Nüsrət Kəsəmənli - Biri vardi, biri yox - Kamran M. YuniS

  Рет қаралды 172,143

Kamran M. YuniS

Kamran M. YuniS

6 жыл бұрын

#nüsrətkəsəmənli #kamranyunis #birivardıbiriyox #şeirlər
#vasifadıgözəlov #poeziyateatrı #kamranmyunis #şiirler
Nüsrət Kəsəmənli - Biri vardi,biri yox...
Bəstəkar - Vasif Adıgözəlov - Şərikli Çörək
Uşaqlar necə ki, körpədirlər ana laylasına uyuyurlar. Elə ki,bir az
böyüdülər axşamlar atalarından nağıl istəyirlər. Mənim bildiyim
nağıllar isə çox deyil. Axşamların birində nağıllarım qurtaranda fikirləşdim ki,
bu dəfə öz taleyimin nağılını söyləyim..,
Olan olub, keçən keçib bəlkə də,
Indi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı ilk sevgimdən,eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib, can esidən
Dostlarımın biri vardi, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb ,ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...
Uzaq gəzdi əmi, dayı, bibilər,
Söz arası mənə evlən dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək ,bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən.
Deyəcəksən:biri vardı,biri yox!

Пікірлер: 237
@azerqasimov1331
@azerqasimov1331 4 жыл бұрын
Atam məni atıb getdi, bir çöp belə ondan mənə qalmadı ((( nəydi günahım bilmirəm... Bir tərəfdəndə yaxşı oldu, çünki bəzi acılar faydalıdır, öncə üzər, sonra isə hər şeyi daha yaxşı anlamana səbəb olar... İndi onun sayəsində mən öz uşaqlarıma bir əvəzinə iki edirəm...cünki o acılarki yaşadım mənə dərs oldu (((
@resadagayev1866
@resadagayev1866 3 жыл бұрын
Qardaşım həyat insana çox ağır dərslər verir.oxsar taleyi yaşayırıq,Allah sene cansağlığı versin qardaşım,kövrəltdin meni
@azizqurbanov8986
@azizqurbanov8986 2 жыл бұрын
Ailə sirri
@SSFFQQ
@SSFFQQ 2 жыл бұрын
Allah səni də övladlarını da qorusun xoşbəxt eləsin. Atanın da ruhu şad olsun qardaş 🥺
@ceyhunmemmedov7517
@ceyhunmemmedov7517 Жыл бұрын
Vaxt gələcək yalvaracaq sənə atan
@samiremraslanov7398
@samiremraslanov7398 Жыл бұрын
Sebebsiz hecna olmurr
@gulbenizallahverdiyeva6877
@gulbenizallahverdiyeva6877 Ай бұрын
Nüsret kəsəmənli ürəklərdədir
@user-gl8tn4uz5j
@user-gl8tn4uz5j 29 күн бұрын
Baxıram mənim kimi coxu ata sevgisinə hissinə həsrətdilər cox heyif, indi daha kövrəlməyin yeri yox, cətin zamanlar güclü insanlar yaradır bizim kimi
@suleymansdulayev2813
@suleymansdulayev2813 2 жыл бұрын
Ağlayıram .....bu şeri dinləyəndə.niyə? Biri vardı biri yox..
@vusalememmedova9025
@vusalememmedova9025 6 жыл бұрын
Ataliydi, analiydi usaqlar bizim evde biri vardi bir yox.. Indi her seyim var amma anam yox... 😞 😞 hardadi o usaqligim... Gozel seslendirdiniz
@esmirakerimova3244
@esmirakerimova3244 6 жыл бұрын
Vusale Memmedova cann.mente vaxtsiz itirmisem anami yeddi yasim olanda.bu azmis kimi atamida itirdim.5 ay evvel.31 yasim var ama valideyinlere her zaman ehtiyac duyulur.Allahim sebr versin size.
@vusalememmedova9025
@vusalememmedova9025 6 жыл бұрын
Esmira Kerimova cox sagolun.. Allah anavizada atanizada rehmet dileyirem bize ise sebr.. Valideyinlerin yeruni hecne vermir heyif ki.. 😞
@esmirakerimova3244
@esmirakerimova3244 6 жыл бұрын
Vusale Memmedova Minnetdaram.Amin mekanlari cennet olsun
@zd71260
@zd71260 5 жыл бұрын
Mənim də belə... İki valideyinim rəhmətlidir. Anam bir il əvvəl itirmişəm. (((( Vaxt qaytarmaq olmaz, təəsüf ki səhvimiz düzəltmək mümkün deyil.
@qarazadrsad7123
@qarazadrsad7123 3 жыл бұрын
Allah Rəhmət eləsin
@zaurhaciyev7729
@zaurhaciyev7729 Жыл бұрын
Allah rehmet elesin gozel sa'ire boyuk urey sahibi idi adam gulag asanda deli olur. Var olun sizide dinlemekden adam doymur Allah sizi var elesin
@sahnazhuseynova9393
@sahnazhuseynova9393 11 ай бұрын
🤲🇦🇿🧿 YAZAN MÖHTƏŞƏM YAZIB...., İFA EDƏN MÖHTƏŞƏM..., TƏRTİB DƏ MÖHTƏŞƏM...., SAĞ OLUN..... 🤲🇦🇿🧿
@___________________________11
@___________________________11 Жыл бұрын
Ne yazsam acizdi bu esitdiyim sözlerden sonra, sadece əhsən DEYIREM, və alqışlayıram 👏👏👏👏👏
@Kiki_1998
@Kiki_1998 Жыл бұрын
Стихотворение на все времена❤
@gulnarasalamova
@gulnarasalamova Жыл бұрын
indi Mənim ikisi de yox....biri vardi biri yox olan zaman şükür etməyi bacarmaliyiq.
@player9815
@player9815 6 жыл бұрын
hardanda ela olurki hayatda hech o birida olmur....
@azizqurbanov8986
@azizqurbanov8986 2 жыл бұрын
Şeirlərini oxuduğum və dəyər verdiyim şair Nüsrət Kəsəmənli. Oxunuşu da xoş 👍
@user-mh8tr8vu7i
@user-mh8tr8vu7i 10 ай бұрын
Слушая ваши прекрасные произведения.... Я понимаю что есть на свете много мудрых..... Благодарю вас что вы есть и пишете ....шедевр❤
@rovwenhumbetov9053
@rovwenhumbetov9053 4 жыл бұрын
Biri vardi biri yox eyni mendeki kimi ureyimi sizildatdi bu weyir oxu terzideki ela soz olamaz allah can saligi versin size nur uzlu insan agglatdiz meni lap 👏👍😪
@elsennuriyev2688
@elsennuriyev2688 Жыл бұрын
Çox gözəl səs gözəl insanii keyfiyyət ,sağol şaiir sənətkar 👏👏👏👏💙
@muzikofteacher7147
@muzikofteacher7147 6 жыл бұрын
Sona kimi aqlayaraq dinlədim(((( Allah sizə bizlərə çox görməsin Kamran M.Yunis💖💖💖
@user-jp1rd1pe2x
@user-jp1rd1pe2x 4 жыл бұрын
Hər dəfə dinlədikcə gözlərimin axan su yanaqlarimadan süzülür
@ferahnazdemirci5901
@ferahnazdemirci5901 5 жыл бұрын
Sevmek için yürek vardı, sevilmeye layık insan yok 😔 😔 😔 😔
@emilio16
@emilio16 4 жыл бұрын
Hamisha insanda biri olur biri yox! Nusrta oz hayatindan yazib bu sheiri Allah rahm elesun
@yaqutosmanl5593
@yaqutosmanl5593 3 жыл бұрын
Şeirlərini çox sevdiyim Nüsrət Kəsəmənli Allah sənə rəhmət eləsin.
@aygunaygun8263
@aygunaygun8263 4 жыл бұрын
Ömrüm boyu belə gəlib mənimki Əvvəlinnən.......😔😔😔
@fatimulusoy4228
@fatimulusoy4228 5 жыл бұрын
Ne yaxşiki varsız ALLAH sizi hemişe var elesin. Siz senet aleminin güneşisiz
@teymurmustafayev6837
@teymurmustafayev6837 4 жыл бұрын
Kamran müəllim siz menim heratımı söylediz .Bizimde de hemişe biri var biriyox.Allah sizi qorusun gözel insan.Dedilerki kadibsan qızı qardaşıma vermediler .Defiletki yetimsiz .Herbiçidir qardaşım.Defilerki dağda düzde olacaq ,ondan bize ne fayda .Qürurumuzu qırdılar Qızı ağlar qoydular Anam çarəsiz qaldı .Atam olsaydı əgər bunlar heç vaxt olmazdı.Menim üreyim yanır ,Qardaşım deliqanlıdır
@leylaeliyeva6557
@leylaeliyeva6557 6 жыл бұрын
Doğurdanda hərkəsin həyatında belə olur.Biri vardı biri yox.
@faiqagayev2186
@faiqagayev2186 4 жыл бұрын
olur hər zaman ididə var
@sadiqmemmedov6408
@sadiqmemmedov6408 3 жыл бұрын
Allah nusret muellime rehmet elesin kamran bey allah sesinize quvvet versin
@hemidhemid8677
@hemidhemid8677 3 жыл бұрын
Bizim evdə də biri vardı, biri yox 😢 😢 😢 😢 😢
@-AA--AA-
@-AA--AA- 5 жыл бұрын
Super bütün uşaqlığım yadımma düşdü.Xatirələr hamısı gözümün döşündə canlandıı.Allah canınıza dəyməsin
@gunelismaylzade31
@gunelismaylzade31 2 жыл бұрын
Bu şeir çox gozeldi
@vuqaraliyev3583
@vuqaraliyev3583 6 жыл бұрын
Yamanca kovretdi meni ifada sozlerde allah rehmet elesin gozel sairimize
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Ömrüm boyu belə gəlib mənimki.... Hər dəfə dinləyəndə adam istəyir ən Ali sözlər yazsın bu səsə, bu ifaya❤️Varlığınıza şükürlər Ustad❤️🙏
@gulayismayll4925
@gulayismayll4925 3 жыл бұрын
Ən çox sevdiyim şair və şeir.söyləyəndə əla söyləyib şeiri. Təşəkkürlər
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Salam ismayillidansan?
@hasanaghagasim5334
@hasanaghagasim5334 2 жыл бұрын
Allah rəhmət eləsin
@sadiqmemmedov6408
@sadiqmemmedov6408 3 жыл бұрын
En cox sevdiyum sair qirayetci
@VUSAL_023
@VUSAL_023 3 жыл бұрын
Allah cemi valideynlerimize can sağlığı versin olenlere ise allahdan rehmet dileyirem. Heyatda olanlarımizin qedrini saqliqinda bilmek gerekdi.
@nazilebehbudova7699
@nazilebehbudova7699 4 жыл бұрын
Mən niyə hər dəfə sizin oxudugunuz şeirləri dinləyəndə gözümdən yaş süzülür
@Elegy17
@Elegy17 Жыл бұрын
Gözəl şer dediniz Ustad!Var olun!
@nesireminli2049
@nesireminli2049 5 жыл бұрын
Super👍👍👍
@sevdasukurova5922
@sevdasukurova5922 5 жыл бұрын
Ölmez şairimiz allah size rehmet etsinn.Gözel aktyorumuz var olunn .
@ezizeismayilova3802
@ezizeismayilova3802 4 жыл бұрын
var olun hemise
@SS-pk7qj
@SS-pk7qj 3 жыл бұрын
Bizde de biri vadirr birii yox...
@zibaagamalyeva9772
@zibaagamalyeva9772 3 жыл бұрын
Men sizin senitinizin sesinizin vurgunuyam allah sizi var elesin cox gözel söyleyirsiniz
@ebelfezelekberzade64
@ebelfezelekberzade64 4 жыл бұрын
Ataliydi analiydi uwaqlar,bizim evde biŕi vardi,biri yox,ehhhhhh,bu qederde yoxdaaa,bu ses Allah vergisidi,qoruyun onu boyuk senetkar qoruyun,sesinizin sehrine oyrewmwik,hemiwe sesiniz gelsin🙏🙏
@mekiseferov5836
@mekiseferov5836 4 жыл бұрын
Ən çox sevdiyim şeyir sağolun
@yasarzizov1008
@yasarzizov1008 4 жыл бұрын
Kövrəldim👏👏👏👏
@asikomezahiri5443
@asikomezahiri5443 4 жыл бұрын
Çox təsirlidi
@resm_analizi
@resm_analizi 3 жыл бұрын
Çox sevdim bu şeiri
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Bu şeri sevmeyenin heyatdan anlayişi yoxdu. ALLAH Nusret muellime rehmet elesin
@aynurkerimli5868
@aynurkerimli5868 6 жыл бұрын
Ən çox sevdiyim şer,,,,Allah rəhmət eləsin Nüsrət müəllimə, 🙏Sizə can sağlığı Kamran bəy 🙌
@user-lj5iq3it9j
@user-lj5iq3it9j 4 жыл бұрын
Мен яд диярда чохдан яшыйырам..Анжаг бизим....Душинжели.....габиллийетли...дузини язан ((((НУСРЕТИ....МЕММЕД АРАЗЫ..))))яддан силмирик.
@amidbabayev2850
@amidbabayev2850 4 жыл бұрын
Nece de düz deyibdi. Əsil menim heyatım. Cox sağ olun.
@camalmmmdov4375
@camalmmmdov4375 10 ай бұрын
Çoox təəssüf😢😢😢
@xblack3130
@xblack3130 Жыл бұрын
Kamran bey çoxgözel şepdi. Men de o yolları keçmişem. Atam rehmete gedende menim 4 yaşın, qardaşım körpe idi . 5 ise bizden böyuk idi. Anam 7 uşaq böyütdü .Bizdede 1 vardı 1 yox. Ali mektebe gedende bacımla bir- birimizin paltarını geyirdik . Men eyani o,ise axşam oxuyurdu. Çünki o,seherler işdeyirdi. İndi menim 67 yaşım var .Teqaütde olan müellimeyem, amma , o günler üçün çox darıxıram.
@sahilmmmdov9360
@sahilmmmdov9360 5 жыл бұрын
Allah var eləsin
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Ömrüm boyu belə gəlib mənimki Əvvəlindən biri vardı, biri yox.
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Sübh çağı yenidən bu Möhtəşəm Səsi, ifanı sev-sevə dinləyirəm! Tanrı qorusun sizi Ustad! 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
@fatimulusoy4228
@fatimulusoy4228 5 жыл бұрын
Kamran bey çoxdan axtarırdım sizin ifanızda bu şeiri Olan olub, keçen keçib belkede, İndi daha kövrelmeyin yeri yox.Ömrüm boyu bele gelib menimki, evvelinden biri vardı, biri yox. Uzaqdydı men isteyen ocaqlar, üreyimden gelib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar, Bizim evde biri vardı, biri yox.
@kedis-eg7gu
@kedis-eg7gu 10 ай бұрын
Sanki biz atasız uşaqların ürəylırini oxuyaraq yazılıb bu şeirlər, ata hissini bilmirəm ama çox darıxıram o hiss üçün keşkə.bir dəfə hiss etsəm
@delyasukurova3244
@delyasukurova3244 5 жыл бұрын
Olan olub kecen kecib....😍👏👏👏👏❤
@nigartar8357
@nigartar8357 Жыл бұрын
coxgozel soylyirsiz 👍💓👏🌹🌹🌹🙌
@nigartar8357
@nigartar8357 Жыл бұрын
👍👍👏🌹🌹🌹💓🙌
@lm0359
@lm0359 6 жыл бұрын
Allah Nusret Kesemenliye rehmet elesin heyif tez getdi yawasaydl hele cox gozel weirler yazacaqdl heyif cox heyif 😯😯
@letifehaciyeva5668
@letifehaciyeva5668 6 жыл бұрын
Nehayet ki, muqeddes şerin ruhunu hiss ederek, öz ruhuyla eks etdiren bir gözel ifanı sesi dinledim. Sonsuz teşekkurler KAMRAN BEY!!!
@aygunaygun8263
@aygunaygun8263 Жыл бұрын
Kamran bey🤲🏻🤲🏻🙏🏻
@nahidrehimov9591
@nahidrehimov9591 5 жыл бұрын
Bizim evdə biri vardi biri yox 😔👍
@ruslan2007
@ruslan2007 6 жыл бұрын
Biri vardı biri yox!😢👏👌👍
@yeganequliyeva664
@yeganequliyeva664 5 жыл бұрын
Unudulmaz şairimiz. N. Kəsəmənli. Allah rəhmət eləsin. Sizi də daima var olun 🙏hər zaman sevilən sənətkarımız Kamran bəy.
@kerimnovruzov4707
@kerimnovruzov4707 2 жыл бұрын
Sevirəm bu şərti👍👍👍👍
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i 4 жыл бұрын
Бизим де евде бириварды бири варды бири йох...ех
@xdichdova5670
@xdichdova5670 4 жыл бұрын
Allah sizdən razı olsun ürəyim ağradı həmdə ağladım Allah And verirəm izzəti cəlalına heç bir uşaq xəcalətli qalmasın amin
@sevincqehremanov3291
@sevincqehremanov3291 3 жыл бұрын
Allah ömür versin coox bəyənirəm sizi sizin rollarınızı
@tevekkulsalahov1981
@tevekkulsalahov1981 3 жыл бұрын
Kamran bəyi şifahi olaraq ilk dəfə vicdan haqqı serialından tanıdım həm bir insan kimi həmdə yaxşı aktyor kimi sevə sevə izlədim çox bəyəndim mən hər seriala baxmıram amma bu serialı çox bəyəndim rejissorun yüksək peşəkarlığı sayəsində çox gözəl aktyor komandasının uğurlu nailiyyəti idi bu serial .Kamran bəyin əla şeir demək istedadıda möhtəşəmdi gözəl səs tembri şeirə bir təbiilik gətirir Allahda uzun ömür can sağlığı diləyirə Kamran müəllimə.
@kamranmyunis
@kamranmyunis 3 жыл бұрын
Varolaq bəy... Minnətdaram. Tanrı qorusun dəyərli olanları. Dəyər verib səhifəmə gəldiyinizə görə minnətdaram.
@tevekkulsalahov1981
@tevekkulsalahov1981 3 жыл бұрын
HÖRMƏTLİ KAMRAN MÜƏLLİM SİZİNLƏ YAXINDAN GÖRÜŞMƏYİ BÖYÜK SEVGİ VƏ FƏXARƏTLƏ QƏBUL EDƏRDİM ƏLBƏTTƏKİ BU QİSMƏT OLSA
@gunelismaylova8348
@gunelismaylova8348 3 жыл бұрын
Allah can sağlığı versin çox sevdiyim aktiyor
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Aktiyorun adi nedi?
@almazxelefova6617
@almazxelefova6617 2 жыл бұрын
İndi nə atalıyam nə analı ancaq hər yaşda ata ana lazımdı insana.....
@yaqutosmanl5593
@yaqutosmanl5593 3 жыл бұрын
Ruhumuza ürəyimizə axıb gələn bu gözəlliyə görə sizə təşəkkür edirəm Usdad.
@susnqasmova5981
@susnqasmova5981 6 жыл бұрын
Allah Sənə rəhməteləsin hörmətli tələbə yoldaşım. Yerin nurla dolsun.Doğmalarına sevincli günlər arzulayıram,qardaşım.Onsyz da kövrək qəlbimi şeirin bir daha parcaladı.İnsan ölsə də yaratdığı şeirlər onu yaşadır. ,şeirlərinizi canlandıran sənətkarımıza da cansağlığı diləyirik. Süsən ANAR
@ramoscanavar4272
@ramoscanavar4272 2 жыл бұрын
Milyonları olan çox mahnıdan daha mənalı sözləri olan şeir Allah sizi qorusun
@lifatih5219
@lifatih5219 4 ай бұрын
Biri vardıııı....biri yoooxx....😢
@arzuzeynalova7529
@arzuzeynalova7529 6 жыл бұрын
Cox sevdiyim sheir, cox sevdiyim insanin ifasinda💖
@user-dk8dc3wx6z
@user-dk8dc3wx6z 3 жыл бұрын
Allah Nüstət bəyə rəhmət eləsin,sizə isə uzun ömür Kamram bəy🙏🤲🌹
@JaNe-om3vk
@JaNe-om3vk 6 жыл бұрын
O qeder mohtesemsiniz ki,ne qeder dusundum ne yazim size layiq olsun,soz tapa bilmedim.Sizin bu qabiliyyetiniz Allah vergisidir,eks halda her wey bir-birini bu qeder mukemmel tamamlaya bilmezdi.
@kamakamal7499
@kamakamal7499 6 жыл бұрын
Ruhum dinceldi yene,Tesekkurler...
@aqshinosmanli6725
@aqshinosmanli6725 4 жыл бұрын
Allah Nüsrət Kesemenliye rəhmət eləsin..Nur içində yatin...ALLAH SİZEDE CAN SAGLİGİ VERSİN SESLENDİRYİNİZ UCUN..
@azrail-freefire6812
@azrail-freefire6812 5 жыл бұрын
Var ol, daima...
@bedirovadunya441
@bedirovadunya441 6 жыл бұрын
cox sagolun əla paylaşımdı.😢😢
@shla9110
@shla9110 6 жыл бұрын
Cox tesirli bir seir bu seire mahni da besdenib o mahniya Mugenni Zakirin ifasinda qulaq asdiqda goz yaslarimi saxlaya bilmirem Kamran m twk gozel soylemisiz boyuk sair Kesemenliye de allah rehmet etsin
@sadiakperov2791
@sadiakperov2791 6 жыл бұрын
En cox sevilen weir sizi ifamizda neler yawatdi ewidene...Biri vardi, biri yox.Kaw ki ""biri olmayan"" her kese naqilin sonundaki kimi goyden duwen uc almadan bir pay duwe...Biri de sizin ola deyerli Kamran bey!Cox saq olun.
@tahirfikri5591
@tahirfikri5591 4 жыл бұрын
Allah Nüsrət Kəsəmənliyə rəhmət edib Sizi hifs etsin inşaAllah Kamran M Yunis qardaş(((
@mehribanhetemova3273
@mehribanhetemova3273 4 жыл бұрын
Bu elə şerlərdəndi ki çoxlarının dərdi hopub Mən ilk eşitdiyimdə ağlamışdım Düzdür mənim həyatıma aid deyil Ancaq çox təsirlidir
@merziyeibrahimova9174
@merziyeibrahimova9174 2 жыл бұрын
Şeir də ifa da möhtəşəmdir!
@aygunaygun8263
@aygunaygun8263 5 жыл бұрын
Düzdü .həmişə birini tapanda birini axtardım düzdü çox sevdiyim şerdi .❤
@snsizolsmbagsla5814
@snsizolsmbagsla5814 6 жыл бұрын
*Niyə hər kəs var o yoxdur.*
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 жыл бұрын
Şükürki..evimizdə..Hər..ikisi..var..Allah..Ölən..ata..anaların..Yerini..Cənnət..Etsin..qalanlara..can..sağlığı..versin..Mənimkilərdə..içində
@lemanquliyeva1064
@lemanquliyeva1064 Жыл бұрын
Evveller çox qemli gelen bu şer,yaşa doldugumuz an eslinde çox şirin ve gülmeli geldi, indi her şey var menası yox, atada yox ,anada yox,doguldugumuz küçede yox,böyüfüyümüz şeherde yox!!
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 жыл бұрын
Can ❤️
@baharmemmedova3068
@baharmemmedova3068 2 жыл бұрын
Bizim evde de biri vardi biri yox((.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Жыл бұрын
Nə nagıl deyen var ,ne gulag asan. Hamının nagılı əldə telefondu. Yaşamag çətindi,ölməksə asan Get-gəlmiz azalıb, demek bu sondu
@sherifkerimli3959
@sherifkerimli3959 2 жыл бұрын
Yerin canetti makan olsun Sair
@fidanakber5487
@fidanakber5487 5 жыл бұрын
Cox gözel ifa edirsiz Kamran..müellim
@kamalsfrova6108
@kamalsfrova6108 4 жыл бұрын
hə bizdə də biri vardı biri yox
@Meyblokuyorhala
@Meyblokuyorhala 2 жыл бұрын
Bayramin mübarek ata
@sebrsebr9683
@sebrsebr9683 Жыл бұрын
Bizdede hemişe biri olub biri olmayib indide elədi..
@emindadashov2978
@emindadashov2978 Жыл бұрын
Allah seni bize cox qörmesin , Allah valideyneruve rehmet elesin . Sen yaxci qonushusan
@i.bagirova.1865
@i.bagirova.1865 4 жыл бұрын
Allah köməyiniz olsun.Çox sağ olun.şeirlere görə.
@rufatmammadov5112
@rufatmammadov5112 6 жыл бұрын
Cox sag olun KAMRAN BEY , VAR Olun ,sesinize QÜVVET 💝💝
@nurlanaxyal3067
@nurlanaxyal3067 5 жыл бұрын
Allah sənə rəhmət eləsin. Gözəl Şair ..😢😢😢❤❤❤
@azrhmdov7155
@azrhmdov7155 6 ай бұрын
Sizə coox böyük hörmətim var,buda sizin oynadığınız rollara körədı,körəsən mənə cox maraxlıdı həyatda necəsiz,mənə elə qəlirki insanın daxili aləmini cox vaxt, həmişə yox, qözlərindən üzündən təyin et mək olur,alladıcı deyilsə,can sağlığı,uğurlar
Biri vardı, biri yoxdu (1967)
25:14
Azərbaycanfilm
Рет қаралды 17 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Nüsrət Kəsəmənli Şeirləri 1-ci hissə
32:06
Salyan MKS
Рет қаралды 48 М.
Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)
2:47
Aləmzər Pənahqızı
Рет қаралды 19 М.
Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS
4:08
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
NÜSRƏT
9:09
Eldar Ismayilov
Рет қаралды 252 М.
Nüsrət Kəsəmənli  "Dəli bir ağlamaq keçir könlümdən..."  Emin Turan İmamoğlu
5:55
𝑬𝒎𝒊𝒏 𝑻𝒖𝒓𝒂𝒏 𝒊𝒎𝒂𝒎𝒐𝒈𝒍𝒖
Рет қаралды 276 М.
ПРОВЕРЬ СВОЙ УРОВЕНЬ💪🏻
0:38
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,3 МЛН
Please Choose Hell Or Heaven For Good Girl
0:32
ToonToon Daily
Рет қаралды 8 МЛН
They got a Golden Buzzer 🤣✨
0:46
America's Got Talent
Рет қаралды 39 МЛН
Please Choose Hell Or Heaven For Good Girl
0:32
ToonToon Daily
Рет қаралды 8 МЛН