Yazdığın məktubu aldım, gözəlim, Titrədi məktubunu tutmuş əlim. Soruşursan: nə var o bağda gəlim? Nə deyim, şanısı var, ənciri var Bu bağın, bir də bu bağda biri var, Darıxır. Buranı görməmisən, pisləmə, gəl, Görməmişlər kimi kin bəsləmə, gəl, Öz bağın bil, qapıdan səsləmə, gəl, Keç evə, qorxma itin zənciri var. Bir də zəncirləri qırmış biri var, Darıxır. Yellədir pərdəni yüngül gilavar, Bacası azca əzilmiş samavar Göndərir göy Xəzərə, tüstü, buxar, Divarın Xəzri tərəfdə kiri var. Bir də burda ürəyi saf biri var, Darıxır. Gecə gəl, gör buranın mənzərəsin, Xəzri çırpır qapısın, pəncərəsin, Yapışıb bir yana dartır hərəsin, Elə bil meynələrin təqsiri var. Bir də ondan daha çılğın biri var, Darıxır. Gəl, xitam ver bu bağın matəminə, Yol da burdan gedir eşq aləminə. Orda kimdir batan eşqin qəminə?! Ora dünya qəminin təsiri var. Burda dünyadan əl üzmüş biri var, Darıxır.
@vahiddadasov23334 жыл бұрын
ela
@aynurm8834 Жыл бұрын
Möhteşem.... Cavanlıq... Pirşağı...
@uzaqlarnqadn-17193 жыл бұрын
_Birdə burda ürəyi saf biri var.Darıxır .....😔_
@blckwo93754 жыл бұрын
Sol Yanım bugün Kamran Ağabalayevin səsləndirdiyi şeirlər kimi həsrət qoxur...💔 Lənətə gəlsin bu darıxmaqları...
Sarı qaya, uşaqlığım.Dayım uşaqları ilə kinoya gedərdik, yay zalı, hind kinoları...
@Javad.....66113 ай бұрын
Sadəcə super
@mehribanshabanova2270 Жыл бұрын
Sizin danisiginiz nece bizim neslin danisiginandu точно так наши говарят щуаланилар ❤
@ulkaava4 жыл бұрын
Ah Kamran. Nece gozel deirsen weirleri. Gozlerim dolur her bir weir deyiwine....
@razvivayushiekniqiinkishaf9427 Жыл бұрын
Şeermi gözəldir, səsmi?! iksi birgə bir dünya açır insana ... !
@dilara1982 жыл бұрын
tesvire baxdaa....mukemmeldir
@fikretkerimov29234 жыл бұрын
Möhteşem. Все же, вы фантастический человек. А голос, как гармония вливается в душу. Спасибо тебе брат.👏👏👏👍👍👍
@ilhamaismail63734 жыл бұрын
Adama ele gelurki mektub ona unbalance b Ifaciya derin minnetdaram
@royalqasmov13714 жыл бұрын
Möhtəşəm səsinizlə KZbin "u heyran qoyduz.❤️
@agayevaaytenagayeva59994 жыл бұрын
Kamran Ağabalayev . Çoxsağol. sənin sayəndə bu yaşımda şerə sevgi oyatdin məndə. Mədəniyyət TV də hər söylədiyin seyirleri xüsusilə gozləyərək sevərək qulağ asmağa başladım şeyirlər. Və bəs edmədi burda dinləməyə başladım bu gündən inshallah daha çox işləyərək bizi şad edərsən. Sevirəm sənin gördüyün xətti - işi. Ağ qarada qonag idin ilk dəfə səni görəndə və o an anladım sən lazımsan Azərbaycana. Çoxsağol var olduguncun.hə birdə Balaca şaxta babanin ardı çox maraqlıdır necə olacag görəsən gələn yeni ildə?))))))
@zuzumiss22494 жыл бұрын
Səsinizə ürəyinizə heyran olmamaq mümkün deyil. Var olun. Çox istərdim sizinlə şeir deyim. İnşallah bir gün arzum həyata keçər🙏🙏
@mahirqasimov38443 жыл бұрын
Kamal Hüseynzadə istedadlı şairdir
@samirapanah4 жыл бұрын
Bu nece gozel sesdi axi . Defelerle qulaq asdim
@theisefsane4 жыл бұрын
Bir də burda ürəyi saf biri var DARIXIR ... 💚🌙 Burda dünyadan əl üzmüş biri var DARIXIR ... ☄
@rsadbabayev85583 жыл бұрын
Cane can. Əhsən bağların retro vaxtları
@vefahesenzade25012 жыл бұрын
Əla
@nerminmemmedova96653 жыл бұрын
Səs möhtəşəmmmm👌
@uzagyollardabirqubal88634 жыл бұрын
Evimdən uzağdayam çox darıxıram 😔
@ilhamaismail63734 жыл бұрын
Если б вы знали сколь раз я прослушала этот стих в вашем исполнении
@Difenbahya43 Жыл бұрын
Darıxır..
@narminahuseynova26303 жыл бұрын
_Darıxıram_
@aliisgandarli43064 жыл бұрын
Şanııı bu sözçün bele adam darıxır...
@QedirBayramov3 жыл бұрын
Səsinə sağlıq Kamran
@sdaqtbalabyova621 Жыл бұрын
😢😢😢
@xalilisgenderov55694 жыл бұрын
Davami gelsin.. damara iwliyir ...
@nbasverir7702 жыл бұрын
Bir də burda saf biri var. Darıxır...
@namiqyusifov85694 жыл бұрын
👏👏👏👏👏👏💕 SUPER SAG OL KAMRAN
@ruslan_zauroglu Жыл бұрын
Darixir(bir insan cox pis darixir).geceler cox darixir..bulvara skmeykalara baxanda darixir..qarayevden kecende araz marketi gorende..darixir..hetda ..metroya mindiyinde darixir..cox darixir
@РаминМирзазаде4 жыл бұрын
Yola davam edin. Uğurlar. Genclerimizi milli ruhda vetenperverlik tebliğ etdiyinize gore size tewekkur edirem. Azərbaycan sona kimi vuruşacaq.