rp1e
@user-us2vs9rp1e 8 ай бұрын
İlk dəfədir baxıram, çox təsiredici flimdir😳
@vtknturanguney3016
@vtknturanguney3016 10 ай бұрын
Fuad Poladov Allah size rehmet elesin!
@user-xt8jz5kw1r
@user-xt8jz5kw1r Жыл бұрын
Belə dahi aktyorlar uçun ssenari çox zəifdir. Sujet xətti qırıq qırıqdir. Məntiqi sonluq bilinmir. Senari çox zəif yazılıb.
@axmedaxmed8310
@axmedaxmed8310 8 ай бұрын
Çox mükəmməl filimdi...Ssenaridə çox əla qurulub.Hər halda İsi Məlikzadə real həyatdan götürdüyü mövzunu zəif yazmazdı.
@e.v.a.7208
@e.v.a.7208 7 ай бұрын
@@axmedaxmed83101995-də rəhmətə getmiş İsi Məlikzadə əsəri 1977-ci ildə yazıb. Deməli, 2004-cü ildə çəkilmiş filmin ssenaristi deyil. Adətən, əsərlər əsasında yazılmış ssenarilər və çəkilmiş filmlər orijinal əsərdən qısa və zəif olur.
@user-nj5vb2if4z
@user-nj5vb2if4z 6 ай бұрын
Filmi sevdirən fuad poladovdur möhtəşəm aktyor Allah rehmet elesin
@khm3452
@khm3452 5 ай бұрын
Filmin ilk dəqiqələrində səs yoxdur. Bu təkcə məndə belədir? 🤔
@mushfig2009
@mushfig2009 3 ай бұрын
Müəlliflik hüququ məsələsə görə KZbin bəzən mahnının səsini kəsir
@user-mb1kx6ur2d
@user-mb1kx6ur2d 5 ай бұрын
Mən fəxr edirəm bizim belə sənətkarlarımız olub ,hal hazırda var olacaqda inşAllah.Dünyasını dəyişən sənətkarlarımıza rəhmat,qalanlarına can sağlıği .
@sumsadrhimova8012
@sumsadrhimova8012 7 ай бұрын
Nədəndirsə köhnə filmləri verəndə səs problemi olur
@talehmemmedov3475
@talehmemmedov3475 9 ай бұрын
Ovda olduqları zaman çalınan musiqisinin adı nədir görəsən? Çox xoşuma gəlir bu musiqi.
@user-hy7hn7lf8z
@user-hy7hn7lf8z 4 ай бұрын
Biz ov eti yimirik deyilen her bir soz qizila beraberdi.
@tezegulabbasova1387
@tezegulabbasova1387 6 ай бұрын
Fuad Poladov möhtəşəm
@MrNaxcivani
@MrNaxcivani 5 ай бұрын
Mən Fuad Poladovun şəxsiyyəti məni o qədər etkiləmişdu ki, oğlumun adın Fuad qoydum.
@bondjamesbond7941
@bondjamesbond7941 Жыл бұрын
Fuad Poladov Rəhmətliy Dəvənin qarşısında oturdugu Sufi Həmid piri Qaradagda Səngəçaldadı
@e.v.a.7208
@e.v.a.7208 7 ай бұрын
Nəsə film təsir etmədi…ortabab filmdir. “Azərbaycanda kino sənəti heç inkişaf etməyibmiş” təəssüratı yaradır…
@anarkrimov6284
@anarkrimov6284 11 ай бұрын
Filmdə çox böyük şirk var bilinirki o vaxt Azərbaycanda islamnan əsər əlamət olmuyub
@e.v.a.7208
@e.v.a.7208 7 ай бұрын
Film 2004-də çəkilsə də, əsər 1977-ci ildə yazılıb…Bildiyiniz kimi, sovet dövrü ayrı ideyalar təbliğ olunurdu…
@teraneibrahimova6221
@teraneibrahimova6221 6 ай бұрын
hadiseleri qarisdiriblar film sovet dövrunnen behs edir amma Garabag müharibesi gösteriller hec ne anlamadim
@zeynebpiriyeva5822
@zeynebpiriyeva5822 Ай бұрын
Səs niyə yoxdu?
@Kenan.musayev1
@Kenan.musayev1 Жыл бұрын
Girişmə öldürər filmini paylaşa bilərsiz
@user-qj3md1mb9g
@user-qj3md1mb9g 11 ай бұрын
Sesi hani?
@aypararustamova32
@aypararustamova32 6 ай бұрын
Fuad Poladov ŞƏXSİYTDİR.
@iskandariskandarov-zt1po
@iskandariskandarov-zt1po Жыл бұрын
Bu film hansi rayonun kendinde cekilib?
@nurlanabbas
@nurlanabbas Жыл бұрын
Bakı,Qəbələ,Xırdalan,Masazır, Sulutəpə,Quba
@bondjamesbond7941
@bondjamesbond7941 Жыл бұрын
@bondjamesbond7941
@bondjamesbond7941 Жыл бұрын
Həmən dəvə olan pir Qaradağda Səngəçaldadı Sufi Həmid piri
@alikamstel
@alikamstel Жыл бұрын
Karat aragi ;)
Köhnə bərə (1984)
1:17:43
Azərbaycanfilm
Рет қаралды 150 М.
Küçələrə su səpmişəm filmi haqqında
33:08
BABEKTAGIZADE
Рет қаралды 1,5 М.
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Tərsinə çevrilən dünya (2011)
1:25:23
Azərbaycanfilm
Рет қаралды 61 М.
Təlatüm (2006) film
1:23:10
Emin Qasimov
Рет қаралды 30 М.
Evləri köndələn yar - televiziya tamaşası (tam versiya)
1:24:40
İncəsənət Kanalı
Рет қаралды 414 М.
Mən ki, gözəl deyildim (1968)
1:13:28
Azərbaycanfilm
Рет қаралды 36 М.
Yalan (2005)
1:30:48
Azərbaycanfilm
Рет қаралды 102 М.
İşarəni dənizdən gözləyin (1986)
1:11:50
Azərbaycanfilm
Рет қаралды 34 М.
ŞİRBALANIN MƏHƏBBƏTİ - Bədii film. Tam. 1991
1:21:20
Cavanşir Quliyev
Рет қаралды 189 М.
Bizim küçənin oğlanları (1973)
1:20:03
Azərbaycanfilm
Рет қаралды 118 М.
Kendinize qayidin! komediya
1:45:21
AKRAM QIDAYATOQLI
Рет қаралды 723 М.
Alov(Televiziya Tamaşası 1979)Keyfiyyətli Formatda
2:29:06
Dadashli Kamal
Рет қаралды 70 М.