Gizli Tarix - Kürsəngi dağı...

  Рет қаралды 3,033

Kolani Tv

Kolani Tv

5 ай бұрын

Kürsəngi sözünün etimologiyasi haqqında bir neçə versiya var;
I versiya;
Birinci versiya ənənəvi olaraq mifoloji versiyadır. Həmin mifoloji mətndə deyilir ki, qədimlərdə Kür adlı oğlan səhənglə çaydan su götürərkən boğulur. Oğlan boğulub öləndən sonra çay tutduğu işdən peşiman olur. Peşiman olandan sonra çay Kür adlı bu oğlanı və onun səhəngini sahilə atır. Kürlə səhəngin olduğu yeri qum və torpaqla örtür. Sonralar onların üzərində təpə ucalır. İllər keçdikcə təpə böyüyür və dağa çevrilir. Adına Kürsəngi dağı deyirlər. Əlbəttə, bu, olduqca zəif versiyadır və gerçəkliyə qətiyyən uyğun deyil.
II versiya
İkinci versiya da ənənəvi olaraq, qədim yaşayış yerlərimizin adını heç zaman burada yaşamayan fars və ərəbin dilində axtaranların və onları kor-koranə təqlid edənlərin versiyasıdır. Bu versiyaya görə Kürsəngi sözü yaxınlıqdan keçən Kür çayının və farsca səng sözünün (səng farca daş deməkdir) birləşməsindən yaranıb. Bu da olduqca zəif versiyadır. Əvvəla, ona görə ki, bu ərazilərdə heç vaxt fars olmayıb. İkincisi palçıq vulkanından yaranan yüksəkliyə niyə daş desinlər ki? Anadolular demişkən; “Nə əlaqəsi ya”?
III versiya
Bu versiyaya görə bir zamanlar Kür çayı (və ya Kür çayının qolu) buradan keçirmiş. Kür çayı bu ərazidən keçəndə səngiyirmiş. Bu səbəbdən bu yerə “Kürün səngidiyi yer” deyiblər. Əslində bu da yerin adının mifoloji izahının digər variantıdır. Nədən ki, Kür çayı heç vaxt bu yüksəkliyin yanından və ya yaxınlığından keçməyib.
Bizim versiyamız;
Kürsəngi sözü iki komponentdən ibarətdir; Kür və səng. Deməli, bu komponentlərin hər birinin etimologiyası ayrı-ayrılıqda araşdırılmalıdı. Nədən ki, yazının əvvəlində qeyd edildiyi kimi, bu yerin tarixi məhz bu yerin adında gizlənib.
Tarixdən bilirik ki, 8 min il öncə İkiçayarasında bir sivilizasiya meydana gəldi. Bu, Şumer sivilizasiyası idi (bəzi araşdırmaçıların fikrincə Şumer sivilizasiyasının tarixi daha qədimlərə - günümüzdən 12-14 min il əvvələ gedib çıxır). Sonralar çox geniş əraziləri əhatə edən Şumer sivilizasiyasının izləri Asiyanın və Şərqi Avropanın bir çox yerlərində indi də qalmaqdadır. Şumerlər dağa, yüksəkliyə “Kur” deyirdilər. Bu söz sonralar “qar”, “kar”, “qor” və digər formalarda şumerlərdən dünyanın bir çox dillərinə keçdi. "Divani -lüğət-it-Türk"ə görə “Kır” sözü "basıq dağ", Monqol dilində, “Kira” (xira, xara) - dağ yalı, gürcü dilində “Karkar” - hündür qaya, sıldırım, yunan dilində “Kar” - zirvə, albanca “Guri” (qori) dağ deməkdir. Və yaxud, ruslar dağa “qora”, belaruslar “qara” deyir. Sloveniya və polyak dilində də “qora” dağ deməkdir. Əfqanıstanda da (puştu dilində) daşa, qayaya “kar” deyilir. Şumerlərin “Kur” sözü sonralar Akkadlara “Kurra” şəklində keçdi. Dağ zirvələrində, yüksəkliklərdə yaşayan qartal quşunun da adının ilk kompanenti “dağ”, “yüksəklik” sözündən yaranıb. Misalların sayını istənilən qədər artırmaq olar. Bu və bu kimi misallar Kürsəngi sözündəki “Kür”ün kəsinliklə əski Şumer dilində dağ, yüksəklik mənasını verən Kur sözündən meydana çıxdığını göstərir. “Kürsəngi dağı”na yaxın ərazilərdə yerləşən Kürovdağ yüksəkliyinin və Qoramıt dağının da etimologiyasını adından da göründüyü kimi əski Şumer dilindəki Kur sözündə axtarmaq lazımdı.
Keçək, sözün ikinci komponentinə, yəni səng və ya səngi sözünə. Bu sözün də anlamını əski Şumerlərin dilində aramaq lazımdı. Az-çox tarixlə maraqlanan hər kəs bilir ki, Şumerlər özlərinə “Sag” və ya “Sang” deyirdilər. Tam olaraq isə özlərini belə adlandırırdılar; “Un Sang Giga”. Bu sözün əski Şumer dilində anlamı “Soylular yurdu” və ya “Zadəganlar ölkəsi” demək idi.
Beləliklə, Kürsəngi sözünün etimologiyası tam açılmış oldu; Kürsəngi - “Sang Kuru”, yəni “Şumer dağı”, “Şumer yüksəkliyi” deməkdir. Dağ əski zamanlarda həm də qutsallığı (müqəddəsliyi) simvolizə edirdi. Qədim insanların düşüncəsinə görə tanrılar dağlarda yaşayırdı. Məsələn, yunanlarda Olimp dağı, Buddizmdə Everest zirvəsi, Çində Nefrit dağı, yəhudilərdə Sion dağı və sair tanrıların məskəni idi. Çox böyük ehtimalla Şumer dövlətinin mövcud olduğu zamanlarda da Kürsəngi dağı, yəni “Şumer yüksəkliyi” bütünlüklə qutsal yer sayılırdı və ziyarət olunurdu. Yazının əvvəlində qeyd etdiyim kimi, burada el arasında "Kürsəngi piri" adlanan qədim inanc yeri - pir var. Bu pirdə Günəşi simvolizə edən daş müntəzəm ziyarət olunur və min illərdi ki, qorunub saxlanır. Bu isə adı çəkilən inanc yerinin ən azı 5 min il yaşı olmasından və hələ prototürklər dönəmində mövcud olan Günəş kultunun yadigarı olmasından xəbər verir. Eramızdan min illər öncə insanlar Yaradanın sonsuz qüdrətinin simvolu olaraq qayalara, daşlara Günəşin rəsmini çəkdilər. Bütün canlıların enerji qaynağı olan Günəşi qutsal saydılar. Günümüzdə belə uyğur türkləri Yaradana səslənərkən “Ey Günəşə qaynarlıq verən, Tanrı” ifadəsini işlədirlər

Пікірлер: 55
@maiszamanxan7686
@maiszamanxan7686 4 ай бұрын
Dövlətimizin tarixini araşdırıb düzgün həqiqətləri ortaya çıxaran hərkəsi alqışlayıram ❤
@SeymurBayramov-pj3hb
@SeymurBayramov-pj3hb 25 күн бұрын
Allah sənə rəhmət eləsin namiq əmi
@user-ek6dq7zp5e
@user-ek6dq7zp5e 4 ай бұрын
Dəyərli insan sizə ugurlar olsun , Allah sizi var eləsin
@businessmail9190
@businessmail9190 4 ай бұрын
Namiq müəllim, təbrik edir, bol-bol uğurlar arzulayıram,. Siz həmişə dövlətə , dövlətçiliyə sadiq olmuş , Allahın sizə bəxş etdiyi nadir istedad sayəsində bənzərsiz ədəbi nümunələr , publisistik məqalələr , tədqiqat xarakterli əsərlər qələmə almışsınız. Ən əsası sabit vətəndaş mövqeyiniz , yurd sevginizlə örnək olmusunuz. Məzunumuz , qələmdaşımız kimi sizinlə fəxr edirik , yolunuz açıq , uğurunuz bol olsun.
@nurlanqurbanov6477
@nurlanqurbanov6477 4 ай бұрын
Çox sağolun ki bizim kürsəngi dağınıda araşdırmağa keçmişini öyrənməy və canahata dahada ətraflı məlumat verməyə gəlmisiz təşəkkürlər
@user-zi4wr1gu9k
@user-zi4wr1gu9k 4 ай бұрын
Tarixi məskənlərimizi goyub saxlamag bizim hər birimizin borcudur cunki biz öz kokumuzu nəslimizi tariximizi goruyub saxlamiş olarig ...bu kimi berilişlər genişləndirmək lazimdir 🇦🇿👍
@tamararustamovatnhabulud407
@tamararustamovatnhabulud407 4 ай бұрын
Axıradək izlədim.Vacib bir missiyanı yerinə yetirirsiniz, Namiq müəllim.Uğurlu bir veriliş alınib.Davamli olsun.
@user-ss5bz8qt8j
@user-ss5bz8qt8j 4 ай бұрын
Var olun,davamını gözleyirem,çeklişin kalitesi meni büyüledi Çox peşekarcasına iş erseye getirmisiz,her ikinize de minnetdaram
@Coxceshidli
@Coxceshidli 4 ай бұрын
Dolğun məlumat üçün təşəkkürlər 🙏 Namiq müəllim.
@meharethabiloglu8650
@meharethabiloglu8650 4 ай бұрын
Dəyərli Namiq müəllim,Bu verlişi izlədim və çox marağıma səbəb oldu.Nə gözəl bir maraqlı və ideal bir verliş hazirlamisiz.Mən inanıram ki,bu araşdırmadan sonra çox işlər görüləcək.Allah sizi Türk dünyasına çox görməsin.Bu işləriniz bütöv Türk dünyasına səs salsin.Bol-bol dinləyici kütləsi arzulayıram. Hörmətlə:Aşıq Məharət Habiloğlu
@elizamindmirov7804
@elizamindmirov7804 3 ай бұрын
Cox sagolun. Butun cekliwlerinixi izleyirem. Bir kolani sakinikimi kimi tewekur eliyirem.
@aysnmmmdova-mr4zt
@aysnmmmdova-mr4zt 4 ай бұрын
Bizdə sizi xoş gördük dəyərli insan!Bilmədiklərimizi sayənizdə öyrənirik😊
@mahireheyderova5177
@mahireheyderova5177 4 ай бұрын
Uğurlu olsun! Belə maarifləndirici verilişlərə çox ehtiyac var. Çox sağ olun Namiq müəllim!
@EvezIsmayilov-lx1ml
@EvezIsmayilov-lx1ml 3 ай бұрын
Salam namiq müəllim xeyirli olsun yeni verlşinzin baxmlı olsun hər zaman çox sevdim bu kanlı 👍
@tamararustamovatnhabulud407
@tamararustamovatnhabulud407 4 ай бұрын
Kolanı televiziyasına uğurlar diləyirəm.Abunə oldum. Maraqlı verilişləriniz davamli olsun,Namiq Haçıheydərli
@_Heyderova0212
@_Heyderova0212 4 ай бұрын
Xeyirli olsun İnşaAllah. Namiq Müəllim
@huseynsgerov1694
@huseynsgerov1694 4 ай бұрын
Xeyirli uğurlu olsun Namiq müəllim
@kamilmirzeyev1952
@kamilmirzeyev1952 4 ай бұрын
Uğurlar
@leylaheydrova7185
@leylaheydrova7185 4 ай бұрын
Maarifləndirici videonuz üçün təşəkkürlər, Namiq bəy!🥰
@user-tp8ex3gl1w
@user-tp8ex3gl1w 4 ай бұрын
Gozel
@zaurnerimanov225
@zaurnerimanov225 4 ай бұрын
Nə gözəl verlişdir xeyirli və uğurlu olsun Namiq müəllim.
@user-sd1wc1kq3q
@user-sd1wc1kq3q 4 ай бұрын
Kürsəngi dağı barədə ilk dəfədir ki, geniş məlumatlar əsasında çəkiliş aparılır. Maraqlı məlumatlara və yayıma görə əməyi keçənlərə və Namiq müəllimə təşəkkür edirəm. Tezliklə Kolanı ellərindən çəkilişlər gözləyirik. Abunə sayının çoxalması və kanalın geniş yayılması üçün dəstək göstərməyinizi xahiş edirəm. Hörmətlə Nicat Kolan
@user-zi4wr1gu9k
@user-zi4wr1gu9k 4 ай бұрын
Rgardaş salam ..Kolani kəndi İrəvan mahalindada olmalidir ...feysbukda Xəzər Albaniyasi grupu var orada geniş məlumatlar verilir və belə cixirki eramizdan əvvəl Alpaniya xristyan turklərinin dovrundə yaşamiş tarixci Musa Kalankatli elə məhz Kolan kəndli imiş onun həmin dovrdə e.ə 2 , 4 əsrlərdə yaşayib yaratmişdir və bizlərədə muəyyən məlumatlar catdirilmişdir ...gondarma haylar nə gədər calişsalarda Ağvəng turk monastrlarini vənglərini oz adlarina cixa bilməyəçəklər...
@vesilerazimi9535
@vesilerazimi9535 4 ай бұрын
ADPU-nun Şamaxı filialının məzunu- Namiq müəllim. Sizi salamlayırıq. Davamlı olsun.
@KolaniTv
@KolaniTv 4 ай бұрын
var olun. Minnətdaram
@Coxceshidli
@Coxceshidli 4 ай бұрын
Belə maarifləndirici videoların ardı gəlsin, çox gözəl verliş alınıb. Uğurlarınız bol və davamlı olsun.
