Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət

  Рет қаралды 4,117

Kolani Tv

Kolani Tv

3 ай бұрын

Qədim türklərdə ağsaqqallıq kultu vardı. Ağsaqqal elin ən ağır, dar günündə təcrübəsinə və müdrikliyinə dayanaraq, insanlara doğru yön verər, çıxış yolunu göstərərdi. Təsadüfü deyil ki, Türk dünyasının ən böyük ədəbi abidəsi “Kitabi-Dədə Qorqud” eposu da Oğuz ellərinin müdrik ağsaqqalı Ulu dədəmiz Qorqudun adı ilə bağlıdır.
Tədqiqatçı Cəmilə Çiçək “Ailə dəyərlərini simvollaşdıran kultlar” adlı əsərində yazır:
“Tarixən dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, hökmlü, hünərli olduğu qədər də məsləhətli, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əlllərində su olardı. Dəyərli əsərlərdən də öyrənmişik ki, elin ağsaqqalı səliqəsahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu, ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi. Yaşına görə deyil, başına görə ağsaqqal, ağbirçək sayılan şəxslər hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən, sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız, təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı yığnaqlı, qeylü-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olardı. Onlar elin yolgöstərəni, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu, inkişaf etdirəni kimi milli-mənəvi dəyərlər sistemimizdə kultlaşıblar. Ağsaqqallıq, eləcə də ağbirçəklik son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir vəzifə, böyük zəhmət, min bir əziyyət, məhrumiyyətlər bahasına başa gələn ictimai missiya, məişət-sosial vəzifə sayılır. Ağsaqqallara, yaşlılara, dünyagörmüşlərə, çətinliklərə sinə gərmişlərə sınaqdan çıxmış insanlar arasında daha çox rast gəlinir. Belə ixtiyarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaqgörənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən başdan-binadan, nəsildən, əsildən-kökdən gəlir. Hər ixtiyar yaşında olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi”.
Bu gün bizim yolumuz Türkün bir neçə minillik ağsaqqallıq kultunu, ənənəsini öz davranışında, əməlində və düşüncəsində yaşadan bir ağsaqqalın yaşadığı Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinədir. Bu insan 95 yaşlı el ağsaqqalı Hacı Şəfi Kişidir. Əlbəttə, bilirik ki, bir görüş çərçivəsində ondan bildiklərini öyrənmək mümkünsüzdür. Lakin istəyimiz və hədəfimiz bu bilgi dəryasından bir damla da olsa, öyrənmək və öyrəndiklərimizi sizə təqdim etməkdir, əziz izləyicilərimiz!

Пікірлер: 72
@userrr221
@userrr221 Ай бұрын
Allah sənə rəhmət eləsin Şəfi baba eyni ilə Namiq müəllim ruhunuz şad olsun
@elmanabbasov942
@elmanabbasov942 Ай бұрын
Meqamın uca olsun İNŞALLAH şefi emi
@nemetsefizade4274
@nemetsefizade4274 Ай бұрын
Canim atam allah sene rehmet elesin mekenin cenet olsun eziz atammmm
@shehriyarismayilov4228
@shehriyarismayilov4228 2 ай бұрын
Hər iki babam Kolanıdır. Bu babama ata demişik həmişə, el arasında Hacı Şəfi kimi tanınır. Hər kəlməsi bir tarixdir, çox sağ olun Namiq müəllim, bu tarixin işıqlandırılmasında göstərdiyiniz xidmətlər üçün. Qədim türkün dastanı, Bir tarixdir Kolanı. Hər yanında izi var, Gəzsən Azərbaycanı.
@MehmanIsmayilov-vt1gl
@MehmanIsmayilov-vt1gl 2 ай бұрын
Maraqlı həmsöhbət, qayğıkeş ata, canlı tarixi mənbə olan, yaddaşına heyran qaldığım dəyərli Atam, səninlə qürur duyuram
@xatiremelikzade6173
@xatiremelikzade6173 2 ай бұрын
Allah rəhmət etsin göözəl insan 😢😢
@sahlarismayl5628
@sahlarismayl5628 2 ай бұрын
Var ol Ata, səninlə fəxr edirəm!
@KolaniTv
@KolaniTv 2 ай бұрын
Əziz yurddaşlar! Zəhmət olmasa, verilişimizi ,,bəyən,,in, yorum yazın və paylaşın. Ən əsası isə hələ abunə olmamısızsa, mütləq abunə olun. Öncədən hər birinizə təşəkkür edirik...
@IslamIsmayilov-wq2sz
@IslamIsmayilov-wq2sz 2 ай бұрын
Sənin adını qoymaq da fikrimdə yanılmadım Ata, İnşallah adaşın balaca Şəfi sənin davamçın olar.
