Lerikli şəhid gizir Ruslan Ağayevin medalı ailəsinə təqdim olundu

  Рет қаралды 9,937

ARB Cenub

ARB Cenub

Күн бұрын

Lerik rayonunun Pirəsora kəndində Silahlı Qüvvələrimizin şəhid giziri Ruslan Qalib oğlu Ağayevin Azərbaycan Respublikası Prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalının ailə üzvlərinə təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ağsaqqalların, gənclərin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak ediblər
Tədbir Qarabağ döyüşlərində, eləcədə ikinci dünya müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək son illər ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işləri diqqətə çatdırıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində Azərbaycan Ordusunun cənubi Qafqazda ən güclü orduya çevrildiyini bildirdi. Son aylarda təmas xəttində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığını qeyd etdi. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayev haqqında geniş məlumatla çıxış etdi. Aprel ayının əvvəllərində ordumuzun düşmən üzərində layiqli qələbə qazandığını, bir neçə vacib strateji yüksəklikləri geri qaytardığını bildirdi. Azərbaycan ordusu ilə xalqın yekdil birliyi, Ali Baş Komandanın və Müdafiə Nazirliyinin cəsarətli qərarları nəticəsində əsgərlərimizdə döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu diqqətə çatdırdı. Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olundu. Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırdı. Daha sonra məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirildi. Sonda tədbir iştirakçıları tərəfindən şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.

Пікірлер: 12
@huseyincavadli5486
@huseyincavadli5486 2 жыл бұрын
ALLAH rəhmət eləsin Amin inşALLAH Şəhidlərimizə gizirimiz idi
@ledix5648
@ledix5648 8 жыл бұрын
Allah rehmet elesin!!!
@kamalquliyev2544
@kamalquliyev2544 4 жыл бұрын
Allah rəhmət eləsin yeri cənnət olsun inşallah
@Один-Такой-н5щ
@Один-Такой-н5щ 7 жыл бұрын
Allah remet etsin
@СвязнойСвязной-м6ч
@СвязнойСвязной-м6ч 7 жыл бұрын
Allah yerini cennet etsin amin
@elesgerhesenov9571
@elesgerhesenov9571 7 жыл бұрын
allah rəhmət eləsin
@neftcalashidlrimurad9089
@neftcalashidlrimurad9089 4 жыл бұрын
Allah rəhmət eləsin komandirim idi
@mp3azri-turk35
@mp3azri-turk35 4 жыл бұрын
Ölənlərivə rəhmət qaqam. Qardaşıyam
@neftcalashidlrimurad9089
@neftcalashidlrimurad9089 4 жыл бұрын
@@mp3azri-turk35 məndə əsgəriyəm
@neftcalashidlrimurad9089
@neftcalashidlrimurad9089 4 жыл бұрын
@@mp3azri-turk35 mümkündürsə 0508757291 vatcapima yazarsız zəhmət olmasa
@mp3azri-turk35
@mp3azri-turk35 4 жыл бұрын
@@neftcalashidlrimurad9089 oldu qadası yazaram
When Royal Guards Fight Back!
8:08
Fighting Spirit
Рет қаралды 5 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Lerikin off-road yolları - Nə qaz var, nə xəstəxana nə də...
1:44
27 Sentyabr. Anım günü
2:38
Baku Media Center
Рет қаралды 44 М.
What is happening in Southern Azerbaijan? | Documentary
18:53
Toyun Sədası - 14.05.2023  Neftçala Rayonu
38:15
ATV Show
Рет қаралды 18 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН