Mikayıl Müşfiq - Yenə o bağ olaydı - Kamran M. YuniS

  Рет қаралды 116,038

Kamran M. YuniS

Kamran M. YuniS

7 жыл бұрын

#kamranmyunis #kamranyunis #mikayılmüşfiq #şeirlər
#sevgişeirləri #eminsabitoğlu #poeziyateatrı #şiirler
Mikayıl Müşfiq - Yenə o bağ olaydı
Bəstəkar - Emin Sabitoğlu - "Ad günü" filmindən musiqi
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Пікірлер: 218
@Filoloq_21
@Filoloq_21 Ай бұрын
Sadəcə şeir yazıb, xalqın ruhuna oxşayan o şairi min bir əzabla öldürdülər. Bizə xatirə əvəzolunmaz şeirlər qaldı. Bu xatirələri yaşatdığınız üçün təşəkkürlər ❤
@googleisdifadcisi3700
@googleisdifadcisi3700 4 жыл бұрын
Mikayil Müşfiq Azərbaycanın ən istedadlı şairlərindən biridir.Sönməyən ulduzudur ruhun şad olsun.
@user-rr5dp3tv7k
@user-rr5dp3tv7k 3 жыл бұрын
🙏🙏🙏
@najibamuradova8596
@najibamuradova8596 11 ай бұрын
Amin
@user-tb1wk1zf1r
@user-tb1wk1zf1r 2 ай бұрын
Микаиль Мушфик. Оборванная жизнь... Самое прекрасное в мире это поэзия, мастерское чтение и бесподобно подобранная к нему музыка. Это величественно !!!
@Android-xp4dg
@Android-xp4dg Ай бұрын
kzbin.info/www/bejne/bJqonq2lrbCAl6csi=aBDV56h-IQdD6Nvr
@eldarmlik4173
@eldarmlik4173 5 жыл бұрын
Dahi şair yaratdı,dahi insan söylədi.
@dostkurekdensevgiurekdenvu8907
@dostkurekdensevgiurekdenvu8907 Жыл бұрын
Oxu tar oxu tar seni kim unudar mekanin cennet olsun eziz şair mikayil musfiq
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 жыл бұрын
Azadlıq ölkəsində daha şad olacaqdır,,,, Allah Rəhmət eləsin Mikayıl Müşvüqü və bütün replesiya qurbanlarını!
@nurcahan6353
@nurcahan6353 2 жыл бұрын
🌺🌷🌹
@namigakhmadov9358
@namigakhmadov9358 Жыл бұрын
😔😔😔 Yene o bağ olaydi
@AlmazIsayeva
@AlmazIsayeva Ай бұрын
Allah rəhmət eləsin şeirlərinə qulaq asanda ruhum dincəlir
@Android-xp4dg
@Android-xp4dg Ай бұрын
kzbin.info/www/bejne/bJqonq2lrbCAl6csi=aBDV56h-IQdD6Nvr
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 жыл бұрын
Nə gözəl söyləyirsiniz, həzin, haysız, küysüz, tam Müşvüqün ruhuna laiq Kamran M. Yunis Var Olun!
@nurcahan6353
@nurcahan6353 2 жыл бұрын
🌺🌷🌹
@namigakhmadov9358
@namigakhmadov9358 Жыл бұрын
Halaldi
@aylin4208
@aylin4208 4 жыл бұрын
Mikayıl əsl Azərbaycanlı dır halal olsun onun kimi oğula .bütün gənclər ondan ibrət götürməlidir
@prsfmabdu6094
@prsfmabdu6094 5 жыл бұрын
Yazan ,danisan ,musiqi calan hamisi super.usaqliqda baci qardasimla bir otaqda dalaşa dalaşa yatardiq.yene o anlari yaşayaydiq 😢ax usaqliq hardasan gel meni tap apar o illere soz verirem bu defe boyumek istemeyecem.