@shahanaismayilova
@shahanaismayilova 2 ай бұрын
Əziz babam Hacı Atam 💙
@EminSadyarov
@EminSadyarov 2 ай бұрын
Allah rehmet eləsin Namiq qardaşa. Məyus oldum😢
@shahanaismayilova
@shahanaismayilova Ай бұрын
Bənzərin yox bu qoca dünyada əzizim canım babam haci atam.Gəlməyəcək sənintək biri bu dunyaya daha❤️‍🩹
@tebrizehedov6393
@tebrizehedov6393 2 ай бұрын
Bəlkə də soyumuzun tarixi kökləri haqqında xatirələr belə dəyərli araşdırmalar olmasaydı tarixin toz basmış səhifələrində ilişib qalacaqdı., Kolanılar haqqında vaxtınızı ayırıb araşdırmalar aparıb və bunları işıqlandırdığınız üçün minnətdarıq❤
@rafetismaylov7328
@rafetismaylov7328 2 ай бұрын
Fəxrimizsən əziz Atam
@atabaladadasov2892
@atabaladadasov2892 2 ай бұрын
Yaradıcı heyətə minnətdaram.Allah Hscı Şəfi əminin timsslında ağsaqqallarımıza , ağbirçəklərimizə can sağlığı versin. Keçmişimizi bizə xatırlatdıqları üçün onlara minnətdaram. Ardı gəlsin.
@user-zk5pt4vl9u
@user-zk5pt4vl9u 2 ай бұрын
Əziz qardaşım Namik bəy, bu uğurlu yolda sizə dönməzlik və sağlamlıq arzulayıram.
@ElsenQarayev-xo5km
@ElsenQarayev-xo5km Ай бұрын
Allah rəhmət eləsin
@turalserdarov273
@turalserdarov273 2 ай бұрын
KZbində izlədiyim ən səviyyəli və marağlı kanallardan biri Kolanı tv
@leylaheydrova7185
@leylaheydrova7185 2 ай бұрын
Maarifləndirici video üçün Namiq müəllimə və heyətinə minnətdarıq. Davamlı olsun!
@sertv1559
@sertv1559 2 ай бұрын
Əziz Namiq müəllim zəhmətiniz danılmazdı😊
@EmilSelimov-rp4de
@EmilSelimov-rp4de 2 ай бұрын
El ağsaqqalı Hacı Şəfi dayı.Allah sənə uzun ömür versin
@eldarheydarov6090
@eldarheydarov6090 2 ай бұрын
Yaradıcı heyyətə minnətdaram. Çox maraqlı çəkilisdi. Ağsaqqal Hacı Şəfi dayıynıda Allah verən ömrü sağlam yaşmasını arzulayıram.
@Xan_Yt_2010
@Xan_Yt_2010 2 ай бұрын
Allah sizə uzun ömür can sağlığı versin, Həmişə yazıb yaradasız, belə gözəl verilişlər çəkəsiz.
@ImamyarEliyev
@ImamyarEliyev 2 ай бұрын
Müəllim uğurların bol olsun
@nebiismayilzade5747
@nebiismayilzade5747 2 ай бұрын
Menim Aqsaqaal Şefi emim ALLAH sen uzur ömür can saqliqi versin
@user-sd1wc1kq3q
@user-sd1wc1kq3q 2 ай бұрын
Kolanı Tv-yə gözəl verilişlərə görə təşəkkür edirəm. Namiq müəllimə bu gözəl proyektdə uğurlar diləyirəm. Nicat Kolan
@huseynismayilli2916
@huseynismayilli2916 2 ай бұрын
Belə baba hər adama nəsib olmur. Allah səni başımızdan əskik eləməsin
@YusifHeyderov-bk5ds
@YusifHeyderov-bk5ds 2 ай бұрын
Əziz Namiq Müəllim sayənizdə tarixmizi, bizə görə uzaq keçmiş olan arşivimizi daha yaxşı öyrənib gələcək nəsillərə ötürmək imkanmız var. Bu proektə görə size çox minnətdariq davamlı və uzun ömürlü olsun inşallah 🙏
@vaqifbayramov276
@vaqifbayramov276 2 ай бұрын
Salam əleyküm inşAllah Ağdam kölanıları yurduna qayıdar onlar hakqındada məlumat verərik
@mahireheyderova5177
@mahireheyderova5177 2 ай бұрын
Nə yaxşı ki belə verilişlər var. Tariximizi, kimliyimizi öyrənirik. Davamını gözləyirik. Tanrı qorusun sizi!
@HabilHeyderov-je1wp
@HabilHeyderov-je1wp 2 ай бұрын
Uğurlarınız daimi olsun. Namiq müəllim!
