Əli Kərim - Qaytar ana borcunu - Kamran M. YuniS

  Рет қаралды 74,705

Kamran M. YuniS

Kamran M. YuniS

7 жыл бұрын

#əlikərim #kamranyunis #kamranmyunis #şeirlər
#qaytaranaborcunu #emilşahin #poeziya #şiirler
Əli Kərim - Qaytar ana borcunu
Bəstəkar - Emil Şahin - Xəyallar
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü - ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına...
Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
Atlını atdan salıb küləklərlə ötüşür.
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: "Gör neçə aya getdi?!"
Ana yuxularında tez-tez Bakıya getdi,
Ana məktub yazdı ki: "Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı".
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,
Ananı fikir aldı, ananın əsdi dizi
Ana müqəssir etdi, tramvayı, dənizi.
O yenə dözdü, durdu... O yolmadı saçını,
Səsləri qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya xdı,
Ana da məktubların dalınca baxdı, baxdı...
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.
Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o büzmədodaq bir qıza?
Oğul böyütdümü o. min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar, qaytar onları. qaytar qoyma sabaha!
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!

Пікірлер: 189
@dunya7717
@dunya7717 2 жыл бұрын
Çox gözəl ifa ALLAH BÜTÜN ANALARA CAN SAĞLIĞI VERSİN!!!! 🤲🏻
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Sən ki dərd verdin, oğul sənə gülüş verənə... 😔Allah belə övladlardan uzaq etsin bütüb Analarımızı🙏
@user-dz6ly9pk6m
@user-dz6ly9pk6m 11 ай бұрын
Gözəl şeir, möhtəşəm ifa. Allah Sizi qorusun. Şairə qəni-qəni rəhmət etsin.
@azize4
@azize4 2 жыл бұрын
Hər gün dinləyirəm sizi dinləməsəm olmaz insanın ruhu sakitləşir Təşəkkürlər, USTAD
@samosemmedov8914
@samosemmedov8914 2 жыл бұрын
Ən çox sevdiyim şeir o qədər çox sevrəm ki əzbər bilirəm
@behbudovamanzar
@behbudovamanzar 2 ай бұрын
Salamlar! Əli Kərim cox sevdiyim şair! Özünü n də 3 oglu olub!Heyf ki, çox tez getdi bu dünyadan! Allah rəhmət eləsin!Kənddə olanda əksər sairlərin kitab larini həm kənd ,həm də məktəb kitabxanasindan alıb oxumuşam!Eyni zamanda Əli Kərimin də !Onun həyət yoldaşı Elza Kərimova da sonralar kitablarini cap etdirdi!Və ...2023_ də vəfat etdi!Bu şeri həmişə məktəb tədbirlər ində usaqlar deyerdilər!Və ...siz də gözəl dediniz!Mənə ən cox xos gələn basqa şeiridir:"Gözəl qiz,sən saf susan!İki qəlb arzususan!Mən sə səni sevirəm iynənin ucu boyda işığa həsrət qalan goz isiq sevən kimi!O isə ,səni sevir,bir şən mağarda,toyda isiqlardan yaranmus yaraşıq sevən kimi!İndi özün fikirləş,bu mən ,bu sən,bu da O!"Ananin borcunu qaytarmaq hec cur mumkun deyil!Ozu də bunu hər ogul,qiz qaytara bilmir!Əsas da ogullari arvadlari qoymur!Ana da bəzən ozu oglunu gəlinə qısqanır!Ona gorə də... ailə lər dağılır!Ona gorə də ogulu cox sevirsən sə,gərək onun sevdiyi ni,aldigini da sevəsən! Çünki ogul da 2 adam aradinda qalir!Bilmir ailəsini seçsin,yoxsa anasını!Bu cox agrili problemdir!Bunu da elə o vaxt Əli Kərim görüb və yazib! Ancaq ?Mənim atam kimi oğullar da olub!Atam əvvəl Karyagin(Fuzuli) ped ,texnikumunu oxuyub!Və m.direktoru olub!Anamla evlenib!Sonra ..BakiAli Hüquq Məktəbini oxuyub!Ali Məhkəmədə vəkil işləyirmiş (Butun sənədləri hamısı məndədir! Cəbrayıl da muzeyə verəcəm!Həm də Cəbrayilin" Sönmeyen ulduzlar"indan biridir!Universitet də daxil olmaqla butun məktəblərin hamisini fərqlənmə diplomu ilə oxuyub!)Və ...karyerasinin cicəkləndiyi dovrdə nənəm ona deyib ki,mən səni ona gorə böyütməmişəm ki,sən gedib şəhərdə qalasan!Və.atam butun arzularinin ustundən xətt cəkib.kəndə qayidir!Belə_ belə işlər!Kəndimizdən də şəhərli qizlarla ailə qurub şəhərdə yasayanlar var idi!Amma?Onlar da kəndə gələndə həmisə analara qarşı çox hormətcil idi!"Bakili qizlar"bizim kəndin qayda _ qanunlarina vox gozəl əməl edirdilər!Hələ tələbə yoldaslarina qoşulub gəlenlər də elə biz kəndciler kimi cox zəhmətli islə məsgul olurdular!Bizim muəllimlərimiz!Allah rəhmət eləsin!Rus dili,tarixvə ədəbiyyat muəllimlərimizə!Kamran bəy!Siz də valideynlerinizə dəyer verən bir ogulsunuz!Allah rəhmət eləsin,onlari necə sevməyiniz isə həm serilerinizdə əbədiləsib,hem də elə bir ogul kimi onlara layiq ogulsunuz!Demeli,her bir sey tərbiyədən asılıdır!Ana zəif olanda ,bu seirdəki kimi olur! Nankor övladın uzu qara olsun!Hər bir valideyn istəyər ki,usagi tərbiyəli olsun!Amma? Düşdüyü muhit in də şəxsiyyət in formalaşmasında rolu çoxdur!Ona gorə... Amma?İndiki oğullar həm anani sevirlər,həm də vətəni!Və... özlərini hər ikisinə fəda edirlər!Bunu da unutmayaq!1% də elə ananin zəhmətini itirənlər olur!Onlar da zəif iradəli olanlardir! Əsil kişi hamını düşünur,hər zaman! Sizə də Əli Kərimə dəyər verdiyinz və onun bu şeirinə muraciət etdiyiniz üçün təşəkkürlər!🙏🌹
@sevincnovruzova9686
@sevincnovruzova9686 6 жыл бұрын
iki ogul boyudurem,inwallah bu eserdeki kimi nankor olmazlar🙏Allah butun balalari qorusun!Sag olun,gozel teqdimat idi
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
Mənimdə iki oğlum var.insallah xeyirli övlad olarlar.Allah qorusun.
@nezaketletifova1118
@nezaketletifova1118 2 жыл бұрын
Menimde bir oğlum var.Elhemdulillah.Mene qizim deye ezizleyir.Her kese bele oğul arzulayıram.
@xyalbayraml5662
@xyalbayraml5662 4 жыл бұрын
Bu gün Əli Kərimin anım günüdür.Məkanı ulduzlarla birgə olsun,dev şairin🌠
@cickyags4191
@cickyags4191 2 жыл бұрын
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.😢 Oğul demərəm sənə!😢
@lolaazeri3917
@lolaazeri3917 5 жыл бұрын
Nəsə bilmirəm bu şeiri dinlədikcə göz yaşlarıma hakim olanmadım ta sonuna kimi.Bu sizin uğurunuzdu Kamran bəy.Bilmirəm bu səsdə nə var ki,qəhərsiz və göz yaşlarsız dinləmək mumkunsuz😢😢😢
@mathilda1457
@mathilda1457 6 жыл бұрын
həmişə bu şeiri dinlədikdən sonra ağlayıram
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Necə gözəl sözlər yazılsa da az olar! Bu səsə, bu ifaya!❤️❤️❤️❤️❤️❤️❤️
@JaNe-om3vk
@JaNe-om3vk 6 жыл бұрын
Bu seiri bir iki defe oxumusam ama hec bele tesir elememiwdi mene.Cox gozel seslendirmisiz.Allah sizi var elesin,Kamran muellim.Sizi cox isteyirem.Sesiniz insana huzur verir.Var olun!
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 жыл бұрын
Analarlmlz 🌹cennetdiler muqeddesdiler ❤️
@ferahnazdemirci5901
@ferahnazdemirci5901 5 жыл бұрын
"Ana gibi yâr Bağdat gibi dlyâr olmaz. " Ağzınıza, yüreğinize sağlık, ömrünüze bereket büyük üstad. 🌹 🌹 🌹 👏👏👏👏💕💕💕💗💗💗🇹🇷🇦🇿
@badallib7105
@badallib7105 6 жыл бұрын
Bu gün ədəbiyyatdan dərsimiz idi. ŞEiri demək tərziniz, intonasiyanız mənə çox kömək oldu. VAr olun! ALLAH bütün ANALARA can sağlığı versin! AMİN!
@yavermeherremov6401
@yavermeherremov6401 6 жыл бұрын
Allah butun Analari salamat etsin olenlere rehmet elesin Allah her bir evlada Ana gullugunda olub onun raziligini Gazanmagi nesib rtsin Allah sizdende razi olsun
@ayanesedova435
@ayanesedova435 2 жыл бұрын
Əli Kərim poeziyasının ən gözəl nümunələrindən biri
@sevilrustamova2574
@sevilrustamova2574 Жыл бұрын
Təşəkkürlər.Belə misralar gızıl hərıflərlə yazılmalıdır.Allah analara möhkəm can saglıgı versin.Dünyasını dəyişənlərə min rəhmət.🙏🙏🙏🙏🙏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹
@imanyolcusu7489
@imanyolcusu7489 5 жыл бұрын
Can Ana can ,sene qurban ola bilmedim, yawada bilmedim, canimdan can vere bilmedim, ne tez getdin sen, dunya nece donur sensiz? Men nece yawayiram sensiz ? Ana ay ana sene qovuwmaq ucun bir gunu iki gun yaziram, cataram bir gun sene yeqin, sen cavan men yawlanmiw. Sensizlikden yawlanmiw men
@Leyla-517
@Leyla-517 4 жыл бұрын
Siz anaya mənsə ataya qovuşmaq arzu ilə hər günü il kimi yaşayıram. Tələsirəm onu görmək üçün. Şeir qədər təsir etdi sözləriniz. 😥
@user-lj9tc5vk3b
@user-lj9tc5vk3b 5 жыл бұрын
Ana... Səndən sonra qismət mənə göz yaşım, Məni ovundurmaz bacı ,qardaşım..
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Allah ömür versin analarımıza.Ana borcu ödənilməzdir.
@yusifyusifzade1418
@yusifyusifzade1418 3 жыл бұрын
Allah analarımıza can saqliqi versin . Dünyadan köçənləre ALLAHDAN RƏHMƏT DİLƏYİRƏM. Sizsə bir sözlə möhtəşəm.
@user-fg5ex3dv8t
@user-fg5ex3dv8t 3 жыл бұрын
Аллах бутун овладлары горусун. Аминь Иншаллах! Чох саг олун, Камран муеллим.
@gulshanhuseynova138
@gulshanhuseynova138 5 жыл бұрын
Əvvəllər bu şeri çox haylı küylü ifadə edirdilər ,Məzun günündə mənədə təklif etdilər, imtina etmişdim, bu ağırlığında sözlər məni aşırdı. Allah bütün anaları nankor övladdan qorusun, məncə uşaq yaşlarından ana özünü uşağına təqdim etməlidir, ana oğul arasındakı bağı ona hiss etdirməlidir. Sizin ifanızda bir başqa təsir edir insana Kamran M. Yunis Var Olun!!!
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Hər təkrar dinləməsi Möhtəşəm!❤️Böyük əsər!❤️Mükəmməl ifa!❤️Var olun Ustad!❤️
@gulaymeherremova8047
@gulaymeherremova8047 6 жыл бұрын
men hele bele gozel ıntonasıya gormemısem Halal olsun VALLA sesın gozellıyı adamı valeh edır
@huseynbakl6100
@huseynbakl6100 6 жыл бұрын
Uşaqlıgıma qayıtdım,gözəl anamın ətrin hiss elədim yanımda,xahiş edirəm ana haqqında çox şer deyin gözləyəcəm,səsinizə qüvvət.
@sahibeehmedova7259
@sahibeehmedova7259 5 жыл бұрын
HÜSEYN BAKILI! ALLAH SƏNİ SAXLASIN,A BALA! OĞLANLAR ANA ÜÇÜN DARIXANDA, ÇOX KÖVRƏLİRƏM.ALLAH HƏR ANAYA ANA,ATA QƏDRİNİ BİLƏN OĞUL EVLADI VERMİR. ZƏHMƏT OLMASA, "HACI QULAM ANA HAQQINDA ÇOX TƏSİRLİ ÇIXIŞI MƏHƏMMƏDİ" YUTUBDA YAZIN ÇIXACAQ O VİDEOYA HƏR KƏSİN BAXMAĞINI MƏSLƏHƏT BİLİRƏM.BAXMAQLA DOYMAYACAQSINIZ!😔😪
@user-zt6dy6on9p
@user-zt6dy6on9p 7 ай бұрын
Gözəl və ürəyəyatımlı bir ifa! Var olun!
@shemsmikayilova3142
@shemsmikayilova3142 6 жыл бұрын
Çox kədərli şerdir. Gözəl ifadır.
@fuadismayilov1093
@fuadismayilov1093 5 жыл бұрын
Gözel eser. Gözel ifa. Gözel senefkar. Çox sağ olun ki bele deyerli seslendirirsiniz bu eserleri. Beyine hekk edir sesiniz bu eseri. Teşekkür edirem size 👏👏🙌🙌
@salaleagayeva3912
@salaleagayeva3912 6 жыл бұрын
En cox sevdiyim ve mukemmel bildiyim bir weir agziniza sagliq var olasiz!!💖💖👏👏
@DrAliabas
@DrAliabas 4 жыл бұрын
"Özünü qaytar geri..." mən çox istərəm ki, bu cür şeyirləri hamı kiçik yaşlarından bilsin və dərk etsin. Təşəkkür edirəm gözəl ifa!!!
@vusalememmedova9025
@vusalememmedova9025 6 жыл бұрын
Size menim boyuk hormetim var kamran bey siz menim ele yarali yerime toxundunuzki her qulaq acanda goz yawinda boguluram
@yunisqulizade7583
@yunisqulizade7583 7 жыл бұрын
Kamran muellim Allah sizi qorusun.Var olun sag olun.mohtewem sesiniz ifaniz var.insanin gelbine oxsayir.se'rde indiki zemane usaqlarla tam ust uste dusdu.brabo size👍👏
@moonlight-ht5zr
@moonlight-ht5zr 5 жыл бұрын
Əhsən!☝😇
@gencegence1777
@gencegence1777 7 жыл бұрын
Eli Kerim 60-ci illerin en populyar shairi idi. Sesinize saqliq senetkar.
@user-mp4rt8px5u
@user-mp4rt8px5u 6 жыл бұрын
Очень красивый голос
@mrymhsnova6406
@mrymhsnova6406 Жыл бұрын
Möhtəşəmdir həqiqətən,həm ifa,həm səs,həm melodiya.Ağzınıza sağlıq.Uğurlar.🌟
@turanali9340
@turanali9340 5 жыл бұрын
Gözəl şeir, gözəl ifa😢😢😢
@mehman777
@mehman777 6 жыл бұрын
Sənki dərd verdin,oğul,sənə gülüş verənə. OĞUL DEMƏRƏM SƏNƏ!
@jamesblunt7372
@jamesblunt7372 7 жыл бұрын
Əli Kərim..bir sıra şeirləri, xüsusilədə Bu şeirlə tarixə iz qoyub. Təşəkkürlər Kamran M.Yusif ifaya görə
@ilkinmmmdov6348
@ilkinmmmdov6348 4 жыл бұрын
Bu gün ədəbiyyatdan dərsimiz bu şeir idi. O qədər təsir edirki adama😔. Çox sağ olun şeiri daha çox sevdirdiniz🌹✨
@herseydaxil9933
@herseydaxil9933 5 жыл бұрын
Cox gozel👍👍👍
@kmalm3909
@kmalm3909 6 жыл бұрын
Siz ki,müqəddəs Analara aid bu gözəl şeiri çox mükəmməl,əvəzsiz,möhtəşəm səsləndirmisiz,fərq etməz yaşlı,cavan bütün Anaların duaları üstünüzdə olsun,yaşayin, yaradın Kamran Yunis.
@konulesedova934
@konulesedova934 4 жыл бұрын
Rəbbim Sizi qorusun. Nədənsə Sizin şeirlərə qulaq asanda insan ətraf mühitlə sanki əlaqəni kəsir,kino lenti kimi şeir gözümün qarşısından keçir . Həqiqətən şeirin haqqını verirsiniz.
@dilaraagakisiyeva4363
@dilaraagakisiyeva4363 4 жыл бұрын
Əlaa
@turanturk4266
@turanturk4266 4 жыл бұрын
Heyif ki,analarimizin borcunu qaytara bilmirik.Hergun dinleyirem Amerikada Ustad cox gozel seslendirir DAHILERIN eserlerini.Tesekkurler Kamran bey.
@aghayevfa5698
@aghayevfa5698 3 жыл бұрын
"Ana"ən müqədəs ad 3 ildi həsrətəm bu ada,tam 3 il .O gecə məndə öldüm anam ,lakin yaşayaraq öldüm.Hardasan anam?Çox tez zamansız getdin, sənsizliy,çarəsizliy öldürür məni...💔
@esmirakerimova3244
@esmirakerimova3244 5 жыл бұрын
Bu seri bir nece defe qulaq asmisam.amma bu qeder tesirli sizin ifanizda esitdim.mende iki ogul boyudurem.
@bahar2377
@bahar2377 Жыл бұрын
İfanız məni keçmişə məktəd illərinə apardı ədabiyyay gecəsində bu şeiri demişəm sizin ifanızda möhtəşəm
@gulnarmeherremova3284
@gulnarmeherremova3284 6 жыл бұрын
Heqiqeten möhtesem...bilin valideynlerinizin deyerini
@fridmmmdov3601
@fridmmmdov3601 2 жыл бұрын
6 ci ya da 7 ci sinif ədəbiyyat kitabında oxumuşdum axırıncı dəfə.təşəkkür paylaşım üçün
@nazvalii3970
@nazvalii3970 7 жыл бұрын
çoox gözəl şeirdi, Allah sizə Kamran bəy və analarımıza uzun ömür, can sağlığı nəsib etsin İnşAllah❤❤❤😍😊
@teymurmustafayev6837
@teymurmustafayev6837 4 жыл бұрын
Sevdiyim şeyirdir Kamran bəy.Sizin səsinizlə dinləmək başqa bir aləm👏👏👏👏Allah sizi qorusun.Allah bütün analara xeyirli övlad nəsib etsin Kamran bəy.Məndə iki oğul böyütdüm çox şükür Allahıma .Həm ata oldum həm ana .Biedə baxdımki qocalmışam (rəyi yazan anadır.)
@novruzovnovruz9718
@novruzovnovruz9718 5 жыл бұрын
Adamın tükləri biz biz qalxır, şeir mohtewem, seslendirenin səsi mükəmməl, sanki Kamran bəyin seslendirmesi üçün yazılıb... Bu şeiri innen sonra kimsə ya belə yazammaz, yada seslendire bilməz...Hər setiri oturur adamın qelbine...
@elzamsadixzade6043
@elzamsadixzade6043 4 жыл бұрын
Sadəcə mükəmməl
@metecsur8621
@metecsur8621 6 жыл бұрын
çox gözəl ifa bəzi oğullara aid olsun bəlkə qulaq assaydılar utanardılar əgər üzləri varsa
@elnurdamirov1125
@elnurdamirov1125 Жыл бұрын
Çox gözəl səsləndirdiniz
@user-ph3ze8wc2b
@user-ph3ze8wc2b 2 жыл бұрын
Çox sagolun ,Kamran bey😭
@aassa9787
@aassa9787 5 жыл бұрын
Cox gozel seirdi.uwaqligimda mektebde deyib aglamiwdim.her defe dinlerken gozlerim dolur bilmirem niye
@imzilkin900
@imzilkin900 6 жыл бұрын
Halal olsun♡♡♥♥
@mayisababayeva4434
@mayisababayeva4434 Жыл бұрын
Əla, yaşa👍
@esqasiqi9468
@esqasiqi9468 6 жыл бұрын
Vurğun olduğum şer, Vurğun olduğum səsdə.. var olun usta
@mathilda1457
@mathilda1457 6 жыл бұрын
ən sevdiyim şeir.....
@rustamyolamanovich1780
@rustamyolamanovich1780 4 жыл бұрын
SUPER MÖHTƏŞƏM SÖZLƏR.👍👍👍👍👍ÖZUNU QAYTARA BİLMƏZ CUNKİ YAD QİZİ ONU YADLAŞDİRDİ TAMAM............😔
@ahmedkerimli9024
@ahmedkerimli9024 6 жыл бұрын
Cox sag olun Kamran muəllim var olun butun serlerinize qulaq asıram dincəlirəm
@vuqarmeherremov3341
@vuqarmeherremov3341 6 жыл бұрын
Öyrəndym şeir 😍
@xdc_-zy6bs
@xdc_-zy6bs 6 жыл бұрын
guzellll😭😭😭😭
@daisylove1588
@daisylove1588 7 жыл бұрын
bu sheir ucun en gozel ifadeli oxu budur
@kamranmyunis
@kamranmyunis 7 жыл бұрын
Meherrem Ahmedov Çoooox sağ olun, ürəyinizə sağlıq bəy!!!
@turanturk4266
@turanturk4266 4 жыл бұрын
O borc senin ozunsen Ozunu qaytar geri.🇦🇿❤
@xatiraheydarova3677
@xatiraheydarova3677 7 жыл бұрын
Var olun.Səsinizə qüvvət
@axireheyderova7603
@axireheyderova7603 3 жыл бұрын
Kaşki qaytara bilsək.Var olun!
@levongeo3234
@levongeo3234 6 жыл бұрын
Cox gyozal . Boyuk adam.
@delyasukurova3244
@delyasukurova3244 5 жыл бұрын
Analarin borcu hec vaxt qaytarilmaz.
@karamathasanov196
@karamathasanov196 4 жыл бұрын
çox vaxtsız getdin ana tek qoydun getdin
@rnaqarazad8676
@rnaqarazad8676 2 жыл бұрын
Heç dəyişiklik olmuyub sanki səsinizdə nitqinizdə həqiqətən çox gözəldi.✨😊
@recebesgerzade3243
@recebesgerzade3243 5 жыл бұрын
Çox təşəkkürlər, sənətkar , yenə də kövrəltdiz məni , olduqca uğurlu alınıb sizin səsininizdə bu əsər
@aygunaygun8263
@aygunaygun8263 4 жыл бұрын
Səninkimi heç kəs sevmədi ana .Sən mənə ən çox lazım olan vaxtda getdin .. məni kimə tapşırdın ..Çətindi bu həyat .sənsiz çətindi ana .Mənim həyatım da xoşbəxtliyim də səninlə bitdi ....bitdi. Sağ olun Kamran bəy .zəhmətinizi halal edin 🙏
@servinazvelizade3735
@servinazvelizade3735 7 жыл бұрын
çox gözel dediz,ağzınıza sağlıq,val olun,size can sağlığı arzulayıram❤❤❤
@esmirakerimova3244
@esmirakerimova3244 5 жыл бұрын
'Qaytar ana borcunu' eger qaytara bilsen.mumkunsuzdu mumkunsuz...
@nazimqurbanov6333
@nazimqurbanov6333 5 жыл бұрын
Çok qeşeng şeirdi
@nazimqurbanov6333
@nazimqurbanov6333 5 жыл бұрын
Çok gözel şeirdir sağ olun yene bele şeir yazın gözleyirem
@SS-pk7qj
@SS-pk7qj 4 жыл бұрын
Ali Kerim oz rayonunda defn olundu ....Anasi cox gozel Gadin idi nenen onu cox yaxindan taniyirdi ... Kamran bey ❤cox sagolun var olun Sizin Srsinizde ele dogmalig var ❤ Allah gorusun Sizi ❤
@resm_analizi
@resm_analizi 3 жыл бұрын
Mukemmel
@azadhmkarlarittifaq23
@azadhmkarlarittifaq23 5 жыл бұрын
Mükəmməl ifa
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Kaş ki, bu şeiri bəzi oğullar dinləyə bilsəydi o oğullar ki, Analarını atıb bu şeirdə söylənən bütün ana əziyyətini itirən oğullar.Var olsun o oğullar ki, ana üçün bütün varlığını verən oğullar.
@maraqliaZtv
@maraqliaZtv 2 жыл бұрын
Duzdu Bezi ogular varki arvadinan anasi dalasan kimi arvadin terefine kecir onu boyuden anaya deyer vermir anasina dusmen olur ele ogul varki yataq xestesi anasina illernen baxir anasina deyer verir
@nadirliyev7380
@nadirliyev7380 5 жыл бұрын
Çox sevdiyim şeyir çox sevdiyim aktyorun ifasından çox xoş oldu
@kamranmyunis
@kamranmyunis 5 жыл бұрын
Təşəkkürlər...
@reyhanrustemova3931
@reyhanrustemova3931 3 жыл бұрын
Super👍👍👍
@renaagabekova1741
@renaagabekova1741 4 жыл бұрын
ÇOX TƏSIRLI ŞEYIR .
@sahibealiyeva9228
@sahibealiyeva9228 2 жыл бұрын
Salam, Gözəl İnsan! Bağışlayın, bu şeirə çox gec qulaq asmışam...Ancaq Əli Kərimlinin şeirlərini çox sevirəm.Çox xahiş edərdim ki, Osman Sarıvəllinin də yaradıcılığına müraciət edək!...
@lyaman9292
@lyaman9292 3 жыл бұрын
Səsinizə,əməyinizə sağlıq, Kamran müəllim!( Sonda həmişə ağlayıram ) P.S. "Yox,onu yandım dedim" hissəsini daha həyəcanlı səslə desəydiniz tam 12-dən vurmuş olardınız.
@leylaagayeva8928
@leylaagayeva8928 6 жыл бұрын
Sesiniz var olsun
@nickiworld8923
@nickiworld8923 6 жыл бұрын
Mohtewem...soz tapmaq olmur ..ifa o qeder gozeldirki.
@kamranmyunis
@kamranmyunis 6 жыл бұрын
Fidan Isaeva Təşəkkürlər
@tovuzakhmedova8103
@tovuzakhmedova8103 6 жыл бұрын
Bravooo
@rnaqarazad8676
@rnaqarazad8676 2 жыл бұрын
Çox sağ olun əla ✨💆‍♀️
@Leyla-517
@Leyla-517 4 жыл бұрын
Yenə Siz, yenə sizin ifanızda şedevr və yenə mən göz yaşı içində hıçqıraraq. Allah atama qıydı, mənə anamı çox görməsin😥
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i 4 жыл бұрын
Шукур 2охул бойудурем индийе кими узуме ах олмайыблар евлененден сора да олмазлар.ИНШАЛЛАХ.
@seymursamilfan9342
@seymursamilfan9342 6 жыл бұрын
Supee Allah var etsin sizi
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@zeynomery8512
@zeynomery8512 4 жыл бұрын
Helede her misrasi yadimdadir.baxmayaragki nece il kecib,hec tekrar etmemisemde bir defede olsa..
@saidashukurova2339
@saidashukurova2339 7 жыл бұрын
Təşəkkürlər👏👏👏💐
Sənətkar Ömrü- Əli Kərim
46:07
Gülşən Əkbər
Рет қаралды 3,6 М.
Ramiz Rövşən - Yuxu - Kamran M. YuniS
8:01
Kamran M. YuniS
Рет қаралды 13 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 30 МЛН
Əli Kərimin "Qaytar ana borcunu" şeiri
17:59
Elşad Əliyev
Рет қаралды 6 М.
M.Araz "Azərbaycan dünyam mənim "şeirinin təhlili.
7:31
Ədəbiyyatçı
Рет қаралды 4,1 М.
Kamran M. YuniS - "Künc Bucaq" da - Mir Çingizlə
1:01:59
Kamran M. YuniS
Рет қаралды 557
Mikayıl Müşfiq - Yenə o bağ olaydı - Kamran M. YuniS
8:32
Kamran M. YuniS
Рет қаралды 115 М.
Hacı Şahin  Allah insanı hadisələrlə sınayır diqqətli olun
26:19
Ə.Kərim "Qaytar ana borcunu" təhlil (Mütləq baxın) 😀😀
17:34
Rəşad Hümbətov
Рет қаралды 2,8 М.
Ramiz Rövşən - Köhnə məktublar - Kamran M. YuniS
5:58
Kamran M. YuniS
Рет қаралды 131 М.
няня привела в дом чужого
0:59
RusRoflTime
Рет қаралды 3,5 МЛН
ToRung short film: 🎁special gift❤️
0:49
ToRung
Рет қаралды 19 МЛН