Əməkdar artist adından imtina etdi-Həkimin öldürdüyü aktrisamız kimdir?

  Рет қаралды 164,880

1000 Production

1000 Production

Жыл бұрын

#1000production #trend #birivaridi
Videoda Reyhan Muslumova yutub kanalındakı videomaterillardan ( • REYHAN MÜSLÜMOVA - ÜRƏ... ) istifadə edilmişdir.
Videoda Azərbaycan Filmləri yutub kanalındakı videomateriallardan ( • Video ) istifadə edilmişdir.
Videoda Reyhan Muslomova yutub kanalındakı videomateriallardan ( • REYHAN MÜSLÜMOVA - SON... ) istifadə edilmişdir.
Videoda Reyhan Muslomova yutub kanalındakı videomateriallardan ( • REYHAN MÜSLÜMOVA - TÜR... ) istifadə edilmişdir.
İnsan daim ən gözəl şeylərin hələ qarşıda olduğunu düşünür. Nakam ölənlərin bu həyatdan qazanmadıqlarına bu gün verə biləcəyimiz yeganə qarşlıq onları xatırlamğımızdır. Xatırlayaq… Biri var idi, dəbdəbəli titullardan imtina edən, cavan yaşında həkim əli ilə faciəvi şəkildə ölən aktrisa, müğənni Reyhan Müslümova….
Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, Reyhan xanım sonunda müğənni olmağa qərar verib.
O, müğənnilik karyerasında ilk addımlarını “Lalə” qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyan müğənni uzun illər həmkarı Yaqut Babayeva ilə uzun illər küsülü olub.
Lakin Reyhan xanımın kürəkəni qeyd edir ki, Leyla Bədirbəyli çəkiliş zamanı o sözləri deməyib, münasibətləri o qədər yaxşı olub ki, Reyhan Müslümova Leyla Bədirbəyliyə hörmət əlaməti olaraq qızının adını Leyla qoyub.
Dövrünün ən yaxşı bəstəkarları ilə işləyən müğənni 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.
Müğənni Xəyyam Nisanovun atası Reyhan Müslümova ilə yaxın dost olublar. Xəyyamın 11 yaşı olanda valideynləri avtomobil qəzasına düşürlər. Bu qəzada Xəyyamın atası dünyasını dəyişib. Bir müddət nağara aləti üzrə təhsil alan Xəyyam Reyhan xanımla tanış olur. Onun özünün sözlərinə görə muğənnilik karyerasında başlamasında Reyhan Müslümovanın ona həm müəllim, həm də insan kimi çox köməyi dəyib.
Reyhan Müslümova müğənni Murad Sadıqın bacısının qayınanası olub. Reyhan xanımın yaxın qohumlarından bir oğlu, bir qızı, iki doğma qardaşı və iki doğma bacısı var.
Çoxları elə bilir ki, Reyhan xanım əməliyyat zamanı komaya düşüb. Lakin, ailə üzvlərinin kulis.aza verdiyi məlumata görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Ən gülməlisi, xəstəxanadan verilən ölüm kağızında Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub. Beləliklə artıq çəkidən azad olmaq istəyən müğənni 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən zaman 53 yaşında həyatını itirir.
Əməliyyata gedəcəyini oğlu və qızından başqa kimsə bilməyib.
Onu əməliyyat edən cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır. O, Reyhan Müslümovanın ölümündən sonra çox böyük stress və əsəb keçirir və bir il sonra o, da dünyasını dəyişir.
Reyhan xanımın əməliyyatının yeganə şahidi olan həkim Ziyad Əsədov müğənninin ailəsi ilə bağlı maraqlı faktlar açıqlayarkən deyib ki, Reyhan xanımın həyat yoldaşından on il əvvəl ayrılsa da, o, dünyasını dəyişəndən sonra keçmiş əri xanımının ölümünə görə etirazını bildirib. Lakin, ailə üzvlərinin məlumatına görə Reyhan xanım həyat yoldaşından rəsmi olaraq boşanmayıb.
Sənətçinin oğlu Emin Vəlixanlı müsahibələrinin birində deyir:
"Anam 53 yaşında məlum səbəblər ucbatından dünyasını dəyişib. O vaxtlar bir neçə sənətçi bizimlə maraqlansa da indi artıq kimsənin yadına düşmürük. Nə qədər ki, bəstəkar Ramiz Mirişli Dövlət Televiziyasında işləyirdi, heç olmasa ara bir mərhum anamın video lentə yazılmış mahnılarını səsləndirirdi. Qəribədir, məgər Reyhan Müslümova Azərbaycan incəsənəti üçün heç bir iş görməyib? Çəkildiyi "Dəli Kür" filmi kifayətdir ki, hamı ona baxanda anamın aktrisa bacarığına heyran olur. Ölümünə bir-iki ay qalmış anama Əməkdar artist fəxri adını vermək istəyirdilər. Lakin özü razılaşmadı. Çünki həmin vaxt bir qrup gənc müğənni də həmin fəxri ada layiq görülmüşdü. Heç Xalq artisti də olmaq istəmirdi. Deyirdi ki, "mən xalqımın artistiyəm".
2004-cü ildə oğlu tərəfindən "Mən həyatda olmayanda" adlı musiqili diski və konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirilib.
Ondan çox şey qalmayıb. Qalan nəsnələr isə çox dəyərlidir. Dəyərlərimizə sahib çıxaq. Ən azından mənəvi mühafizəmiz olan xatırlamaqla...

Пікірлер: 190
@akrambagirov7126
@akrambagirov7126 Жыл бұрын
1979-cu ildə mənim toyumda oxuyurdu, hamı səsinə və gözəlliyinə valeh olmuşdu, Allah rəhmət eləsin.
@allintelallintel560
@allintelallintel560 Жыл бұрын
QUBALI GÖZEL
@madinaazeri4652
@madinaazeri4652 Жыл бұрын
Gözəl aktrisa gözəl insan Allah rəhmət eləsin Unudulmaz səs sahibi Xalqımız onları unutmur 🌹🌹
@sevdaresulzade9447
@sevdaresulzade9447 Жыл бұрын
Reyhan xaním hem gözel idi hemde cox medeni bir xaním idi. Cox gözel xasiyyeti var idi.Allah rehmet elesin Mekaní cennet olsun Inwallah.Hec vaxt gözümün önünden getmir onun qara gözleri.😢😢😢
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 Жыл бұрын
Həm Reyhan Müslümovaya həm də Nəzakət Məmmədovaya Allahdan rəhmət diləyirəm Həkim səriştəsizliyinin qurbanı oldular Nəzakəti erməni həkim öldürdü Burda şərhlərdə oxudum Rəna Axundova Allah ona da rəhmət eləsin
@gizbastimustafayeva3306
@gizbastimustafayeva3306 Жыл бұрын
Gózəl sənətkarìmìz Reyhan Mùslùmova. Xanìm xatùn bur xanìm idi. Allah rəhmət eləsin.
@user-te9rc2bk1y
@user-te9rc2bk1y Жыл бұрын
Allah Rehmet Elesin Mekani Çennet Olsun ŔEYHAN MÙSLÙMOVA Gòzel Xanim xatin gadinidi,gòzelde sese malikidi,geyimide hemishe fergli olurdu,coxda yarashirdi geyindiyi libaslar Cooox saģ olu yad etmisiz Kusùluidiler yagutnan.yagut òzùnnen cooox razi olub ve REYHAN XANÌMIN paxilliģini cekirdi hemishe
@nazildadasova1200
@nazildadasova1200 Жыл бұрын
ALLAH rəhmət eləsin. Məlumatlar üçün sizə təşəkkür edirik
@elmiraquliyeva6724
@elmiraquliyeva6724 Жыл бұрын
Allah rəhmət eyləsin. Gözəl sənətkar idi. Nə olsun qədiri qiyməti bilinməyənlərdəndir...
@lale6199
@lale6199 Жыл бұрын
Sağ olun ki gözəl Reyhan xanımı bu gün tamaşaçılarımıza xatırlatdın.Gözəl Qubamın, gözəl sənətkarı ,ruhun şad olsun.🤲🙏🤲🙏
@tofiqabbasov1220
@tofiqabbasov1220 Жыл бұрын
Belə gözəl sənətkarı və gözəl qonşumu kim unutsada mən unutmamışam unutmaramda elə sənətkarlar elə qonşular unudulmur
@vfamemmedova3620
@vfamemmedova3620 Жыл бұрын
Allah rəhmət etsin məkanı cənnət olsun Amin 🤲🏻🤲🏻🤲🏻🤲🏻🇦🇿❤️
@mehi9147
@mehi9147 Жыл бұрын
Gözel xanım, istedadlı müğenni idi. Allah rəhmət eləsin. Size derin təşəkkür edirəm, yada salırsız. Sizin kanalı çox sevirem👍❤
@natiqamayilova3205
@natiqamayilova3205 Жыл бұрын
Allah rəhmət eləsin,mən onu bir qohumumun evində görmüşəm,rəfiqə idilər,cox mədəni qadın idi
@mominetehmedova858
@mominetehmedova858 Жыл бұрын
Çox sağolun sənətkarlarımızı bizlərə tanıdır və unutmağa qoymusuz uğurunuz bol olsun
@mominetehmedova858
@mominetehmedova858 Жыл бұрын
Unutmağa qoymursuz
@naracool5453
@naracool5453 Жыл бұрын
Reyhan Muslimova ile bir yniversitetde oxumusug cox gozel insan idi hormetcil yerin bilen Allah ona rehmet etsin yeri cennet olsun Amin
@user-hc6ts1td8x
@user-hc6ts1td8x Жыл бұрын
Аллах решает этсин она была очень красивая
@malahatsuleymanova1745
@malahatsuleymanova1745 Жыл бұрын
Allah rəhmət eləsin, çox sagol ki yada salırsız unudulan sənətkarları,yaşlı və orta nəsilin yadaşındadır, amma gənc və gələcək nəsilərın məlumatı yoxdur ,məlumat verdiyiniz üçün təşşəkür edirəm.
@tofiqabbasov1220
@tofiqabbasov1220 Жыл бұрын
Reyhan xanım mənim qonşum olub yaxşı tanıyıram Reyhan xanımı çox gözəl insan idi ürəyi təmiz uşağnan uşağ idi Oğlu Eminnən dost idim Eminin toyunda olmuşam oğluda anasıkimi yaxşı insan idi allah rəhmət eləsin gözəl insan yaxşı qonşu dəyərli sənətkar Reyhan xanıma məkanı cənnət olsun gözəl insanın
@almazbayramova2919
@almazbayramova2919 Жыл бұрын
Oglu rehmetr gedib?
@tofiqabbasov1220
@tofiqabbasov1220 Жыл бұрын
@@almazbayramova2919 xeyir sağdı mən bilən
@humaybabayeva9634
@humaybabayeva9634 Жыл бұрын
ALLAH RƏHMƏT ETSİN.ÇOX HEYİF DÜNYASINI TEZ DƏYİŞDİ.GÖZƏL İNSAN GÖZƏL SƏNƏTKAR RUHUN ŞAD OLSUN
@ilahhmdova6106
@ilahhmdova6106 Жыл бұрын
Allah rehmet elesin.elbetde musiqileri seslendirilmelidir
@user-lm6wm5tq8q
@user-lm6wm5tq8q 9 ай бұрын
11.09.23/К181: Спасибо!!! Спасибо за репортаж!!! Знал! Соседка наша была, точнее, её родители, -- жили по улице А.Гараева, где ближе улице Гянджлер... Отец дядя Рза был такой тихий и интлегентный человек... брат Джахангир был капитаном футбольный команды Губы, а брат Вахид водителем ЗиЛ -а... А сестры Исмет и Кюбра в сфере медицины работали... Кстати, по моему и Кюбра ушла из жизни, молодая такая.... Вообще то, семья была идеальная и уважаемая... Я сам из Губы уехал ещё '77 году, но, помню своих соседей... Кстати, после триумфа "Дели Кюр", Рейхан была родительском доме, все знали, что она здесь, дома ..."в гостях"! Мне тогда лет то ли 10, то ли 11 лет был... ПОМНИМ!!! Аллаh рəhмəт еjлəcин!
@Cema-cu1nk
@Cema-cu1nk Жыл бұрын
Allah rəhmət etsin məkanı cənnət olsun Amin
@ligulaliyev1279
@ligulaliyev1279 Жыл бұрын
Allah gözəl sənətkarımız Reyhan xanıma rəhmət eləsin.
@afaqhaciyeva7670
@afaqhaciyeva7670 Жыл бұрын
Allah rehmet elesin, gözel qadın idi .
@jeggscyindgh9351
@jeggscyindgh9351 Жыл бұрын
Nə gözəl səsi var imiş, tərtəmiz.Allah rəhmət eləsin
@smsiagabalayev6479
@smsiagabalayev6479 Жыл бұрын
Allah rəhmət eləsin . Ruhu şad olsun . İstedadlı müğənnimizin əziz xatirəsi həmişə hörmətlə yad ediləcəkdir .
@yasemen185
@yasemen185 Жыл бұрын
Sag olun yada saldiginiza gore. Allah rəhmət eləsin. Sponsoru cox reklam etdiniz. Kobasa,sosisler saglam adamlara belə ziyandır, qalmısdi usaqlara. Usaqlara belə qidalar vermeyin.
@tahirezulfiqarova4737
@tahirezulfiqarova4737 Жыл бұрын
Allah rəhmət eləsin ruhu şad məkanı cənnət olsun təzə oxumaga başlamışdım Reyhan xanımla tanış oldum az bir müddət dostlugum oldu .çox təssüfki bivec həkimlərin ucbatınnan aramızdan getdi.Xırdalan qəbrstanlıgında dəfn olunub əvvəllər tez tez ziyarət edirdim .indidə hasar çəkilib heç görünmür nə isə...
@tahireabdullayeva5244
@tahireabdullayeva5244 Жыл бұрын
Allah rəhmət eləsin!
@kenans184
@kenans184 Жыл бұрын
Gözəl simaya və məlahətli səsə malik sənətkar.Allah rəhmət eləsin.
@hasanaliyev6164
@hasanaliyev6164 Жыл бұрын
ALLAH RƏHMƏT EIƏSİN !!! ÇOX ƏFƏNDİ XANIM İDİ !!!
@mahiremuellime925
@mahiremuellime925 Жыл бұрын
Reyhan xanımı xatirladımTələbəlik illərim yadıma düşdüAllah rəhmət eləsin
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 Жыл бұрын
YAQUT ADAMDIKI ŞOX SEVİNİRDİ REYHAN XANIM RƏHMƏTƏ GEDƏNDƏ SAĞ ƏLİ ONUN BAŞINA . ÖLÜMƏ SEVİNMƏZLƏR. ALLAH RƏHMƏT ELƏDİN.
@leylamusayeva7136
@leylamusayeva7136 Жыл бұрын
Yaqut ozu qurtnan qiyamete qalacaq ? O da olecek , onun da balalari yetim qalacaq . Qoy sevinsin . Bu gunden onun balalari ucunde var !
@Mistycuno-xx3ou
@Mistycuno-xx3ou Жыл бұрын
Bu rəcədə düş ən olmuşdular? Səbəb?
@leylamusayeva7136
@leylamusayeva7136 Жыл бұрын
@@Mistycuno-xx3ou eslinde yox. Sadece rehmete gedenden sonra bele bir sohbet uze cixdi. Eger dogurdan da sevinibse , allah ozu bilsin ne deyim .
@yusifmusayev3
@yusifmusayev3 Жыл бұрын
@@leylamusayeva7136 9
@esmirashukurova7929
@esmirashukurova7929 Жыл бұрын
Gozəl oldugu ucun koklukdə yarashirdi ona.Allah rəhmət etsin.
@zeynebsadigova494
@zeynebsadigova494 Жыл бұрын
Allah rehmet elesin🤲🏼🤲🏼🤲🏼
@hokumememmedov4302
@hokumememmedov4302 Жыл бұрын
Allah rehmet elesin.Qubada bir mehellede yaşamışıq.Çox gözel ailenin qızıdı .Qubamın gözel senetkarı mekanı cennet olsun.
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 Жыл бұрын
RUHU ŞAD OLSUN !
@nuridahashumova7529
@nuridahashumova7529 Жыл бұрын
Ne gozel mugenniler, nece gozel musiqiler var idi... Heyif....
@bakcellgold2330
@bakcellgold2330 Жыл бұрын
Bu ağ oldu,sosiska,kolbasa sağlamlıq üçün çox zərərlidir.
@arzuazizova4602
@arzuazizova4602 Жыл бұрын
Allah rəhmət etsin Reyhan xanıma.Məkanı cənnət olsun.Reyhan xanım gözəl və istedalı xanım idi.
@hevvamammadova
@hevvamammadova 5 ай бұрын
Allah hekimlere insaf versin ,Allah dan qorxsunlar .
@user-nx3xe9jk7x
@user-nx3xe9jk7x Жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN GÖZƏL VƏ İSTEDADLİ SƏNƏTKARIMIZA!
@razintelekom4054
@razintelekom4054 Жыл бұрын
Her ikisi yadimdadir rehmetlikler Allah rehmet elesin
@allintelallintel560
@allintelallintel560 Жыл бұрын
ALLAH REHMET ELESIN. ESTETIK EMELIYYAT ZAMANI DUNYASINI DEYIWIB.WEKER XESTESI IDI.
@user-ll4zh9ei5w
@user-ll4zh9ei5w Жыл бұрын
Get tullan zibilliyə, o dönəmdə yox idi
@user-di3hz8rk1i
@user-di3hz8rk1i Жыл бұрын
🥀🥀 АЛЛАХ РЕХМЕТ ЕЛАСИН
@MNR40
@MNR40 Жыл бұрын
Qubamin gözəl qizi. .Allah Xəyyamin atasina Reyhan xanimada rəhmət eləsin .
@sebineaxundova8644
@sebineaxundova8644 Жыл бұрын
Yazıq. Xəyyamın. Anası..........))))))))))))
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 Жыл бұрын
Allah Rəhmət Eləsin Böyük Sənətkara
@mcidovgulnare7854
@mcidovgulnare7854 Жыл бұрын
Allah rəhmət eləsin.Gözəl sənətkar idi...
@cavadquliyev4529
@cavadquliyev4529 Жыл бұрын
Allah rəhmət eləsin
@leylamohubbetqizi8166
@leylamohubbetqizi8166 Жыл бұрын
" DELI KUR " filminde REYHAN MUSLUMOBA cox gozeldir , cox melahetli AZERBAYCAN qizu. Ruhu sad olsun.
@ilqar2064
@ilqar2064 Жыл бұрын
Reyhanı bilirdim.Ancaq Rəna Axundovanı bilmirdim.Estrada mügənnisi idi..Allah rəhmət eləsin Amin
@user-gd3lh6jv8h
@user-gd3lh6jv8h Жыл бұрын
Evvala aktrisa deyil muqqenimizdir ! Allah rehmet elesin Amin
@rahilesultanova3358
@rahilesultanova3358 Жыл бұрын
Allah rehmet etsin🙏
@edileeflaki6152
@edileeflaki6152 4 ай бұрын
Allah rəhmət eləsin Reyhan Müslümovaya. Səməd Səmədovu Tarqovıydakı padvalda yerləşən "Veçernıy" restoranında oxuyan Səmədi ilk dəfə yəhudi Toyuna aparıb tanıdıb məşhur edən məhz Reyhan xanım olub. Reyhan xanım özü mənə danışmışdı. Səməd rəhmətlik də özü bunu təsdiq etmiş və Bizə söyləmişdi.
@afaqqasimova021
@afaqqasimova021 Жыл бұрын
ALLAH rehmet elesin deyerli Senetkarlarimiza Reyhan xanima , Nezaket , Rena Axundovaya .🥀🥀🥀 Hekim sehvinin qurbani olan xanim müğennilerimize . Rena xanim da ariqlamaqdan ötrü emeliyat olundu . Lakin qizdirmasi düşmürdü , qarnin da ağrisi onu yaşamağa qoymadi . Erken heyatdan köçdü . Bele deyerli Senetkarlarimizi heç bir kanalda yad etmirler . Butun günü toyxana müğennileri ekranlati zebt edib
@metanetagayeva5729
@metanetagayeva5729 Жыл бұрын
Rena kimdi?
@sevincmemmedova301
@sevincmemmedova301 Жыл бұрын
@@metanetagayeva5729 estrada müğənnisi idi.
@metanetagayeva5729
@metanetagayeva5729 Жыл бұрын
@@sevincmemmedova301 he bildim- unutmuşdum onu.Bilmirdim rehmete getdiyini- özü de emeliyyetdan
@azeriazeri2308
@azeriazeri2308 Жыл бұрын
Aysen Agabəyli.Ona görəki kimin pulu varsa həyat onundur.
@zulfiyyexankisiyeva8053
@zulfiyyexankisiyeva8053 Жыл бұрын
Cuska mu$kalar desez, zovgsuzder toplusu desez daha dogru olardi.(bu guniki toy mugennilerinden sobet gedir)
@t.m.m.6157
@t.m.m.6157 Жыл бұрын
Nə təmiz səs , nə gözəl ifa ! 🥀🥀🥀🥀
@Qesem_Huseynov
@Qesem_Huseynov Жыл бұрын
Danışdığı yerdə sosiskanı soxdu ortalığa
@khatiraahmadzada7939
@khatiraahmadzada7939 Жыл бұрын
Allah rəhmət eləsin Ruhu şad olsun Qəbri nurla dolsun Məkanı cənnət olsun Amin Allah
@iradamelikova2733
@iradamelikova2733 Жыл бұрын
Allah rəhmət eləsin Reyhan xanıma. Amma gəlin, həkimi günahlandırmayaq. Həkimi tanıdığım üçün deyirəm. O həkim də gözəl mütəxəssis idi. Bəzi pula görə iş görən həkimlərdən deyildi. Bu hadisədən sonra o da dünyasını dəyişdi.Çox həssas insan idi. Bu ağır ittihamı qaldıra bilmədi... Allah hər ikisinə rəhmət eləsin...
@leylamusayeva7136
@leylamusayeva7136 Жыл бұрын
Hekim bilmek isteyirsizse emeliyyata poxmel halinda girmiwdi. Yanig hekimi ola ola ozunu estetik hekim kimi teqdim etmiwdi.
@tomristuran2345
@tomristuran2345 Жыл бұрын
@@leylamusayeva7136 yanıq həkimləridir də əsil estetik həkimləri. Qalanları sonradan öyrənən mənfəət üçün. Estetik həkim adı indilərdə yaranıb. Əvvəllər yanan eybəcərləşən, zərbə alıb üzü kitab kimi qatlanan, burnu fətirə dönən adamların həkimi olurdu. İşləri bu idi. İndi yambız düzəltdirən, saç əkdirən, çənə düzəltdirən, buxaq çəkdirənlərinki estetik həkim oldu. Allah bilir çoxunun həkimlik dərəcəsi belə yox
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn Жыл бұрын
yanıq həkimidirdə ən gözəl estetik cərrah
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 Жыл бұрын
YAQUT ÇOX SEVİNİRDİ REYHAN XANIM RƏHMƏTƏ GEDƏNDƏ, SƏMƏDDƏ ATDI YAQUTU QANCIQ İT KİMİ OXUYURDU YAQUTTTT MİKAYIL QIZI ÖLMƏYƏCƏK ???
@almazkerimova5530
@almazkerimova5530 Жыл бұрын
Amma mən bildiyimə görə, o vaxtı eshitdik ki, guya shəkər xəstəsi oldugundan, arıglamag ücün operasiya etdirib gan axmadanöıüb.,Allah rəhmət eləsin.
@tomristuran2345
@tomristuran2345 Жыл бұрын
elə deyirlər...
@georgianagray9342
@georgianagray9342 Жыл бұрын
Аллах ренмет елесин Рейхан х. 🥺💔
@csart8811
@csart8811 Жыл бұрын
Gözəl xanim və gözəl sənətkar idi Allah rəhmət eləsin
@nezaketimranova6625
@nezaketimranova6625 Жыл бұрын
Allah rəhmət eləsin.
@littleangel8554
@littleangel8554 Жыл бұрын
Allah rəhmət eləsin. Qonşumuz olub. Mirzəaqayev kecəsində yaşayirdi. Cox xanim xatun xanim idi. Məkani Cənnət Olsun.
@ramizosmanov5214
@ramizosmanov5214 Жыл бұрын
Allah rəhmət eləsin ruhu şad olsun
@ulviyymmmdova4107
@ulviyymmmdova4107 Жыл бұрын
Allah rəhmət eləsin🤲😥😥
@xuramansariyeva3353
@xuramansariyeva3353 Жыл бұрын
Mekani cənnət olsun
@hacixanim1901
@hacixanim1901 Жыл бұрын
Bu nə başlıqdır?Xəyyamı Müslümova ilə nə bağlayır?
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn Жыл бұрын
Xəyyamın atası ilə adı hallanır komentlərdə gördüm
@natiqelizade7695
@natiqelizade7695 Жыл бұрын
Allah rehmet elasin.
@sadanuriyeva7484
@sadanuriyeva7484 Жыл бұрын
Allah rehmet elesin.Menim de yadimda idi.Ancaq aparici qeyd edirki,”Deli Kur”filminde 18yashi varmish?!
@tunzalqurbanova2637
@tunzalqurbanova2637 Жыл бұрын
Mən bilən 99 da rəhmətə gedib O vaxtlar mən də əməliyat olmuşdum estetik əməliyyat keçirərkən ölüb
@letifhuseynov5827
@letifhuseynov5827 Жыл бұрын
Qəşəng səsi varmış
@abbrashad1857
@abbrashad1857 Жыл бұрын
Verlish🧿🙏🇦🇿
@sebinememmedova8415
@sebinememmedova8415 Жыл бұрын
Allah rehmet elesin🙏🙏
@mayaelekberova5711
@mayaelekberova5711 Жыл бұрын
Məkanı cənnət olsun 🤲 İstedadlı sənətkar idi.
@aaabbb1027
@aaabbb1027 Жыл бұрын
Allah râhmât etsin🙏
@user-ro8st6kp8i
@user-ro8st6kp8i Ай бұрын
ALLAH Rehmet elesin Amin
@sevdaresulzade9447
@sevdaresulzade9447 4 ай бұрын
Allah rehmet elesin. Mekaní cennet olsun. Cox gözel xaním idi hemde semimi gözel xasiyyeti var idi. Onun qara gözel gözleri hec vaxt göz önümden getmeyecek.
@iradatalishinskaya7035
@iradatalishinskaya7035 Жыл бұрын
Allax raxmet elesin,yeri cennet olsun.
@vzmikayilov6466
@vzmikayilov6466 Жыл бұрын
Hə,allah rəhmıt eləsi,çox gözəl xanım idiAmma xıyyam nisanov mısələsi bir az çaşdırır məni,Təxmun edurəmku xəyyam nisanovun uşaqlq çağları olardı rəhmıtə gedibOnun uğurlarında necə köməyi dəyə bilərdiBunu bilmək istəyirım
@raqifeliyev7942
@raqifeliyev7942 Жыл бұрын
Heyif gozel xanlm senden allah rehmet etsin
@konulalizade3129
@konulalizade3129 Жыл бұрын
Gozel xanim. Olumu sensasiyaya sdbeb oldu. Gozel sesi de varmis. Cox køk de olmayib. Heyif.....nur icinde uyusun !
@zibeydeeleskerova3885
@zibeydeeleskerova3885 3 ай бұрын
Oqlu Emil cor terbiyeli biridir Tesadufen bir yerde rastlawmiwdiq Bir az sohbetden sonra anasi barede sohbet etdik Allah rehmet elesin
@azadrzayev1936
@azadrzayev1936 Жыл бұрын
Heç sosiskanın yeridir?
@SamsungAs-ll3sx
@SamsungAs-ll3sx Жыл бұрын
Əsas sosiskadır🤣
@kamazeynalova9384
@kamazeynalova9384 Жыл бұрын
@@SamsungAs-ll3sx Əsas vnimatelnı olmağdı☝️. İnsanlar gərəy birbirlərinə vnimatelnı olsun🙈
@heyatisgenderli4002
@heyatisgenderli4002 Жыл бұрын
Sekeri olan insan ele aqır emeliyatlara getmemelidi
@konulrahimova6546
@konulrahimova6546 Жыл бұрын
Allah rehmet elesin
@ssmsungassmsungaa8489
@ssmsungassmsungaa8489 Жыл бұрын
АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН АМИН
@reyhanenezereliyeva8427
@reyhanenezereliyeva8427 Жыл бұрын
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Amin.
@xrustemova5039
@xrustemova5039 Жыл бұрын
@saadateyvazova4951
@saadateyvazova4951 Жыл бұрын
Allah rəhmət eləsin Amin !
@leylamusayeva7136
@leylamusayeva7136 Жыл бұрын
Hormetli sehfe , mumkunse verlishi hazirlayanda , deqiq melumatlar elde edesiz , Reyhan xanimin yeterince qohumlari ailesi var , onlardan melamat alin, yalnish “kulis” kimi sehfelerden , saytlardan melumat toplamayin. Bezi melumatlar yalnishdi . Xatirlayirsiz , cox sag olun, amma duzqub melumatlarla xatirlayin.
@aygunmemmedova6490
@aygunmemmedova6490 Жыл бұрын
Xanım,təsadüfən Siz Reyhan xanımın qızı deyilsiz?Nəsə mən bu fikrə gəldim.Allah gözəl xanıma rəhmət eləsin.
@alibabayev1148
@alibabayev1148 Жыл бұрын
Аллах Рехмет Елесин
@alibabayev1148
@alibabayev1148 Жыл бұрын
`
@teraneibrahimova6221
@teraneibrahimova6221 2 ай бұрын
Allah rehmet elesin gözel xanim idi
@bnovsatasova7461
@bnovsatasova7461 9 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@gultekinesgerova7808
@gultekinesgerova7808 4 ай бұрын
Azərbayçanda təmiz sosiska yoxdur😊
@saraorucova5367
@saraorucova5367 Жыл бұрын
Muğlan balam sağ ol.
@sdaqtabdullayeva9404
@sdaqtabdullayeva9404 Жыл бұрын
🙏🙏🙏🥀❤️‍🔥
@restemrustemov2130
@restemrustemov2130 Жыл бұрын
Allah rəhmət eləsin mıkanı cənət olsun
@zibeydeeleskerova3885
@zibeydeeleskerova3885 3 ай бұрын
Allah rehmet elesin Yadima gelir Boyuk qara wlyapa qoyub bawina bir klipi vardi rehmetliyin Sari bir paltarda
@vuqarabbasov867
@vuqarabbasov867 Жыл бұрын
kimin gözel sesi olub bile bile yox edibler
@ilqar2064
@ilqar2064 Жыл бұрын
Plastik əməliyyatdan cıxmadi.O vaxt indiki kimi həkimlər güclü deyildi. Yəni arıqlamaq əməliyyatları.
@gulxarnesibova
@gulxarnesibova Жыл бұрын
Allah rəhmət eləsin amin
@elielizade6461
@elielizade6461 Жыл бұрын
Xeyyam Nisanovu ve sosiskani reklam etmekden ötrü rehmetlikden istifade etmek exlaqsizliqdi. Belke Qod nisanovu da qeyd ederdiz.
Bakıda yaşayan ermənilər Qarabağdakı soydaşlarına nə dedi?
6:51
Evdəkilərə Salam - İlkin Əhmədov  22.06.2024
1:10:10
Xəzər Media
Рет қаралды 37 М.
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 104 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 16 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 9 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 35 МЛН
"Anam Yadima Dusdu" Reyhan Recebova..
5:11
Arzu Qurbanov
Рет қаралды 72 М.
Yuxu Kimi 164.Bölüm
1:15:32
ATV Cinema
Рет қаралды 213 М.
SHOK Xedice Abbasova iki ovladini itirdi 10LAR ATV
4:29
ATV Media
Рет қаралды 377 М.
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 104 МЛН