@SeymurBayramov-pj3hb
@SeymurBayramov-pj3hb 19 күн бұрын
Namiq əmi allah sənə rəhmət etsin inşallah
@aliismaylov3513
@aliismaylov3513 2 ай бұрын
Allah size can sagligi versin. Haci Emim 🤲
@AygunHsimova-fw1gb
@AygunHsimova-fw1gb 2 ай бұрын
Allah Ömür versin in şə Allah.
@bmm5928
@bmm5928 2 ай бұрын
Ruhun şad olsun Namiq muellim
@user-ss9fl3nu8t
@user-ss9fl3nu8t 2 ай бұрын
Allah sağlam can sağlığı versin mənim Hacı Şəfi babama
@TuralCamaloglu
@TuralCamaloglu 2 ай бұрын
Maşallah Hər Zaman Belə çəkilişlər çəkib Ağsaqqaları göstərmək lazımdır İbrət almaq lazımdır
@etibarsefizade4537
@etibarsefizade4537 2 ай бұрын
Kimin oğlusan deyə soruşulanda Hacı Şəfinin nəvəsiyəm dediyim kişi Allah səni elimizdən əskik etməsin.
@VusalIsmayilov-fd9st
@VusalIsmayilov-fd9st 2 ай бұрын
Dəyərli əmim, Sənin kimi ağsaqqalı Allah kolanı elindən və bizim ocağımızdan əskik eləməsin
@cosqunibrahimli1924
@cosqunibrahimli1924 2 ай бұрын
Namiq müəllim, təbrik edirəm. Uğurlar arzulayıram. Canlı tarix dərsidir. Davamlı olsun.
@balemiismayilov2973
@balemiismayilov2973 2 ай бұрын
@baləmi İsmsyılov Hörmətli Namiq m. və kanalın əməkdaşlarına qədim türk soylarının araşdırılması yolunda uğurlar arzulayıram.
@qflanaslanl130
@qflanaslanl130 2 ай бұрын
Esq olsun deyerli agsaqqalimiza.
@kusverhuseynova4328
@kusverhuseynova4328 2 ай бұрын
Cox maraqli sohbet edir allah can sagligi versin babaya🕋🤲🕋🤲Namiq muellim sizede cox teşekkür ederim gozel melumatlar ucun 🙏🙏🥰
@ZahidIsmayilov-ki5po
@ZahidIsmayilov-ki5po 2 ай бұрын
Salam. Gözəl kanal rəhbərliyinədə uğurlar. Dəyərli elimizin Nəslimizi fəxri dahi Hacı Şəfi əmimə allahdan uzun ömür sağlam can sağlığı arzulayıram.Allah səni qorusun.❤❤ ağsaqalımızıda t
@RuslanKerimov-du1ll
@RuslanKerimov-du1ll 2 ай бұрын
Namiq müəllim işlərinizdə uğurlar arzulayıram
@Coxceshidli
@Coxceshidli 2 ай бұрын
Biri birindən maraqlı vərdişləriniz üçün təşəkkürlər 🙏 uğurlu və davamlı olsun!
@user-ni3fy9fo3t
@user-ni3fy9fo3t 2 ай бұрын
Canlı ensklapediya.Çox sağ olun Namiq müəllim! Olduqca maraqlı idi.
@balemiismayilov2973
@balemiismayilov2973 2 ай бұрын
@bismayılov Allah can sağlığı versin kolanının canlı tarıxi, el ağsaqqalı, fenomen yaddaşa malik Hacı Şəfi kişiyə.
@user-rm9gw9jt8u
@user-rm9gw9jt8u 2 ай бұрын
Namiq müəllim qədim türk tayfası olan kolanıların məskunlaşdığı yerləri aşkar edib onların həyat tərzini özlərinə məxsus adət ənənələrini,haradan gəlmələrini müəyyən edib işıqlandırması təqdirə layiqdir.Namiq müəlıim bu sahədə bir növ tikanlıqda cıqır açıbdır..Bəxyiyar Fərzəliyev.
@MahmudIsmayilzade
@MahmudIsmayilzade 2 ай бұрын
Allah size can sagligi versin Haci baba
@zaurnerimanov225
@zaurnerimanov225 2 ай бұрын
Maraqla izlədim. Uğurlarınız daim olsun!
@nicatslimov7026
@nicatslimov7026 2 ай бұрын
Əziz əmimiz Allah sənə sağlam ömür versin
@boyukagamikayilli7686
@boyukagamikayilli7686 2 ай бұрын
Maraqla izləyirəm...
@leylamikayilova5704
@leylamikayilova5704 Ай бұрын
Allah rehmet elesin kanalin sahibine...
@vaqifbayramov276
@vaqifbayramov276 2 ай бұрын
Kolanı hakda məlumat sankpeterburqda arxivdədi
@userrr221
@userrr221 2 ай бұрын
Allah ömür versin🙏
@tunarveliyev-ft8sx
@tunarveliyev-ft8sx 2 ай бұрын
Allah sizi qorusun cox sag olun Kolanilari lente aldiginiz ucun minetdariq size. Imkan olsa Eyer Hacuqabul rayonunun Mugandaki Kolanilarida cekesiniz
@KolaniTv
@KolaniTv 2 ай бұрын
Təşəkkür edirik. Ora da gələcəyik inşallah
@KamilSmdova-jh2yz
@KamilSmdova-jh2yz 2 ай бұрын
Uğurlar təklif edərdim sadaladığı ağsaqqalların bir bir nə işlə məşqul olduqları necə nə cur hansı fəaliyyətləri xususiyyətləri barədədə məlumat alardız tarix yazirsız zəhmət çəkirsiz . Bu nüanslara diqqət edin ki dəqiq məlumatlar təhrifsiz tarixdə qalsın
@user-hq3ut2zw8q
@user-hq3ut2zw8q 2 ай бұрын
Çox sağolun Namiq müəllim, Allah Kolanıları qorusun.
@balemiismayilov2973
@balemiismayilov2973 2 ай бұрын
@TIsmayIlova Dağ-kolanının hər parçası onun üçün əziz olan əziz atama allahdan can sağlığı arzulayıram.
@user-jw8pv4wd8e
@user-jw8pv4wd8e 2 ай бұрын
Саг олун Ки,бу нов.Тарихи верлишлар лазымдыр,важибдир.
@cavko299
@cavko299 2 ай бұрын
ALLAH omur versin Agsaqqala❤
@teranealxanova7215
@teranealxanova7215 2 ай бұрын
Namiq ...tələbə yoldaşım 25 illik dostum...ruhun şad olsun. Hələ də inanmıram..
@sahibbaghirov
@sahibbaghirov Ай бұрын
Kanali aparan rəhmətə gedib??
@nmtd5833
@nmtd5833 2 ай бұрын
mikrafonunuz cox zeifdi.
@samxalkbrov2374
@samxalkbrov2374 2 ай бұрын
Salam Namiq Müəllim Necəsiz? Yeni çəklişişiniz digərləri Kimi təqdirə layiqdir uğurlar.
@ayazhmdov1968
@ayazhmdov1968 2 ай бұрын
Eşq olsun kolanilara başqa başqa yerlərdə yadasaqda biz bir tayfayiq. Qorxmaz və mərd.
@vasiftalibov4967
@vasiftalibov4967 17 күн бұрын
5
@kamran3921
@kamran3921 2 ай бұрын
ALLAH cansagligi versin
@farizhesenov8101
@farizhesenov8101 2 ай бұрын
Hacı Şəfi kişinin deməyi ilə Kolanılar ancaq Hacı Heydərli təbəhindən ibarətdir . Şair bir halda ki , bu məsuliyyəti üzərinizə götürmüsiniz , Allah köməyiniz olsun , onda məlumatı bir çox istiaamətdən almaq yaxşı olmazmı ?
@KolaniTv
@KolaniTv 2 ай бұрын
İstiqamətdən məlumat almaq ifadəsi anlaşılmazdı. Fikirlərinizi aydın və anlaqlı şəkildə ifadə edin zəhmət olmasa. Ayrıca, Hacı Şəfi kişi kimi bilgi sahibinə irad bildirmək üçün ən az onun qədər bilmək və arqumentlərlə danışmaq tələb olunur. Əks halda fikirlər söz yığınından o yana keçməz.
KOLANILAR  Qobustan rayonunun Poladlı kəndində...
54:23
Kolani Tv
Рет қаралды 6 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 81 МЛН
Gizli Tarix - Kürsəngi dağı...
23:06
Kolani Tv
Рет қаралды 3 М.
Suallar Cavablar - 1 / Zirəddin Rzayev “…Zorlanıb, öldürülüb”
18:30
Dağ Kolanı Kəndi
14:16
Qobustan Şəhəri
Рет қаралды 180
Bu Şəhərdə 2050 - 61.Bölüm
53:16
Bu Şəhərdə
Рет қаралды 563 М.
yetim eyvaz mingecevirde,xalli
5:57
Bakumen Xalli
Рет қаралды 2,1 МЛН
Kəndimiz-Kolanı
38:42
Naxcivantv
Рет қаралды 21 М.
Alqayıt müəllim Allah sənə rəhmət eləsin.
16:24
Elsan Eloglu (Offical)
Рет қаралды 379 М.
Ömürlük məhkum - İlham Qurbanov
22:01
QULP STUDIO
Рет қаралды 400 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН