Mixail Həmidov. Vətən mənə oğul desə nə dərdim...

  Рет қаралды 2,915

Xalq Bank

Xalq Bank

3 жыл бұрын

Mixail Həmidov (tam adı: Mixail Hamlet oğlu Həmidov; 28 dekabr 1983; Berlin, Şərqi Almaniya - 24 oktyabr 2020; Füzuli, Azərbaycan) - iqtisadçı; Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Həyatı
Mixail Həmidov 1983-cü il dekabrın 28-də Şərqi Almaniyanın Berlin şəhərində hərbçi ailəsində anadan olub.[2][1] 1991-2001-ci illərdə Səbail rayonunun F. Tağıyev adına 72 nömrəli məкtəb-liseyində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 6 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsində xidmət edən Mixail Həmidov, 2011-ci ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından təxris olundu. Rus, ingilis və erməni dillərini bilirdi.
Azərbaycan Ordusundan təxris olunmasından 2 il sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldu və 2015-ci ildə həmin universiteti "Biznesin idarə edilməsi (MBA)" ixtisası üzrə magistr dərəcəsi ilə bitirdi. 2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son olaraq "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru olub.
Ailəli idi. Mədinə, Mələк və Yusif adında üç övladı yadigar qaldı.[1]
Hərbi xidməti
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda, Azərbaycan Ordusunun ehtiyyatda olan baş leytenantı Mixal Həmidov öz istəyi ilə müharibəyə yollanıb. Vətən müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. Vətən müharibəsində silah yoldaşları tərəfindən Mixaylo ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Təltifləri
Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı -
"Vətən uğrunda" medalı (ölümündən sonra)[4]

Пікірлер
Komedixana  372-ci Bölüm 21.07.2024
1:02:28
Komedixana
Рет қаралды 104 М.
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН
Dələduzlara aldanmayın
0:59
Xalq Bank
Рет қаралды 117
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН