Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

  Рет қаралды 1,235

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

24 күн бұрын

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Bayram günündə şəxsi heyət ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyib, həmçinin hərbi qulluqçular üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.
Şəhid övladlarının da iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb.
Qeyd edilib ki, otuz bir il əvvəl Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyulub. Bu gün Ulu Öndərin Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaq ideyaları onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatından sonra respublikamızın ərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətindən danışılıb.
Sonra döyüş hazırlığında fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar təqdim olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin, həmçinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təqdim edilib.

Пікірлер
Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib
2:50
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Рет қаралды 2,8 М.
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 119 МЛН
Şahmar Salman  canlı yayım başlatdı!
52:22
Şahmar Salman
Рет қаралды 6 М.
Heydər Əliyevin 3 dəqiqəyə mayor etdiyi hərbçi zabit
8:26
Telesəhər
Рет қаралды 501 М.
Yolumuz Laçına
19:10
İlk Media
Рет қаралды 120 М.
Домработница!!! Уральские Пельмени.
9:25
Позитивчик
Рет қаралды 1,1 МЛН
Xankəndidə keçirilən hərbi paraddan görüntülər
9:53