Рет қаралды 144
07 iyun 2024-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikanın Əməkdar müəllimi, şöhrətli ziyalı Heybət Hüseynovun 90 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz xanım Sadıxova tərəfindən Heybət müəllimə rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin təbriki çatdırılmış, o cümlədən qocaman müəllim 90 illik yubileyi münasibətilə təltif olunmuşdur.
Tədbirdə Heybət Hüseynovun çoxşaxəli həyat fəaliyyəti barədə iştirakçılara dolğun məlumat verilmiş, Heybət müəllimə həsr olunmuş sənədli filmdən fraqmentlər təqdim olunmuşddur.
Heybət Hüseynovun şagirdləri, həmkarları, rayonunun ziyalı və ağsaqqalları, dəvət olunmuş mötəbər qonaqlar, o cümlədən ailə üzvləri və qohumları ona təbriklərini çatdırmış, Heybət müəllimlə bağlı xoş xatirələrini bölüşmüş, onun rayonda coğrafiya fənninin keyfiyyətli tədrisində və bir çox digər sahələrdə əvəzsiz xidmətlərindən söhbət açmış, Heybət Hüseynova həsr olunmuş şeirləri səsləndirmişlər.
Tədbirdə rayonun ahılları, cavan nəslin nümayəndələri iştirak etdiyindən rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov çıxışında bu gün ölkəmizdə ahılların cəmiyyətə inteqrasiyası, onların potensialından istifadə edilməsi, gənc nəslin təlim-tərbiyə prosesinə cəlb olunması, ölkənin siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirildiyini, yaşlı nəslin ailədə, uşaq və valideynlər arasında tərbiyəvi rolunun təbliği məsələlərinə önəm verildiyini qeyd etmişdir. Ahıllarımıza dövlət qayğısının əsas istiqamətləri barədə söhbət açılması və Heybət müəllimin timsalında rayonumuzun bütün ahıllarına qarşı qayğı ilə yanaşılmasında cavan nəslin mənəvi borcu olması tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda xatirə şəkiləri çəkilmişdir.