@ddad9291
@ddad9291 5 жыл бұрын
Tessuf ki, o gunler olmayacaq daha... Usaqliqda usaqliq da etmedim... Baxiram. Indiklere... Biz neler gorduk... Ac bele qaldiq. Çorek tapmadiq.... Yenede bolduk elimizdekileri ...ancaq indikiler hecneyi oz bacisina bele vermirler tessuf edirem.
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 жыл бұрын
@@ddad9291 Çoox təsüf...
@jeffhardy8158
@jeffhardy8158 4 жыл бұрын
Çox Pis Oldum Çox
@user-bw6jq5rr4k
@user-bw6jq5rr4k 3 жыл бұрын
😔😔😔
@xatiremusazade2010
@xatiremusazade2010 3 жыл бұрын
😔😥😥
@hemiyyeyusifzade8512
@hemiyyeyusifzade8512 5 жыл бұрын
Bütün uşağlığım , bağda keçirdiyim günlər yadıma düşdü. Xatirələr necə də gözəldir. Təşəkkürlər..🌹
@ferahnazdemirci5901
@ferahnazdemirci5901 5 жыл бұрын
Ahh ! O çocukluğumuzun, gençliğimizin güzel yaz günleri.... Biz niye büyüdük ki ? 😢 😢 😢 😢 👏👏👏👏🌹🌹🌹
@nurlanahesimova2395
@nurlanahesimova2395 5 жыл бұрын
Ruhun şad olsun ölməz şair. Heyf yaşasaydı kim bilir daha necə gözəl şeirlər yazaydı səhər-axşam. Təsəkkurlər ifa üçün..
@turalabdurahmanov8820
@turalabdurahmanov8820 6 жыл бұрын
Allah dəyərli şairimiz Mikayıl Müşfiqə rəhmət eləsin.Sizin səsinizdə bir daha vuruldum bu möhtəşəm şeirə.Allah razı olsun Kamran bəy!
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Bu nə gözəl şeirdi, bu nə gözəl mənzərə..Gəlin dinləyək bu səsi.
@gulyakocharli164
@gulyakocharli164 7 жыл бұрын
Mən şirin ləhçəli bir bübüləm ki, güllərdən küsərəm,səndən küsmərəm! Məni öz canından artıq istəyən, ellərdən küsərəm,səndən küsmərəm! Mikayıl Müşfiq mənim də sevimli şairimdi,siz şeri çox gözəl ifa etdiz ,təşəkkürlər👍
@letifequliyeva9552
@letifequliyeva9552 4 жыл бұрын
Bu nə gözəl seirdir, bu nə gözəl mənzərə
@user-qk1si8ei3c
@user-qk1si8ei3c 5 жыл бұрын
Mohtesem sozler +mohtesem ifa..var olun..
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 4 жыл бұрын
Mikayil Müşviq rahat yat məzarda.Sizi yaşadan Kamran bəy kimi qiraətcilərimiz var.Nə xoş.
@mmseferli2603
@mmseferli2603 4 жыл бұрын
Ne acı bir heqiqet var ki,,biz heç vaxt qovuşmayacağıq😔yanlız xəyallara dalıb özumuzu ovuduruq-Kaş o bağ olaydı🙁😔
@teymurmustafayev6837
@teymurmustafayev6837 4 жыл бұрын
Yenə obağ olaydı ,sizə qonşu oleydıq.Sağolun Kamran bəy sizin dilinizlə,sizin səsinizlə başqa bir aləmdir bu şeyir.Allah sizi qorusun.Allah ğözəl şairimizədə rəhmət eləsin.🙏🙏🙏🙏🙏🙏👍👍👍👏👏👏👏
@ee3779
@ee3779 Жыл бұрын
Dahi şair yazdı.Dahi sənətkar söylədi.Şairin ruhu şad olsun.sənətkara can sağlığı.
@letifequliyeva9552
@letifequliyeva9552 4 жыл бұрын
Var olun.Şeirə o qədər gözəl ruh vermisiniz.👏👏👏👏👏👏👏👏
@aygunaygun8263
@aygunaygun8263 5 жыл бұрын
YENƏ o bağ olaydı Kaş ki......Təşəkkür KAMRAN BƏY🙏
@sarasaharova9753
@sarasaharova9753 Жыл бұрын
Çox gözəl şeirdi. Allah rəhmət eləsin.
@ilkinabdullah3204
@ilkinabdullah3204 6 жыл бұрын
Mikayıl Müşviq yaradıcılığı. Əsrarəngiz misralar. Var olasız sizdə gözəl səsləndiribsiz.
@farisshakhbazov8212
@farisshakhbazov8212 3 жыл бұрын
Allah sənin məkanını cənnət eləsin...Yolun düşsə birdə bu dünyaya,gəl,biz səni qoruyarığ,nakam bizim şairimiz.30 il ömür sürdün,Azərbaycan ədəbiyatına yüz illər iz qoydun.Müşbiq bəy,Buzovnada yoxdu o qayalığlar,harın varlılar soxublar hasarların içinə.Biz indi o qayalığları qörmürük...
@farisshakhbazov8212
@farisshakhbazov8212 3 жыл бұрын
Halal olsun bu şeri deyənə
@arzuqurbanzad8253
@arzuqurbanzad8253 2 жыл бұрын
Var olun ağzınıza sağlıq müəllim👍🥰
@gulshenadgozalova9248
@gulshenadgozalova9248 2 жыл бұрын
Hədsiz gözəldir.Həm sözlər,həm məna,həm də ifa.Şair çox istedadlı olduğu üçün ana dilimizin bütün incəliklərindən və gözəlliklərindən boyük sevgi və hərarətlə,ustalıqla istifadə etmişdir.Təəssüf ki,çox az yaşadı.Ruhu şad olsu!İfaçıya sonsuz təşəkkürlər!
@gulcohrqniyeva8563
@gulcohrqniyeva8563 6 жыл бұрын
Doymaq olmur dinlemekden 😍
@ilhamamuhacirova8672
@ilhamamuhacirova8672 3 жыл бұрын
@@kamranmyunis Salam,möhteşem,insanin ruhu dincelir,sehv etmiremse siz Balakendensiz?)
@xaqanicfrov9184
@xaqanicfrov9184 Ай бұрын
Gəncliyimiz Mikayıl Müşviqdən gör hansı səviyyəyə enib Allahım.
@googleisdifadcisi3700
@googleisdifadcisi3700 4 жыл бұрын
Ruhun şad olsun dəyərli şairimiz təəssüflər olsunki,daha erkən köçdün bu həyatdan
@anarello222
@anarello222 5 жыл бұрын
Insanin gelbi neje dinjelir sizi dinlemekle,teshekur.....
@Timagram
@Timagram 2 жыл бұрын
Adamın içi param parça olur 😢
@user-zf1wd9ms8m
@user-zf1wd9ms8m Ай бұрын
Великий Азербайджанский поэт Микаил Мушвиг и Великий Азербайджанский композитор Эмин Сабитоглу .... как прекрасно!!!!!....какой подарок народу. Пусть покоятся с миром, АЛЛАХ РЯХМЯТ ЕЛЯСИН..❤❤❤❤❤❤
@konulismayilova3050
@konulismayilova3050 4 жыл бұрын
"Ince Senet" bax budur. Var olun Kamran muellim. Sizin istedaniniza heyranam. Şeyir zaten mukenmel, amma sizin ifanizda,sizin sesinizin ahenginde bu mukemmeliliyin canlandirilmasi bam başqa bir duygu. Var olun...
@aynurmustafayeva5798
@aynurmustafayeva5798 3 жыл бұрын
Mikayıl Müşfiq çox sevirəm bu şairi
@SevdaAydinova
@SevdaAydinova 2 ай бұрын
ÜRƏYİNİZƏ SALİQ KAMRAN. M. ALLAHDAN SİZƏ CAN SAQLIQI ARZULAYIRAM SİZİN BÖYÜK PERESTISHKARINIZ ALLAH M. MUSHVIQEDE RƏHMƏT ELESIN
@sergiyefermanli7280
@sergiyefermanli7280 4 жыл бұрын
Yada duseer xatireler.....duser....tsk xos hissler ucun..
@gunelguseynova8978
@gunelguseynova8978 6 жыл бұрын
Mohteshem sheir +mohteshem seslendirme. Mikayil Mushfiqin qebri nurla dolsun, Kamran bey size de can sagligi arzulayiram. Her defe qulaq asanda tuklerim biz-biz olur...Emin Sabitoglu kimi bestekarin da musiqisi varsa fonda dehshet bir ish alinmali idi...
@zumrud.memmedli
@zumrud.memmedli 5 ай бұрын
Yene o bağ olaydıı....seni,seni tez -tez göreydim..) Mikayıl Musviq Dahi şair Ruhun şad olsun)
@yalnzkurt1055
@yalnzkurt1055 2 жыл бұрын
yenə Müşfiq yadımıza düşdü . Öz əlimizlə öz ürəyimizi dağladıq. Kaş ki səni sağlığında bir dəfə olsun görəydim, beş dəqiqə olsun söhbət edəydim. Kaş hər şey xəyallardakı kimi olaydı. Mənim xəyallarımdakı kimi. Səni də digər repressiya qurbanlarını da xilas edə biləydim. Bunlar mənim uşaqlıq xəyallarımdı. Normalda bir uşağın xəyalında bu dram olmamalıdır amma biz Azərbaycanlı uşaqlarıq. Çox itki vermişik. Hələ yaxşı dayanmışıq
@hrseydnbirazz1869
@hrseydnbirazz1869 2 жыл бұрын
Gözümü yumdum,mənəvi hissləri bəslədim.
@SS-pk7qj
@SS-pk7qj 4 жыл бұрын
Yene o bag olaydi❤❤❤❤❤❤❤❤Mikayil Muwvig .... Cox sagolun Kamran bey ❤ Allah Sizi gorusun❤
@sahibeehmedova7259
@sahibeehmedova7259 6 жыл бұрын
Məhəbbət, nə deyim bu ülvi oda? Hammıya bir gözlə baxmayır o da! Birinə, ÖMÜR-GÜN YOLDAŞI verir! Başqa birisinə KÖZ YAŞI VERİR!
@polatalemdar2846
@polatalemdar2846 5 жыл бұрын
Sahibe Ehmedova yenə o bağolaybı görəl ama indi müşvigin dediyi nə o bağ qalıb nə o sevgi sərinlik yocdu niyə hasarlar cəkilib sevigi olub yalan əfsuz bizim təmiz əvəlki bağ yox müşviqin dediyi yoxdu
@aygulislamova1030
@aygulislamova1030 4 жыл бұрын
Yene o bag olaydi.en sevdiyim weir.Allah sene rehmet elesin
@user-xs6yq5ky9j
@user-xs6yq5ky9j Ай бұрын
Cox teessuf, bu cur istedadli wairi turkun duwmenleri mehv edibler .. yalniz unudublar ki, dunya durduqca Musfiq xalqin qeyretli ovladlarinin qelbinde yawayacaqdir....
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Yenə o bağ olaydı...Səni tez-Tez görəydim.
@user-ml5tv9iy4s
@user-ml5tv9iy4s Жыл бұрын
Allah dahi şairimiz, mütəfəkkirimizə rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Amin! 🤲
@elvinjaguar7163
@elvinjaguar7163 6 жыл бұрын
SABAH BU SEIRI OXUYACAM INSALLAH...COX SAGOLUN SEIRDEKI VURGULARI OYRETDIZ MENE:)
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Bu yaz bir başqa yazdır, bu yaz daha yaxşıdır..... Bu səs bir başqa səsdir, bu səs daha yaxşıdır... Şeir kimi....
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Nə gözəldir dinləmək suların nəğməsini, təbiətin səsini! Təbiiki sizin❤️səsinizlə, nəfəsinizlə bir başqa dünyadı bu gözəlliyi duymaq❤️
@tunzalehmedova387
@tunzalehmedova387 4 жыл бұрын
Ölməz şairimiz.M.Müşfiq mənim sevdiyim şairlərdəndir.Bütün şerlərini əzbər billəm💓💓
@adilazay1962
@adilazay1962 4 жыл бұрын
...Superdi!!!...Həmişəki kimi.....(Y)...
@kamranmyunis
@kamranmyunis 4 жыл бұрын
Çox sağ ol sənətkar!!!
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Gözəl! Amma səsi zəifdi! ❤️
@user-cb1ng9qz6g
@user-cb1ng9qz6g Жыл бұрын
Beh beh beh! ALLAH RAHMAT EDSIN MUSHVIGA!!!!!
@vusalmemmedov5608
@vusalmemmedov5608 5 жыл бұрын
Allah Rehmet Elesin Seni ay Müşfiq 😔😔😔
@atl-1413
@atl-1413 2 жыл бұрын
Əla Yunis bəy !🙏 bu şe'ri mən də bilirəm ! Mınim də adım Müşfiqdir ! Allah dahi şairimiz Mikayıl Müşfiqə rəhmət eləsin !😥 - Deyilənə görə Müşfiqi dənizin kənarında güllələyən əsgər bu yaxınlara qədər yaşayırmış və ruhi sarsıntı keçirib i o vaxtdan ! Müşfiq ona deyib ki , mənim günahım yox idi ! 😥
@user-lp7ij2nx1t
@user-lp7ij2nx1t 3 жыл бұрын
Bu gün Müşviq yaradıcılığının acımasız sonladırıldığı gün.. . Var olun USTAD.
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Uzun şeir də belədir bax.....dinlədikcə aparır insanı.... Sanki getdiyin yolu yarıdan qayıdırsan... Qayıtmagı da , çətin olur....
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
❤❤❤❤❤
@aliyevagulnara2480
@aliyevagulnara2480 4 жыл бұрын
Жаль,не повернешь время вспять.Не вернешь тех людей и тех отношений....
@vusal2260
@vusal2260 3 жыл бұрын
Super
@nurcahan6353
@nurcahan6353 2 жыл бұрын
Kamran M. Yunis Var Olun 🌹🌹🌹🌹🌹
@Azerbaycann
@Azerbaycann 2 жыл бұрын
Yenə o bağ olaydı🇦🇿🇹🇷♾
@hasanuslu3546
@hasanuslu3546 Жыл бұрын
Yine üz üze olaydık🇹🇷🇦🇿
@orxanferhadov6500
@orxanferhadov6500 Жыл бұрын
Allahın salamı olsun .uğurlarınız bol olsun.
@zekiyyememmedova6240
@zekiyyememmedova6240 2 жыл бұрын
Gözəl səs sahibinə halla olsun
@cavidqeribov4606
@cavidqeribov4606 4 жыл бұрын
Yenə o gun olaydı sizə gələydim zaman geriyə gedəydi sənlə birdə görüşəydim ömrümü sənlə bölüşəydim ;(heyf heyf heyf olsun(((((
@sebrsebr9683
@sebrsebr9683 4 жыл бұрын
Yene o bagcamiz olsaydı evvelki gunlerim geri qayitsaydi
@sbnmayxanbayramov3542
@sbnmayxanbayramov3542 3 жыл бұрын
Beh beh 😍Deməyə söz tapmiram süper 👍
@huseynmmmd399
@huseynmmmd399 5 жыл бұрын
Doğum günün mübarək.♥
@sahinekonul5673
@sahinekonul5673 4 жыл бұрын
Gözəl!
@recebesgerzade3243
@recebesgerzade3243 5 жыл бұрын
Mənəvi zövq aldım , şairin sözləri sizin səsinizlə inanılmaz uyğunluq yaradıb . Təşəkkürlər
@cickyags4191
@cickyags4191 2 жыл бұрын
Xəyalımız üzəydi sevda dənizlərində,..❤️
@maisekazimova2539
@maisekazimova2539 3 жыл бұрын
Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydiq başa . Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi ; Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini, Gecələr darayaydı saçlarını ay gözəl ! Sən gözəlsən , ay gözəl ? M.MÜŞFİQ.
@mahirveliyev73
@mahirveliyev73 5 жыл бұрын
Səsə bax ALLAH yaradıbda
@user-vv1ng1xy2r
@user-vv1ng1xy2r 6 жыл бұрын
Gozel se'rdi heyf bele gozel yazarimizi cavanken oldu rubler!
@user-zv5uq7xy2r
@user-zv5uq7xy2r Жыл бұрын
Супер спасибо
@raufquliyev8499
@raufquliyev8499 4 жыл бұрын
Çox sağolun gözəl ifa üçün ruhən dincəldim təşəkkür edirəm
@arazkurdoglu8047
@arazkurdoglu8047 10 ай бұрын
Her kesin heyatinda sevgi olur hansi ki saf temiz sevgi amma o sevgini bu qeder incelikle izah eden bu ince ruhlu wairimize qiymaq nece ola biler weirlerine qulaq asdiqca heyecanlaniram zamani geri qaytarmaq isteyirem ona qiyanlari wairin inceliyi qeder kobudluqla vehwilikle dogramaq isteyirem zerre qeder insaf etmeden ona qiyanlari parcalamaq kecir ureyimden. . . ALLAH rehmet elesin wair dunya durduqca sen qelblerde yawayacaqsan. . . Sen bu dunyanin adami deyildin bu heyatdan da tez köcdun
@rasalmanbayli2942
@rasalmanbayli2942 3 жыл бұрын
Müşfiqi görmək şansım olaydı 💙
@s.s7761
@s.s7761 2 жыл бұрын
Super şeir, super səsləndirmə...Yalnız bu şeiri o qədər sevirdim ki, yeni bir məlumat aldım...Siz deme bu şeir M.Musfiqin həyat yoldaşı Dilbər xanıma deyil, Arifə xanıma həsr olunub...Yeni evli olduğu bir vaxta başqasına aşiq olubmuş.
@sadiakperov2791
@sadiakperov2791 5 жыл бұрын
Dincəldim,Kamran bəy,ruhumu oxsadi səsiniz,dəyərli insan!Cox saq olun!Səsiniz həmisə gəlsin.Təkrar təkrar dinləyirəm sizi.Var olun!
@gulnarabbasova3636
@gulnarabbasova3636 7 жыл бұрын
sesiviz eladi şeirde eladi iki ela birlikde möhteşem bişey alinin👍👍👍👍👍👍👍👍👍👍
@atl-1413
@atl-1413 2 жыл бұрын
Eeeee!! Gidi Dünya !!!🙏👍👍
@denizmemmedova8983
@denizmemmedova8983 6 жыл бұрын
Kamran bey cox saq olun Tanri sizi qorusun Amin !!!!!!
@sahilismaylov8908
@sahilismaylov8908 Жыл бұрын
Bu cümlələrin qiyməti yoxdur😱 Allah rəhmət etsin səni şair
@prensestv1726
@prensestv1726 5 жыл бұрын
Mükəmməl😍😙
@raufabdullayev1014
@raufabdullayev1014 3 жыл бұрын
Çox gözəl!
@aytencebrayilova6819
@aytencebrayilova6819 4 жыл бұрын
Təşəkkürlər
@azaliev4829
@azaliev4829 9 ай бұрын
Teşekkürler🙏
@_flwrrcrown.16
@_flwrrcrown.16 3 ай бұрын
Və şeir Müşfiqin Dilbərə olan xəyanətinin sübutu...
@javidalizadeh9221
@javidalizadeh9221 6 жыл бұрын
SAG OLUN KAMRAN MUALLIM
@mahirveliyev73
@mahirveliyev73 5 жыл бұрын
Əla
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
❤️Şeir❤️ifa❤️musiqi❤️fon❤️🙏
@user-ph5fx4sb3d
@user-ph5fx4sb3d 6 жыл бұрын
SUPER!!!
@semraaghabeyova4607
@semraaghabeyova4607 7 жыл бұрын
Cox teşekkürler Kamran bey, ele bunu isteyirdim , gozleyirdim men de. Çox sağ olun👍👍
@user-tb1wk1zf1r
@user-tb1wk1zf1r 2 ай бұрын
Микаиль Мушфик. Оборванная жизнь... Самое прекрасное в мире это поэзия, мастерское чтение и бесподобно подобранная к нему музыка. Это величественно !!!
@resadquluzade3090
@resadquluzade3090 2 жыл бұрын
Allah rəhmət etsin
@user-yz7pv3vn2p
@user-yz7pv3vn2p 4 жыл бұрын
Ölməz qəlblərdə yaşar şairimiz.
@boral9644
@boral9644 5 жыл бұрын
İnsanlar şama bənzəyir əridikcə ətrafına daha çox işıq saçır.
@aygunquluzad4429
@aygunquluzad4429 7 жыл бұрын
...Nə gözəldir dinləmək Kamran bəyin səsini...əla alınıb təbriklər .
@tititv4869
@tititv4869 3 жыл бұрын
ALLAHIN möcüzəsi Yumruğumuz boyda bu balaca böyük Qəlb ruhun libasına necə yerləşir?
@sevincnovruzova9686
@sevincnovruzova9686 6 жыл бұрын
Boyuk oglumla oturmuwam sizi dinleyirik...Werde deyilen yerdeyik Buzovnada,bagda.Oglum hele uwaqdi,amma size qulaq asmagi o qadar sevir ki....Niye bu qadar dogmasiniz????
@faridaalieva6574
@faridaalieva6574 4 жыл бұрын
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından. Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində. İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı. Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara... Gecələr sayrışarkən, ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri! Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şerə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bəzən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi! Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim... Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, həyat yeni... Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Efir boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
Mikayıl Müşfiq - Yenə o bağ olaydı - Kamran M. Yunis
8:32
Kamran M. YuniS
Рет қаралды 11 М.
Əli Kərim - Qaytar ana borcunu - Kamran M. YuniS
6:41
Kamran M. YuniS
Рет қаралды 74 М.
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 39 МЛН
Mikayıl Müşfiq və onun ailəsinin faciəvi sonu
12:10
Belə belə İşlər
Рет қаралды 37 М.
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
Etiram Eliyev Atv kanal (Yene o bag olaydi verliwi)
17:54
mragamehdi mirzoev
Рет қаралды 124 М.
Dilbər Axundzadə Mikayıl Müşfiq haqqında
11:46
Sabiroglu
Рет қаралды 108 М.
Ramiz Rövşən - Qocalıq - Kamran M. YuniS
4:01
Kamran M. YuniS
Рет қаралды 101 М.
Ramiz Rövşən - Köhnə məktublar - Kamran M. YuniS
5:58
Kamran M. YuniS
Рет қаралды 131 М.
Ramiz Rövşən - Dünya - Kamran M. YuniS
1:19
Kamran M. YuniS
Рет қаралды 105 М.
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 8 МЛН
Can You Find A Needle In A Haystack?
0:45
Stokes Twins
Рет қаралды 28 МЛН