@bilalheyderov6792
@bilalheyderov6792 4 ай бұрын
İnşallah davamı gəlsin
@azeribaku78
@azeribaku78 4 ай бұрын
Cox baximli verlişdi.sizden Cox şey örgenirik.Ugurlariniz davamlı olsun Namiq mellim
@Xan_Yt_2010
@Xan_Yt_2010 4 ай бұрын
Xeyirli , uğurlu olsun! İnşaallah 🙏🏻 Axarıcı olsun!
@user-vw7lp5ql2w
@user-vw7lp5ql2w 4 ай бұрын
Nə gözəl verilişdi maaşallah
@user-lk4ch5cj9l
@user-lk4ch5cj9l 4 ай бұрын
Ugurlar əziz qardaşlm
@user-li3km2js9q
@user-li3km2js9q 4 ай бұрын
Xeyirli olsun inşallah
@melekmikailova4433
@melekmikailova4433 4 ай бұрын
Uğurlar!
@KolaniTv
@KolaniTv 4 ай бұрын
Yorum yazan hər kəsə təşəkkür edirik. Var olun! Mümkün qədər çox paylaşın ki, verilişi daha geniş auditoriya izləyə bilsin...
@ademhesenov3480
@ademhesenov3480 4 ай бұрын
xeyirli uğurlu olsun
@cingizeliyev1233
@cingizeliyev1233 4 ай бұрын
Xeyrli olsun davamı gəlsin👏
@tenhabulud8140
@tenhabulud8140 4 ай бұрын
Kanalinıza xeyirli-uğurlu yollar diləyirəm,Namiq bəy
@sertv1559
@sertv1559 4 ай бұрын
Çox maraqlı məlumatlar verdiz.Çox sağ olun
@muradibadov7200
@muradibadov7200 4 ай бұрын
Uğurlarınız bol olsun
@eldarheydarov6090
@eldarheydarov6090 4 ай бұрын
Çox sağ ol. Davamlı olsun.
@Fatima-oc8yy
@Fatima-oc8yy 4 ай бұрын
Uğurlar olsun
@user-ss5bz8qt8j
@user-ss5bz8qt8j 4 ай бұрын
Teşekkür edirem melumatınız üçün
@user-vo6ju3ti3b
@user-vo6ju3ti3b 4 ай бұрын
Xeyirli olsun
@ramilmensimli8359
@ramilmensimli8359 4 ай бұрын
👍👍👍👍
@ahubala8514
@ahubala8514 4 ай бұрын
Ugurlar
@senanceferov7056
@senanceferov7056 4 ай бұрын
Salam Namiq məlim 18:37 tarxmizi canlandrığnız üçün təşəkür edirəm məlimlər hamsı ətraflı məlumat verdilər lakin bizim kəndimzdə təqəüdə olan tarix məlmi Pirverdi məlimdə var onunda fikrlərni öyrənmək marağlı olardı
@user-zk5pt4vl9u
@user-zk5pt4vl9u 4 ай бұрын
Çox zəngin tarixə malik olan Kürsəngi dağı barədə məlumat bilgilərimi artırdı.
@romamusic5773
@romamusic5773 3 ай бұрын
Şirvanda haciqehramanli qesebesinin ustunde de var bu palcig vulkanlari helede palcig cixir
@user-lt2st9qq8c
@user-lt2st9qq8c 4 ай бұрын
👏👏👏
@Coxceshidli
@Coxceshidli 4 ай бұрын
👍👍👏👏👏👏👏
@farizferid698
@farizferid698 4 ай бұрын
👍👍🤝🤝🤝🤘🤘🤘🤘🇦🇿🇦🇿🇦🇿
@SurpriseGlobal-hm1gl
@SurpriseGlobal-hm1gl 4 ай бұрын
Kürsəngi səndemə sadəcə dağ deyilmiş əməlli tarix yatırmış bu dağda.Bunu daöyrəndik Kolanı tv nin sayəsində.
@salehrfizad22
@salehrfizad22 4 ай бұрын
Uğurlar
@hebibhebibov1234
@hebibhebibov1234 3 ай бұрын
Ugurlar
@IlqarIlkin
@IlqarIlkin 4 ай бұрын
Uğurlar
Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət
45:41
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 106 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
Dağ Kolanı Kəndi
14:16
Qobustan Şəhəri
Рет қаралды 303
Çin əsilli azərbaycanlı Aygün Lin
20:18
AStar
Рет қаралды 69 М.
Siyəzən Kolanıları...
25:16
Kolani Tv
Рет қаралды 3,2 М.
Şair Namiq Hacıheydərli @KanalPoeziya səs: Furqani
8:34
Kanal Poeziya
Рет қаралды 1,6 М.
Kəndimiz-Kolanı
38:42
Naxcivantv
Рет қаралды 21 М.
Salyanın Kolanı kəndində bir gün...
16:34
Kolani Tv
Рет қаралды 4,1 М.