Kvant Fizikası - Fizika dəqiq elm deyil! Sadə izahı

  Рет қаралды 4,363

Adam Bilir

Adam Bilir

Күн бұрын

Düşündüyünüz hər şey insanlardan tutumuş qum dənəsinə kimi atomlardan ibarətdir. Atomlar isə nüvə və elektronlardan ibarətdir. Bax bu mikro dünyada ənənvi fizika bu zərrəciklərin və hissəciklərin hərəkət və davranışlarını izah edə bilmir. Bu zaman bizə Kvant fizikası lazım olur. Əslində hər şey işığın zərrəcik yoxsa dalğa olduğu məsələsi ilə başladı. Belə ki, 19-cu əsrə kimi işığın zərrəcik olduğu deyilirdisə, Thomas Young adlı inglis fizik 1801-ci ildə “iki yarıq” təcrübəsini etdi və işığın bu müşahidə zamanı zərrəcik deyil, dalğa kimi yayıldığını gördü. Belə ki, iki yanaşı yarığa bir mənbədən işıq salan Young divarda iki deyil daha çox işıq sütunlarının yarandığını gördü. Və bu da işığın dalğa olduğunu sübut edirdi. Bunu suya eyni anda atılmış cismlərin yaratdığı iki dalğanın toqquşması nəticəsində əmələ gələn görüntü ilə anlamaq olar. Daha sonradan anlaşıldı ki, işıq həm zərrəcik həm də dalğa kimi davrana bilir. Bax elə bu da Kvant fizikasının əhəmiyyətini göstərir. İki yarıq təcrübəsini sadə dillə belə izah edə bilərik. Divarda iki yarıq olduğunu düşünün. Və o yarıqlara doğru çoxlu sayda toplar ataq. Topların bir hissəsi divara dəyərək dayanacaq amma qalan hissəsi yarıqdan keçərək iki sütun formalaşdıracaq. Yəni yarıqlara doğru atılan cism zərrələrdən ibarətdirsə o ancaq iki sütun formalaşdıra bilər. Əgər daha artıq sütun formalaşırsa deməli zərrəcik deyil. Bu ənənvi fizikanın bizə öyrətdiyi qaydadır. Amma eyni təcrübəni daha kiçik toplar, məsələn elektronlar ilə etsək, hansı ki, elm dünyası onarın zərrəcik olduğunu qəbul etmişdi, bu zaman da əvvəlki qaydada iki sütun əmələ gəlməlidir. Amma müasir dövrdə yüksək texnologiyanın üstünlüklərindən faydalanaraq edilən bu təcrübədə müşhaidə edildi ki, elektronlar dalğa kimi davranaraq iki yarıqdan keçməsinə rəğmən bir neçə sütun formalaşdırmışdı. Məlum oldu ki, elektronlar da parçacıq deyil dalğa kimi davranır. Əla. Keşkə bu qədər asan olardı. Amma bu qədər sadə olsa o zaman Kvant fizikasına da ehtiyac olmazdı. Bu təcrübənin bir də davamı var. Məsələ ondadır ki, bu cür bir neçə sütunun yaranması üçün bir elektron eyni zamanda hər iki yarıqdan keçməli idi, dalğada olduğu kimi. Amma bir elektron necə olur ki, eyni zamanda iki yerdən keçə bilir. Bu məntiqsiz idi. Ona görə də elektronun bu hərəkətini aydınlaşdırmaq üçün yarıqlardan birnin yanına sensorlar qoydular. Təcrübəni başlatdılar və çox təəccüblü bir şey oldu. Bu dəfə divarda zərrəcik özəlliyini əks etdirən iki sütun yarandı. Necə olur ki, bir dəfə dalğa digər dəfə isə sanki onların müşahidə olunduğunu alqılayan elektronlar zərrəcik kimi davranmağa başladılar? Alimlər heyrət içində olanları izləyirdilər. Amma məntiqli cavab tapa bilmədilər. Daha sonra elektronları aldatmaq üçün sensorları yenidən qoydular amma bu dəfə hiyləyə əl atdılar. Sensorları sönülü yəni işlək vəziyyətdə yox sadəcə görüntü üçün qoydular. Bu dəfə isə elektronlar dalğa kimi davranaraq yendən bir neçə sütun əmələ gətirdilər. Sanki elektronlar hər şeyin fərqində idilər və onların müşahidə edilib edilmədiyini anladıqları üçün sensorlar qoşulu olanda öz sirlərini bölüşməmək üçün zərrəcik kimi, əksinə sensorlar qoşulu olamayanda dalğa kimi davranırdılar. Bu təcrübə bütün aliblər tərəfindən rəsmi qeydə alınmış ən qeyri adi təcrübə kimi tarixə düşdü və indiyə qədər də heç bir alim nələr baş verdiyini izah edə və anlaya bilmir. Məhz bu təcrübə ilə Kvant fizikasının necə mürəkkəb və ənənəvi fizikadan fərqli olduğu aşkar edildi. Bundan sonra fəlsəfə və fizika daha çox birlikdə fəaliyyət göstərməyə başladı. Kvant fizikasının ana fikrindən yola çıxan insanlar hətta çox qəribə nəzəriyyələr də irəli sürdülər. Bunlardan biri yaşadığımız və var olan hər şeyin kompyuter simulyasiyası olması fikri idi. Və nəzəriyəyə əsasən kainatı əmələ gətirən kopyuter çox güc itirməməsi üçün yalnızca müşahidə edilə biən hissələri yaradırdı. Məsələn qaranlıq bir otaqdan heç kim yoxdursa və heç kim ora baxmırsa əslində o otaq yoxdur. Yalnızca kimsə oraya daxil olub və ya kənardan müşahidə etmək istəyən zaman otaq yaranır. Təcrübəyə qayıtsaq, alimlər bunu anlaya bilmək üçün elektronu Kvant cismi kimi qəbul etdilər. Elektronlar yarqılara doğru atılan zaman onlar birlikdə bir duman kimi hərəkət edirdi. Əlbətki bir eletronun o dumanın istənilən yerində olma ehtimalı var və hər iki yarıqdan eyni anda keçmə ehtimalı da var. Buna görə də hər iki ehtimala uyğun olaraq elektron hər iki yarıqdan keçirdi. Amma yarqıların birini müşahidə etdikdə o zaman elektronun məhz müşahidə edilən yarıqdan keçdiyi görülürdü. Çünki bizim müşahidəmiz elektronun mütləq yalnızca bir yarıqdan keçməsini məcbur edirdi. Bunu başa salmaq üçün alman alim Erwin Schirödinger fəlsəfi bir fikir və ya düşüncə təcrübəsi ortaya atdı.
#KvantFizikası #QuantumFiziği #SchrodingerinPişiyi

Пікірлер: 35
İrade Terbiyesi - Jules Payot FULL #SesliKitap
2:59:19
fikir istasyonu
Рет қаралды 851 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 10 МЛН
Zaman Nedir? Bilmiyoruz... Peki Gözlemlenebilir mi?
42:57
Doğal Frekans • Bilim
Рет қаралды 116 М.
Kvant düşüncəsi      #MAG 11.04.2022
26:48
MagTV Azerbaijan
Рет қаралды 7 М.
Spooky and Bizarre QUANTUM ENTANGLEMENT
19:00
Barış Özcan
Рет қаралды 1,4 МЛН
Öyrənək / Kvant fizikası
24:50
Qiraətçi TV
Рет қаралды 25 М.
ATOM - Möhtəşəm quruluş ilə tanış olun
5:20
Harun Memmedov
Рет қаралды 19 М.
KVANT FİZİKASI
28:56
Youtube Fizika
Рет қаралды 2,9 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН